Azərbaycan dilinin frazeologiya lügəti

  • İY ALMAQ

    harada olduğunu duymaq, axtarıb tapmaq.

    Tam oxu »
  • İY BASMAQ

    hər tərəfə pis qoxu, iy yayılmaq; ~ iy götürmək.

    Tam oxu »
  • İY BİLMƏK

    bir şeyi qabaqcadan duymaq, hiss etmək; ~ ürəyinə dammaq.

    Tam oxu »
  • İY GÖTÜRMƏK

    bax: iy basmaq.

    Tam oxu »
  • İYİ BURNUNDAN GETMƏMƏK

    hansısa qoxunu daim hiss etmək, duymaq.

    Tam oxu »
  • İYNƏ AĞZINDAN ÇIXMAQ

    təzəcə tikilmək, lap təzə, yeni olmaq.

    Tam oxu »
  • İYNƏ ATSAN, YERƏ DÜŞMƏZ

    bir yerdə həddən çox adam olduğunu bildirmək üçün işlədilən ifadə; ~ ayaq basmağa yer olmamaq.

    Tam oxu »
  • İYNƏ BATIRANA ŞİŞ BATIRMAQ

    pisliyə qarşı daha çox pislik etmək; ~ əvəzini çıxmaq, cavabını vermək.

    Tam oxu »
  • İYNƏ GÖZÜNDƏN KEÇMƏK

    zərif, incə, arıq olmaq.

    Tam oxu »
  • İYNƏ HARA, SAP DA ORA

    bir-biri ilə sıx bağlılığı olan şəxs və ya əşyaların bir yerdə olması zərurətini bildirən ifadə.

    Tam oxu »
  • İYNƏ İLƏ GOR QAZMAQ

    çox böyük zəhmət və əziyyət tələb edən çətin, ağır işlə məşğul olmaq; ~ dənizi çömçə ilə boşaltmaq, Sizif əməyi

    Tam oxu »
  • İYNƏ OLUB GÖZƏ BATMAQ (GİRMƏK)

    müsbət keyfiyyətləri və uğurları ilə kimi isə qıcıqlandırmaq, xoşa gəlməmək.

    Tam oxu »
  • İYNƏ OLUB YOXA ÇIXMAQ

    qeyb olmaq, itmək, tapılmamaq.

    Tam oxu »
  • İYNƏ UDMUŞ İTƏ DÖNMƏK

    çox zəifləmək, arıqlamaq; ~ əldən düşmək.

    Tam oxu »
  • İYNƏ ÜSTÜNDƏ OTURMAQ

    çox narahat olmaq, nigaran qalmaq; ~ tikan üstündə oturmaq, köz üstündə oturmaq.

    Tam oxu »
  • İYNƏDƏN SAPA QƏDƏR

    hər şey, hər nə varsa, bütünlüklə.

    Tam oxu »
  • İYNƏNİN GÖZÜNDƏN KEÇİRMƏK

    son dərəcə əziyyət çəkmək, həddən artıq çətin bir işi incə üsullarla həll etmək.

    Tam oxu »
  • İYNƏNİN UCU BOYDA

    son dərəcə kiçik, zərrə qədər.

    Tam oxu »
  • İYNƏSİ TİKİŞ TUTMAQ

    işi düzəlmək, arzusu yerinə yetmək; ~ bəxti gətirmək.

    Tam oxu »
  • İYNƏYƏ OTURMAQ

    dan. narkomaniyaya qurşanmaq, aludəçisi olmaq.

    Tam oxu »
  • İZ AÇMAQ

    yeri qalmaq, özündən sonra əlaməti qalmaq.

    Tam oxu »
  • İZ AZDIRMAQ

    əsas məsələdən, mətləbdən, fikirdən yayındırmaq, uzaqlaşdırmaq; ~ dağa-daşa salmaq, qafiyə dəyişmək

    Tam oxu »
  • İZ BURAXMAQ (QOYMAQ)

    güclü təsiri olmaq.

    Tam oxu »
  • İZƏ DÜŞMƏK

    bir olayla bağlı ilkin və vacib məlumatları öyrənərək axtarışlara başlamaq, araşdırma aparmaq.

    Tam oxu »
  • İZİ İTİRMƏK

    ört-basdır eləmək, gizlətmək, hədəfdən yayındırmaq.

    Tam oxu »
  • İZİ-TOZU QALMAMAQ

    heç bir əlaməti, izi, nişanəsi qalmamaq; ~ yoxa çıxmaq.

