Azərbaycan dilinin frazeologiya lügəti

  • SOBAYA ODUN ATMAQ

    təhrik etmək, qızışdırmaq; ~ körük basmaq, ara qarışdırmaq, odun üstünə yağ tökmək, yanan ocağa nöyüt tökmək

    Tam oxu »
  • SOĞAN OLSUN, NAĞD OLSUN

    “verilənə, aza qane olmaq”, “nağdı qoyub nisyə dalınca getməmək” mənalarında işlədilən ifadə.

    Tam oxu »
  • SOĞAN YEMƏMİSƏN, İÇİN NİYƏ GÖYNƏYİR

    dan. bir işdə qəbahəti olan, bunu gizlətməyə çalışan, lakin davranışda və danışıqda şüuraltı bunu büruzə verən adama müraciətlə deyilən ifadə

    Tam oxu »
  • SOL GETMƏK

    razılaşmamaq, inkar etmək, əleyhinə olmaq.

    Tam oxu »
  • SON DAMLA QANINA QƏDƏR

    ölənədək, son nəfəsinə qədər.

    Tam oxu »
  • SON QOYMAQ

    yox etmək, qurtarmaq, bitirmək; ~ nöqtə qoymaq.

    Tam oxu »
  • SON MƏNZİLƏ YOLA SALMAQ

    dəfn etmək; ~ torpağa tapşırmaq, torpağa təslim etmək.

    Tam oxu »
  • SORĞU-SUALA ÇƏKMƏK

    müəyyən məsələ ilə əlaqədar çoxlu sual vermək, imtahan eləmək; ~ sıxıb suyunu çıxartmaq.

    Tam oxu »
  • SOYUB SOĞANA DÖNDƏRMƏK

    bütün varını, yoxunu əlindən almaq, müflisləşməsinə səbəb olmaq.

    Tam oxu »
  • SOYUB-SOYUB QUYRUĞUNDA BIÇAĞI SINDIRMAQ

    əsas işi görüb sona az qalmış dayanmaq, işi tamamlamamaq, yarımçıq qoymaq, axıra çatdırmamaq; ~ öküzü soyub quyruğunda bıçağı sındırmaq, quyruqda bıça

    Tam oxu »
  • SOYUB-SOYUB QUYRUĞUNDA QOYMAQ

    bax: soyub-soyub quyruğunda bıçağı sındırmaq.

    Tam oxu »
  • SOYUQ APARMAQ

    bərk soyuqdan, ayaz və şaxtadan donmaq.

    Tam oxu »
  • SOYUQ DƏYMƏK

    soyuqlamaq, soyuqdan azarlamaq.

    Tam oxu »
  • SOYUQ MÜHARİBƏ

    beynəlxalq münasibətlərdə gərginlik yaradan və yeni müharibə alışdırmağa yönəldilmiş informasiya savaşı

    Tam oxu »
  • SOYUQ TUTMAQ

    bax: soyuq dəymək.

    Tam oxu »
  • SOYUQDAN KEÇİNİN BUYNUZU ÇATLAYIR

    “şaxta qılınc kimi kəsir, hava çox soyuqdur” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • SOYUQLAR DÜŞMƏK

    qış fəsli yaxınlaşmaq; ~ qış qapını döyür (alır, kəsdirir).

    Tam oxu »
  • SÖHBƏT AÇMAQ

    bir şey haqqında danışmağa başlamaq; ~ söz açmaq, söz salmaq.

    Tam oxu »
  • SÖHBƏT GEDƏ BİLMƏZ

    “qətiyyən mümkün deyil” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • SÖHBƏTƏ QARIŞMAQ

    bax: sözə qarışmaq.

    Tam oxu »
  • SÖHBƏTƏ TUTMAQ

    danışıqla başını qatmaq, danışıb vaxtını almaq.

    Tam oxu »
  • SÖHBƏTİ FIRLATMAQ

    mövzunu başqa istiqamətə yönəltmək, əsas fikirdən yayınmaq, əsas məsələdən deyil, başqa şeylərdən danışmaq; ~ söhbətin ağzını əymək, söz azdırmaq (dəy

    Tam oxu »
  • SÖHBƏTİ TUTMAMAQ

    söhbətin nədən getdiyini anlamamaq; ~ təkərə düşmək; sözləri uyğun gəlməmək, bir-birini başa düşməmək

    Tam oxu »
  • SÖHBƏTİN AĞZINI ƏYMƏK

    söhbəti yanlış istiqamətə yönəltmək, mövzunu dəyişdirmək; ~ söz arasına söz qatmaq, söhbəti fırlatmaq

    Tam oxu »
  • SÖHBƏTİN AXIRINA ÇIXMAQ

    bax: sözün təkinə getmək.

