Azərbaycan dilinin frazeologiya lügəti

  • ÜZ AĞARTMAQ

    yaxşı işi, nəcib hərəkəti ilə başucalığı gətirmək, etimadı doğrultmaq.

    Tam oxu »
  • ÜZ ÇEVİRMƏK (DÖNDƏRMƏK)

    1. Küsmək, incimək, əlaqəni kəsmək, yaxınlıq etməmək; ~ arxa çevirmək, mehrini kəsmək.  2. Xəyanət etmək

    Tam oxu »
  • ÜZ GÖSTƏRMƏK

    mənfi münasibət, narazılıq ifadə etmək, xoş qarşılamamaq, sərt münasibət bildirmək; ~ sifətini turşutmaq, sifət göstərmək, sifət eləmək

    Tam oxu »
  • ÜZ GÖSTƏRMƏMƏK

    yaxınlıq etməmək, xoş münasibətə rəvac verməmək.

    Tam oxu »
  • ÜZ-GÖZ OLMAQ

    münasibəti pozulmaq, narazılıq yaranmaq.

    Tam oxu »
  • ÜZ-GÖZDƏN SALMAQ

    bir şeyi çox demək, nəyəsə məcbur etmək.

    Tam oxu »
  • ÜZ-GÖZÜ ÖYRƏŞMƏK

    alışmaq, uyğunlaşmaq.

    Tam oxu »
  • ÜZ-GÖZÜNDƏN BİCLİK YAĞMAQ

    hiyləgər adam təsiri bağışlamaq; ~ gözləri qaynamaq, gözlərindən cin yağmaq.

    Tam oxu »
  • ÜZ-GÖZÜNDƏN ZƏHRİMAR YAĞMAQ (TÖKÜLMƏK)

    bax: sifətindən zəhrimar yağmaq (tökülmək).

    Tam oxu »
  • ÜZ-GÖZÜNÜ TURŞUTMAQ

    bax: üzünü turşutmaq.

    Tam oxu »
  • ÜZ QARALIĞI GƏTİRMƏK

    utanc gətirən hərəkətə yol vermək, yanlışlığa yol vermək, peşmanlıq hissi oyatmaq.

    Tam oxu »
  • ÜZ QOYMAQ

    getməyə başlamaq; ~ üz tutmaq.

    Tam oxu »
  • ÜZ QOYMAMAQ

    arada olan-qalan hörməti də yox etmək, barışığa yer qoymamaq; ~ körpüləri yandırmaq.

    Tam oxu »
  • ÜZ TUTMAQ

    1. Müraciət etmək.  2. Müəyyən istiqamətdə getməyə başlamaq; ~ istiqamət almaq, istiqamət götürmək, üz qoymaq

    Tam oxu »
  • ÜZ-ÜZƏ GƏLMƏK

    bax: döş-döşə gəlmək (durmaq).

    Tam oxu »
  • ÜZ-ÜZƏ QOYMAQ

    qarşı-qarşıya gətirmək, konflikt yaratmaq, vuruşdurmağa çalışmaq.

    Tam oxu »
  • ÜZ VERDİKCƏ ASTAR İSTƏMƏK

    sırtıq olmaq, xoş münasibətdən sui-istifadə etmək; ~ üzə salmaq.

    Tam oxu »
  • ÜZ VERMƏK

    1. Nazı ilə oynamaq, üzünə xoş baxmaq; ~ başına çıxarmaq.  2. Vaqe olmaq, ortaya çıxmaq, təsadüf etmək; birinin başına iş gəlmək; ~ baş vermək

    Tam oxu »
  • ÜZ VURMAQ

    bir şeyi təkidlə xahiş etmək; ~ boğaz çəkmək (uzatmaq), dil uzatmaq, üzdən-gözdən salmaq.

    Tam oxu »
  • ÜZDƏN GETMƏK

    mahiyyətinə varmamaq, çox dərinə getməmək, səthi yanaşmaq.

    Tam oxu »
  • ÜZDƏN-GÖZDƏN DÜŞMƏK

    hörmətini, nüfuzunu itirmək.

    Tam oxu »
  • ÜZDƏN-GÖZDƏN SALMAQ

    təkid etmək, əl çəkməmək, dönə-dönə xahiş edib razı salmaq; ~ üz vurmaq.

    Tam oxu »
  • ÜZƏ ÇIXARMAQ

    1. Aşkar etmək, tapmaq; ~ ortalığa çıxarmaq.  2. Cəmiyyətə tanıtmaq, adam içinə çıxarmaq; ~ adam arasına çıxarmaq

    Tam oxu »
  • ÜZƏ ÇIXMAQ

    1. Daha gizlənməyib açıq yaşamağa başlamaq; cəmiyyətdə tanınmaq, adam içinə çıxmaq; ~ adam arasına çıxmaq, adam içinə çıxmaq

    Tam oxu »
  • ÜZƏ DURMAQ

    1. Əleyhinə ifadə vermək; ~ üzünə durmaq.  2. İnad etmək, təkid etmək, öz dediyindən, tələbindən əl çəkməmək

    Tam oxu »
  • ÜZƏ DÜŞMƏK

    bax: boynuna düşmək.

