Azərbaycan dilinin frazeologiya lügəti

  • RUH DÜŞKÜNLÜYÜ

    bədbinlik, ümidsizlik, depressiya.

    Tam oxu »
  • RUH VERMƏK

    ruhlandırmaq, ilhamlandırmaq; ~ nəfəs vermək.

    Tam oxu »
  • RUHA GƏLMƏK

    dirçəlmək, canlanmaq, yaxşılaşmaq; ~ ruhu təzələnmək, rəngə-ruha gəlmək, cana gəlmək.

    Tam oxu »
  • RUHDAN DÜŞMƏK

    bədbinləşmək, həvəsi olmamaq; ~ əl-ayağı sustalmaq, əli boşalmaq, əli soyumaq, əl-ayağı soyumaq, əli işdən soyumaq, əlləri yanına düşmək, qol-qanadı q

    Tam oxu »
  • RUHDAN SALMAQ

    həvəsdən salmaq, marağını azaltmaq; ~ qol-qanadını qırmaq.

    Tam oxu »
  • RUHU BƏDƏNİNDƏN ÇIXMAQ

    ölmək, vəfat etmək.

    Tam oxu »
  • RUHU DA İNCİMƏMƏK

    xəbəri olmamaq, heç bir ağrı hiss etməmək.

    Tam oxu »
  • RUHU TƏZƏLƏNMƏK

    canlanmaq, bir şeydən şövqə gəlmək; ~ ruha gəlmək.

    Tam oxu »
  • RUHUNA YATMAQ

    ürəyincə olmaq, bəyənmək; ~ xoşuna gəlmək, ürəyinə yatmaq.

    Tam oxu »
  • RUHUNU OXŞAMAQ

    məftun etmək; ~ xoşuna gəlmək, ürəyinə yatmaq, ürəyini oxşamaq.

    Tam oxu »
  • RUHUNU TƏSLİM ETMƏK

    bax: canını tapşırmaq.

    Tam oxu »
  • RUZİGARI BƏD ƏSMƏK

    bəxti gətirməmək, günü-güzəranı pisləşmək; ~ taleyi üz çevirmək (döndərmək), qara yellər əsmək.

    Tam oxu »
  • RUZİGARI QARA GƏLMƏK

    həyatı, güzəranı ağır keçmək, pis yaşamaq.

    Tam oxu »
  • RUZİSİNİ ÇIXARMAQ

    gündəlik çörəkpulu qazanmaq.

    Tam oxu »
  • RUZİSİNİ KƏSMƏK

    işini əlindən almaq, pul qazanmasına mane olmaq; ~ ac qoymaq, qazancını kəsmək, çörəyinə bais olmaq.

    Tam oxu »
  • SABAH-SABAHA SALMAQ

    məqsədli şəkildə çox yubatmaq, gecikdirmək, süründürmək; ~ get-gələ salmaq, bugün-sabaha salmaq.

    Tam oxu »
  • SABAHI DİRİGÖZLÜ AÇMAQ

    hər hansı səbəbdən gecəni səhərə qədər yatmamaq, yuxusuz qalmaq; ~ səhəri dirigözlü açmaq.

    Tam oxu »
  • SABAHIN GÖZÜ AÇILMAMIŞ

    çox erkən, tez, dan yeri ağaranda.

    Tam oxu »
  • SABUN KÖPÜYÜ

    boş, mənasız bir şey.

    Tam oxu »
  • SAÇ AĞARTMAQ

    bir işdə uzun müddət işləmək, böyük təcrübə qazanmaq.

    Tam oxu »
  • SAÇ-SAQQALINA QAR YAĞMAQ

    saçları ağarmağa başlamaq; yaşlanmaq, qocalmaq; ~ dən düşmək.

    Tam oxu »
  • SAÇ-SAQQALINI AĞARTMAQ

    yaşlanmaq, qocalmaq; bir işdə böyük təcrübə qazanmaq; ~ saqqal ağartmaq.

    Tam oxu »
  • SAÇI-SAQQALI BİR-BİRİNƏ QARIŞMAQ

    səliqəsiz, pinti, dalğın halda olmaq.

    Tam oxu »
  • SAÇI TOPUĞUNU DÖYMƏK

    hörükləri uzun olmaq, saçını uzatmaq.

    Tam oxu »
  • SAÇINA DƏN DÜŞMƏK

    bax: dən düşmək.

    Tam oxu »
  • SAÇINI SÜPÜRGƏ ELƏMƏK

    qayğısına qalmaq, əziyyətini çəkmək, sevdiyi və hörmət etdiyi bir insana diqqət və qayğı ilə yanaşmaq

    Tam oxu »
  • SAÇININ BİRİNİ AĞ, BİRİNİ QARA HÖRMƏK

    həyat yoldaşını tez itirsə də, çətinlik və məhrumiyyətlərə dözərək namus və qeyrətlə yaşamaq; ~ bir üzü qız, bir üzü gəlin olmaq

    Tam oxu »
  • SAÇYOLDUYA ÇIXMAQ

    bərk dalaşmaq, dava etmək, bir-birinin saçını yolmaq (adətən, qadınlar haqqında işlədilən ifadə).            

