ƏBDÜLHƏMİD

Allahın qulu Həmid.
ƏBDÜLHƏLİM
ƏBDÜLHƏSƏN
OBASTAN VİKİ
Əbdülhəmid
Əbdülhəmid — kişi adı. Ərəb dilində olan bu sözün (ərəb. عبد الحميد ‎) mənası "Həmidin qulu" deməkdir. Bu adı olan tanınmış insanlar I Əbdülhəmid — 1774-1789-cu illər Osmanlı imperatoru. II Əbdülhəmid — 1876-1909-ci illər Osmanlı imperatoru. Əbdülhəmid bəy Qaytabaşı — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.
II Əbdülhəmid
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
I Əbdülhəmid
I. Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد اول Əbdül-Həmid-i əvvəl) (20 mart 1725[…], Topqapı sarayı, Konstantinopol, Osmanlı imperiyası – 7 aprel 1789[…], Konstantinopol) — 27. Osmanlı padşahı və 106. İslam xəlifəsidir. III. Əhmədin oğlu və III. Mustafanın qardaşıdır. == Səltənəti == === Kiçik Qaynarca sülhü === Sultan I. Əbdülhəmid 1768–1774 Osmanlı-Rus Döyüşünün pis vəziyyətdə davam etdiyi bir dövrdə taxta keçdi. Ruslara qarşı qoyula bilməyəcəyini anlayan Osmanlı Dövləti, 21 iyul 1774 tarixində Kiçik Qaynarca sazişinə imza atdı. Bu müqaviləyə görə Krıma müstəqillik verildi. Ruslar Qara dənizdə ticarət edib, donanma saxlaya bilərdi, Balkanlarda Pravoslav topluluqların hüquqlarını qorumalı idilər. Osmanlı Dövləti, Rusiyaya döyüş təzminatı verəcək; ancaq Rusiya; Əflak, Boğdan, Bessarabiya və Aralıq dənizində işğal etdiyi adaları Osmanlı Dövlətinə geri verəcəkdi, lakin bu bölgələrdə Osmanlı Dövləti ümumi əfv elan edəcək, xalqa din və məzhəb azadlığı verəcək, xalqdan vergi almayacaq, istəyən istədiyi yerə köç edə biləcəkdi. == Ailəsi == === Hərəmxanası === Ayşə Başqadınəfəndi (ö.
Paytaxt:Əbdülhəmid
Paytaxt:Əbdülhəmid (türk. Payitaht:Abdülhamid) — 24 fevral 2017 tarixində başlayan və 4 iyun 2021-ci ildə başa çatmışdır. == Ssenari == Serial 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin hakimiyyəti dövrünü anladır (1876-1909). == Rollarda == Bülent İnal — II Əbdülhəmid Özlem Conker — Bidar Qadınəfəndi Can Sipahi — Mehmed Əbdülqadir.
Əbdülhəmid Həmidov
Əbdülhəmid Həmidoviç Həmidov (15 oktyabr 1920, Köhnə Atagi[d], Çeçen Milli Dairəsi[d] – 6 iyul 1969, Qroznı) — SSRİ, aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1959), Çeçen-İnquşetiya Yazıçılar İttifaqının sədri (1959–1961) və SSRİ Yazıçılar İttifaqının üzvü (1943). == Həyatı == 1920-ci ildə Terek vilayətinin Starye Ataqi kəndində (indiki Çeçenistan Respublikasının Urus-Martan rayonu) kəndli ailəsində anadan olmuşdur. 1935-ci ildə məktəbi bitirərək, o vaxt Sernovodskoye kəndində yerləşən pedaqoji məktəbə daxil olub. 1938-ci ildə Moskva Teatr İnstitutuna daxil olub. Ancaq təhsilini başa çatdırmaq mümkün olmamışdır. Belə ki, İkinci Dünya müharibəsi başlayandan sonra dördüncü kursdan Qroznıya teatrda çalışmaq üçün geri çağırılmışdır. Müharibə illərində Çeçen-İnquş Dövlət Dram Teatrının aktyoru və rejissoru idi. Teatr tez-tez ordu hissələrində, xəstəxanalarda, müdafiə istehkamlarının inşaatçılarının qarşısında tamaşalarla çıxış edirdi. Bu işinə görə, 30 iyun 1943-cü ildə Həmidov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti adına layiq görüldü. === Deportasiya illəri === 1944-cü ildə, Çeçenlərin və inquşların deportasiyasısı zamanı şəkər çuğunduru fermasının klub rəhbəri və Cambul vilayəti şəkər fabrikinin Mədəniyyət Sarayının bədii rəhbəri idi.
