AĞALAR
AĞALİ
OBASTAN VİKİ
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi.Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd.Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd. Məmmədağalı — Azərbaycanın Qəbələ rayonunda kənd. Mustafaağalı — Azərbaycanın Bərdə rayonunda kənd.
Ağalı (Ağdaş)
Ağalı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağalı Ağdaş rayonunun Aşağı Zeynəddin inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin dediyinə görə, oykonim ağa və -lı komponentlərindən ibarət olub, "ağası, sahibi olan; mülkədara məxsus" deməkdir. 1917-ci ildə Xanlar rayonunda Ağalıbəyli, Kəlbəcər rayonunda Ağalıyeri, 1961-ci ildə Zəngilan rayonunda Birinci Ağalı, İkinci Ağalı, Üçüncu Ağalı adlı uc kənd qeydə alınmışdır. Etnotoponimdir. == Tanınmış şəxsləri == Əliyev Elbrus Əsgər oğlu (d.1962-ö.1992) — Qarabağ döyüşçüsü,şəhid.
Ağalı (Bərdə)
Yerliağalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 191 nəfərdir.
Birinci Ağalı
Birinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Birinci Ağalı kəndi Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdədir. Kənd yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı kimi də tanınır. Azərbaycan toponimiyasında "birinci" komponenti "əvvəlinci", "ilkin", "baş", "Aşağı və ya yuxarı", "böyük" mənalarını verir. Ağalı komponenti isə burada məskunlaşmış nəslin adıdır. Etnotoponimdir.
Yuxarı Ağalı
Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. == Əhalisi == === Şəhidləri === Abdulov Asif Mirayə oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
Zaur Ağalı
Zaur Kamil oğlu Ağalı (11 dekabr 1996, İstisu, Lənkəran rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib 2015-ci aprel ayında həqiqi hərbi xidmətə yollanıb 2016-ci ildə oktyabr ayında xidmətə başa vurub qayıdıb. 2017-ci ildə ailə həyatı qurub. 2018 iyulun 7-sində bir Oğlan övladı dünyaya gəlib. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərndə savaşıb. Zaur Ağalı Füzuli istiqamətinndə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Zaur Ağalı oktyabrın 22-də yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Üçüncü Ağalı
Üçüncü Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alirzah olmuşdur. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edir.28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İkinci Ağalı
İkinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Hüseynxanlı olmuşdur. Yerli əhali arasında Orta Ağalı da adlanır. Oykonimin birinci komponenti r-nun ərazisindəki Ağalı adlanan üç yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Yuxarı Ağalı bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağalıkənd
Ağalıkənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ağalıkənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim ağalı (etn.) və kənd sözlərindən düzəlib, etnotoponimdir. 1917-ci ildə Ağamkənd adı ilə qeydə alınmış bu yaşayış məntəqəsi 1941-ci ilədək Sarpabad adlanmışdır. 1870-ci ilə aid bir sənəddə yaşayış məntəqəsinin keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəsli tərəfindən salındığı haqqında məlumat verilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayonun cənub-şərqində, Muğan düzündə yerləşir. Əsgərabad, Aşağı Cürəli, Dərvişli, Təzəkənd kəndləri ilə sərhəddir. == Əhalisi == === Tanınmış şəxsləri === Əlibala Hacızadə — yazıçı. === Şəhidləri === Bayramov Osman Zeyqəm oğlu (1987–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Xanalıyev Ziyəddin Ariz oğlu (1999–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Ağalıkənd bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağalın monasa
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Ağalın susüpürən
Ağalın susüpürən (lat. Sterna striata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (türk. Ağalık) — Osmanlı imperiyasında vergi yığan mülkədar olan ağa tərəfindən idarə olunan feodal vahidi. Bosniya tarixində "ağalıq" adətən bir ağaya məxsus torpaq mənasında işlənir.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağalıq bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
зара́зный испове́дование ко́ломазь подгребно́й посвисте́ть симули́роваться утеши́тельствовать цука́тный цыпля́чий чо́ппер чуде́сность а́томный высокома́сличный диплопи́я реванши́стски рядо́чком фо́рум плетень metalanguage urry Yonkers неразменный погнушаться реверанс экивок