Azərbaycan dilinin frazeologiya lügəti

  • KÖÇ DÜŞMƏK (SALMAQ)

    bir yerdə müvəqqəti yurd salmaq, müvəqqəti məskunlaşmaq, yaşamaq.

    Tam oxu »
  • KÖHNƏ BAYATI

    hər kəsə bəlli olan, dəfələrlə təkrarlanmış, çeynənmiş; gülünc bəhanə; ~ çağırılmış bayatı.

    Tam oxu »
  • KÖHNƏ BAZARA TƏZƏ NIRX QOYMAQ

    köhnə qaydaları pozmaq, zahirən yenilik yaratmaq istəmək; ~ təzə dəllək çıxıb, kəkili yandan qoyur.

    Tam oxu »
  • KÖHNƏ HAMAM, KÖHNƏ TAS

    bir şeyin dəyişmədiyini, yenilik və irəliləyişin olmadığını bildirən ifadə.

    Tam oxu »
  • KÖHNƏ HAVA BURNUNDA QALIB

    keçmiş qaydalarla hərəkət edən; haçansa olmuş bir şeyi unutmayan, onun həsrəti ilə yaşayan adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • KÖHNƏ HAVA ÇALMAQ

    hər kəsə bəlli olanı təkrar etmək.

    Tam oxu »
  • KÖHNƏ KÜLLÜKLƏRİ EŞƏLƏMƏK

    bax: köhnə palan içi sökmək (eşələmək).

    Tam oxu »
  • KÖHNƏ QURD

    bax: qoca qurd.

    Tam oxu »
  • KÖHNƏ QVARDİYA

    sınaqdan çıxmış, hər hansı işdə böyük təcrübəsi olan adamlar haqqında deyilən ifadə.

    Tam oxu »
  • KÖHNƏ PALAN İÇİ SÖKMƏK (EŞMƏK)

    unudulmuş, yaddan çıxmış bir hadisəni, pis işi, nöqsanları xatırlamaq; ~ keçmişi qurdalamaq, köhnə küllükləri eşələmək

    Tam oxu »
  • KÖHNƏ YARASINI TƏZƏLƏMƏK

    bax: yarasını təzələmək.

    Tam oxu »
  • KÖHNƏDƏN VURUB TƏZƏDƏN ÇIXMAQ

    danışıqda hər şeyi bir-birinə qatmaq.

    Tam oxu »
  • KÖK SALMAQ

    1. Bir yеrdə məskən sаlmаq, bərkimək, yerini möhkəm eləmək, daimi yerləşmək; ~ binə salmaq.  2. Möhkəmlənmək, ürəklərdə özünə yer eləmək, yaşamaq, unu

    Tam oxu »
  • KÖKDƏN DÜŞMƏK

    boşalmaq, formasını itirmək.

    Tam oxu »
  • KÖKS ÖTÜRMƏK

    fikirdən, qəm-qüssədən, dərddən və s. hislərin təsirindən dərindən nəfəs almaq; ~ ah çəkmək.

    Tam oxu »
  • KÖKSÜNÜ DAĞLAMAQ

    ağır mənəvi zərbə vurmaq, yandırıb-yaxmaq.

    Tam oxu »
  • KÖKSÜNÜ GƏRMƏK

    qorxmadan özünü qabağa vermək, müqavimət göstərmək; ~ sinə gərmək, sinəsini sipər (qalxan) etmək.

    Tam oxu »
  • KÖKSÜNÜ SİPƏR (QALXAN) ETMƏK

    bax: sinəsini sipər (qalxan) etmək.

    Tam oxu »
  • KÖKÜNDƏN BALTALAMAQ (QAZIMAQ)

    təməlindən məhv etmək, əsasını sarsıtmaq, məhv etməyə çalışmaq; ~ baltanı dibindən (kökündən) vurmaq

    Tam oxu »
  • KÖKÜNDƏN VURMAQ

    bir məsələ ilə bağlı tutarlı söz demək, kəsərli cavab vermək.

    Tam oxu »
  • KÖKÜNƏ ÇATMAQ (YETMƏK)

    əsasını, mahiyyətini bilmək, dərindən öyrənmək; ~ kainatına çıxmaq (çatmaq).

    Tam oxu »
  • KÖKÜNƏ DAŞ ATMAQ

    bir şeyi qurtarmaq, məhv etmək, tamamilə axırına çıxmaq, israfçılığa yol vermək; ~ axırına çıxmaq, süpürgə çəkmək, dibinə daş atmaq, damazlığını kəsmə

    Tam oxu »
  • KÖKÜNÜ KƏSMƏK (QAZIMAQ)

    tamamilə, yerli-dibli məhv etmək, yox etmək; ~ nəslini kəsmək, kökünü yer üzündən kəsmək, külünü göyə sovurmaq, axırına çıxmaq

    Tam oxu »
  • KÖKÜNÜ YER ÜZÜNDƏN KƏSMƏK

    bax: kökünü kəsmək (qazımaq).

