AYXAN

Ay kimi xan (xanım); gözəl xan (ım).
AYƏTULLA
AYXANƏ
OBASTAN VİKİ
Ayxan
Ayxan — Kişi adı.
Ayxan Abbasov
Ayxan Fərzux oğlu Abbasov (rus. Айха́н Ферзу́х оглы́ Абба́сов; 25 avqust 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu.
Ayxan Ayvaz
Ayxan Ayvaz (tam adı: Həsənov Ayxan Eyvaz oğlu; 1 aprel 1992, Tbilisi) — azərbaycanlı yazıçı və jurnalist. == Həyatı == Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan Ayvaz da ilk təhsilini burada alır. 2009-ci ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib. Həmin il yazıçının anası da vəfat edib.O illərdə yazıçı bir neçə yerdə aktiv jurnalistika fəaliyyəti ilə məşğul olur. Eyni zamanda ailəni dolandırmaq üçün qarovulçu kimi də çalışır. 2019-cu ilə ailə həyatı qurub. Dilək adlı bir qızı var.
Ayxan Cəfərov
Ayxan Cəmaləddin oğlu Cəfərov (6 sentyabr 1997; Üçtəpə, Cəlilabad, Azərbaycan — 15 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Cəfərov 1996-ci ilin sentyabrın 6-da Cəlilabad rayonun Üçtəpə kəndində anadan olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətdə olduğu müddətdə kəşfiyyatçı ixtisası üzrə kurs keçib. == Hərbi xidmətləri == Ayxan 2016-ci ildə aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ayxan Cəfərli Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. Füzulinin azad edilməsində snayper kimi iştirak edən Ayxan Cəfərov 15 oktyabr 2020-ci ildə düşmənlə üzbəüz döyüşdə qəhrəmancasına şəhid olub. İki gün sonra Cəlilabad rayoununun Üçtəpə kəndində dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayxan Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayxan Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ayxan Dəmirçi
Ayxan Heydərli
Ayxan İlham oğlu Heydərli (26 dekabr 1996, Orta Əlinəzərli, Beyləqan rayonu – 6 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Heydərli 1996-cı il dekabrın 26-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində anadan olub. 2003-2014-cü illərdə K. Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Ayxan Heydərli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ayxan Heydərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayxan Heydərli oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Heydərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayxan Mamayev
Ayxan Mamayev (3 dekabr 1991, Bakı) — Əslən Axısxa türkü olan Azərbaycanlı karateçi. Azərbaycan çempionu, gənclər arasında Avropa və Dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı, III və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı. == Həyatı == Ayxan Mamayev 3 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == İlk dəfə karate ilə 7 yaşında məşğul olmağa başlamışdır. İlk medalı (bürünc) 6 ay sonra qazanmışdır. İlk dəfə 2008-ci ildə 17 yaşında Azərbaycan çempionu olmuşdur. 2011-ci ildə Malaziyada (Melaka) 19 yaşında −78 kq. gənclər arasında dünya çempionu olmuşdur. 2012-ci ildə Bakıda (20 yaşında) −78kq.
Ayxan Musayev
Ayxan Musayev (22 sentyabr 2000, Gəncə – 28 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Musayev Mehman oğlu 22 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə almış, daha sonra Gəncə şəhər 1 saylı peşə məktəbində qaz-qaynaqçısı ixtisası üzrə təhsilini davam etdirmişdir. === Ailəsi === Ayxan Musayev Subaydır. Atası vəfat etmişdir. Anası və 1 bacısı var. == Hərbi xidməti == 2018-ci ildə Musayev Ayxan müddətli hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət zamanı "Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim”də və "Azərbaycan uğrunda ən yaxşı bölük" adlı yarışda əldə etdiyi nailiyyətərə görə mükafatlandırılıb. Hərbi xidməti başa vurduqdan sonra, ehtiyatda olan əsgər kimi, 27 sentyabr 2020 - ci ildə başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. 1 oktyabr 2020 - ci il tarixində onurğasından və qolundan yaralanmış və hospitalda müalicə olunmuşdur.
