Azərbaycan dilinin frazeologiya lügəti

  • İXTİLAF ÇIXARMAQ

    bax: ixtilaf salmaq.

    Tam oxu »
  • İXTİLAF SALMAQ

    münaqişə, ziddiyyət yaratmaq; ~ ixtilaf çıxarmaq.

    Tam oxu »
  • İXTİSARA SALMAQ

    miqdarca, sayca azaltmaq, ixtisar etmək; işdən azad etmək.

    Tam oxu »
  • İXTİYAR VERMƏK

    səlahiyyət, icazə vermək.

    Tam oxu »
  • İXTİYARI ƏLDƏN VERMƏK

    səlahiyyətlərini, təsir imkanlarını itirmək; ~ ipi əldən vermək.

    Tam oxu »
  • İXTİYARI ƏLƏ ALMAQ

    səlahiyyətə, hakimiyyətə yiyələnmək.

    Tam oxu »
  • İXTİYARI ƏLİNDƏN GETMƏK

    səlahiyyətləri alınmaq, hüquqlarından, haqqından məhrum olmaq, heç bir şeyə ixtiyarı qalmamaq; ~ ipi əldən vermək

    Tam oxu »
  • İXTİYARI GETMƏK

    taqətsiz olmaq; ~ əldən düşmək, gücdən düşmək.

    Tam oxu »
  • İXTİYARINI ƏLİNDƏN ALMAQ

    səlahiyyətindən məhrum etmək, hüququnu məhdudlaşdırmaq; ~ boynuna minmək.

    Tam oxu »
  • İKİ AYAĞINI BİR BAŞMAĞA DİRƏMƏK

    bax: ayağını dirəmək.

    Tam oxu »
  • İKİ BAŞ, DÖRD AYAQ OLMAQ

    evlənmək, ailə qurmaq.

    Tam oxu »
  • İKİ BEŞİ QOŞALAMAQ

    55 yaşına çatmaq.

    Tam oxu »
  • İKİ CÜT, BİR TƏK

    lap az; ~ üç cüt, bir tək.

    Tam oxu »
  • İKİ DAŞIN ARASINDA

    çox namünasib vaxtda; tələsik; ~ qaşla göz arasında.

    Tam oxu »
  • İKİ EŞŞƏYİN ARPASINI BÖLƏ BİLMƏMƏK

    savadsız, bacarıqsız  olmaq; ~ hırla-zırın fərqini bilməmək.

    Tam oxu »
  • İKİ GÖZ DƏ SATIN ALMAQ

    hədsiz gözəllikdən vəcdə gəlmək.

    Tam oxu »
  • İKİ GÖZÜ

    ən əzizi, istəklisi, sevimlisi.

    Tam oxu »
  • İKİ GÖZÜNÜN İŞIĞI

    bax: gözünün işığı.

    Tam oxu »
  • İKİ KƏLMƏNİ (SÖZÜ) BİR-BİRİNƏ CALAYA BİLMƏMƏK

    nitq qabiliyyəti zəif olmaq, fikrini çatdıra bilməmək.

    Tam oxu »
  • İKİ KÖNÜL BİR OLMAQ

    birləşmək, sevmək.

    Tam oxu »
  • İKİ QƏPİYƏ DƏYMƏZ

    bax: bir qara pula dəyməz.

    Tam oxu »
  • İKİ OD ARASINDA QALMAQ

    çıxılmaz vəziyyətlə üzləşmək, nə edəcəyini bilməmək, seçim etməkdə çətinlik çəkmək; ~ odla su arasında qalmaq

    Tam oxu »
  • İKİBAŞLI QOHUM

    qız verib qız alan ailə haqqında.           

    Tam oxu »
  • İKİCANLI OLMAQ

    hamilə olmaq; ~ uşağa qalmaq, boynuna uşaq düşmək.

    Tam oxu »
  • İKİƏLLİ TUTMAQ

    1. Bir şeydən əl çəkməmək, möhkəm saxlamaq.  2. Əzizləmək; ~  üstündə əsmək.

    Tam oxu »
  • İKİQAT ƏYİLMƏK (BÜKÜLMƏK)

    yaltaqlanmaq, alçalmaq; ~ baş əymək, ikiqat olmaq.