Əbdülhəmid xan
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
Əbdülhəmid Əfəndizadə
Əbdülhəmid Əfəndizadə — Qafqaz müsəlmanlarının IV Müftisi. Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib. Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə.Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir. Ə.Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dilərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə.Əfəndizadə 1860-ci ilin əvvəlində Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə carişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb.
Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub. Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub.Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib. Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib. == İstinadlar == == Ədəbiyyat == Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы. Б. 1967.
Sultan Əbdülhəmid türbəsi
Sultan Əbdülhəmid türbəsi — İstanbulun Fateh ilçəsində yerləşən XVIII əsrə aid türbə. == Haqqında == 27-ci Osmanlı sultanı olan Sultan I Əbdülhəmid 1776–1777-ci illərdə İstanbulun Əminönü səmtində böyük bir imarət inşa etdirmişdir. Məktəb, xeyriyyə binası, çeşmə və türbədən ibarət olan bu imarətin bütün strukturu ikinci məşrutiyyət illərində dağıdılmış, yalnız türbəyə toxunulmamışdır. Sultan Əbdülhəmid 1789-cu ildə vəfat etdiyi zaman məhz bu türbəyə dəfn olunmuşdur. Sultan Əbdülhəmid burada öz adına bir məscid inşa etdirmək istəsə də, yaxınlıqdakı Yeni məscidin kölgəsində qalmasından çəkinmişdir. Türbənin memarı dövrün saray memarı olan Mehmed Tahir ağadır. Kvadrat planlı olan türbənin daxili ümumilikdə 26 pəncərə ilə işıqlandırılır. Aşağı mərtəbədəki pəncərələr kvadrat, yuxarıdakılar isə dairəvidir. Tamamilə mərmərdən inşa olunan türbənin həyət qapısı üzərində Ənkəbut surəsinin 57-ci ayəsi, türbənin öz giriş qapısı üzərində isə xəttat Mehmed Əmin Əfəndi tərəfindən Fəcr surəsinin 27,28,29 və 30-cu ayələri işlənmişdir. Barokko üslubunda inşa olunmuş türbədə Osmanlı mənsublarının məzarları ilə yanaşı Qədəm-i Şərif də ziyarət olunur.
Əbdülhəmid Ziya paşa
Ziya paşa (1829, Konstantinopol – 17 may 1880, Adana, Adana vilayəti) — Türk yazıçısı, şairi və dövlət adamı. Əsl adı "Əbdülhəmid Ziyaəddin" dir. == Həyatı == Türkiyə türk ədəbiyyatının Avropa meyilli nümayəndələrindən olan Əbdülhəmid Ziya Paşa 1829-cu ildə İstanbulda doğulmuşdur. Müxtəlif elm sahələrinə böyük həvəs göstərən Ziya Paşa ilk təhsilini əvvəlcə məhəllə məktəbində, daha sonra təhsilini “Məktəbi ədəbiyyə”də davam etdirmişdi. O,17 yaşından etibarən tanınmış yazıçı və şairlərin təmsil olunduğu cəmiyyətlə bağlanmış, xüsusilə Divan ədəbi nümayəndələri ilə yaxınlıq etmişdir. Daha sonra o, Arif Hikmət bəyin evində 1861-ci ildə Divan şeirini inkişaf etdirmək məqsədi ilə yaradılan “Əncümənü-şüəra” cəmiyyətinə daxil olur. Sarayda dövlət katibi kimi fəaliyyət göstərən Ziya Paşa müəyyən müddət sonra saray ziddiyyətlərinə görə buradan uzaqlaşmışdır. Siyasi çəkişmə və gərginlik onun Türkiyədə qalmağına imkan verməmiş, o, 1867-ci ildə Avropaya getməyə məcbur olmuşdur. O, əvvəlcə Parisə, daha sonra Londona getməyə məcbur olmuşdur. Lakin bu şəhərlərdədə öz fəaliyyətindən qalmayan Ziya Paşa 1867-ci ildə “Müxbir”, 1868-ci ildə Namiq Kamal tərəfindən əsası qoyulmuş “Hürriyyət” qəzetlərini çap etdirir.
