Azərbaycan dilinin frazeologiya lügəti

  • ÖMRÜ BADA GETMƏK

    boş və mənasız həyat yaşamaq.

    Tam oxu »
  • ÖMRÜ-GÜNÜ QARA GƏLMƏK

    həyatı hədsiz ağır keçmək, əzablar içində yaşamaq, bədbəxt olmaq.

    Tam oxu »
  • ÖMRÜNDƏ BİR GÜN GÖRMƏMƏK

    bax: gün görməmək.

    Tam oxu »
  • ÖMRÜNƏ ZƏHƏR QATMAQ

    incitmək, əzab vermək, bezdirmək; ~ həyatını cəhənnəmə çevirmək, gününü göy əsgiyə bükmək.

    Tam oxu »
  • ÖMRÜNÜ ÇÜRÜTMƏK

    1. Həyatı boyu fiziki işlə məşğul olmaq; ~ əziyyət çəkmək, can qoymaq, canını oda yaxmaq. 2. Heç bir faydalı işlə məşğul olmamaq, vaxtını boş-boşuna k

    Tam oxu »
  • ÖMÜR SÜRMƏK

    yaşamaq; ~ yaşa dolmaq, həyat sürmək, dövran sürmək.

    Tam oxu »
  • ÖN PLANA ÇƏKMƏK

    bir mövzunu və ya bir işi əvvələ salmaq; qabarıq təsvir etmək, vurğulamaq, diqqətə çatdırmaq.

    Tam oxu »
  • ÖPÜB GÖZÜNÜN ÜSTÜNƏ QOYMAQ

    çox yaxşı qarşılamaq, əzizləmək.

    Tam oxu »
  • ÖRKƏN ALTINA GƏTİRMƏK

    tabe etmək, ram etmək.

    Tam oxu »
  • ÖRKƏNİNİN ÜSTÜNƏ ODUN YIĞA BİLMƏMƏK

    bax: ipinin üstünə odun yığa bilməmək.

    Tam oxu »
  • ÖRTÜLÜ BAZAR

    başqasından gizli saxlanılan bir iş, məsələ.

    Tam oxu »
  • ÖTÜR-ÖTÜRƏ SALMAQ

    süründürməçilik etmək, qəsdən ləngitmək; ~ bugün-sabaha salmaq, get-gələ salmaq.

    Tam oxu »
  • ÖYÜD VERMƏK

    başqasına düz yol göstərmək, məsləhətlər vermək.

    Tam oxu »
  • ÖZ ADINA ÇIXMAQ

    mənimsəmək, götürmək, özünə aid etmək; ~ özünə çıxmaq.

    Tam oxu »
  • ÖZ ADINI BAŞQASINA QOYMAQ

    öz günahını başqasının üzərinə atmaq.

    Tam oxu »
  • ÖZ ADINI BAŞQASINDAN SORUŞMAQ

    işin çoxluğundan, yaxud başqa bir səbəbdən nə edəcəyini bilməmək; ~ başı şişmək, özünü itirmək.

    Tam oxu »
  • ÖZ ADINI YADINDAN ÇIXARMAQ

    bax: öz adını başqasından soruşmaq.

    Tam oxu »
  • ÖZ ARŞINI İLƏ ÖLÇMƏK

    bir işi öz istədiyi kimi qiymətləndirmək, obyektiv olmamaq, öz mənafeyini üstün tutmaq, öz fikrini əsas saymaq

    Tam oxu »
  • ÖZ ATINI ÇAPMAQ

    öz bildiyini demək, inadını yeritmək, davam etdirmək.

    Tam oxu »
  • ÖZ AYRANINA TURŞ DEMƏMƏK

    pis də olsa, öz iş və hərəkətini, məhsulunu tərifləmək.

    Tam oxu »
  • ÖZ BAŞINDAN (YANINDAN) ÇIXARMAQ

    uydurmaq, olmayan şeyi danışmaq; ~ havadan götürmək, özündən toxumaq.

    Tam oxu »
  • ÖZ BORCUNDAN ÇIXMAQ

    öhdəsinə düşən vəzifəni icra etmək.

    Tam oxu »
  • ÖZ ƏLİ, ÖZ BAŞI

    sərbəst, müstəqil, kənar təsir olmadan.

    Tam oxu »
  • ÖZ GÖBƏYİNİ ÖZÜ KƏSMƏK

    gözlədiyi kömək gələnə qədər işini görüb qurtarmaq.

    Tam oxu »
  • ÖZ GÜNÜNƏ SALMAQ

    təsir etmək, öz yaşayış tərzinə uyğunlaşdırmaq.