    Tam oxu »
  • İZİN VERMƏK

    razı olmaq; ~ icazə vermək.

    Tam oxu »
  • İZİNİ-TOZUNU İTİRMƏK

    bir şeydən, hadisədən heç bir iz, əsər-əlamət qoymamaq; tamamilə yox etmək, məhv etmək.

    Tam oxu »
  • İZİNİ TUTMAQ

    izi ilə getmək, təqib etmək.

    Tam oxu »
  • İZTİRAB ÇƏKMƏK (KEÇİRMƏK)

    mənəvi əzab çəkmək, narahat olmaq; ~ ürəyi qan ağlamaq, ürəyi qubar eləmək (bağlamaq), ürəyi od tutub yanmaq, ürəyi parça-parça olmaq, ürəyindən daş a

    Tam oxu »
  • İZTİRAB VERMƏK

    həddən artıq kədərləndirmək, kədərlənməsinə səbəb olmaq; ~ bağrını qan eləmək, bağrını qana döndərmək, ürəyinə dağ çəkmək (basmaq)

    Tam oxu »
  • KAĞIZ ÜZƏRİNDƏ QALMAQ

    əməl olunmamaq, reallaşmamaq, yerinə yetirilməmək; ~ havada qalmaq.

    Tam oxu »
  • KAĞIZI QARA YAZILMAQ

    gənc yaşında ölmək, həyatdan nakam köçmək.

    Tam oxu »
  • KAİNATINA ÇIXMAQ (ÇATMAQ)

    bir işin axırına çıxmaq, bir şeyi axıra kimi öyrənmək, dəqiqləşdirmək, aydınlaşdırmaq; ~ kökünə çatmaq (yetmək)

    Tam oxu »
  • KAL ARMUD

    yarımçıq, qeyri-yetkin, bişməmiş, çiy adam.

    Tam oxu »
  • KAM ALMAQ

    məqsədinə çatmaq, istək və arzusuna nail olmaq; ~ murad almaq.

    Tam oxu »
  • KAMALA ÇATMAQ (YETMƏK)

    kamilləşmək, zəkalı olmaq, yetkinləşmək; ~ ərsəyə  çatmaq (yetmək).

    Tam oxu »
  • KAMERAYA DÜŞMƏK

    bax: radara düşmək.

    Tam oxu »
  • KAMINA ÇƏKMƏK

    udmaq (adətən, nağıllarda əjdahaya aid edilən ifadə).

    Tam oxu »
  • KANDARI YAĞIR ELƏMƏK

    bir yerə hədsiz çox gedib-gəlmək.

    Tam oxu »
  • KANDARINA AYAQ BASMAMAQ

    bir yerə gedib-gəlməmək, qapısını açmamaq, uzaq gəzmək, həndəvərinə getməmək; ~ kənar gəzmək (dolanmaq)

    Tam oxu »
  • KAR AŞMAMAQ

    faydası, xeyri olmamaq, bir işə yaramamaq.

    Tam oxu »
  • KAR SALMAQ

    təsir etmək, getdikcə təsirini göstərmək.

    Tam oxu »
  • KARA GƏLMƏK (YETMƏK)

    bax: karına gəlmək.

    Tam oxu »
  • KARDAN DÜŞMƏK

    yararsız hala gəlmək, effekti olmamaq; qocalmaq, zəifləmək; ~ heydən düşmək, zırdan düşmək.

    Tam oxu »
  • KARIN KÖNLÜNDƏKİ

    şəraitdən asılı olmayaraq yalnız əvvəlcədən öz beynində tutduğu niyyət barədə düşünən, buna uyğun danışan və hərəkət edən insanlar haqqında işlədilən

    Tam oxu »
  • KARINA GƏLMƏK

    gərəkli, yararlı olmaq, köməyi, xeyri dəymək; ~ işə yaramaq.

    Tam oxu »
  • KARVAN BAĞLAMAQ

    sıraya düzülmək, dəstə düzəltmək.

    Tam oxu »
  • KARVAN YÜKÜNÜ MƏNZİLƏ ÇATDIRMAQ

    yaşlanmaq, qocalmaq, bir ömür yaşamaq.

    Tam oxu »
  • KASIBLIĞIN DAŞINI ATMAQ

    varlanmaq, qazanc əldə etmək, kasıblıqdan qurtulmaq; ~ ehtiyacdan çıxmaq, ehtiyacdan qurtarmaq.

    Tam oxu »