Əbdülhəmid ağa Cavanşir
Əbdülhəmid ağa Cavanşir (tam adı: Cavanşir Həmid ağa oğlu Əbdülhəmid ağa d.07.09.1897, Şuşa -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, mühəndis. == Həyatı == Əbdülhəmid ağa Həmid ağa oğlu 7 sentyabr 1897-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. 1918-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini aqronomluq sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir.Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrın vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında təhsilini başa vurmasına 1 il qaldığı göstərilirdi. Universiteti bitirəndən sonra Gəncə şəhərində Zaqafqaziya Maşınsınaqdançıxarma Stansiyasında direktor vəzifəsində çalışmışdı. Sürgünə göndərilmişdi. == Ailəsi == Əbdülhəmid ağanın Kamal ağa adlı oğlu var.
Əbdülhəmid bəy Qaytabaşı
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (10 iyul 1884 və ya 8 fevral 1884, Tiflis – 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. == Kökəni == Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüş və Rusiya imperiyası ordusunda xidmət etməyə başlamışdır. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı idi və bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Rus ordusunda xidmətə başladıqdan sonra Haytabaşı rus dilinə tərcüməyə görə Qaytabaşı formasına düşmüşdür. Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı, 1835-ci il oktyabr ayının 26-da Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərərgahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə polkovnik-leytenant rütbəsində tərcüməçi kimi çalışması göstərilmişdir. Bu sənədlərdə həmçinin Şərif bəyin orden və medalarının da siyahısı göstərilmişdirƏbdülhəmid bəy Qaytabaşı 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirmişdir. Əbdülhəmid bəy, Şərif bəyin ikinci həyat yoldaşı Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanımdan olan VII-ci övladı idi. Aprel işğalından sonra qısa müddətə də olsa Azərbaycan Sovet Respublikasının Qərərgah Rəisi olmuşdur. Lakin 1920-ci ilin iyununda Gəncə üsyanında əli olmasında ittiham edilərək güllələnmişdir.
Əbdülhəmid ibn Badis
Əbdülhəmid ibn Badis (4 dekabr 1889, 5 dekabr 1889 və ya 1899, Qüsəntinə, Qüsəntinə vilayəti[d] – 16 aprel 1940[…], Qüsəntinə, Qüsəntinə vilayəti[d]) — Görkəmli əlcəzairli müsəlman alim, islahatçı == Həyatı == Əbdülhəmid ibn Badis 1889-cu il dekabr ayının 4-də Əlcəzairin şimal-şərqindəki Konstantin şəhərində, ziyalı ailəsində anadan olub. Ölkəsində islam islahat hərəkatının simvolu hesab olunan Şeyx İbn Badisin soyu X əsrdə Bulucin ibn Ziri tərəfindən qoyulmuş sülaləyə gedib çıxır. Dindar ailə boya-başa çatan gənc Əbdülhəmid 13 yaşında ikən Qurani-Kərimi əzbərləyir. Daha sonra vəsayətinə verildiyi Həmdan Lunissi ibn Badisin üzərində böyük iz buraxır. İbn Badis ömrünün sonunadək Lunissinin müxtəlif məsələlərə dair məsləhətlərini unutmur. Lunissi ona "elm sevgi üçündür, mənsəb üçün deyil" prinsipini öyrətmişdi. Konstantin şəhərinin müsəlman əhalisinin hüquqlarının müdafiəçisi kimi də tanınan Lunissi İbn Badisdən Fransa ordusunda üçün xidmət etməyəcəyinə dair vəd alır. 1908-ci ildə İbn Badis təhsilini artırmaq üçün ilk dəfə ölkə hüdudlarından kənara çıxmaq qərarına gəlir. Tunisə yollanan Əbdülhəmid burada dövrünün tanınmış və nüfuzlu elm ocağı sayılan, islam elmlərinin tədris olunduğu Zeytuna universitetinə daxil olur. Zeytuna universitetində ibn Badisin fikir və düşüncələri təkmilləşir.
