Azərbaycan dilinin frazeologiya lügəti

  • DODAĞI QAÇMAQ

    gülümsəmək, təbəssüm etmək.

    Tam oxu »
  • DODAĞI YER SÜPÜRMƏK

    narazı qalmaq, küsmək, incimək, bikef olmaq; ~ dodağı yerlə getmək.

    Tam oxu »
  • DODAĞI YERLƏ GETMƏK

    bax: dodağı yer süpürmək.

    Tam oxu »
  • DODAĞINI DİŞLƏMƏK

    bir şeyi gec, sonradan yada salmaq, xatırlamaq, sonradan başa düşmək; ~ barmağını dişləmək.

    Tam oxu »
  • DODAQ ALTINDAN GÜLMƏK

    istehza etmək, istehzalı gülümsəmək, qımışmaq.

    Tam oxu »
  • DODAQ BÜZMƏK

    1. Bəyənməmək, narazılıq göstərmək.  2. İstehza etmək.

    Tam oxu »
  • DODAQ SALLAMAQ

    kimdənsə küsmək, acıq eləmək, pərt olmaq; ~ qaşqabağını sallamaq (tökmək), dodağı yerlə getmək, dodağı yer süpürmək

    Tam oxu »
  • DODU DOLANDIRMAQ

    yalan vədlərlə qandırmaq, aldatmaq.

    Tam oxu »
  • DOQQUZ YORĞAN YIRTMAQ

    uzunömürlü olmaq, uzun yaşamaq.

    Tam oxu »
  • DOQQUZLUQ GƏLMƏK

    aldatmaq; ~ fırıldaq işlətmək, hiylə gəlmək (işlətmək), hiyləyə əl atmaq, kələk gəlmək, əyri yola əl atmaq, nömrə gəlmək

    Tam oxu »
  • DOLAB QURMAQ

    aldatmaq; ~ hiylə gəlmək (işlətmək), kələk gəlmək.

    Tam oxu »
  • DOLABA DÜŞMƏK

    hiyləyə aldanmaq, dolaşıq işə düşmək.

    Tam oxu »
  • DOLABA SALMAQ

    hiylə ilə dolaşıq işə, çıxılmaz vəziyyətə salmaq.

    Tam oxu »
  • DOLAŞIĞA DÜŞMƏK

    çətinliklə qarşılaşmaq, həll edilə bilməmək; ~ düyünə düşmək, işi çətinə düşmək, işi müşkülə düşmək.

    Tam oxu »
  • DOLAŞIĞA SALMAQ

    işini çətinləşdirmək; ~ çətinliyə salmaq, başına iş açmaq, girə vermək.  

    Tam oxu »
  • DOLLAR DİPLOMATİYASI

    diplomatik maraqları təmin etmək üçün siyasi xadimləri və beynəlxalq qurumları pulla ələ almaq; ~ kürü diplomatiyası

    Tam oxu »
  • DON APARMAQ

    bərk üşümək, soyuqdan donmaq; donun təsirindən, şaxtadan xarab olmaq, zədələnmək, yaxud keyimək.

    Tam oxu »
  • DON BİÇMƏK

    kələk gəlmək, aldatmağa, başını tovlamağa çalışmaq.

    Tam oxu »
  • DON GEYDİRMƏK

    olmayan bir şeyə məna, rəng vermək.

    Tam oxu »
  • DONA GİRMƏK

    məqsədinə çatmaq üçün əsl niyyətini gizlədərək özünü başqa cür göstərmək; ~ cildə girmək, cildini dəyişmək, rola girmək, dondan-dona girmək

    Tam oxu »
  • DONA SALMAQ

    əslində olmayan bir şeyə məna vermək, bir şeyin formasını, cildini dəyişmək.

    Tam oxu »
  • DONDAN-DONA GİRMƏK

    aldatmaq, ikiüzlülük etmək; ~ dona girmək, cildə girmək, cildini dəyişmək, rola girmək, rəngdən-rəngə girmək

    Tam oxu »
  • DONUZU DARIDAN ÇIXARMAQ

    məsələni güc tətbiqi ilə həll etmək.

    Tam oxu »
  • DOR DİBİNDƏN QAÇMAQ

    təhlükədən uzaqlaşmaq, ölümdən canını qurtarmaq.

    Tam oxu »
  • DOŞAB ALIB, BAL ÇIXIB

    gözlənildiyindən də yaxşı çıxmış bir şey haqqında deyilən ifadə.

    Tam oxu »
  • DOV GƏLMƏK

    üstün gəlmək, qarşısında dura bilmək, ayaqlaşa bilmək; ~ güc gəlmək.

