Azərbaycan dilinin frazeologiya lügəti

  • SIĞAL VERMƏK (VURMAQ, ÇƏKMƏK)

    bəzək, yaraşıq vermək, yaraşıq üçün saçlarına, üst-başına səliqəli görkəm vermək.

    Tam oxu »
  • SIXIB SUYUNU ÇIXARTMAQ

    1. Sıxışdırmaq; ~ sorğu-suala çəkmək. 2. Bərk tənqid etmək; ~ abrını vermək (almaq), abrını ətəyinə bükmək

    Tam oxu »
  • SIXMA-BOĞMAYA SALMAQ

    bax: qısma-boğmaya salmaq.

    Tam oxu »
  • SIMSIRIĞINI SALLAMAQ

    qaşlarını çataraq və alnını qırışdıraraq öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək; ~ qaşqabağını sallamaq (tökmək), qaşqabağını turşutmaq

    Tam oxu »
  • SINAĞA ÇƏKMƏK

    bax: sınaqdan çıxarmaq.

    Tam oxu »
  • SINAQDAN ÇIXARMAQ

    yoxlamaq, təcrübədən keçirmək; ~ imtahana çəkmək.

    Tam oxu »
  • SINAQDAN ÇIXMAQ

    bərkdən-boşdan, yoxlamalardan uğurla keçərək etimadı doğrultmaq; ~ özünü doğrultmaq.

    Tam oxu »
  • SINAQLARDAN ÇIXMAQ

    çətinliklər görmək; ~ bərkə-boşa düşmək.

    Tam oxu »
  • SIRADAN ÇIXARMAQ

    məhv etmək; ~ sapanda qoyub atmaq, aradan götürmək, başına daş salmaq; korlamaq, zay etmək; ~ abır qoymamaq

    Tam oxu »
  • SIRADAN ÇIXMAQ

    korlanmaq, xarab olmaq, yararsız hala düşmək.

    Tam oxu »
  • SIRĞA ELƏYİB QULAĞINDAN ASMAQ

    bax: qulağında sırğa etmək (olmaq).

    Tam oxu »
  • SITQI SIYRILMAQ

    xoşu gəlməmək; incimək; ~ zəhləsi getmək.

    Tam oxu »
  • SİÇAN DEŞİYİ AXTARMAQ

    qorxusundan gizlənməyə yer axtarmaq; ~ siçan deşiyini satın almaq.

    Tam oxu »
  • SİÇAN DEŞİYİNİ SATIN ALMAQ

    bax: siçan deşiyi axtarmaq.

    Tam oxu »
  • SİÇAN OLMAMIŞ DAĞARCIQ DƏLİR

    dan. birisi yaşına və səviyyəsinə uyğun olmayan hərəkət etdikdə kinayə ilə işlədilən ifadə.

    Tam oxu »
  • SİÇAN-PİŞİK OYNAMAQ

    aldatmaq, bir-birinə kələk gəlmək.

    Tam oxu »
  • SİFƏT ELƏMƏK

    bax: sifət göstərmək.

    Tam oxu »
  • SİFƏT GÖSTƏRMƏK

    özünü qaşqabaqlı aparmaq, mimika ilə narazılıq, xoş qarşılamamaq, sərt münasibət bildirmək, nəyəsə çox ciddi etiraz etmək; ~ sifətini turşutmaq

    Tam oxu »
  • SİFƏTİNDƏN ZƏHRİMAR YAĞMAQ (TÖKÜLMƏK)

    çox hirsli, qaşqabaqlı olmaq; ~ üz-gözündən zəhrimar yağmaq (tökülmək), üzündən zəhrimar (yağmaq) tökülmək

    Tam oxu »
  • SİFƏTİNİ İTİRMƏK

    dəyişmək (mənfi mənada), mənəvi keyfiyyətlərini itirmək, əqidəsindən üz döndərmək, dəyərlərə arxa çevirmək; ~ yolunu azmaq

    Tam oxu »
  • SİFƏTİNİ QORUMAQ

    istənilən şəraitdə əqidəsinə və məsləkinə sadiq olmaq, mənəvi keyfiyyətlərini saxlamaq.

    Tam oxu »
  • SİFƏTİNİ TURŞUTMAQ

    bax: üzünü turşutmaq.

    Tam oxu »
  • SİLAH DİLİ İLƏ DANIŞMAQ

    güc tətbiq etmək, zorakılığa əl atmaq.

    Tam oxu »
  • SİLAH OYNATMAQ

    qorxutmaq, müharibə ilə hədələmək.

    Tam oxu »
  • SİLAHA SARILMAQ

    bax: qılınca sarılmaq.

