Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • HUMAY

    ə. bax hüma2

    Tam oxu »
  • HUR

    HUR(İ) ə. cənnətdəkilərə xidmət edən gözəl qız; m. gözəl qız

    Tam oxu »
  • HURİ

    HUR(İ) ə. cənnətdəkilərə xidmət edən gözəl qız; m. gözəl qız

    Tam oxu »
  • HURİÇÖHRƏ

    ə. və f. bax huriliqa

    Tam oxu »
  • HURİEYN

    ə. bax hurüleyn

    Tam oxu »
  • HURİLİQA

    HURİLİQA’ ə. bax hurisifət

    Tam oxu »
  • HURİPEYKƏR

    ə. və f. huri bədənli, bədəni qəşəng olan; gözəl

    Tam oxu »
  • HURİSİFƏT

    ə. huri üzlü, huri kimi qəşəng; gözəl

    Tam oxu »
  • HURİÜZAR

    ə. huri yanaqlı; huri üzlü, gözəl

    Tam oxu »
  • HURİVƏŞ

    ə. və f. huri kimi gözəl; göyçək

    Tam oxu »
  • HURİZAD

    ə. və f. huridən doğulmuş, huri balası; gözəl

    Tam oxu »
  • HURÜ QILMAN

    ə. huri və qılman, cənnətin cavan xidmətçi qız(lar)ı və oğlan(lar)ı

    Tam oxu »
  • HURÜLEYN

    ə. huri gözlü (gözlərinin qarası qapqara, ağı isə dümağ olan iri gözlü gözəl haqqında)

    Tam oxu »
  • HUSNA

    ə. ən gözəl; daha gözəl (qadın haqqında)

    Tam oxu »
  • HUSNARA

    ə. və f. üz bəzəyi, üzünü bəzəyən

    Tam oxu »
  • HUŞ

    f. diqqət, fikir

    Tam oxu »
  • HUŞMƏND

    f. huşlu, şüurlu

    Tam oxu »
  • HUŞMƏNDİ

    f. huşluluq, şüurluluq

    Tam oxu »
  • HUŞYAR

    f. 1) ağıllı, aqil; 2) ağlı başında; huşlu; 3) diqqətli, dəqiq

    Tam oxu »
  • HUŞYARİ

    f. 1) ağıllılıq, aqillik; 2) diqqətlilik, dəqiqlik

    Tam oxu »
  • HUT

    ə. 1) böyük balıq; 2) astronomiyada: Balıq bürcü

    Tam oxu »
  • HUTÜ HƏMƏL

    ə. astronomiyada: Balıq və Quzu (bürcləri)

    Tam oxu »
  • HÜBAB

    ə. 1) su üzərindəki köpük, qabarcıq; 2) şəbnəm, şeh

    Tam oxu »
  • HÜBABASA

    ə. və f. bax hübabmanənd

    Tam oxu »
  • HÜBABMANƏND

    ə. və f. su köpüyü kimi davamsız, tez məhv olan

    Tam oxu »
  • HÜBBÜLVƏTƏN

    ə. vətən sevgisi

    Tam oxu »
  • HÜBƏL

    ə. islamiyyətdən əvvəl Kəbədəki bir bütün adı

    Tam oxu »
  • HÜBUB

    ə. əsmə, küləyin əsməsi

    Tam oxu »
  • HÜBUBAT

    ə. «həbbə» c. dənli bitkilər

    Tam oxu »
  • HÜBUT

    ə. aşağı enmə; düşmə

    Tam oxu »
  • HÜCCAC

    ə. «həcc» c. Məkkə ziyarətinə gedənlər; hacılar

    Tam oxu »
  • HÜCCƏT

    ə. dəlil, sübut

    Tam oxu »
  • HÜCCƏTÜLLAH

    ə. Allahın dəlili, Tanrının sübutu

    Tam oxu »
  • HÜCEYRƏ

    ə. 1) kiçik deşik, balaca dəlik; 2) canlı orqanizmin protoplazma, nüvə və qişadan ibarət ən sadə vahidi

    Tam oxu »
  • HÜCƏC

    ə. «hüccət» c. dəlillər, sübutlar

    Tam oxu »
  • HÜCNƏT

    ə. qüsur, nöqsan, eyib

    Tam oxu »
  • HÜCR

    ə. qucaq, ağuş

    Tam oxu »
  • HÜCRƏ

    ə. 1) kiçik otaq; otaq; 2) göz (arı pətəyində)

    Tam oxu »
  • HÜCRƏVİ

    ə. hücrələri olan

    Tam oxu »
  • HÜCU

    HÜCU’ ə. yuxusu gəlməmə; yuxusuzluq

    Tam oxu »
  • HÜCUM

    ə. həmlə, basqın

    Tam oxu »
  • HÜCUMAVƏR

    ə. və f. hücum edən, basqın edən; hücumçu

    Tam oxu »
  • HÜDA

    HÜDA’ ə. 1) doğru yol; 2) rəhbərlik, rəhbər sayma

    Tam oxu »
  • HÜDB

    ə. kirpik

    Tam oxu »
  • HÜDHÜD

    ə. hop-hop, şinabub, şanapipik (köçəri quş)

    Tam oxu »
  • HÜDUD

    ə. «hədd» c. t. sərhəd, mərz

    Tam oxu »
  • HÜDUS

    ə. 1) yaranma, törəmə; 2) baş vermə

    Tam oxu »
  • HÜFFAZ

    ə. «hafiz» c. hafizlər

    Tam oxu »
  • HÜKƏMA

    HÜKƏMA’ ə. «həkim» c. həkimlər, müdriklər, filosoflar

    Tam oxu »
  • HÜKKAM

    ə. «hakim» c. hakimlər

    Tam oxu »