Azərbaycan dilinin frazeologiya lügəti

  • ƏNCAM ÇƏKMƏK (QILMAQ)

    çətinlikdən qurtarmağın yollarını müəyyən etmək, sona çatdırmaq; birdəfəlik həll etmək, nizamlamaq, yerbəyer etmək; ~ yoluna qoymaq

    Tam oxu »
  • ƏNCİR YARPAĞI

    adətən, hansısa eyibi, əsl niyyəti gizlədən vasitə.

    Tam oxu »
  • ƏNDAZƏDƏN ÇIXMAQ

    norma və qaydalara riayət etməmək, onları pozmaq; ~ həddini aşmaq, ifrata varmaq, cızığını aşmaq.

    Tam oxu »
  • ƏNDAZƏYƏ DÜŞMƏK

    lazımi şəkil, forma almaq, qaydaya düşmək.

    Tam oxu »
  • ƏNDAZƏYƏ SALMAQ

    lazımi şəklə salmaq, qaydaya salmaq.

    Tam oxu »
  • ƏNDİŞƏYƏ DÜŞMƏK

    narahat olmaq, nigaran qalmaq, qorxmaq; ~ təşvişə düşmək.

    Tam oxu »
  • ƏNDİŞƏYƏ SALMAQ

    narahat etmək, nigaran qoymaq; ~ təşvişə salmaq.

    Tam oxu »
  • ƏNGƏ VERMƏK

    çox danışmaq, uzunçuluq eləmək, çərənləmək; ~ əngi qızışmaq.

    Tam oxu »
  • ƏNGƏL ÇIXARMAQ

    bilərəkdən çətinlik yaratmaq, ləngitmək, maneə yaratmaq;~ arğac keçmək, pəl vurmaq (qatmaq).

    Tam oxu »
  • ƏNGƏL ÇIXMAQ

    arzuedilməz, gözlənilməz bir iş baş vermək; ~ qənbərqulu çıxmaq.

    Tam oxu »
  • ƏNGƏLƏ DÜŞMƏK

    çətin vəziyyətlə üzləşmək; ~ oyuna düşmək.

    Tam oxu »
  • ƏNGƏLƏ SALMAQ

    çətin vəziyyətə salmaq, işlərinə maneə yaratmaq, dolaşıqlıq yaratmaq; ~ tora salmaq.

    Tam oxu »
  • ƏNGİ QIZIŞMAQ

    çox danışmaq, söhbəti uzatmaq, uzunçuluq eləmək, çərənləmək; ~ əngə vermək, əngini yormaq.

    Tam oxu »
  • ƏNGİNƏ ÇƏKMƏK

    çənəsinə vurmaq, döymək.

    Tam oxu »
  • ƏNGİNİ YORMAQ

    çox danışmaq, uzunçuluq eləmək, çərənləmək; ~ əngi qızışmaq.

    Tam oxu »
  • ƏNGİNİN ALTINA SALMAQ

    bax: çənəsinin altına salmaq.

    Tam oxu »
  • ƏNZƏLİ YEMİŞİ

    sırtıq, yapışdığından əl çəkməyən, itmilçəyi.

    Tam oxu »
  • ƏPPƏK OLUB GÖYƏ ÇƏKİLMƏK

    bax: yağlı əppək olub göyə çıxmaq.

    Tam oxu »
  • ƏRİŞTƏ KƏSMƏK (DOĞRAMAQ)

    1. Bir işi görmək üçün gizli hazırlıq aparmaq; ~ saman altından su yeritmək.  2. Şirin-şirin danışaraq dilə tutmaq; ~ dilini işə salmaq

    Tam oxu »
  • ƏRİYİB ÇÖPƏ DÖNMƏK

    son dərəcə arıqlamaq, zəifləmək.

    Tam oxu »
  • ƏRKİ ÇATMAQ

    yaxın, doğma bildiyi adama öyüd-nəsihət vermək, hansısa hərəkətinə görə onu danlamağa haqqı olmaq.

    Tam oxu »
  • ƏRP BAĞLAMAQ

    köhnəlmək, işlənməmək, inkişafdan qalmaq.

    Tam oxu »
  • ƏRSƏYƏ ÇATDIRMAQ

    böyütmək, yetişdirmək; ~ boya-başa çatdırmaq.

    Tam oxu »
  • ƏRSƏYƏ ÇATMAQ (YETMƏK)

    böyümək, müstəqil həyat sürməyə başlamaq; ~ kamala çatmaq (yetmək).