Əbdülhəmid Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. == Həyatı == Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Əbdülhəmid Əbu Süleyman
Əbdülhəmid Əbu Süleyman (1936, Məkkə – 18 avqust 2021) — tanınmış müsəlman alimi, mütəfəkkiri, islahatçısı, ictimai xadimi, çoxlu sayda elmi əsərlərin müəllifi. == Təhsili == Orta məktəbi vətənində bitirmiş, Qahirə universitetindən 1959-cu ildə iqtisadi münasibətlər (bakalavr), 1963-cü ildə politologiya (magistr) ixtisasları üzrə məzun olmuşdur. == Fəaliyyəti == 1973-cü ildə ABŞ-nin Pensilvaniya universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Səudiyyə Ərəbistanında Strateji Planlaşdırma üzrə Dövlətkatibi (1963–1964), Müsəlman Sosioloqlar Assosiasiyasının (AMSS) (1972), Dünya Müsəlman Gənclər Assambleyasının (WAMY) Baş katibi (1973–1979), Kral Səud Universitetinin Siyasi elmlər bölməsinin rəhbəri (1983–1984) vəzifəsində çalışmışdır. 1988–1998-ci illərdə Malayziya Beynəlxalq İslam Universitetinin rektoru olmuşdur. Əbdülhəmid Əbu Süleyman bir çox beynəlxalq elmi konfrans və seminarların təşkilində iştirak etmişdir. Hal-hazırda Beynəlxalq İslam Fikri İnstitutunun prezidentidir. Müsəlman cəmiyyətlərində islahatçılıq məsələlərinə dair çoxsaylı məqalə və monoqrafiyanın müəllifidir. == Əsərləri == Ağıl və möcüzə baxımından həzrəti Məhəmmədin peyğəmbərliyinin həqiqiliyinə inam. Bakı: İdrak, 2017.
Paytaxt: Əbdülhəmid (teleserial, 2017)
Paytaxt:Əbdülhəmid (türk. Payitaht:Abdülhamid) — 24 fevral 2017 tarixində başlayan və 4 iyun 2021-ci ildə başa çatmışdır. == Ssenari == Serial 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin hakimiyyəti dövrünü anladır (1876-1909). == Rollarda == Bülent İnal — II Əbdülhəmid Özlem Conker — Bidar Qadınəfəndi Can Sipahi — Mehmed Əbdülqadir.
Əbdülhəmid İbnü ət-Türki əl-Gili
Əbülfəzl Əbdülhəmid b. Vasi İbnü ət-Türki əl-Gili — İslam aləmində məşhur Türk riyazıyatçı alim. == Mənşəyi == Əbu Məhəmməd onun kunyasıdır, ləqəbi isə İbnü ət-Türki - onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir. Bəzi qaynaqlar onun başqa ləqəbini də verir: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttalı" ləqəbi ilə bilinir. Lakin, ehtimal ki onun əli ilə yazılmış bir əlyazmada, əl-Gilli ya da əl-Cilli kimi qeyd edilir. Apriori bu ləqəb üçün mənşə adı Gilan sözü hesab olunur. Belə ləğəb, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar. Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar.
Əbdülhəmid Momənd
Əbdülhəmid Momənd (puşt. عبدالحميد مومند) və ya Əbdülhəmid Baba (1660, Pişəvər – 1732, Pişəvər) — Əfqanıstan puştun şairi. Pişəvərdə təhsil almış, ruhani olmuşdur. Puştu dilində yazmışdır. "Dürr və mərcan" adlı divanı var. Şeirləri incəliyi, mürəkkəb formaları və yüksək poetik texnikası ilə seçilir. Yaradıcılığı sufizmə əsaslanır, əsasən, dünyaya qarşı etinasızlıq və onun dəyərsizliyi motivlərini əks etdirir. İctimai məzmunlu, həmçinin nəsihətamiz şeirlər də yazmışdır. Əbdülhəmid Momənd həssaslıq və "tükü tükdən seçmə" mənasını verən "muşekaf" (hərfən "saç ayıran", yaxud "tük ayıran") təxəllüsü ilə məşhur olmuşdur.
Aişə Sultan (II Əbdülhəmidin qızı)
Aişə Həmidə Sultan (31 oktyabr 1886, Konstantinopol – 11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Aişə Sultan 31 oktyabr 1886-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Ulduz sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcə və farsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı. 1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi.
Ayşə Sultan (II Əbdülhəmidin qızı)
Aişə Həmidə Sultan (31 oktyabr 1886, Konstantinopol – 11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Aişə Sultan 31 oktyabr 1886-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Ulduz sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcə və farsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı. 1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi.
Mehmed Burhanəddin Əfəndi (II Əbdülhəmidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, Konstantinopol – 5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Atası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Nuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu. == Ailəsi == Hidayət xanım — 1908-ci ildə evlənmişdir.