    Tam oxu »
  • KÖLGƏ SALMAQ

    dəyərli olduğuna şübhə yaratmaq; ~ xələl gətirmək.

    Tam oxu »
  • KÖLGƏDƏ QALMAQ

    fərqlənməyə çalışmamaq, özünə diqqəti cəlb etməmək; qiymətləndirilməmək, dəyər verilməmək.

    Tam oxu »
  • KÖLGƏDƏ QOYMAQ

    nəyəsə, kiməsə üstün gəlmək, irəli keçmək.

    Tam oxu »
  • KÖLGƏSİ QALIN OLMAQ

    gücü, təsiri, nüfuzu olmaq; adamlara köməyi dəymək.

    Tam oxu »
  • KÖLGƏSİ ÜSTÜNDƏN ƏSKİK OLMAMAQ

    himayə etmək, qayğı göstərmək.

    Tam oxu »
  • KÖLGƏSİNDƏ DALDALANMAQ

    kiminsə himayəsində olmaq, öz mövqeyi, qərarı olmamaq, cəsarətsiz olmaq; ~ kölgəsində dolanmaq.

    Tam oxu »
  • KÖLGƏSİNDƏ DOLANMAQ

    bax: kölgəsində daldalanmaq.

    Tam oxu »
  • KÖLGƏSİNDƏN QORXMAQ (ÜRKMƏK)

    hədsiz dərəcədə qorxaq, ürəksiz, aciz, ağciyər olmaq.

    Tam oxu »
  • KÖLGƏSİNƏ ÇƏKİLİB OTURMAQ

    özünə qapanmaq, heç bir şeyə qarışmamaq.

    Tam oxu »
  • KÖLGƏSİNƏ GÜLLƏ ATMAQ

    bax: kölgəsini qamçılamaq (qılınclamaq).

    Tam oxu »
  • KÖLGƏSİNİ QAMÇILAMAQ (QILINCLAMAQ)

    hədələyərək dalınca danışmaq, düşmənçilik etmək; ~ kölgəsinə güllə atmaq.

    Tam oxu »
  • KÖLGƏYƏ ÇƏKİLMƏK

    ictimai fəallığını azaltmaq, görünməmək, bilərəkdən fəal proseslərdən kənarlaşmaq; ~ qınına çəkilmək

    Tam oxu »
  • KÖMƏK ƏLİ KƏSİLMƏK

    artıq kömək edə bilməmək, köməyinə kimsə gəlməmək və ya gələ bilməmək.

    Tam oxu »
  • KÖMƏK ƏLİ UZATMAQ

    bax: yardım əli uzatmaq.

    Tam oxu »
  • KÖMƏYİ DƏYMƏK

    faydası olmaq, xeyri olmaq.

    Tam oxu »
  • KÖNLÜ AÇILMAQ

    qəm-qüssəsi yox olmaq, qəlbən rahatlanmaq, şadlanmaq; ~ ürəyi açılmaq, kefi açılmaq, gözü-könlü açılmaq

    Tam oxu »
  • KÖNLÜ BULANMAQ

    bəyənməmək, xoşu gəlməmək; ovqatı təlx olmaq, pərt olmaq; ~ kefi korlanmaq (pozulmaq), qanı qaralmaq

    Tam oxu »
  • KÖNLÜ ÇƏKMƏK

    bax: könlü istəmək.

    Tam oxu »
  • KÖNLÜ XOŞ OLMAQ

    sevinmək, daxilən rahat və məmnun olmaq.

    Tam oxu »
  • KÖNLÜ İSTƏMƏK

    arzu etmək; ~ ürəyi istəmək, meyli çəkmək, nəfsi çəkmək, könlü çəkmək, beyninə düşmək.

    Tam oxu »
  • KÖNLÜ QIRILMAQ

    incimək, narazı qalmaq; ~ ürəyi sınmaq, qəlbi qırılmaq (sınmaq).

    Tam oxu »
  • KÖNLÜ TOX OLMAQ

    nəfsi özündə olmaq, heç nədə, heç kimdə gözü olmamaq.

    Tam oxu »
  • KÖNLÜ TUTMAQ

    sevmək, çox bəyənmək; ~ xoşuna gəlmək, ürəyinə yatmaq, gözü tutmaq, könlünə yatmaq.

    Tam oxu »
  • KÖNLÜNDƏN ÇIXARTMAQ

    daha sevməmək, unutmaq, yada salmamaq.

    Tam oxu »
  • KÖNLÜNDƏN KEÇMƏK

    arzu etmək, istəmək; ~ ürəyi istəmək, könlünə düşmək, ürəyindən keçmək, qəlbindən keçmək, fikrindən keçmək

    Tam oxu »
  • KÖNLÜNƏ DƏYMƏK (TOXUNMAQ)

    bax: qəlbinə dəymək (toxunmaq).

    Tam oxu »