XALIQVERDİ
XALİDDİN
OBASTAN VİKİ
Leyla Xalid
Leyla Xalid (9 aprel 1944, Hayfa) — == Həyatı == 1944-cü ildə Britaniyanın idarəçiliyində olan Haifada anadan olmuşdur. 1947-ci ildə Ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Leyla Xalidin ailəsi 1948-ci ildə Livana köçdülər. 15 yaşında olan zaman Corc Habaş tərəfindən qurulan Fələstin Xalq Qurtuluş Təşkilatına qatıldı. Daha sonar Beyrut Amerikan Universitetində tibb ixtisası üzrə təhsil almağa başladı. 1967-ci ildə Altı Günlük müharibədən sonar Fələstin Xalq Qurtuluş Təşkilatında özünü göstərməyə başladı. Daha sonralar Küveytdə müəlliməlik fəaliyyəti ilə məşğul olmağa başladı. Qara Sentyabr hadisəsinin baş verən il üçü eyni zaman olmaq üzərə 4 təyyarə qaçırılma əməliyyatında iştirak etmişdir. 1969 və 1970-ci illərdə iştirak etdiyi, liderləri Wadi Haddad tərəfindən planlanan əməliyyatlarda diqqətləri üzərinə çəkdi. 29 avqust 1969-cu ildə Amerikaya məxsus təyyarəni qaçırdaraq Şam şəhərinə endirdi.
Xalid Ağcatəpə
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Xalid Gözəlov
Xalid Həsən oğlu Gözəlov (4 noyabr 1996, Aşağı Cürəli, Biləsuvar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu. == Həyatı == Xalid Gözəlov 4 noyabr 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 2002-ci ildə Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil almağa başlamışdır. Orta təhsilini 2012-ci ildə Biləsuvarda yerləşən Oktay Babayev adına orta məktəbdə bitirmişdir. 2012–2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlamışdır. 2019-cu ildə "baş leytenant" rütbəsi almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Xalid Hassan
Xalid Mahmud oğlu Hassan (26 yanvar 1995, Sumqayıt – 4 noyabr 2020, Martakert rayonu[d]) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindən idi. 1995-ci ilin iyul ayında — Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəlirlər burada yaşamağa başladı. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıtdı və Xalid Hassan birinci sinifə Bərdə rayonu ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində getdi. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil aldı. Tam orta təhsilini Azərbaycanda bitirib. == Hərbi xidməti == Xalid Hassan 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb.
Xalid Huseyni
Xalid Hüseyni (ing. Khaled Hosseini, fars. خالد حسینی‎; 4 mart 1965[…], Kabil) — Əfqan əsilli ABŞ yazıçısı və həkimi. == Həyatı == Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olmuşdur. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya köçüb, daha sonra 1980-ci ildə ABŞ-dən siyasi sığınacaq alaraq ora köçmüşdür. Gənc yaşlarından Amerikanın Kaliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır. Evlidir, iki övladı var.Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. == Kitabları == Çərpələng uçuran (ing. The Kite Runner, 27 may 2003) Min möhtəşəm günəş (ing. A Thousand Splendid Suns, 22 may 2007) [1] Və dağlardan səda gəldi (ing.