Nailə Sultan (II Əbdülhəmidin qızı)
Nailə Sultan (9 yanvar 1884, Konstantinopol – 25 oktyabr 1957, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Nailə Sultan 9 yanvar 1884-cü ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun gürcü əsilli beşinci xanımı Dilpəsənd xanımdır. Adını gənc yaşda vəfat edən bibisi Nailə Sultandan almışdır. Hələ 17 yaşında ikən anası uzun sürən xəstəliyin ardından vəfat etmiş, bu səbəblə atası onun təlim-tərbiyəsinə önəm vermişdir. Mükəmməl saray təhsiliylə yanaşı, piano, arfa və skripka dərsləri də alan Nailə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Şadiyə Sultan və atasıyla birlikdə iştirak edirdi. Sultan Əbdülhəmid daha öncə qızı Zəkiyə Sultanı Qazi Osman Paşanın oğlu Nurəddin Paşayla, daha sonra isə digər qızı Naimə Sultanın paşanın kiçik oğlu Kəmaləddin Paşayla evləndirmişdi. Bu səbəblə evlilik yaşına çatan Nailə Sultanı da paşanın bir digər oğlu olan Cəmaləddin bəylə evləndirmək niyyətində idi. Ancaq Osman Paşanın ani vəfatı, daha sonra isə qızı Naimə Sultanın çıxan eşq skandalından sonra boşanması ilə bu evlilik planı pozuldu.
Qaytabaşı bəy Əbdülhəmidi
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (10 iyul 1884 və ya 8 fevral 1884, Tiflis – 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. == Kökəni == Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüş və Rusiya imperiyası ordusunda xidmət etməyə başlamışdır. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı idi və bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Rus ordusunda xidmətə başladıqdan sonra Haytabaşı rus dilinə tərcüməyə görə Qaytabaşı formasına düşmüşdür. Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı, 1835-ci il oktyabr ayının 26-da Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərərgahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə polkovnik-leytenant rütbəsində tərcüməçi kimi çalışması göstərilmişdir. Bu sənədlərdə həmçinin Şərif bəyin orden və medalarının da siyahısı göstərilmişdirƏbdülhəmid bəy Qaytabaşı 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirmişdir. Əbdülhəmid bəy, Şərif bəyin ikinci həyat yoldaşı Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanımdan olan VII-ci övladı idi. Aprel işğalından sonra qısa müddətə də olsa Azərbaycan Sovet Respublikasının Qərərgah Rəisi olmuşdur. Lakin 1920-ci ilin iyununda Gəncə üsyanında əli olmasında ittiham edilərək güllələnmişdir.
Rəfiyə Sultan (II Əbdülhəmidin qızı)
Rəfiyə Sultan (15 iyun 1891, Konstantinopol – təq. 1938, Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Rəfiyə Sultan 15 iyun 1891-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli xanımı Sazkar xanımdır. Digər bacı və qardaşları kimi Ulduz sarayında mükəmməl təhsil aldı. Atasının səltənətinin son illərində müşir Əhməd Əyyub Paşanın oğlu Əli Fuad bəylə (d. 1887 — ö. 1953) nişanlandı. Ancaq 1909-cu ildə atasının taxtdan endirilməsinin ardından ailəsiylə birlikdə Salonikiyə sürgünə göndərildi.
Sultan Əbdülhəmidə sui-qəsd
Ulduz sui-qəsdi (türk. Yıldız Suikasti) — Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidə qarşı, onu öldürmək üçün təşkil olunmuş sui-qəsd cəhdi. 21 iyul 1905-ci ildə Daşnaksütunun üzvləri tərəfindən Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd hadisəsi XX əsrin əvvəllərində Türkiyə tarixində baş vermiş ən mühüm hadisələrdən biri hesab olunur. Sui-qəsdə cəhd edildiyi dövrdə II Əbdülhəmid 63 yaşına çatmış və 29 ildir ki, hökmdarlıq etməkdə idi. == Zəmin == Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard Corisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq, İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi. Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula gətirilərək montaj edilmişdi. == Hadisə == 80 kiloqram partlayıcı və 20 kiloqram partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya yerləşdirildi.
Xədicə Sultan (II Əbdülhəmidin qızı)
Xədicə Sultan (10 iyul 1897, Konstantinopol – 14 fevral 1898) — II Əbdülhəmidin qızıdır. == Həyatı == Anası Fatma Pəsənd Xanımdır. 7 aylıq difteriya xəstəliyindən vəfat etmiş, Yəhya Əfəndi türbəsinə dəfn edilmişdir. Atası II Əbdülhəmid qızının ölümündən sonra onun xatirəsinə Hamidiyə Ətfal Xəstəxanasını inşa etdirmişdir.
сатине́товый сокро́вища тонево́й умягча́ть выпры́гивать иррациона́льный распи́сывание стих нашёл усиле́ние чернокни́жный волочу ясать -ina haciendado helm-cloud hendecagon mispickel neck-flap Norman palaeontology puff-puff вломиться рационалистический стыдно топор