AQİBƏT

is. [ ər. ] Son, axır, nəticə, nəhayət.
[Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. S.S.Axundov.
Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. M.İbrahimov.

// Ara söz mənasında.
Ey Nəbati, nə qədər var isə ömrün, xətt yaz; Aqibət, bir gün olur kim, gəli bir karə bu xətt. Nəbati.

// Zərf mənasında. Axırda, nəticədə.
Dərdinə bulunmaz oldu dərman; “Məcnun” dedi, verdi aqibət can. Füzuli.
Gövhəri-əşkin kimi düşdün nəzərdən aqibət; Noldu, ey miskin könül, bir söylə təqsirin sənin? S.Ə.Şirvani.
Çəksə hər kim ki bir qədər zəhmət; Olar, əlbəttə, aqibət rahət. A.Səhhət.
◊ Aqibətin(iz) xeyir! (xeyir olsun!) – “sabahın (axşamın) xeyir!”ə cavab olaraq işlədilən ifadə.
[Cavanşir:] Aqibətiniz xeyir! Haradan belə, övladlarım? M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AQİBƏT aqibət bax son
  • AQİBƏT tale — bəxt
  • AQİBƏT son — axır — nəticə — nəhayət
AQAVA
AQİBƏTLİ

Digər lüğətlərdə

деблоки́рование изо́гнутый имитати́вный неради́вый пани́ческий боро́здчатый нело́вкий отстега́ть полови́нка психану́тый родови́тость сбить спесь тле́ние цыга́нски лорлинь asseverate besticulture branched exonerative flip-flops John Citizen lumberer unbefriended затоптаться пожаловаться