Azərbaycan dilinin frazeologiya lügəti

  • BİCLİK İŞLƏTMƏK

    bir işi hiylə ilə həll etmək, iş görərkən tədbirli olmaq.

    Tam oxu »
  • BİLDİR GEDƏN BİLDİRÇİN, HANI SƏNİN BİR QIÇIN

    özündənrazı, təkəbbürlü insanın pərt olmasını, işin öhdəsindən gələ bilməməsini bildirən ifadə.

    Tam oxu »
  • BİLDİYİNDƏN QALMAMAQ

    təkid, israr etmək, inad etmək, öz bildiyini etmək.

    Tam oxu »
  • BİLDİYİNİ BABASINA VERMƏMƏK

    fikrindən dönməmək, tərslik etmək, tərs və inadkar olmaq.

    Tam oxu »
  • BİLDİYİNİ QARNINDA SAXLAMAQ

    az danışmaq, sirrini açmamaq, sirrini özündə saxlamaq.

    Tam oxu »
  • BİLMƏDİYİ ŞEYƏ QURD DÜŞƏR

    çox bilən, hər şeydən xəbərdar olan şəxs haqqında söylənilən ifadə.

    Tam oxu »
  • BİNA QOYMAQ

    bax: özül atmaq.

    Tam oxu »
  • BİNƏ SALMAQ

    bir yеrdə məskən sаlmаq, bərkimək, yerini möhkəm eləmək, daimi yerləşmək, binələmək; ~ kök salmаq.

    Tam oxu »
  • BİR ADAMIN DA BURNU QANAMADI

    təhlükə yaradan hər hansı hadisədən insanların sağ-salamat çıxması haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BİR ADAMIN TOYUĞUNA “KİŞ” DEMƏZ (DAŞ ATMAZ)

    heç kəsə pislik etməyən, sakit, mülayim xasiyyətli adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BİR ADDIM DA GERİ ÇƏKİLMƏMƏK

    bax: geri çəkilməmək.

    Tam oxu »
  • BİR ADDIM DA GÖZÜNDƏN QOYMAMAQ

    bax: gözündən kənara qoymamaq.

    Tam oxu »
  • BİR ADDIMLIĞINDA

    çox yaxında.

    Tam oxu »
  • BİR AĞACDA OTURUB MİN BUDAĞI SİLKƏLƏMƏK

    hər işə qarışmaq, acgözlük, görməmişlik etmək; ~ bir eşşəyə minib əllisini döyəcləmək, bir əldə iki (beş) qarpız tutmaq

    Tam oxu »
  • BİR ALƏM

    çoxlu, hədsiz, bir dünya.

    Tam oxu »
  • BİR ALLAH BİLSİN, BİR DƏ SƏN

    “aramızda qalsın”, “heç kim bilməsin” mənasında işlədilən ifadə; ~ bir daş altda, bir daş üstdə.

    Tam oxu »
  • BİR ALMADIR, YARI BÖLÜNÜB

    bir-birinə çox oxşayanlar haqqında deyilən ifadə.

    Tam oxu »
  • BİR ALMANIN İKİ ÜZÜ

    bir-birinə oxşamaq, bənzəmək, təxminən eyni cür olmaq; ~ bir medalın iki üzü.

    Tam oxu »
  • BİR ARAYA GƏLMƏK

    həmfikir olmaq, birləşmək, eyni mövqedən çıxış etmək.

    Tam oxu »
  • BİR AŞAĞI, BİR YUXARI BAXMAQ

    çox fikirləşmək, nədəsə tərəddüd etmək.

    Tam oxu »
  • BİR AYAĞI BURDA, BİR AYAĞI ORDA

    iki yer arasında qalan, tez-tez gedib-gələn insanlar haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BİR AYAĞI BURDADIR, BİR AYAĞI GORDA

    bir adamın çox yaşlı olduğunu və ya ölümünün yaxınlaşdığını bildirən ifadə; ~ bir ayağı qəbirdə olmaq

    Tam oxu »
  • BİR AYAĞI QƏBİRDƏ OLMAQ

    qocalmaq, ağır, sağalmaz xəstə olmaq; ölümü yaxınlaşmaq; ~ bir ayağı burdadır, bir ayağı gorda.

    Tam oxu »
  • BİR BALTAYA SAP OLMAQ

    bir işə yaramaq, bir yerdə işləməyə başlamaq; ~ bir işin qulpundan yapışmaq.

    Tam oxu »
  • BİR BARMAQ QATIQDAN ÖTRÜ TULUĞU DƏLMƏK

    kiçik və əhəmiyyətsiz bir şey üçün mühüm işi məhv etmək.