    Tam oxu »
  • ƏRSƏYƏ GƏLMƏK

    hazırlanmaq, istehsal edilmək, sona çatdırılmaq.

    Tam oxu »
  • ƏRSƏYƏ GƏTİRMƏK

    hazırlamaq, istehsal etmək, sona çatdırmaq.

    Tam oxu »
  • ƏRSƏYƏ YETMƏK

    bax: ərsəyə çatmaq.

    Tam oxu »
  • ƏRŞƏ ÇƏKİLMƏK

    qeyb olmaq, yoxa çıxmaq; ~ ərşə çıxmaq.

    Tam oxu »
  • ƏRŞƏ ÇIXMAQ

    1. Ucalmaq, göylərə qalxmaq; çoxalmaq, artmaq; ~ ərşə dayanmaq (qalxmaq).  2. Yox olmaq; ~ yoxa çıxmaq, ərşə çəkilmək

    Tam oxu »
  • ƏRŞƏ DAYANMAQ (QALXMAQ)

    bax: ərşə çıxmaq.

    Tam oxu »
  • ƏSAS VERMƏK

    səbəb olmaq, hər hansı davranışa rəvac vermək.

    Tam oxu »
  • ƏSASINI QOYMAQ

    bünövrəsini, özülünü, təməlini qoymaq; təsis etmək, yaratmaq, banisi olmaq; ~ cığır açmaq.

    Tam oxu »
  • ƏSƏBLƏRƏ SU ÇİLƏMƏK

    sakitləşdirmək, gərginliyi aradan qaldırmaq.

    Tam oxu »
  • ƏSƏBLƏRİ İLƏ OYNAMAQ

    hirsləndirmək, əsəbiləşdirmək, əsəbiləşməsinə səbəb olmaq; ~ əsəblərinə toxunmaq.

    Tam oxu »
  • ƏSƏBLƏRİ TARIMA ÇƏKİLMƏK

    son dərəcə əsəbi və gərgin olmaq, hər şeydən tez hirslənmək, qıcıqlanmaq.

    Tam oxu »
  • ƏSƏBLƏRİNƏ TOXUNMAQ

    bax: əsəbləri ilə oynamaq.

    Tam oxu »
  • ƏSƏBLƏRİNİ KORLAMAQ

    əsəbiləşdirmək, qıcıqlandırmaq, hiddətləndirmək.

    Tam oxu »
  • ƏSƏRİ GƏLMƏK

    1. Xəstəliyin əlamətləri görünmək, üzə çıxmaq, titrətmək.  2. Orqanizmi tələb etmək; ~ dəmi gəlmək, havası gəlmək

    Tam oxu »
  • ƏSGİSİ TÜSTÜLÜ OLMAQ

    əsassız olaraq adı pis çıxmaq.

    Tam oxu »
  • ƏSİRİ OLMAQ

    bir şeyin hədsiz dərəcədə vurğunu, düşkünü olmaq.

    Tam oxu »
  • ƏSKİK ÇIXARMAQ

    müəyyən olan miqdardan az hesab etmək.

    Tam oxu »
  • ƏSKİK OLMAYASAN

    xeyirxah, nəcib və dəyərli adama müraciətlə “həmişə var olasan” mənasında deyilən ifadə.

    Tam oxu »
  • ƏSKİKLİK GƏTİRMƏK

    alçaltmaq, eyib olmaq.

    Tam oxu »
  • ƏSKİYİ ÇIXMAQ

    işində, haqq-hesabında kəmliyi, çatışmazlığı olmaq.

    Tam oxu »
  • ƏT BAĞLAMAQ

    1. Kökəlmək.  2. Yarası sağalmaq.

    Tam oxu »
  • ƏT BASMAQ

    çox kökəlmək, ətlənmək; ~ piy basmaq.

    Tam oxu »
  • ƏT TÖKMƏK

    1. Çox arıqlamaq, zəifləmək.  2. Utanmaq; ~ xəcalət çəkmək.

    Tam oxu »
  • ƏT-YAĞ İÇİNDƏ BÖYÜMƏK

    hər cəhətdən təmin olunmaq, korluq çəkməmək, pis gün görməmək, çətinlik çəkməmək.

    Tam oxu »
  • ƏTALƏT BASMAQ

    işləməyə, hərəkət etməyə həvəsi olmamaq, tənbəllik etmək.

    Tam oxu »
  • ƏTDƏN ÇƏPƏR ÇƏKMƏK

    yan-yana düzülərək yolu kəsmək, sədd yaratmaq; ~ ətdən sipər çəkmək.

    Tam oxu »