Azərbaycan dilinin frazeologiya lügəti

  • EY DADİ-BİDAD

    qəflətən nəyisə xatırlayıb təəssüflənərkən işlədilən ifadə, nida.

    Tam oxu »
  • EYBİNƏ GƏLMƏK

    bax: aybına gəlmək.

    Tam oxu »
  • EYBİNƏ KOR OLMAQ

    bax: aybına kor olmaq.

    Tam oxu »
  • EYHAM VURMAQ

    nəyisə üstüörtülü demək, nəyəsə işarə etmək.

    Tam oxu »
  • EYNİ AÇILMAQ

    bax: aynası açılmaq.

    Tam oxu »
  • EYNİ BEZİN QIRAĞI

    bax: bir bezin qırağı.

    Tam oxu »
  • EYNİ GÖZDƏ GÖRMƏK

    heç kimi üstün tutmamaq, ayrı-seçkilik etməmək; ~ hamıya bir gözlə baxmaq, bir kəfənə qoymaq (bükmək)

    Tam oxu »
  • EYNİNƏ GƏLMƏMƏK

    saymamaq, təsirlənməmək, fikrindən keçirməmək.

    Tam oxu »
  • EZOP DİLİ

    fikri üstüörtülü çatdırma tərzi, üsulu.

    Tam oxu »
  • ƏBƏDİ YUXUYA GETMƏK

    ölmək, vəfat etmək; ~ dünyasını dəyişmək.

    Tam oxu »
  • ƏBƏDİYYƏTƏ QOVUŞMAQ

    əbədi olmaq; dünyasını dəyişmiş hörmətli şəxs haqqında işlədilən evfemistik ifadə.

    Tam oxu »
  • ƏCƏB OLDU

    xəbərdarlıq olunmasına baxmayaraq, etdiyi hərəkətdən zərər çəkmiş şəxsi qınamaq üçün deyilən ifadə; ~ haqq oldu, yaxşı oldu

    Tam oxu »
  • ƏCƏL BADƏSİNİ İÇMƏK

    ölümə məhkum olmaq, ölmək; ~ əcəl camını içmək, əcəl şərbətini içmək.

    Tam oxu »
  • ƏCƏL CAMINI İÇMƏK

    bax: əcəl badəsini içmək.  

    Tam oxu »
  • ƏCƏL GİRLƏMƏK (HƏRLƏMƏK)

    ölüm vaxtı çatmaq; ölümlə nəticələnə bilən hərəkətlər etmək; ~ ölümlə çilingağac oynamaq, əcəli çatmaq, əcəli gəlmək (yetmək), əcəlinə susamaq, ölümü

    Tam oxu »
  • ƏCƏL KÖYNƏYİ

    kəfən.

    Tam oxu »
  • ƏCƏL ŞƏRBƏTİNİ İÇMƏK

    bax: əcəl badəsini içmək.

    Tam oxu »
  • ƏCƏLİ ÇATMAQ

    ölüm vaxtı yaxınlaşmaq, ölüm vaxtı çatmaq; ölüm axtarmaq, ölümlə nəticələnə biləcək hərəkətlər etmək; ~ ölümü gəlmək, əcəli gəlmək (yetmək), əcəl girl

    Tam oxu »
  • ƏCƏLİ GƏLMƏK (YETMƏK)

    bax: əcəli çatmaq.

    Tam oxu »
  • ƏCƏLİNƏ SUSAMAQ

    bax: əcəllə oynamaq.

    Tam oxu »
  • ƏCƏLLƏ OYNAMAQ

    ölüm axtarmaq, ölümlə nəticələnə biləcək hərəkətlər etmək; ~ başını çomağa sürtmək, buynuzunu çomağa sürtmək, başını bıçağa sürtmək, ölümlə çilingağa

    Tam oxu »
  • ƏDA ÇIXARTMAQ

    xoşagəlməz hərəkətlər etmək.

    Tam oxu »
  • ƏDA SATMAQ

    nazlanmaq, naz etmək; ~ özünü naza qoymaq.

    Tam oxu »
  • ƏDASI YERƏ-GÖYƏ SIĞMAMAQ

    təkəbbürlü olmaq, qürrələnmək, özündənrazı olmaq; ~ göylə getmək.

    Tam oxu »
  • ƏDAVƏT APARMAQ

    düşmənçilik etmək, düşməncəsinə münasibət göstərmək, fürsət olan kimi qisas almaq istəmək; ~ ədavət bəsləmək, kin saxlamaq

    Tam oxu »
  • ƏDAVƏT BƏSLƏMƏK

    bax: ədavət aparmaq.