Ayxan Məmmədov
Ayxan Rəfail oğlu Məmmədov (14 sentyabr 1998, Xanlıqlar, Naxçıvan Muxtar Respublikası – 30 sentyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Məmmədov 1998-ci il sentyabrın 11-də Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Ayxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayxan Məmmədov sentyabrın 30-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayxan Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayxan Qurbanzadə
Ayxan Fariz oğlu Qurbanzadə (25 iyul 1998; Şağlaküçə, Lənkəran rayonu, Azərbaycan — 25 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Qurbanzadə 25 iyul 1998-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində Fariz Qurbanovun və Yunsirə Qurbanovanın ailəsində anadan olmuşdur. Atası Fariz Qurbanov — Birinci Qarabağ müharibəsi qazisi və 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Ayxan 2004–2015-ci illərdə orta təhsilini almışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Ailəli idi. == Hərbi xidməti == Ayxan Qurbanzadə 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ayxan Qurbanzadə səfərbər olmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına getmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Ayxan Qədimov
Ayxan Fikrət oğlu Qədimov (30 aprel 1999, Morul, Şəmkir rayonu – 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Ayxan Qədimov 1999-cu il aprelin 30-da Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qədimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Ayxan Qədimov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Onun nəşi 30 noyabr 2020-ci ildə tapılmış və Şəmkir rayonunun Morul kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayxan Tağızadə
Ayxan Tağızadə (d. 19 yanvar 1996) — Azərbaycan taekvondoçusu. == Həyatı == Ayxan Tağızadə 19 yanvar 1996-cı ildə Bakı şəhərində taekvondo məşqçisi Əvəz Tağıyevin ailəsində dünyaya göz açıb. 3 yaşından taekvondo idman növü ilə məşğul olan Ayxan Tağızadə 6 yaşında qara kəmər sahibi olub. 2013-cü ildə Yasamal rayonu 158 nömrəli orta məktəbdən məzun olmuşdur. Hal hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nın IV kurs tələbəsidir. Qardaşı Fərid Tağızadə Azərbaycan milli taekvondo komandasının keçmiş üzvüdür. Atası Azərbaycanın Para-Taekvondo üzrə Milli komandasının baş məşqçisidir == Karyerası == === 2013 Portuqaliya Gənclər arası Avropa Çempionatında === Ayxan Tağızadə 25–28 sentyabr 2013-cü ildə Portuqaliya Portu şəhərində Gənclər arasında keçirilən Avropa Çempionatında 63 kq çəkidə iştirak etmiş və II yeri tutmuş gümüş medal qazanmışdır. === 2015 Avropa Oyunlarında === Ayxan Tağızadə 17 iyun 2015-ci ildə Baku Crystal Hallda 2015 Avropa Oyunları çərçivəsində taekvondo üzrə keçirilən kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil etmişdir.Yarışa ilkin mərhələdən başlayan idmançı Sloveniyalı Yure Pantarla döyüşdə 11:3 hesabı ilə qalib gələrək dörddə bir finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşmışdır. On doqquz yaşlı Ayxan Tağızadə təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanmış və Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edərək finala çıxmışdır.Final görüşündə Ayxan Tağızadə polşalı Karol Robak ilə qarşılaşmış və qələbə qazanaraq Birinci Avropa Oyunlarının çempionu olmuşdur.
Ayxan Vəliyev
Ayxan Kamil oğlu Vəliyev (14 dekabr 1995, Dağ Kəsəmən, Ağstafa rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Vəliyev 1995-ci il dekabrın 14-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2002–2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ayxan Vəliyev 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ayxan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ayxan Vəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayxan Çarxın
Ayxan Çarxın (1962, Ərzurum) — Türkiyəli xüsusi təyinatlı polis. Susurluq Qəzasında adı tətikçi köhnə xüsusi təyinatlı polis olaraq keçmişdir. Özü Uğur Dündarın Arena adlı xəbər proqramında etdiyi şərhlərlə adından son zamanlarda danışdırmışdır. Ayxan Çarxın 1000 adamın edamını reallaşdırdığını iddia edərək hər kəsi çaşdırmaqla qalmayıb Uğur Dündara "sizin də edamınızı bir siyasətçi istəmiş, lakin Abdullah Çatlı bu hadisəyə maneə olmuşdur" şərhi ilə diqqət çəkmişdir.
Röya Ayxan
Röyalə Yaqub qızı Nəcəfova, həmçinin Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Ağdam rayonu və ya Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Azərbaycan müasir estrada qurucularından biri hesab olunur. == Həyatı == Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib.
