Azərbaycan dilinin frazeologiya lügəti

  • HEÇ BİR ÇƏRÇİVƏYƏ SIĞMAMAQ

    normalara uyğun gəlməmək; ədəb-ərkandan uzaq olmaq.

    Tam oxu »
  • HEÇ DEMƏ

    əslində; ~ sən demə.

    Tam oxu »
  • HEÇ HƏNANIN YERİDİR

    yersiz bir iş və ya söz haqqında işlədilən ifadə.

    Tam oxu »
  • HEÇ KƏSİN TOYUĞUNA DAŞ ATMAMAQ

    bax: heç kimin toyuğuna “kiş” deməmək.

    Tam oxu »
  • HEÇ KİMİN TOYUĞUNA “KİŞ” DEMƏMƏK

    xoşməramlı olmaq, heç kimi incitməmək, heç kimlə işi olmamaq.

    Tam oxu »
  • HEÇ SAYMAQ

    hesablaşmamaq, hörmət etməmək; ~ adam yerinə qoymamaq.

    Tam oxu »
  • HEÇ YANINDAN ÖTMƏYİB

    müəyyən meyara qətiyyən uyğun gəlməyən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • HEÇƏ ÇIXARMAQ

    gördüyü işi gözdən salmaq; işləri korlamaq; ~ zəhmətini yerə vurmaq.

    Tam oxu »
  • HEÇƏ ÇIXMAQ

    puç olmaq, yox olmaq, itmək, nəticəsiz qalmaq; ~ hədər getmək, puça çıxmaq.

    Tam oxu »
  • HESAB ÇƏKMƏK

    bax: haqq-hesab çəkmək.

    Tam oxu »
  • HESAB ETMƏK

    fikirləşmək, güman etmək, zənn etmək.

    Tam oxu »
  • HESABA ALMAMAQ

    saymamaq, nəzərə almamaq.

    Tam oxu »
  • HESABA VURMAQ

    hesablamaq, haqq-hesab etmək.

    Tam oxu »
  • HESABI ÇÜRÜTMƏK

    bax: haqq-hesabı çürütmək.

    Tam oxu »
  • HESABI DÜZ ÇIXMAMAQ

    arzusu, istəyi həyata keçməmək, istədiyi olmamaq.

    Tam oxu »
  • HESABI İÇƏRİ VERMƏK

    dözmək, səbrini basıb cavab verməmək, dinməmək.

    Tam oxu »
  • HESABI İTİRMƏK

    borcunun, xərcinin sayını bilməmək, gəlir-çıxarını dolaşdırmaq.

    Tam oxu »
  • HESABINI APARMAQ

    vəziyyəti duymaq, bir işdən nəticə çıxarmaq; ~ işini bilmək.

    Tam oxu »
  • HEYDƏN DÜŞMƏK

    yorulmaq, üzülmək; ~ gücdən düşmək, əldən düşmək, lırt düşmək, tabdan düşmək, heyi kəsilmək, kələyi kəsilmək

    Tam oxu »
  • HEYFİ GƏLMƏK

    bir şeyi vermək istəməmək, əsirgəmək; ~ ürəyi gəlməmək.

    Tam oxu »
  • HEYFİNİ ALMAQ

    bax: heyif çıxmaq.

    Tam oxu »
  • HEYİ KƏSİLMƏK

    taqəti olmamaq, hədsiz yorulmaq; ~ əldən düşmək, lırt düşmək, gücdən düşmək, heydən düşmək.

    Tam oxu »
  • HEYİF ÇIXMAQ

    nə vaxtsa edilmiş pisliyin əvəzini çıxmaq; ~ qisas almaq, intiqam almaq, acıq çıxmaq, kürəyindən çıxarmaq

    Tam oxu »
  • HEYRƏTDƏ QOYMAQ

    bax: heyrətə salmaq (gətirmək).

    Tam oxu »
  • HEYRƏTƏ GƏLMƏK

    təəccüblənmək; ~ gözü kəlləsinə çıxmaq, gözləri dörd olmaq.

    Tam oxu »
  • HEYRƏTƏ SALMAQ (GƏTİRMƏK)

    hədsiz təəccübləndirmək; heyran etmək; ~ heyrətdə qoymaq.

    Tam oxu »
  • HƏCDƏN GƏLƏN MƏN, XƏBƏR VERƏN BU

    bax: Məkkədən gələn mən, xəbər verən bu.