Xalid Kamranlı
Xalid Kazım oğlu Kamranlı (23 sentyabr 1999; İmişli rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Kamranlı 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xalid Kamranlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Kamranlı oktyabrın 15-də Talış istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Karsıalan
Xalid Karsıalan və ya Dəli Xalid Paşa — (1883, Beşiktaş – 14 fevral 1925, Türkiyə Böyük Millət Məclisi) General-mayor, TBMM-nin Ərdahandan seçilmiş millət vəkili. I Dünya müharibəsində Qafqaz cəbhəsində nailiyyətlər göstərmiş, Qurtuluş savaşının ilk illərində şərq cəbhəsində, Gümrü müqaviləsinin imzalanmasından sonra qərb cəbhəsində komandanlıq etmiş bir hərbiçidir. İkinci Böyük Millət Məclisinə Ərdahandan seçilmiş millət vəkili kimi iştirak edib, bir mübahisə sonra məclis dəhlizində vurularaq həlak olan Xalid Paşa, TBMM-də işlənən ilk cinayətin qurbanıdır. == Həyatı == 1883-cü ildə İstanbulda anadan olub. Atası Çərkəs Əhməd bəydir. 1901-ci ildə girdiyi Hərb məktəbini 1903-cü ildə leytenant rütbəsi ilə bitirib. 1908-ci ildə II Hökumətin (İkinci Meşrutiyet) elanından sonra Yəməndə yüzbaşı olaraq xidmətə başlayıb. Bundan sonrakı bütün həyatı cəbhələrdə keçmişdir. 1910-cu ilin iyun ayında Trablusgarp (Osmanlı-İtalyan müharibəsi 1911–1912) müharibəsinədə 3 ay döyüşlərdə iştirak etdi. Bu dövrdə eyni cəbhədə xidmət etdiyi zabit Ali Çetinkaya ("Keçəl Əli") ilə razılaşmadığı üçün Mustafa Kamal və Ənvər Paşanın birgə qərarı ilə vəzifə yerləri dəyişmək məcburiyyətində qalmışdı.
Xalid Kazımov
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri. == Həyatı == Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org Arxivləşdirilib 2013-07-27 at the Wayback Machine) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Xalid Mecdunov
Xalid Zahir oğlu Mecdunov (20 fevral 1995, Poladlı, Qobustan rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur. Subay idi. == Hərbi xidməti == Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Xalid Məcdunov
Xalid Zahir oğlu Mecdunov (20 fevral 1995, Poladlı, Qobustan rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur. Subay idi. == Hərbi xidməti == Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Xalid Niyazov
Xalid Niyazov (16 mart 1962, Bakı) — Azərbaycanın əməkdar jurnalisti. == Fəaliyyəti == Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - 91. xaricdə çıxmış elmi əsərlərinin sayı isə – 25. beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 5 İctimai Televiziya, “Media və Zaman”, “Sözün zamanı” proqramlarının müəllif-aparıcısı === Əsas elmi fəaliyyəti === Azərbaycan siyasətşünaslıq elmində ilk dəfə olaraq Azərbaycanının dövlət informasiya siyasəti ilə bağlı fundamental siyasi-hüquqi məsələlər araşdırılıb. 2000-ci ildə təsis edilmiş Azərbaycan Müstəqil Jurnalistlər Liqasının sədri. 10 kitabın, iki elmi monoqrafiyanın müəllifi. == Mükafatları == “Qızıl qələm mükafatı” “Həsən bəy Zərdabi mükafatı” Ali Media mükafatı Ölkə Prezidentinin 21 iyul 2005-ci il Sərəncamı ilə Azərbaycanın Əməkdar Jurnalisti fəxri adı ilə təltif olunub. == Elmi əsərlərinin adları == Dövlət İnformasiya siyasəti (KİV timsalında), Bakı, “Elm və təhsil”, 2016, 324 səh.Monoqrafiya Heydər Əliyevin dövlətçilik dərsləri // “Dirçəliş – XXI əsr”, 2004-2005, № 82-83. Azərbaycan – qloballaşan dünyanın təsir məkanı. Ramiz Mehdiyev.
Xalid Nəciyev
Xalid Qabil oğlu Nəciyev (3 iyul 1992; Saatlı, Azərbaycan — 5 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998–2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı. == Hərbi xidməti == Xalid Nəciyev 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun leytenantı olan Xalid Nəciyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Nəciyev noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.
