ALA-BULA

sif. Rəngbərəng xallardan, zolaqlardan ibarət, cürbəcür rənglərə boyanmış, müxtəlif rəngli. Ala-bula pişik. Alabula tula. – Ağaclar ala-bula rəng alırdı. M.Hüseyn. Bu gün Kosa təmizlik işində irəliyə gedib dəsmalı ilə mürəkkəb qablarını, yoğun qırmızı karandaşları və ala-bula qələmləri təmizləyirdi. S.Rəhimov. _ Alabula çalmaq – rəngləri düzgün olmamaq, müxtəlif rənglərdə görünmək. Gözləri alabula çalmaq – 1) şeylərin rənglərini seçə bilməmək; 2) məstlik və ya üzgünlük halında laqeyd surətdə o yan-bu yana baxmaq.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

ALA-BULA прил. 1. полосатый, пёстрый, цветистый, разноцветный. Ala-bula köynək полосатая рубашка; ala-bulaya çalmaq иметь пёстрый вид, пестреть ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

ALA-BULA ALA-BULA (müxtəlif rənglərdən ibarət olan) Ağaclar ala-bula rəng alırdı (M. ətraflı

Author: Obastan; Publisher: Obastan