QAF
QAFİL
OBASTAN VİKİ
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. == Karyerası == Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir.25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Araçadzor (Qafan)
Araçadzor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Axtaxana (Qafan)
Axtaxana və ya Corastan (erm. Ձորաստան) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.
Ağarza Qafarov
Ağarza Nurməmməd oğlu Qafarov (23 yanvar 1920, Bakı – 5 may 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968). == Həyatı == Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır.Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Кафаров Агарза Нурмамедович" (rus). Подвиг народа. İstifadə tarixi: 5 yanvar 2022.
Ağkənd (Qafan)
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XX əsrin əvvəllərində ləğv edilmişdir. Toponim qədim türk dilində «kiçik» mənasında işlənən ağ sözünə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Baharlı (Qafan, 2)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Basut çayının sağ sahilində yerləşmişdir. Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz. Hər biri ayrı-ayrı kənddir. Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovularaq kənd ləğv edilmişdir.
Bağırbəyli (Qafan)
Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir.
Cavanşir Qafarov
Cavanşir Qafarağa oğlu Qafarov (10 fevral 1928, Gədəbəy, Gəncə qəzası – 6 yanvar 1994, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Cavanşir Qafarov 10 fevral 1928-ci ildə Gədəbəydə anadan olmuşdur. Gur, cingiltili və bariton səsi olan aktyor 1948–1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb.Cavanşir Qafarov 6 yanvar 1994-cü ildə Bakıda vəfat edib. Gədəbəydə dəfn olunmuşdur.
Corc Qafarov
Corc Qafarov — Azərbaycanlı aktyor. == Həyatı == Qafarov Corc Maris oğlu 24 fevral 1995-ci ildə Latviya Respublikasının Riqa şəhərində anadan olmuşdur. Atası Maris Beinerts latviyalı, anası Leyla Qafarova isə azərbaycanlıdır. Corc 5 yaşında anası ilə birlikdə Azərbaycana gəlib. Valideynlərinin boşanması nəticəsində Corc və qardaşı Jerar uşaq evinə düşür və orada böyüməyə başlayırlar. Bu dövrdə onun atası Latviyada, anası isə Azərbaycanda qalır. 24 may 2014-cü ildə Corcun anası xərçəng xəstəliyindən dünyasını dəyişir.Corc uşaq evində qaldığı müddətdə idman, rəqs və rəsmlə məşğul olur. Rəqslə qatıldığı televiziya yarışmasında Corcu Rejissor Yavər Rzayev görüb bəyənir və görüşə dəvət edir. Yavər Rzayev onu öz filmində baş rolda görmək istəyir. Corca 11 yaşında təklif olunan filmə görə həyatı bir anlıq dəyişir və aktyorluq karyerası başlayır.
Daşbaşı (Qafan)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == == Adı == Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. === Görkəmli şəxsiyyətləri === Yusif Aslanov - alim.
Daşnov (Qafan)
Daşnov - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin digər adı Daşnav olmuşdur. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən daş sözü ilə fars dilində «nov, kanal, arx» mənasında işlənən nov sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 30 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 30 nəfər, 1904 - cü ildə 39 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir.
Dəymədağlı (Qafan)
Dəymədağlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Toponim kəbirli türk tayfasına mənsub dəymədağıldılar etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Şrvenants qoyulmuşdur.
Elmira Qafarova
Elmira Mikayıl qızı Qafarova (1 mart 1934, Bakı, SSRİ – 1 avqust 1993, Bakı, Azərbaycan) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri (1991–1992), Azərbaycan SSR Ali Sovetinin (1990–1991) və Rəyasət Heyətinin sədri (1989–1990), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1987–1989), Azərbaycan SSR xarici işlər naziri (1983–1987), Azərbaycan SSR xalq maarifi naziri (1980–1983). == Həyatı == Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU — indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E.Qafarova 1955–1958-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1958–1961-ci illərdə ADU-nun aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək, "filologiya elmləri namizədi" elmi dərəcəsini almışdır. Elmira Qafarova 1961–1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961–1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışmışdır. Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E.Qafarova ALKGİ MK-nın birinci katibi seçilmiş və 1966–1970-ci illərdə bu vəzifədə işləmişdir. E.Qafarova həmin yüksək və məsul vəzifədə Azərbaycan gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi sahəsində xeyrli zəhmət çəkmiş, bilik və bacarıq nümayiş etdirmişdir.
Elnur Qafarov
Elnur Mirzəxan oğlu Qafarov (21 dekabr 1981; Siyəzən, Azərbaycan SSR — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Qafarov 1981-ci il dekabrın 21-də Siyəzən şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elnur Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qafarov oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Qafarlı
Elçin Hacıağa oğlu Qafarlı (d. 5 oktyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındaki daimi nümayəndəsi (2008-ci ildən).
