Azərbaycan dilinin frazeologiya lügəti

  • FÜRSƏT BİLMƏK

    yaranmış əlverişli şəraitdən öz xeyrinə istifadə etmək.

    Tam oxu »
  • FÜRSƏT DÜŞMƏK

    əlverişli vaxt, şərait, imkan və şans yaranmaq; ~ girəvə düşmək, şans düşmək.

    Tam oxu »
  • FÜRSƏT VERMƏK

    şərait yaratmaq, imkan vermək; ~ şans vermək.

    Tam oxu »
  • FÜRSƏTDƏN İSTİFADƏ ETMƏK

    bir iş görmək üçün yaranmış əlverişli şəraitdən məqamında faydalanmaq, fürsəti fövtə verməmək.

    Tam oxu »
  • FÜRSƏTİ ƏLDƏN VERMƏK (BURAXMAQ)

    bir işi görmək üçün yaranmış vəziyyətdən dərhal, məqamında istifadə edə bilməmək; ~ şansı qaçırmaq (itirmək), əldən qaçırmaq, fürsəti fövtə vermək, fü

    Tam oxu »
  • FÜRSƏTİ FÖVTƏ VERMƏK

    bax: fürsəti əldən vermək (buraxmaq).

    Tam oxu »
  • FÜRSƏTİ QAÇIRMAQ

    bax: fürsəti əldən vermək (buraxmaq).

    Tam oxu »
  • GAH BAŞINA, GAH DÖŞÜNƏ VURMAQ

    yalvarıb-yaxarmaq, acizanə xahiş etmək.

    Tam oxu »
  • GAH NALA VURUR, GAH DA MIXA

    tez-tez tərəddüd edən, fikrini, mövqeyini qətiləşdirə bilməyən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • GECƏ GÖZÜ

    bax: gecənin bir aləmi.

    Tam oxu »
  • GECƏ KƏSMƏK

    adətən, toy gecələrində səhərə qədər yatmayıb şənlik etmək.

    Tam oxu »
  • GECƏ QARA, CÜCƏ QARA

    xəlvəti, gizli iş görmək üçün əlverişli şəraitin yarandığını bildirən ifadə.

    Tam oxu »
  • GECƏNİ GÜNDÜZƏ QATMAQ

    çox işləmək, həddindən artıq çalışmaq, gecə də, gündüz də işləmək.

    Tam oxu »
  • GECƏNİN BİR ALƏMİ

    gecədən xeyli keçmiş, gecəyarısı; ~ gecə gözü.

    Tam oxu »
  • GECƏSİ-GÜNDÜZÜ OLMAMAQ

    çalışmaq, işləmək, daim hərəkətdə olmaq.

    Tam oxu »
  • GECƏYƏ DÜŞMƏK

    gecə yol getməyə və ya çöldə qalmağa məcbur olmaq, gecələmək üçün yaşayış yerinə çata bilməmək, gecə yolda qalmaq

    Tam oxu »
  • GEN DÜNYA BAŞINA DAR OLMAQ

    kədər, fəlakət üz vermək, kədərlənmək, darıxmaq.

    Tam oxu »
  • GEN GƏZMƏK (DÜŞMƏK)

    uzaqlaşmaq, aralanmaq; ~ uzaq gəzmək.

    Tam oxu »
  • GEN YERİNİ DAR ELƏMƏK

    incitmək, bezdirmək; ~ boğaza yığmaq.

    Tam oxu »
  • GERİ ÇƏKİLMƏMƏK

    öz mövqeyini qorumaq, inadkar olmaq.

    Tam oxu »
  • GERİ DURMAQ

    mövqeyindən çəkilmək; arxasında durmamaq.

    Tam oxu »
  • GERİ DÜŞMƏK

    iqtisadi imkanı məhdudlaşmaq, zəifləmək, gəliri azalmaq; ~ ziyana düşmək, dala düşmək.

    Tam oxu »
  • GERİ GETMƏK

    getdikcə zəifləmək, pisləşmək; ~ dala getmək.

    Tam oxu »
  • GERİ QALMAQ

    köhnəfikirli olmaq, müasir tələblərə uyğunlaşa bilməmək.

    Tam oxu »
  • GERİ QALMAMAQ

    başqaları ilə ayaqlaşmaq, eyni bacarığa malik olmaq. 

    Tam oxu »
  • GERİ SALMAQ

    1. Maddi ziyan vurmaq, zərər çəkməsinə səbəb olmaq; ~ ziyana salmaq.  2. İrəliləməsinə, inkişafına mane olmaq

    Tam oxu »
  • GERİ VERMƏK

    slenq. qorxmaq, mövqeyindən geri çəkilmək; ~ dala durmaq.