    Tam oxu »
  • BİR BAŞ, BİR AYAQ OLMAQ

    1. Dostcasına hərəkət etmək, əl-ələ vermək.  2. Evlənmək, ailə qurmaq.

    Tam oxu »
  • BİR BAŞ YUXARI OLMAQ

    üstün olmaq, vəzifəcə yuxarı olmaq.

    Tam oxu »
  • BİR BAŞI, MİN SEVDASI OLMAQ

    olduqca çox problemi olmaq.

    Tam oxu »
  • BİR BAŞINA, BİR DİZİNƏ DÖYMƏK

    peşman olmaq, heyifsilənmək.

    Tam oxu »
  • BİR BATMAN BAL İLƏ YEMƏK OLMAZ

    deyilən sözün qəbuledilməz, ağır olduğunu bildirən ifadə.

    Tam oxu »
  • BİR BAYRAM BÖYÜK OLMAQ

    yaşca böyük olmaq; “bir” sözü say bildirən başqa sözlərlə də (beş-altı, on və s.) əvəz oluna bilər.

    Tam oxu »
  • BİR BEZİN QIRAĞI

    eyni mənfi xasiyyətləri olan; ~ eyni bezin qırağı, bir xəmirdən yoğrulmaq.

    Tam oxu »
  • BİR-BİRİNƏ DƏYMƏK (QARIŞMAQ)

    qarışıqlıq düşmək; ~ ara qarışmaq.

    Tam oxu »
  • BİR-BİRİNİ DİDMƏK

    tez-tez dava etmək, didişmək, bir-birinin sözünü götürməmək, yola getməmək; ~ bir-birinin ətini yemək

    Tam oxu »
  • BİR-BİRİNİN BELİNDƏ

    sıxlıq, gurluq, basırıq.

    Tam oxu »
  • BİR-BİRİNİN ƏTİNİ YEMƏK

    bax: bir-birini didmək.

    Tam oxu »
  • BİR CAN DEYİB MİN CAN EŞİTMƏK

    bax: can deyib can eşitmək.

    Tam oxu »
  • BİR ÇANAQ DARI ATSALAR, BİRİ DƏ YERƏ DÜŞMƏZ

    adətən, çopur adamlar haqqında işlədilən ifadə. 

    Tam oxu »
  • BİR ÇİMDİK TOZA DÖNMƏK

    bir anda gözdən itmək.

    Tam oxu »
  • BİR DAŞ ALTDA, BİR DAŞ ÜSTDƏ

    gizli saxlamaq, heç kimə deməmək; ~ bir Allah bilsin, bir də sən.

    Tam oxu »
  • BİR DAŞLA İKİ QUŞ (DOVŞAN) VURMAQ

    bir dəfə zəhmət çəkməklə iki iş görmək, bir cəhdlə iki işi gerçəkləşdirmək.

    Tam oxu »
  • BİR DEDİYİNİ İKİ ELƏMƏMƏK

    kiminsə dediyi sözə əməl etmək, sözünü yerə salmamaq.

    Tam oxu »
  • BİR DEYƏNDƏ BİRİ DƏ AĞZINDAN DÜŞÜR

    hədsiz əzizləməyə, ifrat tərifləməyə münasibət bildirən ifadə.

    Tam oxu »
  • BİR DEYİB BEŞ GÜLMƏK

    əhvalı yerində olmaq, şən olmaq, ovqatı xoş olmaq.

    Tam oxu »
  • BİR DƏLİ ŞEYTAN DEYİR

    bax: dəli şeytan deyir.

    Tam oxu »
  • BİR DƏRƏDƏ YEDDİ YETİMLƏ QALMAQ

    köməksiz, kimsəsiz olmaq.

    Tam oxu »
  • BİR DƏRİ, BİR SÜMÜK QALMAQ

    çox arıqlamaq; ~ ayaq üstə üzülmək, boğazı armud saplağına dönmək, ortası ortasından keçmək, sümükləri çıxmaq, ayaq üstə qırxı çıxmaq, gözləri çuxura

    Tam oxu »
  • BİR DIRNAĞINA BELƏ DƏYMƏZ

    bax: dırnağına belə dəyməz.

    Tam oxu »
  • BİR DİKİLİ AĞACI DA YOXDUR

    heç bir şeyi olmamaq, hədsiz kasıblıq.

    Tam oxu »
  • BİR DİLDƏ DANIŞMAQ

    eyni şeyi düşünmək, düşüncələri eyni olmaq.

    Tam oxu »