Xalid Orucov
Xalid Saleh oğlu Orucov (7 avqust 1996; Neftçala rayonu, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Orucov 1996-cı il avqustun 7-də Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Xalid Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Orucov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xalid Orucov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xalid Orucov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Xalid Oşayev
Xalid Dudayeviç Oşayev (çeç. Ошаев, Халид Дудаевич ; 20 dekabr 1897 (1 yanvar 1898), Terek vilayəti – 12 dekabr 1977 və ya 3 sentyabr 1977) — Çeçen yazıçısı, alimi və dramaturqu. == Həyatı == Xalid Oşayev 1897-ci ildə Vozdvijenskaya qəsəbəsində (indi mövcud deyil, müasir Çeçenistan ərazisində yerləşirdi) işçi ailəsində anadan olub. 1916-cı ildə Qroznı real məktəbini bitirmiş, sonra Petroqradda Meşəçilik İnstitutunda oxumuşdur. 1921–1922-ci illərdə Çeçen İnqilab Komitəsinə rəhbərlik edib. Sonra Vladiqafqazdakı Dağ Pedaqoji İnstitutunun direktoru oldu. 1925–1930-cu illərdə Oşayev Çeçenistanda vilayət xalq maarif şöbəsinin müdiri olmuşdu.Xalid Oşayevin ilk əsərləri 1926-cı ildə nəşr edilmişdir. Oşayev Rusiyada vətəndaş müharibəsindən bəhs edən "Odlu illər" ("Alun Şeraş") adlı dörd kitabda romanın müəllifidir. O, həm də qan davasına qarşı mübarizədən bəhs edən "Vendettanın ölümü" hekayəsinin həmmüəlliflərindən biridir. Oşayevin "Aslanbek Şeripov" (Vətəndaş Müharibəsi haqqında), "Gənə", "Mübarizə davam edir", "Selasat", "İki Zaybull", "Kim günahkardır", "Bir əlində iki qarpız", "Zulay" pyesləri tamaşaçılar arasında populyardır.
Xalid Qasımov
Xalid Rafiq oğlu Qasımov (12 iyul 1996; Cəlilabad rayonu, Azərbaycan — 14 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Qasımov 1996-cı il iyulun 12-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xalid Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Qasımov oktyabrın 14-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Tanrıverdiyev
Xalid Kazım oğlu Tanrıverdiyev (15 yanvar 1936, Böyük Muğanlı, Marneuli rayonu – 29 may 2016, Gürcüstan) — coğrafiya elmləri doktoru. == Həyatı == Xalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan SSR-in Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə "Həkəri çayı hövzəsinin geomorfologiyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1994-cü ildə "Son Kaynazoyda Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru adına layiq görülmüşdür. Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur. Uzun müddət BDU-nun Fiziki coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri olmuşdur. Tanrıverdiyev Xalid Kazım oğlu 2016-cı il mayın 29-da vəfat etmişdir. == Əsas elmi nailiyyətləri == Azərbaycan Respublikasının ərazisinin geomorfoloji xəritəsi. Azərbaycanın paleogeomorfologiyası.
Cibranlı Xalid bəy
Miralay Cibranlı Xalid bəy (kürd: Xalit Begê Cibirî və yaxud Xalîd Beg Cîbran; 1882, Varto, Muş ili – 14 aprel 1925, Bitlis) — Osmanlı və Türkiyə zabiti. == Həyatı və hərbi xidməti == 1882-ci ildə Muşun Varto ilçəsində anadan oldu. Məktəbi bitirdikdən sonra, hərbi məktəbə daxil oldu. Hərbi məktəbi kapitan rütbəsi ilə bitirib Osmanlı ordusuna qoşuldu. İlk xidmətini Fələstin cəbhəsində etdi. Birinci Dünya müharibəsi başlayanda Vartoya çağırıldı. Müharibə bitdikdən sonra isə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etdi. 1925-ci ildə Kürdüstan üsyanın səbəbkarlarından olduğuna görə Bitlisdə asılaraq edam edildi.
Xalid
Xalid Donnel Robinson (ing. Khalid Donnel Robinson; 11 fevral 1998, Fort Stüart[d], Corciya) — amerikalı müğənni və mahnı yazarı. O, Right Hand Music Group və RCA Records şirkəti ilə müqavilə bağlayıb. Xalid 2017-ci ildə buraxdığı ilk studiya albomu "American Teen" ilə tanınma qazanıb. Bu albom RIAA tərəfindən 4 dəfə platin sertifikata layiq görülüb.
Xalid Əhədov
Xalid Nurəddin oğlu Əhədov (4 fevral 1980) — Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi. == Həyatı == Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb. İngilis, rus, ispan və türk dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"-da (1999–2012), "Unibank"-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub. 2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib. 2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir. Azərbaycan Respublikasının İqtisadi Şurasının, "ABB" ASC-nin, "Azərbaycan Hava Yolları" QSC-nin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Müşahidə Şurasının üzvü, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının sədridir.
