Azərbaycan dilinin frazeologiya lügəti

  • DABAN ALMAQ

    yüyürüb getmək, uzaqlaşmaq; ~ dabanına tüpürmək.

    Tam oxu »
  • DABAN DÖYMƏK

    bir yerə dəfələrlə gedib-gəlmək; ~ ayaq döymək.

    Tam oxu »
  • DABAN SAXLAMAMAQ

    dayanmadan, dincini almadan getmək.     

    Tam oxu »
  • DABANI BƏRKİTMƏK

    getməyə, yola düşməyə hazırlaşmaq.

    Tam oxu »
  • DABANI GETMƏK

    hədsiz çox gəzmək, uzun məsafə qət etmək, piyada gəzməkdən yorulmaq.

    Tam oxu »
  • DABANINA DAŞ DƏYMƏK

    yubanmaq, gecikmək, ləngimək.

    Tam oxu »
  • DABANINA TÜPÜRMƏK

    qaçmaq, yerindən sürətlə götürülmək, yüyürüb getmək; ~ daban almaq.

    Tam oxu »
  • DABANLARI AĞARMAQ

    yorulmaq.

    Tam oxu »
  • DABBAĞDA GÖNÜNƏ BƏLƏD OLMAQ

    bir adamın keçmişinə və hər cür gizli işlərinə bələd olmaq, iç üzünü bilmək.

    Tam oxu »
  • DAD ÇƏKMƏK

    şikayətlənmək, narazılıq etmək, dad eləmək.

    Tam oxu »
  • DAD YARIMÇIQ ƏLİNDƏN

    işi başlayıb sona çatdırmayan, hazırlıqsız və səhlənkar adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DADA ÇATMAQ

    köməyinə yetişmək; ~ haraya çatmaq (yetişmək).

    Tam oxu »
  • DADA GƏTİRMƏK

    dadlı, ləzzətli etmək.

    Tam oxu »
  • DADANMISAN DOLMAYA, O DA BİR GÜN OLMAYA

    rahat yaşamağa öyrənmiş bir adamın sonradan ağır vəziyyətə düşə biləcəyi ilə bağlı işlədilən ifadə.

    Tam oxu »
  • DADI DAMAĞINDA QALMAQ

    unutmamaq, yaddan çıxarmamaq, daim xatırlamaq; ~ dadı damağından getməmək (çıxmamaq).

    Tam oxu »
  • DADI DAMAĞINDAN GETMƏMƏK (ÇIXMAMAQ)

    bax: dadı damağında qalmaq.

    Tam oxu »
  • DADI-DUZU QAÇMAQ

    bax: dadı qaçmaq.

    Tam oxu »
  • DADI HEÇ YANA ÇATMAMAQ

    heç kimdən kömək ala bilməmək, köməksiz qalmaq, əli heç yana yetməmək.

    Tam oxu »
  • DADI QAÇMAQ

    əvvəlki yaxşı bir şeydən əsər-əlamət qalmamaq, maraq kəsb etməmək, bayağılaşmaq, ləzzəti, özəlliyi itmək; ~ ləzzəti getmək (qaçmaq), duzu qaçmaq, dadı

    Tam oxu »
  • DAĞ AŞIRMAQ

    başlanmış böyük bir işi sona çatdırmaq.

    Tam oxu »
  • DAĞ BAŞINA ÇIXARMAQ (QALDIRMAQ)

    həddən artıq şişirtmək; tərifləmək, öymək.

    Tam oxu »
  • DAĞ ÇƏKMƏK (BASMAQ)

    ağır mənəvi zərbə vurmaq, yandırıb-yaxmaq, əzab vermək.

    Tam oxu »
  • DAĞ ELƏMƏK

    işi, məsələni əvvəlcədən razılaşdırmaq, tədbirli olmaq, bütün mübahisəli məsələləri aydınlaşdırmaq; ~ işi bişirmək, yoluna qoymaq

    Tam oxu »
  • DAĞA-DAŞA DÜŞMƏK

    gümanı gələn hər yeri gəzmək, axtarmaq.      

    Tam oxu »
  • DAĞA-DAŞA SALMAQ

    əsas məsələdən yayındırmaq, yanıltmaq, aldatmaq; ~ iz azdırmaq.

    Tam oxu »
  • DAĞA DIRMAŞDIRMAQ

    sıxışdırmaq, sınağa çəkmək; ~ əziyyət vermək.

