Azərbaycan dilinin frazeologiya lügəti

  • LAF VURMAQ

    uzun-uzadı danışmaq, çərənləmək, boşboğazlıq etmək; ~ laqqırtı vurmaq, ağzı qızışmaq.

    Tam oxu »
  • LAĞA QOYMAQ

    istehza etmək, dolamaq; ~ araya qoymaq, ələ salmaq, məsxərəyə qoymaq, hoydu-hoyduya götürmək, məzhəkəyə qoymaq, süpürgə bağlamaq, vedrə bağlamaq, söz

    Tam oxu »
  • LAX ÇIXMAQ

    baş tutmamaq, düzəlməmək, nəticəsi olmamaq, zay olmaq; etibarı doğrultmamaq; ~ fıs çıxmaq.

    Tam oxu »
  • LAQQIRTI VURMAQ

    boş, mənasız danışmaq; ~ laf vurmaq.

    Tam oxu »
  • LAL AXMAQ

    səssiz, səs-küy çıxarmadan, sakit axıb getmək.

    Tam oxu »
  • LAL-KAR OTURMAQ

    susmaq, ağzını açmamaq, danışmamaq.

    Tam oxu »
  • LAS QALMAQ

    halsız olmaq, zəifləmək, yorulmaq; hərəkətsiz olmaq, yerə yatmaq, yatıb qalmaq; ~ yorğun düşmək.

    Tam oxu »
  • LAT-LÜT QALMAQ

    hər şeyi əlindən çıxmaq, tamam yoxsullaşmaq, kasıblaşmaq.

    Tam oxu »
  • LAVAŞ QIRAĞI SULAMAQ

    yaltaqlanmaq, müzakirə edilən bir mövzu haqqında məlumatı olmadan birinin tərəfini tutmaq.

    Tam oxu »
  • LAY BAĞLAMAQ

    bir-birinin üstünə yığılmaq, üst-üstə gəlmək.

    Tam oxu »
  • LAYLA DEMƏK

    arxayınlaşdırmaq, qəflətdə saxlamaq; ~ arxayın salmaq.

    Tam oxu »
  • LAYLASI AĞIYA DÖNMƏK

    uşağını itirmək, övlad acısı yaşamaq, gözüyaşlı qalmaq.

    Tam oxu »
  • LEŞİNİ YERƏ SƏRMƏK

    vurub yıxmaq, məğlub etmək; öldürmək.

    Tam oxu »
  • LƏBBEYK DEMƏK

    fərqinə varmadan hər deyiləni təsdiqləmək, yarınmaq, əmrə müntəzir olmaq.

    Tam oxu »
  • LƏC DÜŞMƏK

    bir məsələ üzərində kiminləsə barışmaz vəziyyətə gəlmək, düşmən olmaq, rəqib olmaq; ~ arası dəymək.

    Tam oxu »
  • LƏC SALMAQ

    ixtilaf, konflikt yaratmaq; vuruşdurmaq; ~ ara vurmaq, ara qatmaq, ara qarışdırmaq.

    Tam oxu »
  • LƏÇƏK ÖRTMƏK (BAĞLAMAQ)

    öz namusuna, şərəfinə, mənliyinə toxunacaq hərəkət etmək, qorxaqlıq göstərmək, şərəfsizliyi boynuna almaq

    Tam oxu »
  • LƏKƏ DÜŞMƏK

    adına, şöhrətinə, nüfuzuna xələl gəlmək.

    Tam oxu »
  • LƏKƏ GƏTİRMƏK

    hörmətinə, nüfuzuna zərbə dəymək; ~ ləkə salmaq.

    Tam oxu »
  • LƏKƏ SALMAQ

    hörmətinə, nüfuzuna xələl gətirmək; ~ ləkə gətirmək.

    Tam oxu »
  • LƏKƏ VURMAQ (YAXMAQ, ATMAQ)

    iftira demək, şər-böhtan söyləmək, şərləmək, haqqında mənfi rəy yaratmaq; ~ böhtan atmaq.

    Tam oxu »
  • LƏKƏNİ SİLMƏK

    bax: ləkəni yumaq.

    Tam oxu »
  • LƏKƏNİ YUMAQ

    səhv hərəkət, şər, böhtan və s. nəticəsində itirilmiş adını, nüfuzunu bərpa etmək, mənəvi bəraət almaq üçün çalışmaq

    Tam oxu »
  • LƏLƏLİK ETMƏK

    özünü canıyanan göstərmək, yaltaqlanmaq; ~ quyruq bulamaq.