Xalid Əlimirzəyev
Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu – 30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor. == Həyatı == Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. "Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
Xalid Əliyev
Xalid Əli Ağa oğlu Əliyev (7 fevral 1949, Əmircan – 2 dekabr 2019)— AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya elmləri doktoru. == Həyatı == Xalid Əli Ağa oğlu Əliyev 1949-cu ildə Bakı səhəri Əmircan qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və 1973-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1973–1975-ci illərdə Sovet Ordusu sıralarında vzvod komandiri vəzifəsində leytenant rütbəsində xidmətdə olmuşdur. 1975-ci ildən AMEA Zoologiya İnstitutunda işləyir. 1977-ci ildə "Entomologiya" ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1986-cı ildə "Azərbaycanın Kiçik Qafqaz biogeosenozlarının arıkimilərii" mövzusunda namizədlik dissertasiyasını (Bakı), 2013-cü ildə isə "Azərbaycanın arıkimiləriı" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1980–1986-cı illərdə "Entomologiya" laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi, 1987–1993-cü Zoologiya institutun elmi katibi olmuş, 1993-cü ildən hal-hazıra qədər Araxnologiya laboratoriyası müdiri vəzifəsində işləyir. == Elmi fəaliyyəti == X. Ə. Əliyev institutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramlarına daxil olan bir neçə elmi tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onun tərəfindən Azərbaycanın əksər qoruğlarının sancan pərdəqanadlıları və laboratoriya əməkdaşları ilə hörümçəkkimiləri tədqiq olunmuşdur. Azərbaycan faunası üçün 642 növ arıkimi müəyyən edilib ki, onlardan 154 növ Qafqaz, 88 növ Cənubi Qafqaz və 64 növ Azərbaycan faunası üçün yenidir.
Xalid Ərgənc
Xalid Ərgənc (türk. Halit Ergenç; 30 aprel 1970, İstanbul, Türkiyə)— Türkiyə aktyoru. == Həyatı == Xalid Ərgənc Beşiktaş Atatürk Məktəbinin məzunudur. 1989-cu ildə İstanbul Texniki Universitetinin Gəmi İnşaatı və Dəniz Elmləri fakültəsində təhsil alarkən, təhsilini ikinci kursdan yarımçıq qoymuş, elə həmin il Memar Sinan Universitetinin Opera və Musiqili Teatr Aktyorluğu fakültəsinə daxil olmuşdur. == Filmləri == Xoş sərsərilər Qara mələk Beləmi olacaq?
Xalid Əsgərov
Xalid Əsgərov (d. 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı fotoqraf. == Həyatı == Xalid Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini əvvəlcə Bakı Slavyan Universitetində, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında almışdır. == Fəaliyyəti == Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda "Reuters" xəbər agentliyinin fotomüxbiri olaraq işləmişdir. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkmişdir. Hazırda Kanadada yaşayır. Qarabağ müharibəsi ilə bağlı fotoları hazırda Azərbaycan Fotoqrafları Birliyinin arxivindədir. == İstinadlar == == Xarici keçidlər == Kəlbəcərin işğalı zamanı çəkdiyi şəkillər.
Xalid Kazımlı
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri. == Həyatı == Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org Arxivləşdirilib 2013-07-27 at the Wayback Machine) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Xalid Qaradağlı
Xalid Qaradağlı (1822, Qaradağlı, Dağıstan MSSR – 1875) — XIX əsr Azərbaycan şair-satirik və aşığı. Dağıstan azərbaycanlılarının (Tərəkəmə) fərdi (müəllif) poeziyasının banilərindən biri hesab olunur. == Bioqrafiya == 1822-ci ildə Qaradağlı kəndində anadan olub. Atası oğluna dini təhsil vermək arzusunda idi, lakin Xalid mədrəsəni bitirdikdən sonra din xadimi olmaq istəmir və özünü poetik yaradıcılığa həsr edir. Təhsilini bitirdikdən sonra Xalid qazi oldu. == Yaradıcılığı == O, yaradıcılığının anti-feodal yönümlü olması ilə məşhurlaşır. Xalid öz satirik əsərlərində cəmiyyətin sosial çirkinliklərini, feodal istismarını tənqid edir. "Xalidin Şikayəti"ndə aşıq Xalid insanların hiyləgər, satqın olmasından şikayətlənir. Dosta belə güvənmək bəzən çətin olur: "… yüz dosta, bir qram belə güvən haradan gəlir? İnsanlar azıb şeytan simasına bürünüblər…".
