Azərbaycan dilinin frazeologiya lügəti

  • GÜC ALMAQ

    bir şeydən ruhlanmaq, ilhamlanmaq, həvəsə gəlmək; ~ təkan almaq.

    Tam oxu »
  • GÜC GƏLMƏK

    qalib gəlmək, üstün olmaq; ~ dov gəlmək.

    Tam oxu »
  • GÜC VERMƏK

    1. Bir şeyi qaldırmaq və ya yerindən tərpətmək üçün fiziki qüvvə sərf etmək.  2. Həvəsləndirmək, ruhlandırmaq

    Tam oxu »
  • GÜCDƏN DÜŞMƏK

    bərk yorulmaq, zəifləmək; ~ əldən düşmək, taqətdən düşmək, taqəti kəsilmək, əhədi kəsilmək (üzülmək), heydən düşmək, heyi kəsilmək, kəsərdən düşmək, i

    Tam oxu »
  • GÜCƏ DÜŞMƏK

    1. Fziki imkanlarına uyğun olmayan ağır iş görmək.  2. Gözlənildiyindən çox maddi vəsait xərcləmək məcburiyyətində qalmaq

    Tam oxu »
  • GÜCƏ SALMAQ

    1. Birisinə fiziki imkanlarına uyğun olmayan ağır iş gördürmək.  2. Birisini gözlədiyindən çox pul xərcləməyə məcbur etmək

    Tam oxu »
  • GÜCÜ ÇATMAQ

    maddi vəziyyəti imkan vermək, bir işi görmək üçün pulu olmaq; ~ öhdəsindən gəlmək.

    Tam oxu »
  • GÜCÜNÜ İTİRMƏK

    bax: gücdən düşmək.

    Tam oxu »
  • GÜDAZA VERMƏK

    birinin məhvinə, fəlakətə uğramasına səbəb olmaq.

    Tam oxu »
  • GÜDAZINA GETMƏK

    başqasının günahı ucbatından zərər çəkmək, fəlakətə uğramaq, əbəs yerə, heç nədən ittiham olunmaq; ~ qurbanı olmaq

    Tam oxu »
  • GÜL AÇMAQ

    1. Gözəlləşmək, təravətlənmək, qəşəngləşmək.  2. Həyata keçmək, alınmaq, reallaşmaq.

    Tam oxu »
  • GÜL AĞZINI AÇMAQ

    söyüş söymək, ağzını söyüşlə açmaq.

    Tam oxu »
  • GÜLDƏN AĞIR SÖZ DEMƏMƏK

    xoş davranmaq, qəlbə toxunacaq söz söyləməmək, irad bildirməmək; ~ gözün üstə qaşın var deməmək.

    Tam oxu »
  • GÜLLƏ KİMİ AÇILMAQ

    çox ciddi etiraz etmək, dözməmək, hirslə cavab qaytarmaq.

    Tam oxu »
  • GÜLLƏ QABAĞINA VERMƏK

    olduqca çətin və təhlükəli vəziyyətə salmaq; ~ fəlakətə sürükləmək, bada vermək, ölümə vermək.

    Tam oxu »
  • GÜLLƏNİ GÜLLƏYƏ DÜZMƏK

    ara vermədən atəş açmaq.

    Tam oxu »
  • GÜLLƏSİ ƏSKİKDİR

    yaramaz, əzazil adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • GÜLÜNÜN DƏRİLMƏLİ VAXTI

    qızın ən gözəl və təravətli yaş dövrü.

    Tam oxu »
  • GÜMANI ... GETMƏK

    kimdənsə, nədənsə şübhələnmək.

    Tam oxu »
  • GÜMANI GƏLMƏK

    inanmaq, əmin olmaq, ümid etmək, arxayın olmaq.

    Tam oxu »
  • GÜN AĞLAMAQ

    öz taleyini, gələcəyini düşünmək, yaxşı yaşamaq üçün çalışmaq, çətin vəziyyətdən çıxmaq üçün yol axtarmaq; ~ başına çarə qılmaq

    Tam oxu »
  • GÜN ƏYİLƏNDƏ

    axşamayaxın günəşin tədricən üfüqdən çəkilməsi.

    Tam oxu »
  • GÜN GÖRMƏMƏK

    yaşayışı pis olmaq, ağır həyat yaşamaq; ~ bir gün görməmək, ömründə bir gün görməmək.

    Tam oxu »
  • GÜN GÜNORTA YERİNDƏ

    günorta olduğunu, günün yarıya çatdığını bildirən ifadə.