    Tam oxu »
  • DOVŞAN BIĞI

    xeyrə-şərə yaramayan, kara gəlməyən adam.

    Tam oxu »
  • DOVŞANA QAÇ DEYİR, TAZIYA TUT

    ikibaşlı oyun oynayan, tərəfləri qızışdıran adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DOVŞANI ARABA İLƏ TUTMAQ

    bir şeyi üsulluca, səbirlə, ustalıqla əldə etməyə çalışmaq, çox ciddi siyasət işlətmək, hiylə ilə məqsədinə çatmaq

    Tam oxu »
  • DOVŞANI NALLAMAQ

    yersiz hərəkət etmək, yersiz danışmaq.

    Tam oxu »
  • DÖLÜ QATMAQ

    başqa bir nəsildən, yad bir məmləkətdən evlənmək.

    Tam oxu »
  • DÖNÜK ÇIXMAQ

    etibarsız olmaq; ~ ilqarından dönmək, gözünü duz-çörək tutmaq.

    Tam oxu »
  • DÖRD DİVAR ARASINDA QALMAQ

    ətraf aləmdən, cəmiyyətdən təcrid olmaq, heç kəslə əlaqə saxlamamaq.

    Tam oxu »
  • DÖRD DİVAR ARASINDA SAXLAMAQ

    ətraf aləmdən təcrid etmək, başqaları ilə əlaqə saxlamağa imkan verməmək; ~ qəfəsdə saxlamaq.

    Tam oxu »
  • DÖRD DOLANMAQ

    hər yeri diqqətlə gəzmək, hər tərəfə baxmaq.

    Tam oxu »
  • DÖRD ƏLLƏ

    ürəklə, həvəslə, bərk-bərk.

    Tam oxu »
  • DÖRD GÖZLƏ

    çox diqqətlə; səbirsizliklə, böyük bir intizarla.

    Tam oxu »
  • DÖRD YANINA DOLANMAQ

    canla-başla qulluq göstərmək, əzizləmək.

    Tam oxu »
  • DÖRDDƏ ALACAĞI YOX, BEŞDƏ VERƏCƏYİ

    bax: beşdə alacağı yox, üçdə verəcəyi.

    Tam oxu »
  • DÖRDƏLLİ YAPIŞMAQ

    bir şeyi (vəzifə və s.) əlindən buraxmamaq, qorumaq.

    Tam oxu »
  • DÖŞ-DÖŞƏ GƏLMƏK (DURMAQ)

    mübahisə etmək, münaqişə etmək, dalaşmaq, güləşmək; ~ üz-üzə gəlmək, diş-dişə dayanmaq.

    Tam oxu »
  • DÖŞƏYƏ DÜŞMƏK

    xəstə olmaq, xəstələnmək; ~ yorğan-döşəyə düşmək, yatağa düşmək, sağ cana həsrət qalmaq.

    Tam oxu »
  • DÖŞÜNƏ DÖYMƏK (VURMAQ)

    lovğalanmaq, öyünmək; ~ sinəsinə döymək, mənəm-mənəm demək.

    Tam oxu »
  • DÖŞÜNƏ SÜD GƏLMƏK

    dan. 1. Qəfil edilən yaxşı təklif və ya gözlənilməz xoş xəbərdən hədsiz sevinmək.  2. Evdə kiçikyaşlı uşaqlara baxmaq məcburiyyətində qalmış kişilər h

    Tam oxu »
  • DÖŞÜNƏ YATMAQ

    xoşlamaq, ürəyincə olmaq; ~ canına yatmaq (sinmək), ürəyinə yatmaq, xoşuna gəlmək.

    Tam oxu »
  • DÖŞÜNÜ QABAĞA (İRƏLİ) VERMƏK

    hamıdan qabaq irəliyə atılmaq, zərbəni öz üzərinə götürmək, özünü qorxmadan qabağa vermək, müqavimət göstərmək; ~ sinə gərmək

    Tam oxu »
  • DÖVLƏT QUŞU

    zənginlik, gözlənilməz uğur mənasında işlədilən ifadə.

    Tam oxu »
  • DÖVRAN DOLANMAQ

    vaxt gəlib-keçmək, başa çatmaq, dövr vurub qurtarmaq.

    Tam oxu »
  • DÖVRAN KEÇİRMƏK

    bax: dövran sürmək.

    Tam oxu »
  • DÖVRAN QURMAQ

    təntənə düzəltmək, ziyafət, şənlik keçirmək.

    Tam oxu »