Azərbaycan dilinin frazeologiya lügəti

  • STƏKANDA FIRTINA

    kiçik bir yerdə böyük və mənasız hay-küy.

    Tam oxu »
  • STRESDƏN ÇIXMAQ

    düşdüyü psixoloji gərginliyi dəf etmək, davamlı psixoloji üzüntünü müxtəlif üsullarla aradan qaldırmaq

    Tam oxu »
  • STRESS ATMAQ

    keçirdiyi psixoloji sarsıntıdan qurtulmaq üçün xoşuna gələn, qəlbini rahatlandıran hansısa əyləncəli işlə məşğul olmaq

    Tam oxu »
  • STUL DAVASI

    bax: kreslo davası.

    Tam oxu »
  • SU BOĞAZA ÇIXANDA

    çıxılmaz vəziyyət yarananda, çıxış yolu qalmayanda.

    Tam oxu »
  • SU İÇDİYİ QUYUYA TÜPÜRMƏK

    nankorluq etmək, yediyi çörəyə hörmət qoymamaq; ~ oturduğu budağı baltalamaq (kəsmək), yediyi qaba tüpürmək, işıq gələn yerə barmaq tıxamaq

    Tam oxu »
  • SU KİMİ İÇMƏK

    çox yaxşı bilmək, biliyini yüksək səviyyədə nümayiş etdirmək, asanlıqla öyrənmək.

    Tam oxu »
  • SU QİYMƏTİNƏ

    çox ucuz, dəyər-dəyməzinə; ~ şor qiymətinə.

    Tam oxu »
  • SU-SU DEYİNCƏ SUMAQ DE

    bax: mus-mus deyincə Mustafa de.

    Tam oxu »
  • SU ÜSTÜNDƏ OCAQ QALAMAQ

    mümkün olmayan  bir işin arxasınca düşmək.

    Tam oxu »
  • SUAL ALTINDA QALMAQ

    həyata keçəcəyi, həll olunacağı şübhə doğurmaq, qeyri-müəyyən vəziyyətdə olmaq, nəticəsi bilinməmək.

    Tam oxu »
  • SUAL ALTINDA QOYMAQ

    qeyri-müəyyənlik yaratmaq, vəziyyətini ağırlaşdırmaq, mövcudluğuna şübhə və təhlükə yaratmaq.

    Tam oxu »
  • SUBAŞINA ÇIXMAQ (DƏYMƏK)

    tualetə, ayaqyoluna getmək.

    Tam oxu »
  • SUBAYLIĞIN DAŞINI ATMAQ

    evlənmək, ailə qurmaq.

    Tam oxu »
  • SUDAN QURU ÇIXMAQ

    günahı, qəbahəti olduğu halda heç bir ziyan çəkmədən çətin, ağır vəziyyətdən xilas olmaq.

    Tam oxu »
  • SULARI DURULTMAQ

    qarışıq, mürəkkəb, qeyri-müəyyən bir məsələyə aydınlıq gətirmək.

    Tam oxu »
  • SUSUZ DƏYİRMAN

    kimsəsiz, unudulmuş, kimsənin gedib-gəlmədiyi yer, məkan; mənasız, məqsədsiz həyat tərzi.

    Tam oxu »
  • SUYA SALIB-ÇIXARTMAQ

    bərk danlamaq, ciddi cəzalandırmaq; haqsız olduğunu sübut etməklə kimisə pis vəziyyətə salmaq.

    Tam oxu »
  • SUYOLUNA DÖNDƏRMƏK

    bir yerə zərurət olmadan tez-tez gedib-gəlmək.

    Tam oxu »
  • SUYU BİR ARXDAN (YERDƏN) AXMAMAQ

    bir-biri ilə dil tapa bilməmək, dolanmamaq, razılaşmamaq, aralarında uyğunluq olmamaq, bir-birinə öyrəşə bilməmək

    Tam oxu »
  • SUYU BULANDIRIB BALIQ TUTMAQ

    bax: bulanıq suda balıq tutmaq.

    Tam oxu »
  • SUYU BULANDIRMAQ

    araya fitnə-fəsad salmaq; ~ ara vurmaq, ara qarışdırmaq, duru suyu bulandırmaq.

    Tam oxu »
  • SUYU PÜFLƏYƏ-PÜFLƏYƏ İÇMƏK

    bax: suyu üfürə-üfürə içmək.

    Tam oxu »
  • SUYU SOVRULMUŞ DƏYİRMAN

    uçulmuş, dağılmış, viran qalmış, heç nəyə yaramayan yer; ~ susuz dəyirman.

    Tam oxu »
  • SUYU SÜZÜLƏ-SÜZÜLƏ

    kor-peşman, qanıqara halda, pərt.