    Tam oxu »
  • ÜZƏ SALMAQ

    həyasızlıqla, sırtıqlıqla kimisə nəyəsə məcbur etmək; ~ üz verdikcə astar istəmək.

    Tam oxu »
  • ÜZƏ VERMƏK

    göstərmək, bildirmək, büruzə vermək.

    Tam oxu »
  • ÜZƏ VURMAMAQ

    ürəyində olan, yaxud gördüyü, bildiyi bir şeyi deməmək, açıb-ağartmamaq; ~ dilə gətirməmək, üstünü vurmamaq

    Tam oxu »
  • ÜZƏRİNDƏ DAYANMAQ

    vurğulamaq, qabartmaq, diqqəti hansısa bir məsələyə cəlb etmək, təkid etmək.

    Tam oxu »
  • ÜZƏRİNƏ DÜŞMƏK

    yerinə yetirmək məcburiyyətində qalmaq, müəyyən öhdəlik götürmək; ~ çiyninə düşmək, öhdəsinə düşmək.

    Tam oxu »
  • ÜZR BƏDTƏR ƏZ GÜNAH

    istədiyi üzrün etdiyi hərəkətdən daha pis olduğunu bildirən ifadə.

    Tam oxu »
  • ÜZÜ AÇILMAQ

    1. Gülümsəmək, şad görünmək.  2. Əsl siması bilinmək, aşkar olmaq, büruzə çıxmaq.  3. dan. bakirəliyi pozulmaq

    Tam oxu »
  • ÜZÜ ASTARINDAN BAHA BAŞA GƏLMƏK (ÇIXMAQ)

    ucuz olan bir şeyin çox baha başa gəlməsi, çəkilən xərci ödəməməsi.

    Tam oxu »
  • ÜZÜ BƏZƏK, ALTI TƏZƏK

    bax: üstü bəzək, altı təzək.

    Tam oxu »
  • ÜZÜ DABBAĞDA YUYULUB

    sırtıq, abırsız, utanmaz adam haqqında işlədilən ifadə; ~ üzü daşdan bərk olmaq, üzündə abır olmamaq

    Tam oxu »
  • ÜZÜ DAŞDAN BƏRK OLMAQ

    utanmaz, sırtıq, abırsız olmaq; ~ üzündə abır olmamaq, üzü dabbağda yuyulub.

    Tam oxu »
  • ÜZÜ DÖNMƏK

    əsəbiləşmək, münasibəti dəyişmək; ~ özündən çıxmaq, çomağın o biri başını çevirmək.

    Tam oxu »
  • ÜZÜ GƏLMƏMƏK

    bir şeyi deməyə, istəməyə utanmaq.

    Tam oxu »
  • ÜZÜ GÜLMƏK

    çox sevinmək, şad olmaq; ~ aynası açılmaq, gözləri parıldamaq. 

    Tam oxu »
  • ÜZÜ OLMAMAQ

    hörmətsiz olmaq, diliqısa olmaq; ~ töhmət altında qalmaq.

    Tam oxu »
  • ÜZÜ SİRKƏ SATMAQ

    kefi pis olmaq; ~ üzünü turşutmaq.

    Tam oxu »
  • ÜZÜ ŞEYX, ASTARI KAFİR

    göründüyü kimi olmayan, ikiüzlü; ~ üstü bəzək, altı təzək.

    Tam oxu »
  • ÜZÜAĞ ÇIXMAQ

    bəslənilən ümidi, göstərilən etimadı doğrultmaq.

    Tam oxu »
  • ÜZÜKDƏN KEÇMƏK

    çox arıq olmaq, incəbelli olmaq.

    Tam oxu »
  • ÜZÜQARA ÇIXMAQ

    bir işi yarıtmamaq; xəcalətli, gözükölgəli olmaq.

    Tam oxu »
  • ÜZÜNDƏ ABIR-HƏYA OLMAMAQ

    bax: üzündə abır olmamaq.

    Tam oxu »
  • ÜZÜNDƏ ABIR OLMAMAQ

    həyasız, utanmaz, ədəbsiz olmaq; ~ üzü dabbağda yuyulub, üzündə su olmamaq, üzü daşdan bərk olmaq, üzündə abır-həya olmamaq

    Tam oxu »
  • ÜZÜNDƏ SU OLMAMAQ

    bax: üzündə abır olmamaq.

    Tam oxu »
  • ÜZÜNDƏ ŞEYTAN TÜKÜ VAR

    xoşxasiyyət, qılıqlı, səmimi, qısa zamanda rəğbət qazanıb özünü sevdirməyi bacaran adam haqqında işlədilən ifadə

    Tam oxu »