Azərbaycan dilinin frazeologiya lügəti

  • XEYİR-BƏRƏKƏTİ ÇƏKİLMƏK

    ruzisi azalmaq, evə alınan ruzinin bərəkəti olmamaq; ~ süfrəsinə haram əli dəymək.

    Tam oxu »
  • XEYİR-DUA VERMƏK

    səadət, xoşbəxtlik arzulamaq, uğurlar diləmək; ~ haqqını halal etmək, halallıq vermək.

    Tam oxu »
  • XEYİR GƏLƏN YERƏ PAPAQ (BARMAQ) TIXAMAQ

    özünə ziyan vurmaq, öz xeyrini bilməmək; ~ işıq gələn yerə barmaq tıxamaq.

    Tam oxu »
  • XEYİR GÖRMƏK

    mənfəət götürmək, faydalanmaq, xeyir eləmək; ~ xeyrini görmək.

    Tam oxu »
  • XEYİR GÜDMƏK

    bax: maraq güdmək.

    Tam oxu »
  • XEYİR İŞ

    toy, nişan, şənlik.

    Tam oxu »
  • XEYİR OLA!

    gözlənilməz təklifə, xəbərə, davranışa etiraz və təəccüb bildirən ifadə.

    Tam oxu »
  • XEYİR TAPMAQ

    fayda görmək, ürəyincə olmaq; ~ işi düz gətirmək.

    Tam oxu »
  • XEYİR VERMƏK

    mənfəət qazandırmaq, fayda vermək.

    Tam oxu »
  • XEYRƏ-ŞƏRƏ YARAMAQ

    xeyirdə-şərdə iştirak etmək, başqalarının dərdinə şərik olmaq, kiminsə köməyinə, hayına yetmək.

    Tam oxu »
  • XEYRİ DƏYMƏK (KEÇMƏK)

    faydası olmaq, xeyri olmaq; ~ yaxşılığı dəymək.

    Tam oxu »
  • XEYRİNİ GÖRMƏK

    bax: xeyir görmək.

    Tam oxu »
  • XEYRİNİ-ŞƏRİNİ BİLMƏMƏK

    yaxşı ilə pisi, zərərlə xeyiri ayırmamaq.

    Tam oxu »
  • XƏBƏR ALMAQ

    soruşmaq, bilmək istəmək.

    Tam oxu »
  • XƏBƏR ÇIXMAMAQ

    heç bir soraq gəlməmək, heç bir xəbər eşidilməmək.

    Tam oxu »
  • XƏBƏR TUTMAQ

    məlumat almaq, məlumat əldə etmək, xəbərdar olmaq.

    Tam oxu »
  • XƏBƏR VERMƏK

    məlumatlandırmaq, bildirmək, xəbərdar etmək, çatdırmaq; ~ qulağına çatdırmaq.

    Tam oxu »
  • XƏBƏRİ ÜSTÜNƏ GƏLMƏK

    ölmək.

    Tam oxu »
  • XƏCALƏT ÇƏKMƏK

    qüsurunu, nöqsanını bilib utanmaq; çox utanmaq, çox sıxılmaq, abır-həya etmək; ~ ət tökmək, bir köynək ət tökmək, tər tökmək, yerə girmək, ar gəlmək,

    Tam oxu »
  • XƏCALƏT VERMƏK

    hər hansı yaxşı hərəkəti ilə utandırmaq.

    Tam oxu »
  • XƏCALƏTDƏN YERƏ GİRMƏK

    bərk utanmaq; ~ diri-diri qəbrə girmək, bir köynək ət tökmək, üzünə baxa bilməmək.

    Tam oxu »
  • XƏCALƏTİNDƏN ÇIXMAQ

    yaxşılıq müqabilində nəsə bağışlamaq, vermək, qarşılıq olaraq bir şey verməklə və ya etməklə əvəzini çıxmaq

    Tam oxu »
  • XƏCALƏTLİ QALMAQ

    birinin yaxşılığının əvəzini çıxa bilmədiyi və ya verdiyi vədi yerinə yetirə bilmədiyi üçün sıxılmaq, utanmaq, üzüqara olmaq

    Tam oxu »
  • XƏLBİRƏ DÖNDƏRMƏK

    dəlmə-deşik etmək; ~ şadaraya döndərmək.

    Tam oxu »
  • XƏLBİRLƏ SU DAŞIMAQ

    vaxtını boş yerə sərf etmək, mənasız işlə məşğul olmaq; ~ yaba ilə dovğa içmək.