    Tam oxu »
  • ÖZ XOŞUNA QOYMAQ

    sərbəst buraxmaq, əhəmiyyət verməmək.

    Tam oxu »
  • ÖZ İŞİNİ GÖRMƏK

    tədricən təsir göstərmək, təsirinə salmaq.

    Tam oxu »
  • ÖZ KEFİNƏ BURAXMAQ

    istədiyi kimi hərəkət etməyə imkan vermək.

    Tam oxu »
  • ÖZ KÖKÜNDƏN SU İÇMƏK

    öz nəsil-nəcabətinə, kökünə oxşamaq.

    Tam oxu »
  • ÖZ KÖLGƏSİNDƏN QORXMAQ

    son dәrәcә qorxaq, ürkək olmaq, hər şeydən şübhələnmək, tez vahimələnmək, hədsiz ehtiyatlı olmaq; ~ suyu üfürə-üfürə içmək

    Tam oxu »
  • ÖZ PAYINI GÖTÜRMƏK

    tənqid, irad və ya eyhamdan nəticə çıxarmaq, nə edəcəyini bilmək, öz işini bilmək; ~ ibrət almaq (götürmək)

    Tam oxu »
  • ÖZ ŞİRƏSİNDƏ QAYNAMAQ

    dünyadan təcrid olunmaq, yalnız öz ətrafı ilə ünsiyyət saxlamaq, olanlarla məhdudlaşmaq; ~ öz yağında qovrulmaq

    Tam oxu »
  • ÖZ ÜZƏRİNDƏ İŞLƏMƏK (ÇALIŞMAQ)

    öz bilik və səviyyəsini, təcrübəsini artırmaq üçün daim məşğul olmaq

    Tam oxu »
  • ÖZ YAĞINDA QOVRULMAQ

    öz gücünə arxalanmaq, özünə arxayın olmaq, başqasının köməyinə ehtiyacı olmamaq.

    Tam oxu »
  • ÖZ YAĞINI ÖZ BAŞINA ÇƏKMƏK

    hər hansı işi əlavə xərc çəkmədən həmin işdən gələn qazanc hesabına həll etmək.

    Tam oxu »
  • ÖZ YOLU İLƏ GETMƏK

    heç kəslə işi olmamaq, heç kəsə mane olmamaq, başqasına bənzəməmək; yaradıcılıqda öz üslubu olmaq.

    Tam oxu »
  • ÖZ YOLUNA DÜŞMƏK

    işləri qaydası ilə getmək, çətinlikləri arxada qoymaq.

    Tam oxu »
  • ÖZ ZURNASI İLƏ OYNATMAQ

    istədiyini etdirmək; ~ təsiri altına salmaq.

    Tam oxu »
  • ÖZBAŞINA QOYMAQ

    çox sərbəstlik vermək, nəzarət etməmək.

    Tam oxu »
  • ÖZGƏ ÇIRAĞINA YAĞ OLMAQ

    öz sərvətinin xeyrini görməmək, varidatı başqalarına çatmaq, istismar edilmək.

    Tam oxu »
  • ÖZGƏ DƏYİRMANINA SU TÖKMƏK

    bax: düşmən dəyirmanına su tökmək.

    Tam oxu »
  • ÖZGƏ DONA GİRMƏK

    bax: dona girmək.

    Tam oxu »
  • ÖZGƏ XƏYALA DÜŞMƏK

    sabitqədəm olmamaq, vədindən, fikrindən dönmək.

    Tam oxu »
  • ÖZGƏ QOLTUĞUNDA YAŞAMAQ

    başqasına sığınmaq, onun himayəsində olmaq.

    Tam oxu »
  • ÖZGƏ MALINA GÖZ DİKMƏK

    başqasının malında gözü olmaq, tamahkar olmaq.

    Tam oxu »
  • ÖZGƏ OCAĞINA İSİNMƏK

    başqalarından asılı olmaq, himayədə olmaq.

    Tam oxu »
  • ÖZGƏ YUMURTASI İLƏ QAQQILDAMAQ

    başqasına aid şeylərlə öyünmək.

    Tam oxu »
  • ÖZGƏSİNƏ QUYU QAZMAQ

    bax: quyu qazmaq.

    Tam oxu »
  • ÖZGƏSİNİN TOYUĞUNA “KİŞ” DEMƏMƏK

    bax: heç kimin toyuğuna “kiş” deməmək.

    Tam oxu »
  • ÖZÜ DEYİB ÖZÜ EŞİTMƏK

    1. Səsi heç yerə çatmamaq, dediklərinin təsiri və faydası olmamaq.  2. Başqalarının dediyinə qulaq asmamaq, heç kimi eşitməmək

    Tam oxu »