Azərbaycan dilinin frazeologiya lügəti

  • ƏZAB ÇƏKMƏK

    sıxıntı içində olmaq; ~ əziyyət çəkmək.

    Tam oxu »
  • ƏZAB VERMƏK

    incitmək, zülm etmək.

    Tam oxu »
  • ƏZABA SALMAQ

    əzaba, əziyyətə düşməsinə səbəb olmaq.

    Tam oxu »
  • ƏZƏLƏ NÜMAYİŞ ETDİRMƏK

    təzyiq göstərmək, qorxutmaq üçün öz gücünü göstərmək.

    Tam oxu »
  • ƏZİB SUYUNU ÇIXARTMAQ

    bərk sıxışdırmaq, incitmək, istismar etmək.

    Tam oxu »
  • ƏZİYYƏT ÇƏKMƏK

    çox işləmək, gücünü, qüvvəsini, vaxtını bir işə sərf etmək; sıxıntı içində olmaq; ~ zəhmət çəkmək, əziyyətə qatlaşmaq, əzab çəkmək

    Tam oxu »
  • ƏZİYYƏT VERMƏK

    incitmək, narahat etmək; ~ nəfəsini kəsmək, kələyini kəsmək, əldən salmaq, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, müsibət çəkdirmək

    Tam oxu »
  • ƏZİYYƏTƏ QATLAŞMAQ

    məqsədə çatmaq üçün ağır zəhmətdən çəkinməmək; ~ əziyyət çəkmək, zəhmət çəkmək.

    Tam oxu »
  • ƏZİYYƏTƏ SALMAQ

    narahat etmək, zəhmət vermək, əziyyətə düşməsinə səbəb olmaq.

    Tam oxu »
  • ƏZİYYƏTİ BOŞA GETMƏK

    bax: zəhməti hədər getmək.

    Tam oxu »
  • ƏZİZ TUTMAQ

    çox istəmək, qayğı, hörmət və ehtiram bəsləmək; ~ göz üstə saxlamaq, ikiəlli tutmaq.

    Tam oxu »
  • ƏZMİNİ QIRMAQ

    bax: iradəsini qırmaq (sındırmaq).

    Tam oxu »
  • ƏZRAİLLƏ BURUN-BURUNA GƏLMƏK

    ölümlə üzləşmək.

    Tam oxu »
  • ƏZRAİLLƏ ÇİLİNGAĞAC OYNAMAQ

    gözlənilən təhlükəni duymamaq, özünü təhlükəyə atmaq, riskli, təhlükəli işlərə qoşulmaq.

    Tam oxu »
  • ƏZRAİLLƏ ƏLBƏYAXA OLMAQ

    ağır xəstəlik keçirmək.

    Tam oxu »
  • ƏZVAY TULUĞU

    bax: zəhər tuluğu.

    Tam oxu »
  • FAKT QARŞISINDA QALMAQ

    danılmaz, təkzibedilməz arqumentlə üzləşmək, bu arqumentə qarşı çıxa bilməmək.

    Tam oxu »
  • FAL AÇMAQ

    gələcəkdən və ya keçmişdən xəbər vermək; ~ fala baxmaq.

    Tam oxu »
  • FAL APARIR

    toyuq yumurtladığı həmişəki yeri yaddan çıxardıqda işlədilən ifadə.

    Tam oxu »
  • FALA BAXMAQ

    bax: fal açmaq.

    Tam oxu »
  • FARAĞAT DURMAMAQ (OTURMAMAQ)

    bax: dinc durmamaq (oturmamaq).

    Tam oxu »
  • FATIYA TUMAN ÇIXMAZ (OLMAZ)

    az, kifayət qədər olmadığını və ya çatmadığını bildirən ifadə.

    Tam oxu »
  • FATİHƏSİ OXUNMAQ (VERİLMƏK)

    sonu çatmaq, ləğv olunmaq, bərk cəzalanmaq; ~ işi bitmək, qanı getmək, kəlmeyi-şəhadəti oxunmaq, qəbri qazılmaq

    Tam oxu »
  • FEİLƏ SALMAQ

    hiylə işlədərək dolaşdırmaq, özünə tabe etmək; ~ girə vermək.

    Tam oxu »
  • FEİLİNƏ DÜŞMƏK

    kiminsə hiyləsinə aldanmaq, aldadılaraq ziyana düşmək, sadəlövh olmaq, hər sözə inanmaq.

