Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • ZONCÜMLƏ

    f. və ə. «əz an cümlə» birləşməsinin ixtisar şəkli o cümlədən

    Tam oxu »
  • ZOR

    f. bax zur1

    Tam oxu »
  • ZORƏN

    f. bax zurən

    Tam oxu »
  • ZORXANƏ

    f. əsasən ağırlıqqaldırma, güləş və s. ilə məşğul olmaq üçün yer

    Tam oxu »
  • ZÖHD

    ə. 1) dinin qadağan etdiyi işlərdən və şeylərdən çəkinmə; 2) vaxtını ibadətə sərf etmə; tərki-dünyalıq // zahidlik

    Tam oxu »
  • ZÖHHAD

    ə. «zahid» c. zahidlər

    Tam oxu »
  • ZÖHHAK

    ə. İran əsatirində Dəmirçi Gavənin məğlub etdiyi zalım və qaniçən padşahın adından 1) m. çox gülən, güləyən adam; 2) m

    Tam oxu »
  • ZÖHR

    ə. günorta

    Tam oxu »
  • ZÖHRƏ

    ə. 1) Karvanqıran, Venera (planet); 2) eşq ilahəsi

    Tam oxu »
  • ZÖHRƏCƏBİN

    f. «zöhrə alınlı» m. gözəl, göyçək

    Tam oxu »
  • ZÖHRƏVİ

    ə. əsasən tənasül yolu ilə yoluxan (xəstəlik haqqında); dəri xəstəliyi

    Tam oxu »
  • ZÖV

    ZÖV’ ə. bax zu’

    Tam oxu »
  • ZÖVİ

    ZÖV’İ ə. bax zui

    Tam oxu »
  • ZÖVQ

    ə. 1) dad, ləzzət; 2) beş duyğudan biri olan dadbilmə duyğusu; 3) ləzzət alma, həzz alma; 4) əyləncə, kef; 5) həvəs

    Tam oxu »
  • ZÖVQAVƏR

    ə. və f. zövq gətirən; ürəkaçan

    Tam oxu »
  • ZÖVQƏFZA

    ə. və f. zövq artıran, kef verən; əyləncəli

    Tam oxu »
  • ZÖVQİYYAT

    ə. «zövq» c. t. 1) estetik zövq; 2) estetika

    Tam oxu »
  • ZÖVQMƏND

    ə. və f. zövq sahibi; zövqlü, nəşəli

    Tam oxu »
  • ZÖVQÜ SƏFA

    ZÖVQÜ SƏFA’ ə. zövq və səfa

    Tam oxu »
  • ZÖVQYAB

    ə. və f. zövq alan, həzz alan, ləzzət duyan

    Tam oxu »
  • ZÖVRƏQ

    ə. qayıq. Zövrəqi-həyat «həyat qayığı» m. insan bədəni, insan vücudu

    Tam oxu »
  • ZÖVZA

    ZÖVZA’ ə. 1) məşəl; 2) çığır-bağır, hay-küy, səs-küy, küy-kələk

    Tam oxu »
  • ZU

    ZU’ ə. işıq, nur, aydınlıq

    Tam oxu »
  • ZUD

    f. tez, tələsik

    Tam oxu »
  • ZUİ

    ə. işığa mənsub, aydınlığa məxsus olan

    Tam oxu »
  • ZUR

    ZUR1 f. güc, qüvvə. Zuri-bazu qol gücü. ZUR2 ə. riya, yalan

    Tam oxu »
  • ZURAVƏR

    f. 1) güc gətirən, güc verən; gücləndirən; 2) qüvvətli, güclü, zorlu

    Tam oxu »
  • ZURBAZ

    f. ağırlıqqaldıran (idmançı)

    Tam oxu »
  • ZURBAZİ

    f. ağırlıqqaldırma (idman növü)

    Tam oxu »
  • ZURƏN

    f. 1) zor gücünə; zorla, güclə; 2) əlacsızlıqdan

    Tam oxu »
  • ZURMƏND

    f. güclü, qüvvətli, zorlu

    Tam oxu »
  • ZUZƏ

    f. zingilti, ulama

    Tam oxu »
  • ZÜABƏ

    ə. saç, zülf

    Tam oxu »
  • ZÜAF

    ə. dərhal öldürən, əlüstü həlak edən

    Tam oxu »
  • ZÜBAB

    ə. milçək

    Tam oxu »
  • ZÜBD

    ə. yağ, kərə yağı. ZÜBDƏə. 1) yağ; 2) qaymaq; 3) mahiyyət

    Tam oxu »
  • ZÜCAC

    ə. şüşə; şüşə qab

    Tam oxu »
  • ZÜCACİ

    ə. şüşəyə aid olan; şüşə qaba aid olan

    Tam oxu »
  • ZÜCRƏ

    ZÜCRƏ(T) ə. incitmə

    Tam oxu »
  • ZÜCRƏT

    ZÜCRƏ(T) ə. incitmə

    Tam oxu »
  • ZÜCUD

    ə. səxavət sahibi, səxavətli

    Tam oxu »
  • ZÜƏFA

    ZÜƏFA’ ə. «zəif» c. zəiflər

    Tam oxu »
  • ZÜFƏNN

    ə. 1) bax züfünün (1-ci mənada); 2) çoxbilmiş; 3) mütəxəssis

    Tam oxu »
  • ZÜFƏZL

    ə. fəzilətli, bilikli

    Tam oxu »
  • ZÜFÜNUN

    ə. 1) bir çox elmləri bilən; 2) çox ağıllı və məlumatlı adam; alim

    Tam oxu »
  • ZÜHA

    ə. 1) səhər çağı, səhər; 2) Günəş işığı

    Tam oxu »
  • ZÜHEYR

    ə. kiçik çiçək

    Tam oxu »
  • ZÜHƏL

    ə. Saturn (planet)

    Tam oxu »
  • ZÜHƏYAT

    ə. diri, canlı

    Tam oxu »
  • ZÜHİMMƏT

    ə. hümmətli; qeyrətli, çalışqan

    Tam oxu »