    Tam oxu »
  • LƏLÖYÜN DÖYMƏK

    yalvarmaq, yalvarıb-yaxarmaq.

    Tam oxu »
  • LƏLÖYÜN GETMƏK

    bir şeyin həsrətində olmaq, həddindən artıq istəmək; ~ əldən getmək, əldən-ayaqdan getmək, həsrət çəkmək

    Tam oxu »
  • LƏNƏT OXUMAQ

    qarğımaq, qarğış etmək; ~ lənət yağdırmaq.

    Tam oxu »
  • LƏNƏT YAĞDIRMAQ

    bax: lənət oxumaq.

    Tam oxu »
  • LƏNGƏR VURMAQ

    səndələmək, ayağı bir-birinə dolaşmaq; ~ müvazinətini itirmək, müvazinətdən çıxmaq, səkkiz yazmaq, ayaqları dolaşmaq

    Tam oxu »
  • LƏRZƏYƏ DÜŞMƏK

    qorxmaq, əsmək, titrəmək; ~ təşvişə düşmək.

    Tam oxu »
  • LƏRZƏYƏ SALMAQ

    qorxutmaq, sarsıtmaq.

    Tam oxu »
  • LƏYAQƏTİNƏ SIĞIŞDIRMAMAQ

    şəxsiyyətinə, qüruruna  sığışdıra bilməmək, qəbul etməmək, özünə yaraşdırmamaq.

    Tam oxu »
  • LƏYAQƏTİNƏ TOXUNMAQ

    heysiyyətinə, qüruruna, mənliyinə toxunmaq, aşağılamaq; ~ mənliyinə toxunmaq, ləyaqətini tapdamaq.

    Tam oxu »
  • LƏYAQƏTİNİ SAXLAMAQ

    öz mənliyini, qürurunu qorumaq.

    Tam oxu »
  • LƏYAQƏTİNİ TAPDAMAQ

    təhqir etmək, alçaltmaq; ~ ləyaqətinə toxunmaq.

    Tam oxu »
  • LƏZGİHƏNGİ GƏLMƏK

    cəzalandırmaq, qorxutmaq; ~ dərs vermək.

    Tam oxu »
  • LƏZZƏT ALMAQ

    xoşlanmaq, hədsiz dərəcədə xoşuna gəlmək, bəyənmək, ürəyincə olmaq; ~ zövq almaq, həzz almaq.

    Tam oxu »
  • LƏZZƏT VERMƏK

    xoşhal, feyzyab olmaq; ~ zövqünü oxşamaq, ürəyinə yatmaq, ürəyini oxşamaq, könül oxşamaq.

    Tam oxu »
  • LƏZZƏTDƏN DÜŞMƏK

    əvvəlki dad və təravətini itirmək.

    Tam oxu »
  • LƏZZƏTİ GETMƏK (QAÇMAQ)

    əvvəlki ləzzəti, zövqü verməmək; ~ dadı qaçmaq.

    Tam oxu »
  • LƏZZƏTİNİ GÖRMƏK

    bir şeyin zövqünü, nəşəsini, dadını hiss etmək, duymaq.

    Tam oxu »
  • LIĞ VERMƏK

    son dərəcə çox olmaq; ~ zığ vermək (vurmaq).

    Tam oxu »
  • LIRT DÜŞMƏK

    çox yorulmaq; ~ heyi kəsilmək, taqətdən düşmək.

    Tam oxu »
  • LİCİMİ AXMAQ

    səliqəsiz, yaraşıqsız geyinmək; ~ üst-başı tökülmək.

    Tam oxu »
  • LOĞMA KƏSMƏK

    duz-çörək kəsmək, bir süfrədə çörək yemək.

    Tam oxu »
  • LOM UDMAQ

    dübbədüz və hərəkətsiz dayanmaq, tərpənməmək; ~ arşın udmaq.

    Tam oxu »
  • LORNAN ŞORA FƏRQ QOYMAMAQ

    bax: yağla şora fərq qoymamaq.

    Tam oxu »
  • LOV DÜŞMƏK

    1. Çaxnaşma, həyəcan düşmək, bir-birinə dəymək.  2. Cəncələ, bəlaya düşmək, problemlə qarşılaşmaq; ~ başına iş gəlmək

    Tam oxu »
  • LOV SALMAQ

    qarışıqlıq salmaq, aranı qarışdırmaq; ~ çaxnaşma salmaq.

    Tam oxu »
  • LÖVBƏR SALMAQ

    bir yerdə qərarlaşıb qalmaq, məskən salmaq; ~ qərar tutmaq (tapmaq).

    Tam oxu »