Azərbaycan dilinin frazeologiya lügəti

  • GÖBƏK BAĞLAMAQ

    kökəlmək, ətlənmək; ~ ətə-qana dolmaq, ətə-cana gəlmək.

    Tam oxu »
  • GÖBƏYİNİ YERƏ SÜRTMƏK

    yalvarmaq, xahiş, minnət etmək.

    Tam oxu »
  • GÖL BAĞLAMAQ

    bir yerə yığılıb qalmaq, axmamaq (mayelər haqqında).

    Tam oxu »
  • GÖLƏ QƏLƏMƏ SANCMAQ

    zərərli, naqis işlər törətmək, kiməsə ziyan vurmaq.

    Tam oxu »
  • GÖNÜ SUYA VERMƏK

    işlәri korlamaq; mәğlub və ya təslim olmaq; bəkarəti pozulmaq.

    Tam oxu »
  • GÖNÜNƏ DÖŞƏMƏK

    bərk danlamaq; ~ qabırğasına döşəmək.

    Tam oxu »
  • GÖNÜNÜ SOYMAQ

    1. İstismar etmək, var-yoxdan çıxarmaq.  2. Bərk cəzalandırmaq; ~ divan tutmaq.

    Tam oxu »
  • GÖRDÜ HƏNƏK, GÖRMƏDİ DƏYƏNƏK

    “görsə, zarafat saymaq, görməsə, vurmaq” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • GÖRDÜYÜNDƏN GÖZKİRƏSİ İSTƏMƏK

    hər gördüyü şeydən istəmək, nəfsini saxlamamaq, tamahkar olmaq; ~ gözü onun-bunun əlində olmaq (qalmaq)

    Tam oxu »
  • GÖRƏNDƏ GÖZÜ AĞRIMAQ

    xoşlamamaq, görmək istəməmək; ~ zəhləsi getmək, görməyə gözü olmamaq.

    Tam oxu »
  • GÖRƏSİ GÖZÜ OLMAMAQ

    bax: görməyə gözü olmamaq.

    Tam oxu »
  • GÖRMƏYƏ GÖZÜ OLMAMAQ

    qətiyyən xoşu gəlməmək, nifrət etmək, dinib-danışdırmamaq; ~ düşmən kəsilmək, zəhləsi getmək, görəndə gözü ağrımaq, ox olub gözünə batmaq

    Tam oxu »
  • GÖTÜRÜM DÜŞMƏK

    bərk yorulmaq, tərpənməyə halı olmamaq.

    Tam oxu »
  • GÖVŞƏYİNƏ OD DÜŞMƏK

    hər hansı bir səbəbdən içinə şübhə düşmək, şübhələnməyə başlamaq, bərk narahat olmaq.

    Tam oxu »
  • GÖY İLƏ YER QƏDƏR

    daha çox, hədsiz, həddən artıq.

    Tam oxu »
  • GÖY ÜZÜNÜ TUTMAQ

    çox olmaq, hədsiz dərəcədə geniş yayılmaq.

    Tam oxu »
  • GÖYDƏ AXTARIRDIM, YERDƏ ƏLİMƏ DÜŞDÜ

    çox axtarılan gərəkli bir şey təsadüfən və asanca əldə edilərkən işlədilən ifadə.

    Tam oxu »
  • GÖYDƏ GETMƏK

    tez satılmaq, müştərisi çox olmaq.

    Tam oxu »
  • GÖYDƏ TUTMAQ (ALMAQ)

    deyiləni dərhal, o dəqiqə anlamaq, tez başa düşmək; ~ havada tutmaq (qapmaq).

    Tam oxu »
  • GÖYDƏN DÜŞMƏK

    çox arzu edilən, istənilən və təsadüfən ortaya çıxan, əldə edilən bir şey haqqında.

    Tam oxu »
  • GÖYDƏN OD YAĞMAQ

    dözülməz dərəcədə isti olmaq.

    Tam oxu »
  • GÖYDƏN YERƏ ENMƏK

    reallığı, gerçəyi olduğu kimi qəbul etməyə başlamaq.

    Tam oxu »
  • GÖYDƏN ZƏNBİLLƏ (SƏBƏTLƏ) DÜŞÜB

    ərköyün, ümumi qaydalara və kollektiv iradəyə tabe olmayan, özünü işə-gücə verməyən adam haqqında istehza ilə işlədilən ifadə

    Tam oxu »
  • GÖYƏ BAŞ ÇƏKMƏK

    yüksəlmək, ucalmaq; uzanmaq.

