Azərbaycan dilinin frazeologiya lügəti

  • YEDDİ ARXA DÖNƏNİ

    dan. ən qədim, ulu, çox uzaq (nəsil), ümumiyyətlə, nəsil, tayfa, əqrəba mənasında işlədilən ifadə.

    Tam oxu »
  • YEDDİ ARXIN SUYUNU BİR ARXA CALAMAQ

    çaşdırmaq, bir işi və ya məsələni daha da ağırlaşdırmaq; qarışıqlıq, hərc-mərclik yaratmaq; ~ yeddi dərədən su gətirmək, yeddi dərənin suyunu bir-biri

    Tam oxu »
  • YEDDİ ARŞIN QUYUNUN DİBİNƏ SALMAQ

    mənəvi və iqtisadi cəhətdən zərbə vurmaq, ağır xərcə salmaq.

    Tam oxu »
  • YEDDİ DƏRƏDƏN SU GƏTİRMƏK

    bax: yeddi arxın suyunu bir arxa calamaq.

    Tam oxu »
  • YEDDİ DƏRƏNİN SUYUNU BİR-BİRİNƏ QARIŞDIRMAQ

    bax: yeddi arxın suyunu bir arxa calamaq.

    Tam oxu »
  • YEDDİ DİVAR ARXASINDA SAXLAMAQ

    bax: yeddi möhür altında saxlamaq.

    Tam oxu »
  • YEDDİ QATINDAN KEÇMƏK

    yandırıb-yaxmaq, qəzəbləndirmək, bərk təsirləndirmək; ~ od qoymaq (vurmaq), dərinə işləmək.

    Tam oxu »
  • YEDDİ MÖHÜR ALTINDA SAXLAMAQ

    bir sirri, məlumatı gizli saxlamaq, heç kimə bildirməmək; ~ yeddi divar arxasında saxlamaq.

    Tam oxu »
  • YEDDİ YAYLIQ GÖTÜRÜB AĞLAMAQ

    üz-gözünü cırmaq, saçlarını yolmaq; ~ şivən qoparmaq (salmaq).

    Tam oxu »
  • YEDDİ YETİMLƏ BİR DƏRƏDƏ QALIB

    ərini itirmiş, çətinliklə dolanan, kasıb, çoxuşaqlı qadın haqqında işlədilən ifadə.

    Tam oxu »
  • YEDİYİ BURNUNDAN GƏLMƏK

    bax: burnundan gəlmək.

    Tam oxu »
  • YEDİYİ CANINA YATMAMAQ (SİNMƏMƏK)

    çox narahat olmaq, nuş olmamaq.

    Tam oxu »
  • YEDİYİ ÇÖRƏYƏ XOR (ƏYRİ) BAXMAQ

    bax: yediyi qaba tüpürmək.

    Tam oxu »
  • YEDİYİ QABA TÜPÜRMƏK

    nankorluq, nanəciblik etmək, yediyi çörəyə hörmət qoymamaq; ~ əməyi itirmək, oturduğu budağı baltalamaq (kəsmək)

    Tam oxu »
  • YEDİYİNİ BURNUNDAN GƏTİRMƏK

    bax: burnundan gətirmək (tökmək).

    Tam oxu »
  • YEDİYİNİ QUSMAQ

    bax: burnundan gəlmək.

    Tam oxu »
  • YEDİYİNİ ZƏHƏRƏ (ZƏHRİMARA) DÖNDƏRMƏK

    kefini, əhvalını pozmaq; ~ qanını qaraltmaq.

    Tam oxu »
  • YEKƏ YERDƏN DANIŞMAQ

    lovğalıq etmək, lovğa-lovğa danışmaq.

    Tam oxu »
  • YEL DƏYMƏMİŞ

    tez, isti-isti, köhnəlməmiş.

    Tam oxu »
  • YEL ƏSİB, QOZ TÖKÜLÜB

    gəlirli, xeyirli olduğu güman edilən, əslində isə boş, faydasız olan bir iş, yer haqqında işlədilən ifadə

    Tam oxu »
  • YEL QAYADAN NƏ APARDI

    hansısa hərəkətin, hücumun, sözün güclü hədəfə münasibətdə təsirsiz və əhəmiyyətsiz olduğunu bildirən ifadə

    Tam oxu »
  • YEL OLUB YANINDAN ÖTƏ BİLMƏMƏK

    gücü çatmamaq, təsir edə bilməmək; birisi ilə müqayisədə zəif olmaq.

    Tam oxu »
  • YEL VURUB YENGƏLƏR OYNAYIR

    dan. viranə, kimsəsiz, tərk edilmiş, xaraba qalmış yer haqqında işlədilən ifadə.