    Tam oxu »
  • SUYU ÜFÜRƏ-ÜFÜRƏ İÇMƏK

    çox tədbirli, ehtiyatlı hərəkət etmək, kəskin və riskli hərəkətlərdən çəkinmək, vasvası olmaq; öz kölgəsindən qorxmaq

    Tam oxu »
  • SUYUN DİBİNƏ YATMAQ

    yeni fürsət gözləmək məqsədilə gizlənmək, gözə görünməmək; ~ səngərə yatmaq.

    Tam oxu »
  • SUYUŞİRİN GƏLMƏK

    ilk baxışdan xoş təsir bağışlamaq; ~ ürəyinə yatmaq, qanı qaynamaq, qan çəkmək, xoşuna gəlmək.

    Tam oxu »
  • SÜD GÖLÜNDƏ ÜZMƏK

    rifah və bolluq içərisində yaşamaq, zəngin olmaq; ~ yağ-bal içində üzmək (yaşamaq).

    Tam oxu »
  • SÜD GÖLÜNƏ DÜŞMƏK

    rifah və bolluq içərisində yaşamağa başlamaq.

    Tam oxu »
  • SÜDDƏN ÇIXMIŞ AĞ QAŞIQ

    özünü təmiz, günahsız adam kimi göstərən şəxs haqqında istehza ilə deyilən ifadə.

    Tam oxu »
  • SÜDƏ SU QATMAQ

    haramlıq etmək; ~ mayasına haram qatmaq.

    Tam oxu »
  • SÜFRƏSİ AÇIQ OLMAQ

    səxavətli, çörəkverən, qonaqpərvər olmaq.

    Tam oxu »
  • SÜFRƏSİNƏ HARAM ƏLİ DƏYMƏK

    ruzisi azalmaq, evə alınan ruzinin bərəkəti olmamaq; ~ xeyir-bərəkəti çəkilmək.  

    Tam oxu »
  • SÜKANI BELƏ SAXLA

    razı qaldığı bir işi həmişə bu səviyyədə görmək istəyən adamın işlətdiyi ifadə.

    Tam oxu »
  • SÜKUTA DALMAQ

    heç nə deməmək, təkidlə susmaq.

    Tam oxu »
  • SÜKUTU POZMAQ

    sakitliyə son qoymaq, ortaya çıxıb nə isə demək; ~ səs salmaq.

    Tam oxu »
  • SÜMSÜYÜNÜ SALLAMAQ

    incimək, narazı qalmaq, pәrt olduğunu bildirmək; ~ burnunu sallamaq, mısmırığını sallamaq.

    Tam oxu »
  • SÜMÜK SINDIRMAQ

    çalışmaq, bütün qüvvəsini, enerjisini, bacarığını sərf etmək, əlindən gələni əsirgəməmək; ~ can qoymaq, qan-tərə batmaq, dəridən-qabıqdan çıxmaq, külü

    Tam oxu »
  • SÜMÜKLƏRİ ÇIXMAQ

    çox arıqlamaq; ~ bir dəri, bir sümük qalmaq.

    Tam oxu »
  • SÜMÜKLƏRİ DƏ ÇÜRÜYÜB

    çoxdan dünyasını dəyişmiş insan haqqında danışarkən işlədilən kobud ifadə

    Tam oxu »
  • SÜMÜKLƏRİ DİNCƏLMƏK

    ölmək.

    Tam oxu »
  • SÜMÜYÜ QIZMAQ

    üşüməyi keçmək, tədricən istini duymaq.

    Tam oxu »
  • SÜMÜYÜ YOĞUNLAMAQ

    tərbiyə edilmək üçün yaşı çoxdan keçmək.

    Tam oxu »
  • SÜMÜYÜNƏ DÜŞMƏK

    çalınan musiqidən xoşlanmaq, oynamağa həvəslənmək.

    Tam oxu »
  • SÜMÜYÜNƏ QƏDƏR İŞLƏMƏK

    çox dərin təsir etmək; ~ dərinə işləmək.

    Tam oxu »
  • SÜMÜYÜNÜ İT SÜMÜYÜNƏ CALAMAQ

    layiq bilinməyən, yaxşı ad çıxarmayan nəsillə qohum olmaq, qız alıb qız vermək.

    Tam oxu »
  • SÜNBÜLÜNDƏN SU DAMIR

    çox gözəl, cazibədar olan qız, qadın haqqında işlədilən ifadə.

    Tam oxu »
  • SÜPÜRGƏ BAĞLAMAQ

    haqqında şayiə yaymaq; gülüş hədəfinə çevirmək, lağ etmək; ~ lağa qoymaq, məsxərəyə qoymaq, vedrə bağlamaq

    Tam oxu »
  • SÜPÜRGƏ ÇƏKMƏK

    nə varsa alıb götürmək, heç bir şey qoymamaq, soyub-talamaq; ~ axırına çıxmaq, kökünə daş atmaq.

    Tam oxu »