    Tam oxu »
  • GÖYƏ ÇƏKİLMƏK (ÇIXMAQ)

    tapılmamaq, qıt olmaq; ~ yoxa çıxmaq.

    Tam oxu »
  • GÖYƏ ÇIXMAQ

    hirsdən, ağrıdan və s.-dən hədsiz narahat olmaq, bərk qəzəblənmək.

    Tam oxu »
  • GÖYƏ SOVRULMAQ

    puç olmaq, heç bir nəticə hasil olmamaq.

    Tam oxu »
  • GÖYƏ SOVURMAQ

    1. Bədxərclik etmək, pulunu hara gəldi xərcləmək.  2. Məhv etmək.

    Tam oxu »
  • GÖYLƏ GETMƏK

    lovğalanmaq, təkəbbürlü olmaq, özündənrazı olmaq; ~ ədası yerə-göyə sığmamaq, yuxarıdan getmək.

    Tam oxu »
  • GÖYLƏRƏ QALDIRMAQ (UCALTMAQ)

    çox tərifləmək, şişirtmək.

    Tam oxu »
  • GÖYÜN YEDDİNCİ QATI

    çox yüksək, çox hündür, əlçatmaz yer.

    Tam oxu »
  • GÖYÜN YEDDİNCİ QATINDA OLMAQ

    çox sevinmək, ürəkdən şad olmaq, sevincinin həddi-hüdudu olmamaq.

    Tam oxu »
  • GÖZ AÇA BİLMƏMƏK

    işləri çox olmaq, asudə vaxt tapmamaq; fürsəti olmamaq, imkan, vaxt tapa bilməmək; ~ başını qaşımağa vaxtı olmamaq

    Tam oxu »
  • GÖZ AÇIB-YUMUNCA

    bax: bir göz qırpımında.

    Tam oxu »
  • GÖZ AÇMAĞA QOYMAMAQ

    imkan verməmək; ~ qarşısını almaq (kəsmək).

    Tam oxu »
  • GÖZ ALTINA ALMAQ

    kimisə nəzarətdə saxlamaq; həbs etmək, tutmaq.

    Tam oxu »
  • GÖZ ALTINDAN BAXMAQ

    başqalarına sezdirmədən, nəzərə çarpdırmadan, gizlicə nəzər yetirmək, süzmək.

    Tam oxu »
  • GÖZ ATMAQ

    nəzər salmaq, diqqət yetirmək; nəyisə (qəzet, yazı və s.) yüngülvarı nəzərdən keçirmək.

    Tam oxu »
  • GÖZ BASMAQ

    nəyəsə gözlə işarə etmək; ~ göz vurmaq.

    Tam oxu »
  • GÖZ ÇIXARTMAQ

    hər hansı uğuru, davranışı, var-dövləti və s. ilə onu istəməyən bir başqasında qısqanclıq, paxıllıq hissi oyatmaq

    Tam oxu »
  • GÖZ DƏYMƏK

    inanca görə, kiminsə baxışından ziyan çəkmək, zərər görmək; ~ gözə gəlmək, nəzər dəymək, nəzərə gəlmək, pis nəfəsə gəlmək

    Tam oxu »
  • GÖZ DƏYMƏSİN

    yaxşı gedən işin pozulacağından ehtiyat edərkən işlədilən ifadə; ~ şeytan qulağı kar olsun, qulaqlara qurğuşun

    Tam oxu »
  • GÖZ DİKMƏK

    1. Bir şeyi ələ keçirmək arzusunda olmaq, sahib olmağa çalışmaq.  2. Yeganə ümid yeri olmaq, arxayın olmaq; ~ bel bağlamaq

    Tam oxu »
  • GÖZ DOLUSU

    şövqlə, həvəslə, istədiyi qədər (baxmaq).

    Tam oxu »
  • GÖZ DUSTAĞI

    nəzarətə alınan, ciddi nəzarətdə olan.

    Tam oxu »
  • GÖZ GƏZDİRMƏK (DOLANDIRMAQ)

    ötəri baxmaq, yoxlamaq; ~ nəzər salmaq, gözdən keçirmək.

    Tam oxu »
  • GÖZ GÖRƏ-GÖRƏ

    аçıq-аşkаr; ~ göz qabağında.

    Tam oxu »
  • GÖZ GÖTÜRMƏMƏK

    paxıllıq etmək, istəməmək, qəbul etməmək.

    Tam oxu »
  • GÖZ-GÖZƏ GƏLMƏK

    qarşılaşmaq, bir-birinə baxmaq.

    Tam oxu »
  • GÖZ-GÖZƏ QALMAQ

    təkbətək, üz-üzə, ikilikdə qalmaq.

    Tam oxu »