    Tam oxu »
  • GÜN HARDAN DOĞUB

    uzun müddət görünməyən bir adamın gəlişi və yaxud kiminsə gözlənilməz xeyirxah hərəkəti ilə bağlı sevinc və təəccüb bildirən ifadə

    Tam oxu »
  • GÜN OĞURLAMAQ

    imkan, vaxt, fürsət tapmaq.

    Tam oxu »
  • GÜN VERİB İŞIQ VERMƏMƏK

    bax: göz verib işıq verməmək.

    Tam oxu »
  • GÜN VERMƏMƏK

    bax: göz verib işıq verməmək.

    Tam oxu »
  • GÜN VURMAQ

    günəş şüalarının təsirindən özünü pis hiss etmək.

    Tam oxu »
  • GÜNAHA BATMAQ

    qəbahət iş görmək, haqsız davranmaq, pis işlərə qurşanmaq; ~ şeytan yoluna düşmək, cin oyununa düşmək

    Tam oxu »
  • GÜNAHI BOYNUNA GÖTÜRMƏK

    səhvini etiraf etmək.

    Tam oxu »
  • GÜNAHI BOYNUNDAN ATMAQ

    bax: boynundan atmaq.

    Tam oxu »
  • GÜNAHINDAN KEÇMƏK

    bağışlamaq, əfv etmək.

    Tam oxu »
  • GÜNAHINI YUMAQ

    bəraət qazanmaq üçün savab işlər görmək.

    Tam oxu »
  • GÜNDƏ BİR XURMA İLƏ DOLANMAQ

    əslində, çox yeyən, lakin üzdə özünü yeməyə meyilli olmayan kimi göstərən şəxs haqqında kinayə ilə işlədilən ifadə

    Tam oxu »
  • GÜNDƏMDƏ QALMAQ (OLMAQ)

    hər hansı sahədə fəaliyyəti ilə diqqət mərkəzində olmaq; ~ gündəmi zəbt etmək, gündəmdən düşməmək.

    Tam oxu »
  • GÜNDƏMDƏN DÜŞMƏMƏK

    hər hansı problem, hadisə, şəxs və s. haqqında  davamlı danışılmaq, gündəlik söhbətlərin mövzusu olaraq qalmaq; ~ gündəmdə qalmaq (olmaq), gündəmi zəb

    Tam oxu »
  • GÜNDƏMƏ GƏTİRMƏK

    hansısa məsələni qabartmaq, bir şeyə diqqəti cəlb etmək üçün ictimailəşdirmək; ~ məsələ qaldırmaq.

    Tam oxu »
  • GÜNDƏMİ ZƏBT ETMƏK

    diqqət mərkəzində olmaq; ~ gündəmdən düşməmək, gündəmdə qalmaq (olmaq).

    Tam oxu »
  • GÜNDÜZ ÇIRAQLA AXTARMAQ

    aztapılan bir şeyin axtarışına çıxmaq.

    Tam oxu »
  • GÜNƏŞİ BATMAQ

    süqut etmək, əvvəlki şan-şöhrətini itirmək.

    Tam oxu »
  • GÜNORTADAN SONRA GÜN GÖRƏN

    vəzifə, mənsəb və pul gördükdən sonra harınlaşan, davranış və münasibətini dəyişən adamlar haqqında işlədilən ifadə

    Tam oxu »
  • GÜNÜ BAŞA VURMAQ

    adətən, əhəmiyyətsiz bir işlə məşğul olaraq günü tamamlamaq, veyillənmək; ~ gününü keçirmək.

    Tam oxu »
  • GÜNÜ ÇIXMAQ (DÜŞMƏK)

    biri ilə düşünüşmək, ziddinə getmək; ~ düz gəlməmək.

    Tam oxu »
  • GÜNÜ GÜNƏ SATMAQ

    işi uzatmaq, gecikdirmək, yubatmaq, ləngitmək.

    Tam oxu »
  • GÜNÜQARA GƏLMƏK

    yaşayışı pisləşmək, güzəranı çətinləşmək.

    Tam oxu »
  • GÜNÜNƏ AĞLAMAQ

    acımaq; ~ yazığı gəlmək.

    Tam oxu »
  • GÜNÜNƏ YANMAQ

    qayğısına qalmaq.

    Tam oxu »
  • GÜNÜNÜ GÖY ƏSGİYƏ BÜKMƏK

    iztirab və mənəvi işgəncə vermək; ~ gününü qara eləmək, qan uddurmaq, göz verib işıq verməmək, gün verməmək

    Tam oxu »
  • GÜNÜNÜ KEÇİRMƏK

    faydalı iş görməmək, avaralanmaq; ~ günü başa vurmaq, dəvə yanı yağlamaq.

    Tam oxu »