Ayxan Akman
Ayxan Akman (d. 23 fevral 1977, Bursa) — türk məşqçi və keçmiş milli futbolçudur. TRT Spor kanalında şərhçidir. == Klub karyerası == 1998–99 mövsümündə Con Toşakın istəyi ilə 8.750.000 dollar qarşılığında Beşiktaşla müqavilə imzaladı. Üç il ağ-qara klubda forma geyinən Ayhan Akman 81 matçda 19 qol vursa da, zədələri səbəbindən tədricən komandadan uzaqlaşıb.2000–01 mövsümünün sonunda aldığı zədələr səbəbindən 3 ay müddətində heyətə düşə bilmədi. Zədələndiyi zaman komandanın başında olan və meydana dönə bilməyən alman məşqçi Kristof Daum Akmanın lazımsız olduğunu söylədi. "Beşiktaş"ın "Qaziantepspor" a 3–1 hesabı ilə uduzduğu matçda Ayxan Akmanın klubda gülməsinə əsəbiləşən azarkeşlər hava limanında Ayxanı döyürdülər və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hadisələr daha da ciddiləşmədən qarşısı alınıb. Baş verənlərdən sonra Ayxanın ağzından bu ifadələr çıxdı: Eyni dövrdə Mirça Luçesku ilə yeni bir quruluşda olan Qalatasaray klubu, Gheorghe Hagi futbolu buraxdıqdan və Okan Buruk və Emre Belözoğlu İtaliyanın dünyaca məşhur klubu İnterə keçdikdən sonra yarımmüdafiəçi axtarışında Ayhanla maraqlanmağa başladı.Hadisələrdən sonra Beşiktaş klubu Ayxanı 500 min dollar qarşılığında Qalatasaray klubuna Ahmet Yıldırım və Mehmet Aksu ilə birlikdə verib.Mirça Luçeskunun sistemində yarımmüdafiədə vəzifəsini yerinə yetirməyə başlayan və bu dövrdə tez-tez sol cinahda da uğurla çıxış edən Ayxan Akman, Fatih Terim və Gheorghe Hagi dönəmlərində Eric Gerets ilə ön liberoda oynadı. Karl-Heinz Feldkampla yenidən ön libero kimi fəaliyyətə başlayan Ayxan Akman, Linkolnun yoxluğunda baş məşqçi Maykl Skibbe ilə matçlarda da oyun qurucusu kimi çıxış etməyə başlayıb. 2008–09 mövsümündə Hasan Şaş və Ümit Karandan sonra "Qalatasaray"ın 3-cü kapitanı oldu.
Ece Ayxan
Ece Ayxan Çağlar (türk. Ece Ayhan Çağlar; 10 sentyabr 1931 – 12 iyul 2002, İzmir) — Türkiyə şairi. Şeirlərində "Ece Ayhan" təxəllüsündən istifadə etmişdir. O, II yeni hərəkatın görkəmli simalarından biri olsa da, bu cərəyanı vətəndaş poeziyası adlandırmağa üstünlük vermişdir. Onun "Baxışsız bir pişik qara" və "Ortodokslar" kitabında müasir türk ədəbiyyatında homoerotik şeir nümunələri yer alır. == Seçilmiş əsərləri == Kınar Hanım'ın Denizleri (1959) Bakışsız Bir Kedi Kara (1965) Ortodokslular (1968) Devlet ve Tabiat (1973) Yort Savul (1977) Zambaklı Padişah (1981) Defterler (Diaries, 1981) Çok Eski Adıyladır (1982) Kolsuz bir Hattat (1987) Çanakkaleli Melahat'a İki El Mektup ya da Özel Bir Fuhuş Tarihi (1991) Sivil Şiirler (1993) Son Şiirler (1993) Bütün Yort Savul'lar (1994) == İstinadlar == == Əlavə ədəbiyyat == Ece Ayhan. A Blind Cat Black and Orthodoxies. Sun and Moon Press. 1997.

Digər lüğətlərdə

антропо́лог круглячо́к папа́шенька по́стное славянофо́бство шело́н всуча́ться выездно́й духобо́ры оголи́ться омрачи́ться скерцо́зный смола́чивать ядь Ben Lomond bomb shell dementia encloser prisoner rebeldom reeky symposium televisor долгополый слюнный