Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • KİBAR

    ə. «kəbir» c. 1) böyüklər; 2) t. kübar // alicənab

    Tam oxu »
  • KİBARANƏ

    ə. və f. kübarcasına // alicənablıqla

    Tam oxu »
  • KİBƏR

    ə. yaşlılıq, yaşlı olma

    Tam oxu »
  • KİBR

    ə. 1) böyüklük, böyük olma; 2) lovğalıq, təkəbbür

    Tam oxu »
  • KİBRİT

    ə. 1) kükürd; 2) od yandırmaq üçün vəsait. Kibriti-əhmər «qırmızı kibrit» yalançı kimyagərlərin fövqəladə qüvvəyə malik kimi təqdim etdikləri mövhumi

    Tam oxu »
  • KİBRİTİ

    ə. kibritə aid olan, kibritdən olan

    Tam oxu »
  • KİBRİYA

    KİBRİYA’ ə. 1) böyüklük, calal; 2) m. Allah, Tanrı

    Tam oxu »
  • KİFAF

    ə. 1) bəslik, bəs olma; 2) yaşamaq üçün lazım olan azuqə. Kifafi-nəfs bir adamın yaşamasına kifayət edən azuqə

    Tam oxu »
  • KİFAYƏT

    ə. 1) kafi miqdarda olma; 2) bacarıq

    Tam oxu »
  • KİHANƏT

    ə. bəzi ruhanilərin və ya xüsusi adamların gələcəyi xəbər vermələri

    Tam oxu »
  • KİLAB

    ə. «kəlb» c. itlər, köpəklər

    Tam oxu »
  • KİLAR

    f. ərzaq və s. yığılan iri dolab; anbar

    Tam oxu »
  • KİLİD

    f. əsli y. qıfıl

    Tam oxu »
  • KİLİM

    f. xovsuz palaz növü

    Tam oxu »
  • KİLK

    f. qələm, yazı aləti

    Tam oxu »
  • KİLS

    ə. kirəc daşı; əhəng

    Tam oxu »
  • KİLSİ

    ə. kirəc daşı növündən olan (daş, torpaq və s. haqqında)

    Tam oxu »
  • KİMİYA

    KİMİYA’ ə. əsli y. bax kimya

    Tam oxu »
  • KİMM

    ə. gülün kasacığı

    Tam oxu »
  • KİMYA

    KİMYA’ ə. əsli y. maddələrin quruluşu haqqında elm

    Tam oxu »
  • KİMYAGƏR

    ə. və f. 1) kimya alimi; kimyaçı; 2) orta əsrlərdə: hər şeyi qızıla çevirmək iddiasında olan kimyaçı

    Tam oxu »
  • KİMYƏVİ

    ə. kimyaya aid olan, kimyada alınan

    Tam oxu »
  • KİN

    f. bax kinə

    Tam oxu »
  • KİNAYƏ

    KİNAYƏ(T) ə. 1) bir mənanı düzünə deyil, dolayısı ilə ifadə edən söz; 2) tənəli, toxunan söz; 3) ədəbiyyatda: metafora

    Tam oxu »
  • KİNAYƏT

    KİNAYƏ(T) ə. 1) bir mənanı düzünə deyil, dolayısı ilə ifadə edən söz; 2) tənəli, toxunan söz; 3) ədəbiyyatda: metafora

    Tam oxu »
  • KİNAYƏTGUNƏ

    ə. və f. 1) tənəli; toxunan (söz haqqında); 2) metaforik

    Tam oxu »
  • KİNDAR

    f. 1) kin saxlayan, gizli ədavət bəsləyən; 2) intiqama həris olan; qisasçı

    Tam oxu »
  • KİNƏ

    f. gizli ədavət hissi

    Tam oxu »
  • KİNƏBÜNYAN

    f. kinli

    Tam oxu »
  • KİNƏCU

    f. intiqam alan, intiqamçı

    Tam oxu »
  • KİNƏXAH

    f. intiqam almaq istəyən, qisas almağa həris olan

    Tam oxu »
  • KİNƏVƏR

    f. gizli ədavəti olan; kinli, qərəzkar

    Tam oxu »
  • KİRAM

    ə. «kərim» c. kərimlər

    Tam oxu »
  • KİRAMÜLKATİBEYN

    ə. hər bir adamın savab və günahlarını qeyd etmək üçün onun sağ və sol çiyinlərində qərar tutmuş iki mələk

    Tam oxu »
  • KİRAR

    ə. təkrar

    Tam oxu »
  • KİRAYƏ

    ə. bax kirə (1-ci mənada)

    Tam oxu »
  • KİRAYƏDAR

    ə. və f. 1) bax kirayənişin; 2) ev kirayəyə verən; kirayəçi

    Tam oxu »
  • KİRAYƏKEŞ

    ə. və f. kirayə ilə yük və s. daşıyan, adam aparan

    Tam oxu »
  • KİRAYƏNİŞİN

    ə. və f. kirayə ilə ev tutan, kirayə ilə mənzildə yaşayan

    Tam oxu »
  • KİRAYƏNİŞİNİ

    ə. və f. kirayə ilə ev tutma, kirayə ilə mənzildə yaşama

    Tam oxu »
  • KİRBAS

    ə. bez (parça)

    Tam oxu »
  • KİRDAR

    ə. güc, qüvvət, taqət

    Tam oxu »
  • KİRDKAR

    ə. Allah, Tanrı

    Tam oxu »
  • KİRƏ

    ə. 1) haqq müqabilində bir şeydən istifadə hüququnun başqasına verilməsi; 2) kirayə haqqı

    Tam oxu »
  • KİRİŞMƏ

    f. əsli a. 1) qaş-göz oynatma, qaş-gözlə işarə etmə, him-cim etmə; 2) naz, qəmzə; him-cim

    Tam oxu »
  • KİRM

    f. həşəratın bir növü; qurd

    Tam oxu »
  • KİS

    f. qırışıq, bükük (paltar, parça və s.)

    Tam oxu »
  • KİSƏ

    f. 1) iri torba; 2) cib

    Tam oxu »
  • KİSƏDAR

    f. dövlətli adamın gəlir-çıxarını hesablayan işçi

    Tam oxu »
  • KİSƏVÜ HƏMYAN

    f. qızıl, pul və s. qoyulub belə bağlanan uzunsov parça və ya meşin kisəcik; pul kisəsi

    Tam oxu »