    Tam oxu »
  • DAĞA ƏL ATSA, YERİNDƏN QOPARAR

    çox güclü, iricüssəli adam barədə deyilən ifadə.

    Tam oxu »
  • DAĞARCIĞI ÇUVALA TAY ELƏMƏK

    böyüklərlə bir səviyyədə tutmaq, nüfuzu olmayan bir kəsi hörmətli, ləyaqətli bir şəxslə eyniləşdirmək, bərabər tutmaq

    Tam oxu »
  • DAĞARCIĞINI BOŞALTMAQ

    ürəyində olanları açıb demək.

    Tam oxu »
  • DAĞARCIQ ÇUVALDAN BÖYÜK OLUB

    daha ləyaqətliləri qoyub heç nə ilə fərqlənməyən birisinə dəyər və səlahiyyət verildikdə işlədilən ifadə

    Tam oxu »
  • DAĞDAN AĞIR

    sayılıb-seçilən, hörmətli, izzətli.

    Tam oxu »
  • DAĞDAN GƏLİB BAĞDAKINI QOVMAQ

    özünə aid olmayan bir şeyə sonradan zorakılıq və haqsızlıqla sahib çıxmaq; ~ yersiz gəldi, yerli, qaç

    Tam oxu »
  • DAĞI ARANA, ARANI DAĞA DAŞIMAQ (APARMAQ)

    bax: aranı dağa, dağı arana daşımaq.

    Tam oxu »
  • DAĞI DAĞ ÜSTƏ QOYMAQ

    çox böyük, ağır bir işin öhdəsindən gəlmək, hünər göstərmək.

    Tam oxu »
  • DAĞINA BAXIB QAR VERMƏK

    işi, əməli necədirsə, həyatı da elə olmaq.

    Tam oxu »
  • DAXMA QARALTMAQ

    yaşamaq üçün kiçik ev-eşik düzəltmək.

    Tam oxu »
  • DAL-QABAQ VURMAQ

    dolaşıq danışmaq, nə dediyinin fərqində olmamaq.

    Tam oxu »
  • DAL QAPIDAN ÖTÜRMƏK

    1. Gizlicə qaçırmaq, aradan çıxarmaq.  2. Bir şeyi gizlicə, əlaltından satmaq, oğurlamaq.

    Tam oxu »
  • DALA ATMAQ

    1. Geri qalmağa səbəb olmaq, gecikdirmək, ləngitmək.  2. Qənaət edib saxlamaq, yığmaq, gələcək üçün maddi ehtiyat toplamaq

    Tam oxu »
  • DALA DURMAQ

    1. İştirak etməkdən boyun qaçırmaq, özünü kənara çəkmək, iştirak etməmək.  2. Sözünü geri götürmək; ~ geri vermək

    Tam oxu »
  • DALA DÜŞMƏK

    bax: geri düşmək.

    Tam oxu »
  • DALA GETMƏK

    getdikcə zəifləmək, pisləşmək; ~ geri getmək.

    Tam oxu »
  • DALAĞI SANCMAQ

    şübhələnmək, ehtiyatlanmaq; ~ ürəyinə dammaq, dilini dişləmək.

    Tam oxu »
  • DALANA DİRƏNMƏK

    hər hansı məsələnin həllinin çətinə düşməsi, qəlizləşməsi;  ~ düyünə düşmək, yoxuşa dirənmək.

    Tam oxu »
  • DALDAN ATILAN DAŞ

    gecikmiş, vaxtında, məqamında olmayan tədbir.

    Tam oxu »
  • DALI DAĞA SÖYKƏNMƏK

    arxalı-dayaqlı olmaq.

    Tam oxu »
  • DALINA BAXMADAN QAÇMAQ

    tələsik və birdəfəlik getmək.

    Tam oxu »
  • DALINA DÜŞMƏK

    1. Maraqlanmaq, təqib etmək, izləmək.  2. Əldə etməyə çalışmaq, bir şeyin qeydinə qalmaq.

    Tam oxu »
  • DALINA-QABAĞINA BAXMAMAQ

    ehtiyatlı olmamaq, hərtərəfli yoxlamamaq, götür-qoy etməmək; ~ dalını-qabağını düşünməmək.

    Tam oxu »
  • DALINA MİNDİRMƏK

    çox üz vermək, qudurtmaq.

    Tam oxu »