    Tam oxu »
  • ƏDAVƏT SALMAQ

    arada düşmənçilik yaratmaq; ~ nifaq salmaq, nifaq yaratmaq, ədavət toxumu səpmək.

    Tam oxu »
  • ƏDAVƏT TOXUMU SƏPMƏK

    düşmənçiliyin başlanmasına səbəb olmaq; ~ nifaq salmaq, ədavət salmaq.

    Tam oxu »
  • ƏDƏB-ƏRKAN GÖZLƏMƏK (SAXLAMAQ)

    əxlaq qaydalarına əməl etmək, sözünə sərhəd qoymaq; ~ pərdə saxlamaq, böyük-kiçik yeri bilmək, həddini bilmək

    Tam oxu »
  • ƏFİ İLAN

    hirsli, qəzəbli, pis, əzazil, təhlükəli adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏFİ İLANA RAST GƏLMƏK (OLMAQ)

    bax: qara ilana rast gəlmək (olmaq).

    Tam oxu »
  • ƏHD QILMAQ

    and içmək.

    Tam oxu »
  • ƏHD-PEYMAN BAĞLAMAQ

    sədaqət andı içmək, daim birlikdə olacaqları barədə, bir növ, öhdəlik götürmək (sevgililər arasında)

    Tam oxu »
  • ƏHDİNDƏN DÖNMƏK

    vədini yerinə yetirməmək; ~ sözünü tutmamaq, sözünün dalından qaçmaq, vədinə xilaf çıxmaq.

    Tam oxu »
  • ƏHDİNƏ ÇATMAQ (YETMƏK)

    arzusuna, istəyinə nail olmaq, muradına çatmaq, istəyinə çatmaq.

    Tam oxu »
  • ƏHƏDİ KƏSİLMƏK (ÜZÜLMƏK)

    bərk yorulmaq; ~ əldən düşmək, gücdən düşmək, taqətdən düşmək, hərəkətdən düşmək.

    Tam oxu »
  • ƏHƏDİNİ KƏSMƏK

    çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, taqətdən salmaq, nəfəsini kəsmək, amanını qırmaq

    Tam oxu »
  • ƏHVALI QARIŞMAQ

    bax: əhvalı pozulmaq.

    Tam oxu »
  • ƏHVALI POZULMAQ

    1. Hər hansı səbəbdən kədərlənmək, qəmgin olmaq; ~ kefi korlanmaq (pozulmaq), nəşəsi qaçmaq.  2. Xəstəliyi daha da ağırlaşmaq; ~ təbdən-təbə düşmək, h

    Tam oxu »
  • ƏHVALINI KORLAMAQ

    peşman etmək; ~ nəşəsini pozmaq, kefini pozmaq, gözündən gətirmək (tökmək), burnundan gətirmək (tökmək)

    Tam oxu »
  • ƏKƏNDƏ YOX, BİÇƏNDƏ YOX, YEYƏNDƏ ORTAQ QARDAŞ

    başqalarının qazancına şərik çıxan, hazırın naziri olan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏKİNİ TƏRSƏ BİTMƏK

    əməyi boşa çıxmaq, zəhməti hədər getmək.

    Tam oxu »
  • ƏKSİNİ ÇÖRƏK ÜSTÜNƏ VURSAN, AC İT DƏ YEMƏZ

    zahirən çox çirkin, eybəcər adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏQİDƏSİNDƏN DÖNMƏK

    əvvəlki mövqeyindən, xasiyyətindən əsər-əlamət qalmamaq, başqalaşmaq; ~ yüz səksən dərəcə dəyişmək.

    Tam oxu »
  • ƏL AÇMAQ

    kömək diləmək, maddi yardım istəmək, müraciət etmək.

    Tam oxu »
  • ƏL ALTINDAN

    gizli, heç kəs bilmədən, səsə salmadan, məxfi.

    Tam oxu »
  • ƏL APARMAQ

    müdaxilə etmək, işə qarışmaq; ~ əl qatmaq, əl uzatmaq.

    Tam oxu »
  • ƏL ATMAQ

    1. Girişmək, təşəbbüs etmək, hər hansı vasitədən istifadə etmək.  2. Yardım etmək, maddi kömək etmək; ~ əl yetirmək

    Tam oxu »
  • ƏL-AYAĞA DOLAŞMAQ

    mane olmaq, əngəl olmaq; ~ ayağa dolaşmaq.

    Tam oxu »
  • ƏL-AYAĞA DÜŞMƏK

    həyəcanlanmaq, narahat olmaq, təlaşa düşüb işi tez həll etməyə çalışmaq; ~ təşvişə düşmək, kürkünə birə düşmək, canına birə düşmək

    Tam oxu »