YA
YABİS
OBASTAN VİKİ
Anatoli Yabbarov
Anatoli Əhmədoviç Yabbarov — aktyor == Həyatı == Anatoli Yabbarov 24 avqust 1937-ci ildə Bakıda anadan olub. Kinoaktyor Teatrının quruluşçu rejissorudur. Rusiyanın əməkdar artistidir.
Arslan Yabqu
Arslan Yabqu — Səlcuq bəyin oğlu, Oğuz bəyi, sərkərdə. 1025-ci ildə Qaraxanlı Qədir xan və Sultan Mahmud bir araya gələrək, oğuzların Mavarünnəhrdən qovulması barədə razılığa gəldilər. Onların planı əsasında oğuzların rəhbəri Arslan Yabqu danışıqlar adı altında Səmərqəndə dəvət edildi. O, Səmərqəndə gələn kimi həbs edildi. Sonra Arslan Yabqunu Hindistana sürgün elədilər. O, bir qalada 7 il həbsdə qaldı və 1032-ci ildə orada vəfat etdi. Bundan sonra başsız qalan oğuzlar (türkmənlər) çöllərə dağıldılar. Ancaq Toğrul bəy və Çağrı bəy çətinliklə onları bir yerə yığa bildilər. Bu arada 4 min oğuz ailəsi qəznəlilərdən icazə alaraq Xorasana getdi. Buradan da onların bir hissəsi İraqa köç edərək orada məskən saldılar.
Baumit Yablonets FK
Yablonets (Yablonets nad Nisou) — Çexiyanın futbol klubu
Georg Tektander fon der Yabel
Georges fon der Jabel (almanca:Georg Tectander von der Jabel; d. 1570 - ö. 1620) — 1602-ci ildə Müqəddəs Roma imperatoru II Rudolf tərəfindən Səfəvi hökmdarı I Abbasa göndərilən elçiliyin iştirakçısı. == Haqqında == Elçilik 1602-ci ilin 27 avqustunda II Rudolfun paytaxtı Praqa şəhərindən səfərə başlamışdır. Elçiliyin məqsədi Osmanlı İmperiyasına qarşı mübarizədə Avropa gücləri ilə Səfəvi imperiyası arasında ittifaq haqqında ilkin razılaşmanın təsdiqlənməsi idi. Görünür, elçiliyin katibi vəzifəsi Georges Tektanderə həvalə edilmişdi. Çünki elçiliyin rəhbəri olan Stefan Kakaş Lənkəran ərazisində olarkən vəfat etmişdir. Ölümündən əvvəl o, elçiliyim vəzifəsini tamamlamaq üçün Georgesin rəhbər olması barədə yazılı əmr hazırlamışdı. Tektander 1603-cü il noyabrın 15-də Təbrizə demək olar ki, tək çatdı. Bu zaman Təbriz şəhəri Osmanlı imperiyasından bir həftə idi ki geri alınmışdı.
III Yabalaxa
III Yabalaxa, III Yahballaha, erkən illərində Rabban Markos və ya V Yahballaha (d. 1245-ö. 13 noyabr 1317) — Şərq Kilsəsinin 1281-ci ildən etibarən 1317-ci ilə qədər patriarxı. Şərq Kilsəsinin patriarxı kimi o, Hülakü hökmdarı Qazan xan və onun xələfi Olcaytunun hakimiyyəti dövrlərindəki təqiblər zamanı fəaliyyət göstərmişdir. O, Papanın üstünlüyünü qəbul etmiş və kilsə birliyi qurmağa çalışmışdır. Onun bu birlik üçün fəaliyyəti Şərq Kilsəsinin Nestorian yepiskopları tərəfindən rədd edilmişdir.Koşanqin yerlisi olan III Yahballaha Monqol imperiyası tərəfindən idarə olunan Çindən gəlmiş və dərvişvari həyat yaşayan Rabban Bar Sauma ilə Qüdsü ziyarət etməyə çalışmış, lakin həmin dövrdə monqollarla Məmlük dövləti arasında müharibə olduğuna görə onlar bu istəklərinə çata bilməmişdirlər. Şərq Kilsəsinin patriarxı I Denha onları geri çağırmış və Markosu Kataylar və Onqların yepiskopu kimi təqdis etmişdir. Həmçinin ona Mar Yahballaha adı da verilmişdir. Hər bir halda, onların hər ikisi Mosulda yerləşən monastrılarda qalmağı seçmişdir. Yahballahanın Şərq Kilsəsinin yeni patriarxı kimi seçilməsi Hülakü hökmdarı Abaqa xan tərəfindən siyasi səbəblərə görə qəbul edilmiş və o, 1281-ci ildə III Yahballaha adı ilə bu vəzifədə təqdis edilmişdir.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Musa Yabqu
Musa İnanc bəy - Səlcuqlu ailəsindən türk bəyi. Səlçuq Bey'in dörd oğlundan biriydi. Böyük qardaşı Arslan Yabqu Qəznəlilərə əsir düşdüyündə ailenin başına keçmək istədi, ancaq qardaşı oğlanları Toğrul bəy və Çağrı bəyin kölgəsində qaldı. Dəndənəkən döyüşündən sonra toplanan ailə məclisində şərq işlərinin sorumluluğunu aldı. Dəndənəkən döyüşündən sonra Sultan Toğrulun əmri ilə Herat Sistan və Büst şəhərini Səlcuqlu torpaqlarına qatmaqla vəzifələndirilmişdi. Oğlu Həsən (Abu ʿƏli Ḥəsən) bəy 1047-ci ildə Şərqi Anadoluya düzənlənən bir hərəkətdə Gürcülər tərəfindən öldürüldü.Musa Yabgu Alparslan dönəminədək Herat və Sistan hakimi olmuşdur. Alparslan dönəmində Mazəndərən verilmişdir. == Mənbə == Ṣadr-al-Din Ḥosayni, Aḵbār al-dawlat al-saljuqiya, Türkçe çeviri. Necati Lügal, Ahbâr üd-devlet is-selçukiyye, Ankara, 1943. Moḥammad b.