Etibar Qafarov
Fuad Qafarov (şəhid)
Fuad Fərhad oğlu Qafarov (d. 1988; Xaçmaz, Azərbaycan - ö. 11 fevral 2017; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Fuad Qafarov 1988-ci ildə Xaçmaz rayonunun Niyazoba kəndində anadan olub. == Hərbi xidməti == Kiçik çavuş Fuad Qafarov 2017-ci ildə, fevralın 11-i axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Fevralın 12-si isə Fuad Qafarov doğulduğu Xaçmaz rayonunun Niyazoba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Qafarov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Gültəkin Qafarova
Gültəkin Qafarova (Tam adı: Gültəkin Ələsgər qızı Qafarova; d.15 avqust 1961, Bakı — ö.12 yanvar 2009, Bakı— tibb bacısı == Həyatı və fəaliyyəti == Gültəkin Qafarova 1961-ci ildə avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1995–1997-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu fərqlənmə ilə bitirmişdir. 1978-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü olmuşdur. 1979–1988-ci illər ərzində AzQAC Nəsimi rayon bölməsində patronaj tibb bacısı vəzifəsində çalışmışdır. 1993–2001-ci illər ərzində AzQAC Nərimanov, 2002–2006-cı illərdə isə Qaradağ rayon bölməsində patronaj tibb bacısı vəzifəsində işləmişdir. 2006–2008-ci illər ərzində AzQAC Katibliyinin Sağlamlıq və qayğı şöbəsində baş tibb bacısı vəzifəsində çalışmışdır. Ayrı-ayrı illərdə o, Azərbaycan QAC-ın İcraiyyə Komitəsinin üzvü, müxtəlif konfrans və Baş Məclislərinin nümayəndəsi olmuşdur. Gültəkin Qafarova-Əsgərzadənin evdə qulluq sahəsində böyük təcrübəyə malik olduğundan o, 1996–2000-ci illər ərzində Cəmiyyətdə həyata keçirilən "Mərhəmət"adlı layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində Gültəkin Qafarova-Əsgərzadə fəal iştirakçılarından biri olmuşdur. Gültəkin Qafarova-Əsgərzadə tərəfindən apardığı fəaliyyətinə dair dövri mətbuatda və jurnallarda, bir çox məqalə dərc olunmuş, müxtəlif telekanallarda televiziya süjeti hazırlanmış, radio müsahibəsi lentə yazılmışdır.
Hidayət Qafarov
Hüseyn Qafarov
Qafarov Hüseyn Rəcəb oğlu — müəllim, tarzən, Azərbaycan Respublikasının Əməkdar Artisti. == Həyatı == Hüseyn Qafarov 6 avqust 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1993-1999-cu illər arasında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının solisti olub. Hazırda Naxçıvan Muxtar Respublikası Babək rayon Zeynəddin kənd musiqi məktəbində müəllim vəzifəsində çalışır. == Təltifləri == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2007-ci il tarixli sərəncamı ilə Qafarov Hüseyn Rəcəb oğluna Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir. == İstinadlar == == Mənbə == "Azərbaycan" qəzeti. 2007, 18 sentyabr, səh.2.
Kamaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Kirs (Qafan)
Kirs (erm. Քիրս; hal-hazırkı adı: Kitsk erm. Կիցք) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 36 km şimal-qərbdə Kurud çayının (Qəhhar çayı) yuxarı axarında, Kurud kəndindən 3 km şimalda, Kirsdağın ətəyində yerləşir. == Ümumi məlumat == 1905-1906-cı illərdə erməni hücumuna məruz qalan kənd sakinləri, 1918-ci ildə yenidən ermənilərin hücumuna məruz qalırlar. Bu dəfə də kəndi tərk etmək məcburiyyətində qalan kirislilər Ordubada pənah aparırlar. 1922-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra kirslilərin təqribən yarısı geri qayıdaraq öz doğma kəndlərini təkrarən bərpa edirlər. 1933-cü ildə qonşu Kurud kəndi ilə birlikdə yaradılan Çirişin də daxil olduğu Kurud kolxozu 1965-ci ildə ləğv edilərək zorla Gığı heyvandarlıq sovxozuna birləşdirildi. Kənddəki qədim dövrə aid olan qəbiristanlıq , qazıntı zamanı tapılmış 3ədəd daş qoç və çoxlu zinyət əşyaları kəndin qədimliyini göstərir. == Əhalisi == Kənddə 1886-cı ildə 130 nəfər, 1897-ci ildə 56 nəfər, 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 77 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır.1988-ci ilin noyabr ayında bölgənin digər azərbaycanlı sakinləri kimi kirslilər də Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur.Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Kirs kəndində yaşayış yoxdur, kənd tərk edilib.
Kəmaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Kənan Qafarov
Kənan Qafarov (tam adı: Kənan Siyaqif oğlu Qafarov; 6 avqust 1996; Göyçay, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Qafarov 1996-cı il avqustun 6-da Göyçay rayonunun Yalman kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kənan Qafarov oktyabrın 8-də şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

безжи́зненно вка́лываться вулканиза́тор доре́зывание конкуре́нция отста́иваться патентоспосо́бность перворазря́дница примётываться сбы́точный ужа́ть засоли́ть на юру́ тоно́граф трёхгодово́й дрогнуть мерея тавлея green mineral increasingly palpi set onion top-grade visitorial чернолесье