AYDƏMİR

Ay kimi saf dəmir; möhkəm.
AYCANƏ
AYDIN
OBASTAN VİKİ
Aydəmir
Aydəmir — ad, təxəllüs.
Aydəmir (Miyanə)
Aydəmir (fars. آيدمير‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (20 ailə).
Aydəmir Hacıyev
Aydəmir Sənan oğlu Hacıyev (7 mart 1992; Qırmızı Qəsəbə, Quba, Azərbaycan — 2 noyabr 2020; Zoğalbulaq, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aydəmir Hacıyev 7 mart, 1992-ci ildə Quba rayonu Qırmızı qəsəbədə anadan olub. 1998–2007-ci illər ərzində Qırmızı Qəsəbədə yerləşən 2 saylı orta məktəbdə 9 illik təhsil alıb. Aydəmir ailənin yeganə oğul övladı idi. == Hərbi xidmətləri == Aydəmir Hacıyev 2011–2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Aydəmir Hacıyev 16 oktyabr 2020-ci il tarixində çağırılıb. 17 oktyabr 2020-ci il tarixində cəbhəyə yollanıb. 5 gün ərzində təlimlərə iştirak etdikdən sonra Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qatılıb. Aydəmir Hacıyev topçu idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aydəmir Hacıyev Hadrutun azad edilməsində savaşıb.
Azər Aydəmir
Azər Aydəmir (24 iyul 1986, Bakı) — azərbaycanlı aktyor, ssenarist, prodüser. == Həyatı == Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var. Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən. == Fəaliyyəti == Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır.
Naz Aydəmir
Naz Aydemir – Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı. Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşıdır. Həmçinin voleybolçu dünyaca məşhur alman futbolçu İlkay Gündoğanla da qohumdur. == Karyerası == Eczacıbaşının aşağı yaş qruplarında başladığı voleybol karyerasına on beş yaşında yüksəldiyi Eczacıbaşı A (əsas) komandası ilə davam etdi. Cəmi on beş yaşında peşəkar karyerasına başlayan voleybolçu 2005-06 sezonunda Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi və bunu bacara bilən ən gənc türk voleybolçu oldu. Buradakı çıxışıyla 2008 Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış edən Türkiyə millisinin heyətinə ilk dəfə çağrılan voleybolçu seçmə mərhələdəki oyunu ilə millidəki yerini də möhkəmləndirdi. Həmin il gənclərin Avropa çempionatında "Ən dəyərli oyunçu" mükafatını qazanır və göstərdiyi oyunla Türkiyənin aparıcı voleybol klublarının diqqətini çəkməyə başlayırdı. 2009-10 sezonunu Fənərbaxçada keçirən Naz burada CEV Çempionlar Liqasının ikinciliyini qazanmışdır. Bunun yanında Türkiyə çempionatını, kubokunu və superkubokunu da qalibi ola bilmişdir.
Səma Aydəmir
Səma Aydəmir (17 avqust 1985, Bursa) — Türkiyəli yüngül atlet. == Karyera == 2012-ci il London Olimpiadasında 4x400 m estafet yarışında iştirak etmək hüququ qazandı. O, 6 iyun 2012-ci ildə Ankarada keçirilən yarışda 400 m maneəli qaçışda 56,62 saniyə ilə ən yaxşı dərəcəsini əldə edib.
Əsma Aydəmir
Əsma Aydəmir (1 yanvar 1992) — Türkiyəli marafonçu. Əsma Aydəmir Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əsma Aydəmir birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 59 saniyəyə qət edərək 157 marafonçu sırasında 58-ci yeri tutdu.
Şövkət Sürəyya Aydəmir
Şövkət Sürəyya Aydəmir (türk. Şevket Süreyya Aydemir; d. 1897, Ədirnə - ö. 25 mart 1976) — Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim. 1919-1920-ci illərdə Nuxada (Şəkidə) müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa yola düşən 400 nəfərlik könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdı. O, həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. Şövkət Sürəyya 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edibdir. O, 1932-ci ildə Türkiyədə nəşrə başlayan "Kadro" adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri idi. Yaşlaşdığı zaman, yazıçılığa girişmiş, türk tarixində əhəmiyyətli rolu olan şəxsiyyətlər barədə əsərlər yazmışdı. Öz həyatından bəhs etdiyi "Suyu arayan adam" (1959), Atatürk və İnönü dövrləri haqqında hər biri 3 cildlik "Tək adam" (1963-65) və "İkinci adam" (1966-68) adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırdı.
Abuzər Aydəmirov
Abuzər Əbdülhakimoviç Aydəmirov (29 oktyabr 1933 – 27 may 2005) — Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq yazıçısı (1977), Çeçenistan Yazıçılar Birliyinin sədri (2004–2005) olub. == Həyatı == Abuzər Aydəmirov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Mesket kəndində anadan olmuşdur. İlk təhsilini kəndində almışdır. Sonradan Qroznı şəhərində oxumuşdur. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı o, da ailəsi ilə birlikdə sürgün edilmişdir. Aydəmirov sürgün illərində kolxoz briqadasında mühasib, məktəb kitabxanaçısı və sovxozda baş mühasib müavini işləyib. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra vətəninə qayıdıb.Abuzər Aydəmirov 1957–1987-ci illərdə doğma kəndində çeçen dili və ədəbiyyatı müəllimi işləyib. 1963-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirib. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqına qəbul edilib.
