DİÁQNOZ

[ yun. ] tib. Xəstəni hərtərəfli müayinə nəticəsində onun xəstəliyinin müəyyən edilməsi.
Əziz əlini ürəyinin üstünə qoyandan sonra həkim diaqnozunun dürüstlüyünə daxilən sevindi. Ə.Vəliyev.
Mənim gümanım gələn bir diaqnozu bu gün yoxlamaq istəyirəm. Mir Cəlal.

□ Diaqnoz qoymaq – xəstəni hərtərəfli müayinə edərək onun xəstəliyini təyin etmək.
Uranla zəhərlənmələrin diaqnozunu qoymaq üçün sidikdə albuminlərin, amin turşularının tapılmasının … böyük əhəmiyyəti vardır. A.Qarayev.

DİAQNÓSTİKA
DİAQONÁL
OBASTAN VİKİ
Diferensial Diaqnoz
Diferensial diaqnoz (lat. differentia "fərq") — tibbdə oxşar simptomları olan hər hansı bir fakta uyğun olmayan xəstəlikləri istisna edən diaqnostik üsuldur və diaqnozun nəticəsi yeganə ehtimal olunan xəstəliyi üzə çıxarmalıdır. == Kompüter texnologiyasından istifadə == Diferensial diaqnozu tam və ya qismən aparmağa imkan verən kompüter proqramları mövcuddur. Şizofreniya, Lyme xəstəliyi və ya pnevmoniya kimi xəstəliklərin diaqnozu üçün nəzərdə tutulmuş sistemlər və QMR, DiagnosisPro, və VisualDx kimi proqramlar var.
Yekun diaqnoz (roman)
Yekun diaqnoz — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Rusiyanın ən məşhur alim və siyasətçilərindən birinin ölümü ən azı yöndəmsiz görünürdü. Əslində, kristal kimi təmiz şərəfinə görə əfsanəyə çevrilmiş bir adamı kim güllələyə bilərdi? Bundan başqa, qatil, Moskva ətrafının ən elit və ən yaxşı mühafizə olunan qəsəbəsinə gözə görünmədən necə girə bilərdi? Bunun ardınca isə yeni – birinci qurbanın bağ qonşusunun ondan heç də az qəribə olmayan qətlindən sonra rəsmi təhqiqat dalana dirənir. Beləcə, agent Dronqonun karyerası boyunca ən çətin işlərindən biri başlayır. O iş ki, orda suallar getdikcə artır, cavablar isə yoxdur ki, yoxdur… == Obrazlar == Dronqo; Edqar Veydemanis; Leonid Aleksandroviç Potapov; Fyodor Qriqoryeviç Qluşkov və d.

Digər lüğətlərdə

акселеро́метр бамбу́к доеда́ться ко́шкин рассканда́литься тропосфе́ра фаяли́т экологизи́ровать акваре́ль двуру́шник и́зверг иско́мое перестава́ть по-граби́тельски antipodal elbow-cushion folk-leasing gizzard gynaecological jobmaster stub transparently unhidden беспримерный сугубый