    Tam oxu »
  • GERİYƏ ATMAQ

    1. İnkişafına mane olmaq, irəliləməsinin qarşısını almaq. 2. Ehtiyat üçün pul toplamaq.

    Tam oxu »
  • GERİYƏ QAPI QOYMAQ

    qəti qərar verməmək, körpüləri yandırmamaq, əl yeri qoymaq, sonradan məsələyə qayıtmaq imkanını saxlamaq

    Tam oxu »
  • GET-GƏLƏ DÜŞMƏK

    bir işi həll etmək üçün bir yerə çox gedib-gəlmək, süründürməçiliklə qarşılaşmaq; ~ təpik döymək.

    Tam oxu »
  • GET-GƏLƏ SALMAQ

    işini qəsdən uzatmaq, yubatmaq, süründürmək, gecikdirmək; ~ sabah-sabaha salmaq, dizin-dizin süründürmək, qapı dalına salmaq

    Tam oxu »
  • GETMƏ GÖZÜMDƏN, GEDƏRƏM ÖZÜMDƏN

    bir-birinə bağlı olan, bir-birini çox sevən, birgə oturub-duran adamların yaxınlıq, mehribanlıq dərəcəsini göstərmək üçün işlədilən ifadə

    Tam oxu »
  • GƏL-GƏL DEYİR

    zahiri görkəmi ilə diqqəti cəlb edən əşya və ya şəxs haqqında işlədilən ifadə; ~ könül oxşamaq.

    Tam oxu »
  • GƏLİŞ GƏLMƏK

    qorxutmaq, təpinmək, hədələmək; ~ hədə-qorxu gəlmək.

    Tam oxu »
  • GƏMİDƏN QAÇAN SİÇOVUL

    dar ayaqda aradan çıxan, xəyanətkar və nankor adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • GƏMİLƏRİ BATMAQ

    bax: dəryada gəmisi batmaq.

    Tam oxu »
  • GƏMİLƏRİ YANDIRMAQ

    geriyə yol qoymamaq; ~ körpüləri yandırmaq.

    Tam oxu »
  • GƏMİNİ ÇALXALAMAQ

    bax: ara qarışdırmaq.

    Tam oxu »
  • GİC ELƏMƏK

    bezdirmək; ~ təngə gətirmək, baş-beynini aparmaq, boğaza yığmaq, zəhlə aparmaq (tökmək).

    Tam oxu »
  • GİRDƏN DÜŞMƏK

    zəifləmək; ~ taqəti kəsilmək.

    Tam oxu »
  • GİRƏ KEÇMƏK

    tutulmaq; ~ ələ keçmək, tora düşmək, tələyə düşmək.

    Tam oxu »
  • GİRƏ VERMƏK

    şər işə qatmaq, heç nədən işə salmaq, ilişdirmək; ~ dolaşığa salmaq, feilə salmaq, zibilə salmaq.

    Tam oxu »
  • GİRƏVƏ DÜŞMƏK

    bax: fürsət düşmək.

    Tam oxu »
  • GİRƏVƏNİ ƏLDƏN BURAXMAQ (VERMƏK)

    bax: fürsəti əldən vermək.

    Tam oxu »
  • GİRƏVƏYƏ SALMAQ

    əlverişli şəraitdən faydalanmaq, fürsətdən bəhrələnmək.

    Tam oxu »
  • GİRİNƏ KEÇİRMƏK

    özününküləşdirmək, mənimsəmək; ~ təsiri altına salmaq, ələ keçirmək, çənginə keçirmək, pəncəsinə keçirmək

    Tam oxu »
  • GİRMƏYƏ SİÇAN DEŞİYİ AXTARMAQ

    bax: siçan deşiyi axtarmaq.

    Tam oxu »
  • GİZLƏNQAÇ OYNAMAQ

    münasibətlərdə qeyri-səmimi olmaq, dəqiq mövqe bildirməmək; hiylə, fənd, fırıldaq işlətmək; ~ nala-mıxa vurmaq

    Tam oxu »
  • GOPA BASMAQ

    bir şeyi, hadisəni çox şişirdərək mübaliğə ilə danışmaq, basıb-bağlamaq; ~ küyə basmaq (salmaq).

    Tam oxu »
  • GORU VAR Kİ, KƏFƏNİ DƏ OLSUN

    haqqında danışılan adamın ən adi şeylərə belə malik olmadığını bildirən ifadə.

    Tam oxu »