    Tam oxu »
  • FƏLAKƏTƏ DÜŞMƏK (DÜÇAR OLMAQ)

    həyatı üçün olduqca çətin, qorxulu və təhlükəli vəziyyətlə üzləşmək.

    Tam oxu »
  • FƏLAKƏTƏ SÜRÜKLƏMƏK

    həyatı üçün təhlükə yaratmaq, çətin, qorxulu və dolaşıq vəziyyətə salmaq; ~ güllə qabağına vermək, ölümə vermək

    Tam oxu »
  • FƏLƏK GƏLSƏ DƏ

    bax: fələk göydən yerə ensə də.

    Tam oxu »
  • FƏLƏK GÖYDƏN YERƏ ENSƏ DƏ

    “qətiyyən, heç bir vəchlə, qəti surətdə, əsla” mənalarında işlədilən ifadə.

    Tam oxu »
  • FƏLƏK ÜZ DÖNDƏRDİ

    bax: bəxti qara gəlmək.

    Tam oxu »
  • FƏLƏK VURMAQ

    bəxti, taleyi gətirməmək.

    Tam oxu »
  • FƏLƏYİN BADINA GETMƏK

    1. Gözlənilməz hadisə (qəza və s.) nəticəsində dünyasını dəyişmək.  2. Heç nədən zərər çəkmək; imkanlarını, mövqeyini itirmək

    Tam oxu »
  • FƏLƏYİN ÇƏRXİ DÖNÜB

    “uğursuzluğa  düçar olmaq”, “işi düz gətirməmək”, “işləri tərs gətirmək” mənasında işlədilən ifadə; ~ bəxti dönmək

    Tam oxu »
  • FƏLƏYİN QƏZƏBİNƏ GƏLMƏK

    ciddi zərər çəkmək, fəlakətə düçar olmaq.

    Tam oxu »
  • FƏND İŞLƏTMƏK

    bir işdə müəyyən nəticəyə nail olmaq məqsədilə müxtəlif üsullardan istifadə etmək; ~ hiylə gəlmək (işlətmək), hiyləyə əl atmaq, əyri yola əl atmaq, kə

    Tam oxu »
  • FƏND QURMAQ

    birisinin işlərinə mane olmaq üçün plan hazırlamaq; ~ tələ qurmaq, hiylə gəlmək (işlətmək).

    Tam oxu »
  • FƏNDƏ SALMAQ

    aldatmaq; ~ tələyə salmaq, hiylə gəlmək (işlətmək).

    Tam oxu »
  • FƏRQ QOYMAMAQ

    eyni cür yanaşmaq, ayrı-seçkilik etməmək; ~ hamıya bir gözlə baxmaq, ayrı-seçkilik salmamaq.

    Tam oxu »
  • FƏRQİNƏ VARMAMAQ

    əhəmiyyət verməmək, diqqətə almamaq, heç bir fərq hiss etməmək.

    Tam oxu »
  • FƏRYAD ÇƏKMƏK (QOPARMAQ)

    ah-nalə, fəğan etmək; ~ fəryadı ərşə dayanmaq.

    Tam oxu »
  • FƏRYADI ƏRŞƏ DAYANMAQ

    bax: fəryad çəkmək (qoparmaq).

    Tam oxu »
  • FIRI ÇIXMAQ (YATMAQ)

    hirsi keçmək, sakitləşmək.

    Tam oxu »
  • FIRI TUTMAQ

    hirslənmək, qeyzlənmək, əsib-coşmaq.

    Tam oxu »
  • FIRILDAĞA ƏL ATMAQ

    bax: hiyləyə əl atmaq.

    Tam oxu »
  • FIRILDAQ GƏLMƏK

    bax: hiylə gəlmək (işlətmək).

    Tam oxu »
  • FIRILDAQ İŞLƏTMƏK

    bax: hiylə gəlmək (işlətmək).

    Tam oxu »
  • FIRT ELƏYİB BURNUNDAN DÜŞÜB

    oxşamaq, tam bənzəri olmaq mənasında işlədilən ifadə.

    Tam oxu »
  • FIS ÇIXMAQ

    dan. ümidi doğrultmamaq, gözlənilən nəticəni verməmək; boş, mənasız olmaq; ~ boşa çıxmaq (getmək), lax çıxmaq

    Tam oxu »
  • FISI YATMAQ

    bax: köpü yatmaq.

    Tam oxu »
  • FİKİR APARMAQ

    bax: fikir götürmək.

    Tam oxu »