    Tam oxu »
  • HƏDD QOYMAQ

    məhdudlaşdırmaq, məhdudiyyət yaratmaq.

    Tam oxu »
  • HƏDDİNİ AŞMAQ

    1. Qudurmaq; ~ başına çıxmaq, cızığından çıxmaq, cığırından çıxmaq, başından böyük (yekə) qələt eləmək, ölçü-biçi bilməmək, sərhədi keçmək, yüyənini q

    Tam oxu »
  • HƏDDİNİ BİLMƏK

    qaydalardan kənara çıxmamaq; ~ yerini bilmək, ədəb-ərkan gözləmək (saxlamaq).

    Tam oxu »
  • HƏDƏ-QORXU GƏLMƏK

    qorxutmaq, hədələmək; ~ hərbə-zorba gəlmək, ətini qiymə çəkmək, gəliş gəlmək, xox gəlmək, yumruq göstərmək (silkələmək), barmağını gözünə soxmaq

    Tam oxu »
  • HƏDƏR GETMƏK

    heç bir nəticə verməmək, faydası olmamaq; ~ boşa çıxmaq (getmək), puça çıxmaq, heçə çıxmaq, bada getmək

    Tam oxu »
  • HƏFTƏ SƏKKİZ, MƏN DOQQUZ

    həmişə, daim, tez-tez.

    Tam oxu »
  • HƏQİQƏTİN GÖZÜNƏ DİK BAXMAQ

    reallığı qəbul etmək, reallıqla barışmaq.

    Tam oxu »
  • HƏMİN TAS, HƏMİN HAMAM

    bax: köhnə hamam, köhnə tas.

    Tam oxu »
  • HƏNƏK-HƏNƏK, AXIRI DƏYƏNƏK

    “zarafatın sonu dava ilə bitər” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • HƏNGAMƏ QOPARMAQ (ÇIXARMAQ)

    bax: mərəkə qoparmaq.

    Tam oxu »
  • HƏNİRİ KƏSİLMƏK

    təngnəfəs olmaq, tövşümək; bərk yorulmaq; ~ əldən düşmək.

    Tam oxu »
  • HƏR AĞIZDAN BİR AVAZ GƏLİR

    hər hansı məsələdə fikir birliyinin, ümumi razılığın, yekdilliyin olmadığını bildirən ifadə; ~ hərə bir dildə danışır, hərə öz atını çapır

    Tam oxu »
  • HƏR ÇALINAN HAVAYA OYNAMAQ

    öz fikri olmamaq, başqasının sözü ilə iş görmək, başqasının sözü ilə oturub-durmaq; ~ zurnasına oynamaq

    Tam oxu »
  • HƏR SÖZÜN BAŞINA İP SALMAQ

    hər xırda məsələni böyütmək, xırda, boş şeylərə əhəmiyyət vermək, pedantlıq eləmək.

    Tam oxu »
  • HƏR ŞEYDƏN KEÇMƏK

    nəyinsə xatirinə çox güzəştə getmək, özünü bir şey üçün səfərbər etmək.

    Tam oxu »
  • HƏR ŞEYƏ TÜPÜRMƏK

    bezmək, yorulmaq, məşğul olduğu işlərdən əl çəkmək; ~ boğaza yığılmaq.

    Tam oxu »
  • HƏR ŞEYİN YERİNİ BİLMƏK

    bax: yerini bilmək.

    Tam oxu »
  • HƏR YERİNDƏN DURAN

    heç nə ilə fərqlənməyən, xüsusi bacarığı olmayan adamlar haqqında söylənilən aşağılayıcı ifadə; ~ hər yoldan ötən

    Tam oxu »
  • HƏR YOLDAN ÖTƏN

    bax: hər yerindən duran.

    Tam oxu »
  • HƏRBƏ-ZORBA GƏLMƏK

    bax: hədə-qorxu gəlmək.

    Tam oxu »
  • HƏRƏ BİR DİLDƏ DANIŞIR

    bax: hər ağızdan bir avaz gəlir.

    Tam oxu »
  • HƏRƏ ÖZ ATINI ÇAPIR

    bax: hər ağızdan bir avaz gəlir.

    Tam oxu »
  • HƏRƏKƏTDƏN DÜŞMƏK

    zəifləmək, halsız olmaq; ~ əldən düşmək, gücdən düşmək, əhədi kəsilmək (üzülmək), nəfəsi çiyinlərindən çıxmaq, nəfəsi kəsilmək, taqətdən düşmək

    Tam oxu »