İQRA

İQRA’

ə. oxu! (Mələk Cəbrailin Məhəmməd peyğəmbərə müraciətən çatdırdığı ilk ilahi kəlam; «Qur’an» adı bu əmrə əsasən verilmişdir).

İQNA
İQRAR
OBASTAN VİKİ
Qırmızımeyvəli iqra
Qızılağacyarpaq iqra
Kanada iqrası
İqrand
İqrand (fr. Ygrande) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l’Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03320. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 759 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İqrar Salamov
İqrar Zakir oğlu Salamov (5 noyabr 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == İqrar Salamov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib. 1993-1995-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor işləyib. 1996-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur. 9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. "Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də müğənni kimi çıxış edir. 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasındakı dərviş Məstəli şah, 2000-ci ildə keçirilən Festivallar festivalında Üzeyir Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış "Əyri oturaq, düz danışaq" məzhəkəsində 2-ci aktyor rolları ona böyük şöhrət gətirmişdir. "Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə 2002-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. == Əsas rolları == Ayının min bir oyunu (Sultanməcid Qənizadə) — Dursunəli Marqaritka (Arman Salakru) — həkim Gözəlləri necə qaçırırlar (Bilal Appayev) — Bəşir Xəlifə Leylək (Vilhelm Qauf) — vəzir Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur (Mirzə Fətəli Axundov) — Məstəli şah Aydın (Cəfər Cabbarlı) — Balaxan Ağıllı adam (Firuz Mustafa) — dəli; müstəntiq Əyri oturaq, düz danışaq (Üzeyir Hacıbəyov) — 2-ci aktyor Sən Qara deyilsən (Əziz Nesin) — Qara Şuşa dağlarını duman bürüyüb (Elçin) — İsgəndər Abışov Sehirli kreslo (Fridyeş Karinti) — Şandor Siv Pənah evi (Ələmdar Quluzadə) — Dəli Cəbiş Bayramın birinci günü (Nazim Hikmət) — Şadi bəy Millət dostları (Əbdürrəhim bəy Haqverdiyev) — Firudin bəy2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur. O, Musiqili Teatrda işlədiyi qısa müddətdə “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) komediyasında Molla, “Beş manatlıq gəlin”də ( S.Rüstəmov, M.S.Ordubadi) El ağsaqqalı, "Sehrli nəğmə"də (D.Hacıyeva, P.Korotıç) Baba, "Balaca Şahzadə"də (A.Sent-Ekzüperi, R.Ağababayev) Əyyaş, "Baladadaşın toy hamamı"nda (Elçin, F. Allahverdi) Əmirqulu, "Kimyagər"də (S.Kərimi, M.F.Axundzadə) Nuxulu və digərlər tamaşalarda yaddaqalan obrazlar yaratmışdır.
İqrar Əliyev
Əliyev İqrar Həbib oğlu (14 mart 1924, Bakı – 11 iyun 2004, Bakı) — Azərbaycan-sovet tarixçisi, AEA müxbir üzvü (1980), professor (1981), AMEA-nın həqiqi üzvü (2001) və Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü (2003). == Həyatı == İqrar Əliyev 14 mart 1924-cü ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda yerləşən 18 nömrəli məktəbdə almışdır. Məktəbdə oxuduğu dövrdə Mikayıl Müşfiq və Məmməd Hüseyn Təhmasib ona dərs demişlər. Ali təhsilini 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində almışdır. Universiteti bitirdikdən sonra elə həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur.İqrar Əliyev 1949-cu ildə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1981-ci ildə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən İqrar Əliyev 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2003-cü ildə isə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == İqrar Əliyev Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətinə başlamışdır. İqrar Əliyev 1 yanvar 1957-ci ildən 17 yanvar 1978-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
автовы́шка дурма́ниться италья́нка мануфакту́р-сове́тник резо́н социо... тёмно-жёлтый урыва́ться шлык экс-премье́р-мини́стр забу́лькать кислородная поду́шка монокульту́ра оригина́лка расцепля́ть сади́ться скоро́мный уныва́ть калека a rivederci halation noble-minded para-governmental замызгаться запалённый