Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • VONGAH

    f. «və an gah» birləşməsinin qısaldılmış forması; o vaxt, o zaman

    Tam oxu »
  • VÜCUB

    ə. labüdlük, vaciblik, lazımlılıq

    Tam oxu »
  • VÜCUBƏN

    ə. labüd surətdə, lazımınca, vacib olaraq

    Tam oxu »
  • VÜCUBİ

    ə. lazımi, zəruri

    Tam oxu »
  • VÜCUD

    ə. 1) var olma, mövcud olma; mövcudluq; 2) bədən, cəsəd, cisim; 3) şəxs, zat, nəfər; 4) yaradılmış, məxluq

    Tam oxu »
  • VÜCUDEYN

    ə. iki nəfər, iki şəxs

    Tam oxu »
  • VÜCUDNAMƏ

    ə. və f. insanın doğulandan ölənə qədər həyatını təsvir edən aşıq şeiri forması

    Tam oxu »
  • VÜCUDPƏZİR

    ə. və f. var olan, mövcud olan

    Tam oxu »
  • VÜCUDPƏZİRİ

    ə. və f. var olma, mövcud olma

    Tam oxu »
  • VÜCUH

    ə. 1) məbləğ, miqdar; 2) dövr, mərhələ, faza; 3) üsul, vasitə; 4) əsilzadə, kübar; 5) üz, çöhrə; 6) səth, üz, üzəri

    Tam oxu »
  • VÜCUHÜLBİLAD

    ə. kübar adam(lar), əsilzadə(lər)

    Tam oxu »
  • VÜCUHÜLQƏMƏR

    ə. astronomiyada: Ayın fazası

    Tam oxu »
  • VÜDUD

    ə. dost, yoldaş

    Tam oxu »
  • VÜFUD

    VÜFUD1 ə. «vəfd» c. t. nümayəndə heyəti, deputat heyəti. VÜFUD2 ə. gəlmə, çatma

    Tam oxu »
  • VÜFUR

    ə. bolluq, firavanlıq

    Tam oxu »
  • VÜHUŞ

    ə. «vəhş» c. vəhşilər

    Tam oxu »
  • VÜKƏLA

    VÜKƏLA’ ə. «vəkil» c. 1) vəkillər; 2) nümayəndələr

    Tam oxu »
  • VÜQAR

    ə. ağırlıq, ciddiyyət, təmkin; öz ləyaqətini gözləmə

    Tam oxu »
  • VÜQU

    VÜQU’ ə. 1) hadisə, vaqiə; 2) əmələ gəlmə, baş vermə; 3) düşmə. Vüqui-hal hadisənin, işin gedişi

    Tam oxu »
  • VÜQUAT

    ə. «vüqu’» c. hadisələr, vaqiələr. Vüquatı-yövmiyyə gündəlik hadisələr

    Tam oxu »
  • VÜQUD

    ə. yanma, alışma

    Tam oxu »
  • VÜQUF

    ə. 1) xəbərdar olma; bilmə; 2) durma, dayanma

    Tam oxu »
  • VÜLAT

    ə. «vali» c. valilər

    Tam oxu »
  • VÜLU

    VÜLU’ ə. 1) sevgi, eşq; 2) vurulma, bənd olma, aşiq olma

    Tam oxu »
  • VÜLUC

    ə. girmə, soxulma, daxil olma

    Tam oxu »
  • VÜREYQƏ

    ə. 1) kiçik yarpaq, yarpaqcıq; 2) qəzetcik (istehza ilə)

    Tam oxu »
  • VÜRUD

    ə. 1) gəlmə, yetişmə, çatma; 2) daxil olma; girmə

    Tam oxu »
  • VÜS

    VÜS’ ə. güc, qüdrət, qabiliyyət, imkan, bacarıq

    Tam oxu »
  • VÜSAL

    ə. sevgiliyə qovuşma, sevgilisi ilə birləşmə

    Tam oxu »
  • VÜSƏT

    VÜS’ƏT ə. 1) genişlik; 2) bolluq, rifah; 3) yayılma

    Tam oxu »
  • VÜSQA

    ə. ən sağlam, ən mətin

    Tam oxu »
  • VÜSLƏT

    ə. 1) aşiqin öz sevgilisinə qovuşması; vüsal; 2) cinsi əlaqə

    Tam oxu »
  • VÜSTA

    ə. ən ortada olan; ən orta

    Tam oxu »
  • VÜSUQ

    ə. möhkəm inam, ürəkdən inanma

    Tam oxu »
  • VÜSUL

    ə. 1) gəlib çatma, gedib çatma; vasil olma; 2) sevgilisinə qovuşma, sevgilisi ilə birləşmə; 2) nail olma

    Tam oxu »
  • VÜZƏRA

    VÜZƏRA’ ə. «vəzir» c. vəzirlər, nazirlər

    Tam oxu »
  • VÜZU

    VÜZU’ ə. 1) dəstəmaz alma; dəstəmaz, abdəst, təharət; 2) təmiz olma

    Tam oxu »
  • VÜZUH

    ə. 1) aydınlıq, aşkarlıq; 2) şübhəsizlik; bəlli olma

    Tam oxu »
  • Y

    ə. ərəb əlifbasının 28-ci, fars əlifbasının 32-ci, əski Azərbaycan əlifbasının 33-cü hərfi; əbcəd hesabında 10 rəqəmini ifadə edir

    Tam oxu »
  • YA

    YA1 ə. ərəb əlifbasında hərfinin adı. YA2 ə. ey! ay!

    Tam oxu »
  • YAB

    f. tapan, olan

    Tam oxu »
  • YABİS

    ə. quru, qurumuş

    Tam oxu »
  • YABİSƏ

    ə. 1) quru, torpaq; 2) materik, qitə

    Tam oxu »
  • YAD

    f. bax yaddaşt (1-ci mənada)

    Tam oxu »
  • YADDAŞT

    f. 1) xatirə, hafizə; 2) xatirat, memorandum; 3) nota; 4) konspekt, icmal, yazı

    Tam oxu »
  • YADİGAR

    f. 1) xatirə; keçmişi və ya bir şəxsi yada salan şey; 2) yadda saxlamaq üçün verilən hədiyyə; 3) heykəl, büst, abidə

    Tam oxu »
  • YAFƏS

    ə. Nuhun üç oğlundan birinin adı

    Tam oxu »
  • YAFƏSİ

    ə. Yafəsə aid olan, Yafəsdən olan

    Tam oxu »
  • YAHU

    ə. 1) ay Allah! aman Allah! 2) ey, bura bax, səninləyəm!

    Tam oxu »
  • YAXUD

    f. ya, ya da

    Tam oxu »