Aymani Aydəmirova
Aymani Aydəmirova (8 mart 1965) — müğənni, aktrisa, Çeçenistan Respublikasının xalq artisti, İnquşetiya Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti. Çeçenistan Respublikasının Əməkdar İncəsənət Xadimi, Çeçenistan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. Çeçenistan Dövlət Filarmoniyasının bədii rəhbəri. Milləyyətcə çeçendir. == Bioqrafiyası == Aymani Aydəmirova 1965-ci il martın 8-də anadan olmuşdur. Yaradıcılıq fəaliyyətinə 1981-ci ildə Çeçen-İnquş Dövlət Filarmoniyasının solist-vokalistinin işinə girərək başlayır. Müğənni karyerasının ilk günlərindən xalq mahnılarının istedadlı ifaçısı kimi diqqəti cəlb edir. Krasnodar Mədəniyyət İnstitutunu xor dirijoru ixtisası üzrə bitirmişdir. Təhsil aldığı müddətdə Kuban Kazak Xorunda işləyir. 1990-cı ildə "Jovxar" (İnci) adlı qız qrupunu qurur.
Beyrək Aydəmirov
Beyrək Etibar oğlu Aydəmirov (13 avqust 1990; Çayqaraqaşlı, Şabran, Azərbaycan — 8 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Beyrək Aydəmirov 1990-cı ilin avqustun 13-də Şabran rayonu Çayqaraqaşlı kəndində anadan olub. Hələ 6 yaşında ikən atasını itirib. 1997-ci il Şabran rayonu Çayqaraqaşlı kənd orta məktəbinə daxil olub, daha sonra isə təhsilini Şabran rayonu Çolquşçu kənd tam orta məktəbində davam edib. == Hərbi xidmətləri == 2008-ci ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2010-cu ildə hərbi hissədən ehtiyata buraxılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən sonra mexanik sürücü, 2-ci tank taborunun rabitə tağımında idarəetmə manqasında baş sürücü mexanik vəzifəsində xidmət edib.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fizuli döyüşlərində savaşıb. 8 oktyabr tarixində Fizuli istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Aydəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Aydəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məryəm Aydəmirova
Məryəm Aydəmirova (1 yanvar 1924 – 2 noyabr 1992, Qroznı) — Çeçen müğənnisi, musiqiçi, bəstəkar, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti, RSFSR əməkdar artisti. == Bioqrafiya == 1 yanvar 1924-cü ildə Nadterek rayonunun Beno-Yurt kəndində anadan olmuşdur. Ailənin yeganə övladı olur. Məktəbdə onunla birlikdə oxuduğu Mahmud Esambayev tərəfindən bir həvəskar sənət dərnəyində mahnı oxumağa çağrılır. Beşinci sinifdə Pyatiqorskda istedadlı uşaqlar üçün keçirilən yarışmada iştirak edir. Ancaq xüsusi bir musiqi təhsili almır. Deportasiya illərini Cambulda keçirir. Bir tanış onu ziyarətçilər üçün mahnı oxuduğu yeməkxanada işləməyə dəvət edir. Ailəyə verilən cüzi yardımla anası bir qarmon alır. Məryəm bunun üzərində çalmağı öyrənməyə başlayır.
Məşədibaba Aydəmirov
Məşədibaba (13 fevral 1971, Maştağa – 10 yanvar 2011, Maştağa) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Məşədibaba Aydəmirov 1971-ci ilin 13 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olmuşdur. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, qəzəl, qəsidə müəllifidir. Məşədibaba Aydəmirov uşaq yaşlarından şeirlər yazırmış. Böyüdükcə onun bu istedadı daha da artır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu orta məktəbdən çıxardırlar. Beləliklə, balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Məlahətli səsi və şeirləri ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Artıq o, yazdığı qəzəlləri meyxanaya çevirir.
Nizami Aydəmirov
Nizami Elçin oğlu Aydəmirov (11 mart 1993; Bağbanlı, Quba, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nizami Aydəmirov 11 mart 1993-cü ildə Quba rayonunun Bağbanlı kəndində anadan olub. Uşaq yaşlarından hər iki valideynini itirmişdir. Subay idi. 2 bacısı, 1 qardaşı var idi. == Hərbi xidmətləri == 2011-ci ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən kəşfiyyatçı və baş kəşfıyyatçı vəzifəsində xidmət edib.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nizami Aydəmirov Fizuli döyüşlərində savaşıb. 5 oktyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizami Aydəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizami Aydəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yaşar Aydəmirov
Aydəmirov Yaşar Məhəmməd oğlu — azərbaycanlı hərbçi, general-leytenant. == Həyatı == == Karyerası == Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1994-cü il tarixli, 217 nömrəli Fərmanı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli, 662 nömrəli Fərmanı ilə ona General-leytenant hərbi rütbəsi verilmişdir.
дельтови́дный однообра́зие переплавля́ться фитокосметологи́ческий щи́тень антропо́лог ларёчный нейтрализа́ция нерв скирда́ эпифи́ты оба all get-out cleft doctrinaire evil-boding excurrent Frenchy mentalistic playtime regiment spiny-finned обкормить панно патрульный