Azərbaycan dilinin frazeologiya lügəti

  • BƏD AYAQDA

    çətin vəziyyətdə, ağır məqamda; ~ bərk ayaqda, imtahan ayağında.

    Tam oxu »
  • BƏD GƏLMƏK

    uğursuzluq baş vermək; ~ tərs gətirmək.

    Tam oxu »
  • BƏD GƏTİRMƏK

    bax: nəhs gətirmək.

    Tam oxu »
  • BƏDBƏXTLİK BASMAQ

    davamlı olaraq işi düz gətirməmək, məyus olmaq, uğursuzluğa düçar olmaq.

    Tam oxu »
  • BƏDBƏXTLİK GƏTİRMƏK

    uğursuzluğa səbəb olmaq, ayağı düşməmək.

    Tam oxu »
  • BƏDBƏXTLİK ÜZ VERMƏK

    məyusedici, qanqaraldıcı, ağır hadisə baş vermək.

    Tam oxu »
  • BƏDƏ TUŞ GƏLMƏK

    pisliklə qarşılaşmaq, işi alınmamaq.

    Tam oxu »
  • BƏDƏNİNƏ LƏRZƏ DÜŞMƏK

    qorxudan əsməyə başlamaq, bərk qorxmaq; ~ vahiməyə düşmək.

    Tam oxu »
  • BƏHMƏZ ALIB, BAL ÇIXIB

    bax: doşab alıb, bal çıxıb.

    Tam oxu »
  • BƏHSƏ DÜŞMƏK

    bəhsləşmək, yarışmaq; ~ acığa düşmək, prinsip aparmaq, bəhsə girmək.

    Tam oxu »
  • BƏHSƏ GİRMƏK

    mübahisə etmək, öcəşmək; ~ bəhsə düşmək.

    Tam oxu »
  • BƏXT ULDUZU PARLAMAQ

    uğur qazanmağa başlamaq; ~ bəxti açılmaq.

    Tam oxu »
  • BƏXTİ AÇILMAQ

    işləri uğurlu olmağa başlamaq, uğur əldə etmək; ~ bəxt ulduzu parlamaq, bəxti üzünə gülmək, taleyi üzünə gülmək, ulduzu doğmaq, üzünə gün doğmaq

    Tam oxu »
  • BƏXTİ AYAQ ÜSTƏDİR

    işləri davamlı olaraq düz gətirən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BƏXTİ BAĞLANMAQ

    evlənməmək, ərə getməmək, qisməti, yolu bağlanmaq, qız qarımaq.

    Tam oxu »
  • BƏXTİ DÖNMƏK

    uğursuzluğa məruz qalmaq, işləri getdikcə pisləşmək, həyatında çətin və ağır dövr başlamaq; ~ taleyi üz çevirmək (döndərmək), fələyin çərxi dönüb

    Tam oxu »
  • BƏXTİ GƏTİRMƏK

    şanslı olmaq, çətinə düşmədən uğur qazanmaq; ~ bağlı qapı üzünə açılmaq, əli bala batmaq, səadət quşu çiyninə qonmaq, çiyninə şahlıq quşu qonmaq, iynə

    Tam oxu »
  • BƏXTİ QARA GƏLMƏK

    pis şeylərlə qarşılaşmaq, başına bəlalar gəlmək.

    Tam oxu »
  • BƏXTİ SÖNMƏK

    işləri düz gətirməmək; ~ ulduzu batmaq.

    Tam oxu »
  • BƏXTİ ÜZÜNƏ GÜLMƏK

    işləri uğurlu olmağa, həyatı yaxşılaşmağa başlamaq; ~  bağlı qapı üzünə açılmaq, bəxti açılmaq, taleyi üzünə gülmək, üzünə qapılar açılmaq

    Tam oxu »
  • BƏXTİ YATMAQ

    işləri asanlıqla getməmək, şanssız olmaq; ~ tərs gətirmək.

    Tam oxu »
  • BƏXTİNDƏN KÜSMƏK

    həyatından küskün olmaq, ruhdan düşmək, bədbinliyə qapılmaq.

    Tam oxu »
  • BƏXTİNƏ ÇIXMAQ (DÜŞMƏK)

    təsadüfən yaxşı, ya pis bir şeylə rastlaşmaq; ~ payına çıxmaq (düşmək), uğuruna çıxmaq (gəlmək).

    Tam oxu »
  • BƏXTİNƏ GÜN DOĞMAQ

    xoşbəxt yaşamağa başlamaq, işləri yaxşı getmək; ~ taleyi üzünə gülmək, bəxti açılmaq.