    Tam oxu »
  • SAĞ CANA HƏSRƏT QALMAQ

    tez-tez xəstələnmək; ~ döşəyə düşmək.

    Tam oxu »
  • SAĞ ƏL

    ən yaxın və etibarlı adam, köməkçi, sirdaş, dost.

    Tam oxu »
  • SAĞ ƏLİM BAŞINA

    özünə qismət olan yaxşı bir şeyi, xoş günü başqası üçün də arzulayarkən işlədilən ifadə.

    Tam oxu »
  • SAĞ ƏLİYLƏ SOL QULAĞINI QAŞIMAQ (GÖSTƏRMƏK)

    qısa, kəsə yolu qoyub uzaq yolla getmək, asan yolu qoyub çətin yolla getmək.

    Tam oxu »
  • SAĞ QULAĞINDAN ALIB SOL QULAĞINDAN VERMƏK (ÖTÜRMƏK)

    bax: bir qulağından alıb o biri qulağından vermək (ötürmək).

    Tam oxu »
  • SAĞ-SOLUNA GÖZ GƏZDİRMƏK

    diqqətlə baxmaq, ehtiyatlı olmaq, hər tərəfə nəzər yetirmək, hər tərəfi gözdən keçirmək.

    Tam oxu »
  • SAĞ-SOLUNU TANIMAMAQ

    heç kimi saymamaq, özünü təkəbbürlü aparmaq.

    Tam oxu »
  • SAĞA-SOLA ƏSMƏK

    bir qərara gələ bilməmək, tərəddüd etmək, əvvəlki qərarından imtina etmək; verdiyi sözdən boyun qaçırmaq

    Tam oxu »
  • SAĞA-SOLA SƏPƏLƏMƏK (SOVURMAQ)

    pulu, malı, dövləti əbəs yerə dağıtmaq, puç etmək, bədxərc olmaq, israfçılıq eləmək.

    Tam oxu »
  • SAĞINA-SOLUNA KEÇMƏK

    yaltaqlanmaq, rəğbətini qazanmağa çalışmaq.

    Tam oxu »
  • SAĞLIĞINDA KOR FATMA, ÖLƏNDƏ BADAMGÖZLÜ

    birisinin öləndən sonra hədsiz təriflənməsinə istehzalı münasibət bildirən ifadə.

    Tam oxu »
  • SAĞMAL İNƏK

    uzun müddət biri üçün gəlir yeri, qazanc mənbəyi olan pullu adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • SAHİB ÇIXMAQ

    yiyəlik etmək, qorumaq, qədrini bilmək, himayə etmək, qayğı və məsuliyyəti öz üzərinə götürmək.

    Tam oxu »
  • SAHMANA DÜŞMƏK

    işləri yoluna, qaydasına düşmək.

    Tam oxu »
  • SAHMANA SALMAQ

    səliqə yaratmaq, hər şeyi öz yerində düzgün yerləşdirmək; ~ qaydaya salmaq.

    Tam oxu »
  • SAKİT DURMAMAQ (OTURMAMAQ)

    bax: dinc durmamaq (oturmamaq).

    Tam oxu »
  • SAQQAL AĞARTMAQ

    bir işdə uzun müddət işləyib böyük təcrübə qazanmaq, bir işi hamıdan yaxşı bilmək, bacarmaq; ~ saç-saqqalını ağartmaq

    Tam oxu »
  • SAQQAL DALINCA GEDİB BIĞI DA QOYUB GƏLMƏK

    nəsə əldə etməyə çalışdığı halda daha da ziyana düşmək; ~ qaş düzəltdiyi yerdə vurub göz çıxarmaq.

    Tam oxu »
  • SAQQAL TƏRPƏTMƏK

    xahiş etmək, sözünü demək.

    Tam oxu »
  • SAQQALA SALAM VERMƏMƏK

    dan. saymamaq, hesablaşmamaq.

    Tam oxu »
  • SAQQALI ƏLƏ VERMƏK

    başqasının təsiri altına düşmək, başqasının iradəsinə tabe olmaq (əsasən, ailədə söz sahibi olmayan kişi haqqında işlədilən ifadə)

    Tam oxu »
  • SAQQALIM YOXDUR, SÖZÜM ÖTMÜR

    dediyi sözün, fikir və təklifin doğru çıxmasından ruhlanan, amma bunların vaxtında nəzərə alınmamasından narazı qalan  adamın işlətdiyi ifadə

    Tam oxu »