    Tam oxu »
  • XƏLƏL GƏLMƏK

    ziyanı, zərəri, mənfi təsiri olmaq; pozulmaq; eyibli, nöqsanlı olmaq.

    Tam oxu »
  • XƏLƏL GƏTİRMƏK

    nöqsanlı hərəkəti ilə işə ziyan vurmaq; ~ kölgə salmaq.

    Tam oxu »
  • XƏMİRİ HAQDAN YOĞRULMAQ

    taleyi ilahidən gəlmək, haqq adamı olmaq.

    Tam oxu »
  • XƏMİRİ HARAMLIQLA YOĞRULMAQ

    nadürüst olmaq, halal-haram bilməmək. 

    Tam oxu »
  • XƏMİRİ SIYIQ (YUMŞAQ)

    tez yumşalan, üzüyola, iradəsi zəif olan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • XƏMİRİNƏ HARAM MAYA QATMAQ

    haram yolla dolanmaq, nadürüstlük etmək, öz halal zəhməti ilə yaşamamaq.

    Tam oxu »
  • XƏMİRLƏRİ BİR TORPAQDAN GÖTÜRÜLMƏK (YOĞRULMAQ)

    xasiyyətləri eyni, yaxın, oxşar olmaq.

    Tam oxu »
  • XƏNCƏR-BIÇAĞA ÇIXMAQ

    davaları kəskin şəkil almaq, bir-birini xəncər və ya bıçaqla vurmaq dərəcəsinə gəlmək.

    Tam oxu »
  • XƏNCƏR-BIÇAQ OLMAQ

    qatı düşmən olmaq, qanlıbıçaq olmaq; ~ ölüb-öldürməyə çıxmaq.

    Tam oxu »
  • XƏNCƏRİNİN QAŞI DÜŞMƏZ

    hər hansı işi, hərəkəti özünə sığışdırmayan adam haqqında tənə ilə işlədilən ifadə; ~ qılıncının qaşı düşməz

    Tam oxu »
  • XƏRC APARMAQ

    çox xərc tələb etmək, pul sərf etmək; ~ baha başa gəlmək, əli cibində olmaq.

    Tam oxu »
  • XƏRCƏ-BORCA DÜŞMƏK

    borc pul almağa, borca düşməyə məcbur olmaq; ~ ziyana düşmək, borc içində üzmək.

    Tam oxu »
  • XƏRCƏ DÜŞMƏK

    pul xərcləmək məcburiyyətində qalmaq; ~ xərc çəkmək.

    Tam oxu »
  • XƏRCƏ SALMAQ

    pul xərcləməyə məcbur etmək; ~ ziyana salmaq, belinə yükləmək.

    Tam oxu »
  • XƏRCİ BORCUNU ÖDƏMƏMƏK

    qoyduğu mayadan gəlir götürə bilməmək, gəlir əldə edə bilməmək, mayasını güclə çıxartmaq; ~ mayası batmaq

    Tam oxu »
  • XƏSARƏT YETİRMƏK

    zərbə vurmaq, yaralamaq, əzmək, zədələmək; ~ zərər yetirmək, xətər yetirmək.

    Tam oxu »
  • XƏSTƏ DÜŞMƏK (YATMAQ)

    xəstələnmək, azarlanmaq; ~ yorğan-döşəyə düşmək.

    Tam oxu »
  • XƏŞİLƏ DÖNDƏRMƏK

    korlamaq, zay eləmək, bir-birinə qatıb-qarışdırmaq; döymək, əzişdirmək; ~ salamat yer qoymamaq, xəşilini çıxarmaq

    Tam oxu »
  • XƏŞİLİNİ ÇALMAQ

    öldürmək; ~ işini bitirmək.

    Tam oxu »
  • XƏŞİLİNİ ÇIXARMAQ

    bax: xəşilə döndərmək.

    Tam oxu »
  • XƏTDƏ QAL

    slenq. “bir saniyə, bir dəqiqə gözlə” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • XƏTƏR DƏYMƏK

    bax: ziyana düşmək.

    Tam oxu »
  • XƏTƏR YETİRMƏK

    bax: xəsarət yetirmək.

    Tam oxu »
  • XƏTİR-HÖRMƏT QOYMAQ

    bax: hörmət qoymaq.

    Tam oxu »
  • XƏTİR-HÖRMƏT SAXLAMAQ

    bir-birinə hörmət eləmək, səmimi olmaq, güzəşt eləmək; ~ xətir qoymaq.

    Tam oxu »