    Tam oxu »
  • SİLAHI YERƏ QOYMAMAQ

    təslim olmamaq, döyüşü, mübarizəni davam etdirmək.

    Tam oxu »
  • SİMSİZ TELEQRAF

    sözgəzdirən, şayiəyayan, xəbərçi.

    Tam oxu »
  • SİNƏ GƏRMƏK

    özünü qorxmadan qabağa verərək mərdliklə qorumaq; ~ müqavimət göstərmək, sinəsini sipər (qalxan) etmək, köksünü sipər etmək, köksünü gərmək, döşünü qa

    Tam oxu »
  • SİNƏSİ DOLU

    ürəyində sözü çox olan; qəlbi hiss, həvəs, eşq havası ilə dolu olan.

    Tam oxu »
  • SİNƏSİNƏ DAĞ ÇƏKMƏK (BASMAQ)

    bax: ürəyinə dağ çəkmək (basmaq).

    Tam oxu »
  • SİNƏSİNƏ DÖYMƏK

    öyünmək, lovğalanmaq; ~ mənəm-mənəm demək, döşünə döymək (vurmaq).

    Tam oxu »
  • SİNƏSİNİ SİPƏR (QALXAN) ETMƏK

    kiminsə müdafiəsinə qalxmaq; özünü qabağa verərək mərdliklə qorumaq; ~ sinə gərmək, köksünü sipər etmək, köksünü gərmək

    Tam oxu »
  • SİNOV GETMƏK

    hədsiz dərəcədə çox istəmək.

    Tam oxu »
  • SİR-SİFƏTİNDƏN CİN YAĞMAQ

    üz-gözündə biclik, hiyləgərlik əlamətləri olmaq.

    Tam oxu »
  • SİR-SİFƏTİNDƏN ZƏHRİMAR YAĞMAQ (TÖKÜLMƏK)

    bax: sifətindən zəhrimar yağmaq (tökülmək).

    Tam oxu »
  • SİR-SİFƏTİNİ TURŞUTMAQ

    bax: sifətini turşutmaq.

    Tam oxu »
  • SİZİF ƏMƏYİ

    əzablı, məşəqqətli, nəticəsi olmayan bir iş.

    Tam oxu »
  • SOBAYA ODUN ATMAQ

    təhrik etmək, qızışdırmaq; ~ körük basmaq, ara qarışdırmaq, odun üstünə yağ tökmək, yanan ocağa nöyüt tökmək

    Tam oxu »
  • SOĞAN OLSUN, NAĞD OLSUN

    “verilənə, aza qane olmaq”, “nağdı qoyub nisyə dalınca getməmək” mənalarında işlədilən ifadə.

    Tam oxu »
  • SOĞAN YEMƏMİSƏN, İÇİN NİYƏ GÖYNƏYİR

    dan. bir işdə qəbahəti olan, bunu gizlətməyə çalışan, lakin davranışda və danışıqda şüuraltı bunu büruzə verən adama müraciətlə deyilən ifadə

    Tam oxu »
  • SOL GETMƏK

    razılaşmamaq, inkar etmək, əleyhinə olmaq.

    Tam oxu »
  • SON DAMLA QANINA QƏDƏR

    ölənədək, son nəfəsinə qədər.

    Tam oxu »
  • SON QOYMAQ

    yox etmək, qurtarmaq, bitirmək; ~ nöqtə qoymaq.

    Tam oxu »
  • SON MƏNZİLƏ YOLA SALMAQ

    dəfn etmək; ~ torpağa tapşırmaq, torpağa təslim etmək.

    Tam oxu »
  • SORĞU-SUALA ÇƏKMƏK

    müəyyən məsələ ilə əlaqədar çoxlu sual vermək, imtahan eləmək; ~ sıxıb suyunu çıxartmaq.

    Tam oxu »
  • SOYUB SOĞANA DÖNDƏRMƏK

    bütün varını, yoxunu əlindən almaq, müflisləşməsinə səbəb olmaq.

    Tam oxu »
  • SOYUB-SOYUB QUYRUĞUNDA BIÇAĞI SINDIRMAQ

    əsas işi görüb sona az qalmış dayanmaq, işi tamamlamamaq, yarımçıq qoymaq, axıra çatdırmamaq; ~ öküzü soyub quyruğunda bıçağı sındırmaq, quyruqda bıça

    Tam oxu »
  • SOYUB-SOYUB QUYRUĞUNDA QOYMAQ

    bax: soyub-soyub quyruğunda bıçağı sındırmaq.

    Tam oxu »
  • SOYUQ APARMAQ

    bərk soyuqdan, ayaz və şaxtadan donmaq.

    Tam oxu »
  • SOYUQ DƏYMƏK

    soyuqlamaq, soyuqdan azarlamaq.

    Tam oxu »