    Tam oxu »
  • BƏXTİNƏ TƏPİK (ŞILLAQ) ATMAQ

    naşükür olmaq, taleyi, qisməti ilə barışmamaq, etiraz etmək.

    Tam oxu »
  • BƏLA ÜZ VERMƏK

    gözlənilmədən ağır vəziyyətə düşmək, bədbəxtliyə düçar olmaq.

    Tam oxu »
  • BƏLASINI ÇƏKMƏK

    əziyyətinə dözmək, qatlaşmaq, cəzasını çəkmək.

    Tam oxu »
  • BƏLAYA DÜŞMƏK

    əziyyətə, müsibətə məruz qalmaq, çətin vəziyyətlə üzləşmək, başı ağrımaq; ~ evi yıxılmaq.

    Tam oxu »
  • BƏLAYA SALMAQ

    çətin vəziyyətə, dolaşığa salmaq; ~ evini yıxmaq, xataya salmaq.

    Tam oxu »
  • BƏLƏKDƏN TƏZƏ ÇIXMAQ

    təcrübəsiz olmaq; ~ çiçəyi burnunda olmaq.

    Tam oxu »
  • BƏLİ DEYİB BƏLAYA DÜŞMƏK

    bir şeyə düşünmədən, nəticəsini nəzərə almadan razılıq verməklə özünü işə salmaq.

    Tam oxu »
  • BƏLKƏNİ ƏKİBLƏR, BİTMƏYİB

    hər şeyə ehtimalla yanaşan və “bəlkə” kəlməsini işlədən adama münasibətdə söylənilən ifadə.

    Tam oxu »
  • BƏND ALMAQ

    1. Bir məkanda, yaxud bir işdə davamlı qalmaq.  2. Rahat olmaq, bir yerdə qərar tutmaq.

    Tam oxu »
  • BƏND-BƏRƏNİ BAĞLAMAQ

    hər tərəfi kəsmək.

    Tam oxu »
  • BƏND OLMAMAQ

    lazımsız və qeyri-ciddi hesab edərək nəzərə almamaq, bir şeyə əhəmiyyət verməmək; ~ dərinə getməmək, göz yummaq, işin dalına düşməmək

    Tam oxu »
  • BƏND VURMAQ

    bir şeyi möhkəmləndirmək.

    Tam oxu »
  • BƏNDƏ DÜŞMƏK

    mühasirəyə düşmək; ilişib qalmaq; tora düşmək.

    Tam oxu »
  • BƏNDƏ SALMAQ

    ilişdirmək, mühasirəyə almaq, tora salmaq, tələyə salmaq; ~ ələ keçirmək.

    Tam oxu »
  • BƏNDƏ VURMAQ

    1. Qaçmaması üçün əl-ayağını bağlamaq.  2. Dustaq etmək.

    Tam oxu »
  • BƏNDİ SUYA VERMƏK

    səhv etmək, işi korlamaq.

    Tam oxu »
  • BƏNİZİNƏ QAN GƏLMƏK

    sağalmaq, gücünü, qüvvəsini bərpa etmək.

    Tam oxu »
  • BƏRAƏT QAZANDIRMAQ

    birini müdafiə etmək; doğru, düzgün, günahsız olduğunu başqalarına inandırmaq; ~ duruya çıxartmaq, haqlı çıxarmaq

    Tam oxu »
  • BƏRƏKƏT YAĞMAQ

    bolluq olmaq, artmaq, çoxalmaq.

    Tam oxu »
  • BƏRƏKƏTİ BAŞINDAN AŞMAQ

    qazancı çox olmaq.

    Tam oxu »
  • BƏRƏKƏTİ ÇƏKİLMƏK

    azalmaq, tükənmək (pul, ruzi, mənfəət); ~ bərəkəti qaçmaq.

    Tam oxu »
  • BƏRƏKƏTİ QAÇMAQ

    bax: bərəkəti çəkilmək.

    Tam oxu »
  • BƏRƏKƏTİNİ QARAYEL APARMAQ

    uzun müddət gəlir əldə edə bilməmək.

    Tam oxu »
  • BƏRK AYAQDA

    bax: bəd ayaqda.

    Tam oxu »
  • BƏRK AYAQDA ƏLİ OLMAMAQ

    təhlükəli məqamda geri çəkilmək, dostluqda mərd olmamaq, cəsarətsiz, zəif, iradəsiz olmaq.

    Tam oxu »
  • BƏRK DURMAQ

    müqavimət göstərmək, dediyindən, tələbindən əl çəkməmək; ~ duruş gətirmək.

    Tam oxu »