Oğuz Yabqu dövləti
Oğuz dövləti, Oğuz yabquluğu və ya Oğuz yabqu dövləti — Kiyev knyazlığı tərəfindən məğlubiyyətə uğradılan Xəzər xaqanlığının özünün əvvəlki gücünü itirməsi ilə əvvəllər xəzərlərə tabe olan və Xəzər dənizi ilə Aral gölü arasında yaşayan şamanist oğuzlar 950-ci illərdə müstəqil oldular. Oğuz dövləti 1050-ci illərə qədər var olmuş və daha sonra Böyük Səlcuq İmperiyasına qatılmışdır. Oğuz dövlətində subaşı vəzifəsində olan Səlcuq bəyin Oğuz dövlətinin rəhbəri olan Yabğu ilə münasibətləri pisləşmişdi. Münasibətlərin daha da pisləşməsindən sonra Səlcuq bəy öz boyu və ona tabe olan boylar ilə birlikdə cənuba hərəkət etdi. Bu dövrdə Oğuz dövlətinin ətrafındakı dövlətlər (peçeneqlər, qıpçaqlar və qarluqlar) ilə münasibətləri çox pis vəziyyətdə idi. Bəziləri tərəfindən, Oğuz-Qıpçaq müharibələrindən də bəhs edən "Dədə Qorqud dastanı"nın bu dövrdə baş verən hadisələrlə bağlı yazıldığı güman edilir. == Tarixi == İbn əl-Əsir oğuzların Xəlifə əl-Mehdi dövründə (775–785) Mavəraünnəhr bölgəsinə gəldiklərini bildirmişdir. Oğuzlar IX əsrin ikinci yarısından etibarən Seyhun çayının ətrafında yaşamaqda idilər. Oğuz dövləti isə oğuz türklərinin X əsrin ilk yarısında qışlıq mərkəzi Yenikənd olaraq qurduqları dövlət olmuşdur. Bu dövlətin başında Yabğu titulu daşıyan şəxs dayanırdı.
Pantu Nili yabqu
Pantu Nili Yabqu (阿史那般都泥利, əsl adı Aşina Babu 阿史那拔布) — Toxaristanın üçüncü yabqusu. == Həyatı == Aşina Mişenin ikinci oğlu idi. 693-700-cü illərdə qardaşı oğlu Tuçi xaqanın tərəfində olmuş, məğlubiyyətdən sonra Tibetə qaçmışdır. == Hakimiyyəti == Təbərinin məlumatına görə 705-ci ildə Toxarıstan yabqusu idi. Çox güman Tibet dəstəyi ilə hakimiyyətə gəlmişdi. Qardaşı Aşina Buğra Tigini 705-ci ildə Çinə səfir kimi göndərmiş, ərəblərə qarşı müharibədə kömək istəmişdi. 719-cu ildə həbs olunmuş, Dəməşqə aparılmışdı.
Pyrethrum yabrudae
Tanacetum yabrudae (lat. Tanacetum yabrudae) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü.
Qutluq Yabqu xaqan
Qutluq Yabqu xaqan (əsl adı Qutu Şexu; bilinmir – 742) — Göytürk xaqanlığını bir müddət faktiki idarə etmişdir. Əslində yabqu tituluna sahib idi. Bilgə Qutluq xaqanın ölümündən sonra qardaşı Syüanı taxta çıxararaq hakimiyyəti onun adından idarə etmişdir.Daha sonra onu da devirərək tam hakimiyyəti ələ almış və özünü xaqan elan etmişdir. Lakin basmılların hökmdarı İrtəriş xaqan tərəfindən öldürülmüşdür.