    Tam oxu »
  • SÖZ AÇMAQ

    haqqında danışmağa başlamaq; ~ söhbət açmaq, söz salmaq.

    Tam oxu »
  • SÖZ AĞZINDAN TÖKÜLÜR

    “aydın danışa bilməmək, mızıldamaq”, “diksiyası zəif olmaq” mənalarında işlədilən ifadə.

    Tam oxu »
  • SÖZ ALMAQ

    birindən sirr olan məlumatı öyrənməyə çalışmaq; ~ söz çəkmək.

    Tam oxu »
  • SÖZ ALTINDA QALMAMAQ

    hazırcavab olmaq, deyiləni (replika və s.) cavabsız qoymamaq, dərhal cavab vermək.

    Tam oxu »
  • SÖZ APARIB-GƏTİRMƏK

    iki tərəfin məlumatlarını bir-birinə çatdırmaq, xəbərçilik etmək; ~ ara vurmaq.

    Tam oxu »
  • SÖZ ARASINA SÖZ QATMAQ

    əsas mövzudan uzaqlaşmaq, mövzunu dəyişmək; ~ söhbətin ağzını əymək, söz azdırmaq.

    Tam oxu »
  • SÖZ ATMAQ

    hər hansı məsələ ilə bağlı rəy öyrənmək və ya fikir formalaşdırmaq üçün üstüörtülü şəkildə söz demək, nəyi isə eşitdirmək; sataşmaq; ~ işarə vurmaq

    Tam oxu »
  • SÖZ AZDIRMAQ (DƏYİŞMƏK)

    mövzunu başqa tərəfə yönəltmək, əsas fikirdən, mətləbdən yayınmaq; ~ söhbəti fırlatmaq, söz arasına söz qatmaq, söhbətin ağzını əymək, valı dəyişmək

    Tam oxu »
  • SÖZ BATMAMAQ

    öyüd-nəsihət eşitməmək, danışığa, məsləhətə əhəmiyyət verməmək; ~ bir qulağından alıb o biri qulağından vermək (ötürmək)

    Tam oxu »
  • SÖZ BƏZƏMƏK

    birinin haqqında şayiələr yaymaq; ~ söz gəzdirmək.

    Tam oxu »
  • SÖZ ÇATDIRMAQ OLMUR

    danışmağa aman verməyən dilli-dilavər adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • SÖZ ÇEVİRMƏK

    kobud cavab vermək; ~ cavab qaytarmaq.

    Tam oxu »
  • SÖZ ÇƏKMƏK

    birindən sirr olan məlumatı öyrənmək; ~ söz almaq.

    Tam oxu »
  • SÖZ ÇIXARTMAQ

    olmayan şey haqqında danışmaq, uydurmaq, şayiə yaymaq, böhtan atmaq; ~ iş toxumaq, səs salmaq.

    Tam oxu »
  • SÖZ DƏYİRMANDAKIDIR

    nə vaxtsa danışılmış şərtə əməl olunacağını və ya deyilmiş sözün qüvvədə olduğunu təsdiq etmək məqsədilə işlədilən ifadə

    Tam oxu »
  • SÖZ DƏYMƏK

    bax: söz tutmaq.

    Tam oxu »
  • SÖZ EŞİTMƏMƏK

    öyüd-nəsihətə qulaq asmamaq, əməl etməmək; ~ ipə-sapa yatmamaq (gəlməmək).

    Tam oxu »
  • SÖZ GƏLMƏK

    danlanmaq, məzəmmət edilmək.

    Tam oxu »
  • SÖZ GƏZDİRMƏK

    xəbərçilik eləmək; ~ ara vurmaq.

    Tam oxu »
  • SÖZ GƏZMƏK

    xəbər, şayiə yayılmaq.

    Tam oxu »
  • SÖZ GÖTÜRMƏMƏK

    haqsız sözü qəbul etməmək; qınağa, danlağa, tənqidə dözməmək; ~ qabağından yeməmək.

    Tam oxu »
  • SÖZ GÜLƏŞDİRMƏK

    boş-boşuna, yersiz mübahisə etmək.

    Tam oxu »
  • SÖZ KƏSMƏK

    bax: şərt kəsmək.

    Tam oxu »
  • SÖZ QAÇIRTMAQ

    bilmədən, istəmədən bir mövzunu açmaq; ~ ağzından qaçırmaq.

    Tam oxu »
  • SÖZ QAYTARMAQ

    kobud cavab vermək, etiraz etmək; ~ cavab qaytarmaq, üzünə qayıtmaq, üzünə ağ olmaq.

    Tam oxu »