    Tam oxu »
  • YELÇƏKƏN YERİ OLMAQ

    nədənsə çəkinmək, müəyyən zəif cəhətləri, gizlində nöqsanları olmaq.

    Tam oxu »
  • YELDƏYİRMANI İLƏ DÖYÜŞMƏK

    əbəs yerə vaxt və enerji sərf etmək, mənasız, boş bir işlə məşğul olmaq.

    Tam oxu »
  • YELƏ SOVURMAQ

    bax: yelə vermək.

    Tam oxu »
  • YELƏ VERMƏK

    hədər etmək, heç etmək; ~ yelə sovurmaq.

    Tam oxu »
  • YELKƏNİ SUYA SALMAQ

    təslim olmaq; ~ ağ bayraq qaldırmaq, əlinin arxasını (dalını) yerə qoymaq.

    Tam oxu »
  • YEMƏK YEYƏNDƏ PİŞİYİN GÖZÜNÜ BAĞLAYIR

    çox xəsis, simic adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • YEMİ ARTIQ DÜŞMƏK

    bax: yalı artıq düşmək.

    Tam oxu »
  • YEMİ DEYİL

    gücü çatmayan işə girişmiş şəxs haqqında “bacardığı iş deyil”, “imkanına, cibinə görə deyil” mənalarında işlədilən ifadə

    Tam oxu »
  • YER DƏMİ ALMAQ

    yuxudan oyandıqdan sonra bir müddət yataqda uzanıb qalmaq, çarpayıdan qalxmağa tənbəllik etmək.

    Tam oxu »
  • YER-GÖY QAN AĞLAMAQ

    böyük faciə baş vermək, fəlakətlə üzləşmək.

    Tam oxu »
  • YER-GÖY TUTMAMAQ

    lap çox miqdarda olmaq, yerləşməmək.

    Tam oxu »
  • YER SALMAQ

    yatmaq üçün bir yerdə yorğan-döşək sərmək, yatmaq üçün yer rahlamaq.

    Tam oxu »
  • YER YARILSA, YERƏ GİRƏRDİ

    hər hansı əməldən çox utanıb xəcalət çəkən adam haqqında işlədilən ifadə; ~ üzünə baxa bilməmək.

    Tam oxu »
  • YERDƏN GÖYƏCƏN RAZI QALMAQ

    həddən artıq razı olmaq.

    Tam oxu »
  • YERƏ BATMAQ

    izi-tozu, əsər-əlaməti qalmamaq; ~ yoxa çıxmaq.

    Tam oxu »
  • YERƏ DÜŞMƏYƏ QOYMAMAQ

    tez alınmaq, sürətlə satılmaq, paylanmaq.

    Tam oxu »
  • YERƏ GİRMƏK

    çox utanmaq, utanıb sıxılmaq; ~ xəcalət çəkmək, üzünə baxa bilməmək.

    Tam oxu »
  • YERƏ-GÖYƏ SIĞMAMAQ

    1. Çox sevinmək, çox şad olmaq, son dərəcə məsud, xoşbəxt olmaq; ~ ... dünyaya sığmamaq, uçmağa qanadı olmamaq

    Tam oxu »
  • YERƏ QOYMAQ

    vərdişini unutmaq, tərgitmək.

    Tam oxu »
  • YERƏ MIXLANMAQ

    qorxudan, həyəcandan və s.-dən hərəkət edə bilməmək, tərpənməmək, donub-qalmaq; ~ yerində quruyub qalmaq

    Tam oxu »
  • YERƏ SOXMAQ

    başını aşağı etmək, xəcil etmək; danlamaq, rəzil etmək; ~ abrını vermək (almaq).

    Tam oxu »
  • YERƏ VURMAQ

    itirmək, heç etmək, puç etmək (adətən, “zəhmət”, “haqq-say” və s. sözlərlə işlənir).

    Tam oxu »
  • YERİ DÜŞƏNDƏ

    münasib olanda, məqamı çatanda.

    Tam oxu »
  • YERİ GƏLMƏK (DÜŞMƏK)

    məqamı çatmaq, uyğun, münasib olmaq.

    Tam oxu »
  • YERİ GƏLMİŞKƏN

    söhbətin mövzusu ilə bağlı, habelə ona əlavə olaraq və ya yeni mövzuya keçid məqsədilə işlədilən ifadə; ~ söz sözü gətirər (çəkər)

    Tam oxu »
  • YERİ GÖRÜNMƏK

    yoxluğu hiss olunmaq, arzulanmaq.

    Tam oxu »
  • YERİ VAR

    slenq. situasiyaya uyğun olan, yerinə düşən bir şey haqqında işlədilən ifadə. 

    Tam oxu »