    Tam oxu »
  • İKİQAT OLMAQ

    bax: ikiqat əyilmək (bükülmək).

    Tam oxu »
  • İKİQƏPİKLİK ETMƏK

    hörmətdən, nüfuzdan salmaq.

    Tam oxu »
  • İKİLİ OYUN OYNAMAQ

    riyakarlıq, ikiüzlülük etmək; münaqişədə olan tərəfləri razı salmaq üçün onların hər biri ilə zahirən xoş münasibətdə olmaq; ~ dovşana qaç deyir, tazı

    Tam oxu »
  • İKİLİ STANDART

    müxtəlif subyektlərə münasibətdə fərqli şəkildə tətbiq olunan qayda və prinsiplər.

    Tam oxu »
  • İKİNCİ NƏFƏS

    hər hansı bir işdə uzunmüddətli fasilədən sonra irəliləyiş, coşqu.

    Tam oxu »
  • İKİTİRƏLİK SALMAQ

    ziddiyyət yaratmaq, araya ədavət salmaq, birliyi pozmaq.

    Tam oxu »
  • İKRAM QILMAQ

    hörmət etmək, diqqət, sayğı göstərmək; pulsuz, xüsusi maraq güdmədən, təmənnasız xidmət etmək.

    Tam oxu »
  • İQBALI DÖNMƏK

    bəxti, taleyi dönmək, bəxti gətirməmək.

    Tam oxu »
  • İL VERMƏK

    xalq adətinə görə, ölən adam üçün ili tamam olduqda ehsan vermək.

    Tam oxu »
  • İLAN AĞZINDAN QURTARMAQ

    birini zülmdən, əziyyətdən, çətin, təhlükəli vəziyyətdən xilas etmək.

    Tam oxu »
  • İLAN AĞZINDAN QURTULMAQ

    çox təhlükəli, ağır, olduqca mürəkkəb və çıxılmaz vəziyyətdən xilas olmaq.

    Tam oxu »
  • İLAN BOĞAZINDAN ÇIXMAQ

    çox zərif, incə və xoşagələn olmaq.

    Tam oxu »
  • İLAN DİLİ ÇIXARMAQ

    bir şey üçün acizanə yalvarmaq, yazıq-yazıq xahiş etmək, yalvarıb-yaxarmaq.

    Tam oxu »
  • İLAN ƏLİNDƏN QURTARMAQ

    bax: ilan ağzından qurtarmaq.

    Tam oxu »
  • İLAN KİMİ QABIQDAN ÇIXMAQ

    nəyəsə nail olmaq üçün ciddi çalışmaq.

    Tam oxu »
  • İLAN MƏLƏYƏN

    çox isti, quraq və susuz yer haqqında deyilən ifadə.

    Tam oxu »
  • İLANBOĞAN VAXTIDIR

    hələ heç nə başa düşməyən, təhlükəni hiss etməyən körpə uşaq haqqında işlədilən ifadə.

    Tam oxu »
  • İLANI SEYİD ƏHMƏD ƏLİ İLƏ TUTMAQ

    günahkarı başqasının vasitəsilə tutmaq.

    Tam oxu »
  • İLANI YUVASINDAN ÇIXARMAQ

    şirin dilini işə salaraq istəyinə nail olmaq, işlərini yoluna qoymağı bacarmaq; ~ dili ilə ilanı yuvasından çıxarmaq

    Tam oxu »
  • İLANIN QUYRUĞUNU BASMAQ

    maraqlarına toxunaraq qəzəbləndirmək, hirsləndirmək.

    Tam oxu »
  • İLHAM ALMAQ

    ruhlanmaq, həvəslənmək.

    Tam oxu »
  • İLHAM VERMƏK

    kimisə həvəsləndirmək, ruhlandırmaq.

    Tam oxu »
  • İLHAMA GƏLMƏK

    ruhlanmaq, həvəslənmək; ~ təbi gəlmək, cuşa gəlmək, vəcdə gəlmək, eşqə gəlmək.

    Tam oxu »
  • İLİ ÇIXMAQ

    1. Dünyasını dəyişən adamın ölümünün bir ili tamam olmaq.  2. Köhnəlmək, vaxtı keçmək.

    Tam oxu »