Si Yabqu xaqan
Si Yabqu xaqan (əsl adı Aşina Sıli 阿史那咥力; v. 633, Qərbi Göytürk xaqanlığı) — Qərb Göytürklərinin hökmdarı. == Hakimiyyəti == Xaqanlığa Nuşibilərin dəstəyi ilə Bağatur xaqanı devirərək gəlmişdi. Seyanto xanlığına hücum etmiş və məğlub olmuşdu. Xarakter cəhətdən çox pis olan, tez əsəbiləşən xaqan bir çox qohumunu öldürmüşdü. Aşina Nişu da öldürüləcəyindən qorxaraq Qaraşar şəhərinə qaçmışdı. Nuşibi fraksiyasının başçısı Mubi Tarxan ordusu ilə hücuma keçərək xaqanı hakimiyyətdən qovdu. Xaqan Qanqlıların yanına qaçdı və Bəlx şəhərini yağmalayarkən öldü.
Sıxçiçəkli bellevaliya (Yabanı sünbülçiçək)
Tanacetum yabrudae
Tanacetum yabrudae (lat. Tanacetum yabrudae) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü.
Tonq Yabqu xaqan
Tonq Yabqu xaqan — Qərbi Göytürklərin beşinci xaqanı. Haqqında çox məlumat gəlib-çatan Türk hökmdarlarından sayılır. Onun hakimiyyəti Qərbi Göytürk xaqanlığının ən güclü dövrü sayılır. Üçüncü fars-türk müharibəsi zamanı Tonq Yabqu xaqan özünü Albaniya hakimi elan etmişdir. == Hakimiyyəti == 618-ci ildə qardaşı Şekuy xaqandan sonra taxta çıxdı. Tan sülaləsindən olan bir şahzadə ilə evlənmək istəsə də İllig xaqan buna imkan vermədi. Hsüançonq adlı bir buddist rahib onun paytaxtını ziyarət etmiş və xaqan haqda bu məlumatları vermişdir: Xaqan yaşıl ipək paltar geyirdi, saçı 3 metr uzunluğundayıi və sərbəst idi. Başına ağ ipək parçanı arxadan bağlanmışdı. Tarxanların 200 qədər idi. Hamısı işləməli paltarlar geyir, xaqanın sağ və sol tərəfində otururdular.
Toxaristan yabquluğu
Toxaristan yabquluğu — Aşina sülaləsinin bir qolunun Toxaristan ətrafında qurduğu dövlət. == Hökmdarları == === Tarduş şad === Toxaristan bəzi mənbələrə görə 618, bəzi mənbələrə görə isə 625-ci ildə Tonq Yabqu xaqanın dövründə ələ keçirilmiş, hakimiyyət oğlu Tarduş Şada verilmişdir. Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. === İşbara Yabqu === 650-ci illərdə İşbara Yabqu (阿史那乌湿波) Toxaristan hakimi idi. === Pantu Nili yabqu === 705-ci ildə hakimiyyətdə olmuş yabqu kimi Pantu Nilinin (般都泥利) adı çəkilir. 718-ci ildə qardaşı Puluo Tigini (阿史恃勒僕羅) Çinə səfir kimi göndərmişdir. === Qutluq İl Tardu === 729-cu ildə Çin tərəfindən Toxaristan yabqusu və Eftalit hökmdarı (悒怛王) kimi tanınmışdır. Bəzi mənbələrdə adı Qutluq Ton Tardu kimi keçir. === Şilimanq Çialuo === Türkcə adı bilinməməklə bərabər 749-cu ildə və 758-ci ildə Çinə səfir yolladığı məlumdur.
Xallıq İşbara Yabqu xaqan
Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır. == İlk illəri == Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi. == Xaqanlığa gəlişi == 651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi: Asiqi Küyü Tegin Qeşu Küye Tegin Basayqan Dunşibo Tegin Asiqi Nişu Tegin Qeşu Çoban TeginTulu aymaklarına isə çorlar təyin etmişdi: Çumuqun Çor Xuluvu Kyüe Çor Neşetidun Çor Tuçişi Xeloşi Çor Şunişi Çoban Çor. == Sonrakı illəri == Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə - indiki Sincan və Qansuya hücuma keçdi.
Yabanı albalı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Yabanı alça
Yabanı alça. Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir. Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür.
Yabanı cirəgülü
Yabanı cirəgülü (lat. Pimpinella saxifraga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
Yabanı gilas
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Yabanı kətan
Mahmızca (lat. Linaria) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir. Mərakeş yabanı kətan (L.maroccana) əvvəlki növdən hündürlüyünə və uzun mahmızlarına görə fərqlənir.
Yabanı qida bitkiləri
Yabanı qida bitkiləri – insanın təsərrüfat fəaliyyəti ilə bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. == Yayılması == Respublikamızda 4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. K.S.Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində meyvə və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik meyvələr – 4230 ton hesablanmışdır.
Yabanı qızıl gül (teleserial, 1987)
Yabanı qızıl gül (isp. Rosa Salvaje) — Meksikada 1987-ci ildə istehsal olunmuş telenovella.
Yabanı sirkən
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
вообрази́ться вот и догора́ние максимали́ст мемора́ндум мозаи́чность охотове́дческий пе́стрядь посто́льку согну́ться циркуля́р ша́стание да́нность прива́рок сиро́пный инстанция Cape of Good Hope cocker ligneous Plimsoll mark silex soggy square-built приволакивать удивляться