Bab-i Xalidabad (Üşnəviyyə)
Bab-i Xalidabad (fars. باب خالداباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (50 ailə).
Heysam ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. == Fəaliyyəti == Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Heysəm ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. == Fəaliyyəti == Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Malik Merac Xalid
Malik Merac Xalid (urdu ملک معراج خالد‎; 20 sentyabr 1916, Lahor, Britaniya Hindistanı – 13 iyun 2003, Lahor) — Pakistan İslam Respublikasının 14-cü baş naziri.
Məhəmməd ibn Xalid
Məhəmməd ibn Xalid – Ərəb Xilafətinin təyin etdiyi Ərməniyyə və Azərbaycan valisi, Şirvanşahlar dövlətinin əsasını qoymuş Heysam ibn Xalidin qardaşı. == Fəaliyyəti == Xalidin ibn Yezidin ölümündən sonra Xəlifə Vasiq onun böyük oğlu Məhəmmədi Azərbaycan, Ərminiyyə və Arrana vali qoydu və Tiflisdə üsyan qaldırmış İshaqın üzərinə getməyi əmr etdi. H.230 (844)-cu ildə hakimiyyətə başlayan Məhəmməd İshaqla müharibədə məğlubiyyətə uğradı və elə həmin il Dərbənddə Buğa əş-Şərabi tərəfindən devrildi. Xəlifə Mütəvəkkil Dərbənd şəhərini və onun həndəvərindəki torpaqları iqta kimi Məhəmməd ibn Xalidə verdi. Sonralar Şirvanşahlar, xəlifənin hədiyyəsi kimi, daim Dərbənd torpaqlarının iddiasında olmuşlar. Xəlifənin əmri ilə Məhəmməd türk Əbu Musa ilə birgə İshaqın üzərinə yürüdü. Çoxlu vuruşmalardan sonra İshaq məğlub edildi və öldürüldü. Məhəmməd Dərbəndə qayıtdı. Onun sonrakı fəaliyyəti Dərbəndin qonşuluğunda və Sünikdə yaşayan "gavurlara" (xristian albanlara)qarşı yürüşlərlə bağlı olmuşdur. H.242 (846)-ci ildə o, Buğa əl-Kəbirin köməyilə yenidən Azərbaycan, Ərminiyyə və Arranın valiliyinə qaytarılmışdır.
Qurban Əli Xalidi
Qurban Əli Xalidi (tam adı: Qurban Əli Xalidi Al-Ayağuzi Al-Cavcaqi) çoxlu doğu qıpçaq çölünə görə olan tarix kitablarının yazıçısıdır . Qurban Əli Xalidinin tarix yazıları Qazaxıstan ilə Şərqi Türkistan tarixinin böyük mənbələrindəndir. == Həyatı == Qurban Əli 1846-cı ildə Ayağuz şəhərində anadan oldu. Ayağuz nayman qazaxların topraqlarındandır (naymanlar Qazaxıstanın orta yüzünün böyük boylarındandırlar). Qurban Əli Çala qazaxlardan idi, mənisi budur ki anası qazax amma atası orta asiya tatarlar , başqurdlar ya türkmənlərindən idi. Qurban Əli öz yazılarının birində öz şəcərəsin türkmən baba adlı bir kişiyə yetirir ki Əbülğazı Bahadurxan çağında xivədən sarda şəhrinə köçüpdür. Türkmən babanın o şəhərdə üç oğlu olubdur: Bay Murad qul Mühəmməd Qadir qul BəykbavBikbav Ornaş Baş adlı kəndin yaxınlığında otrağ edib usman adlı oğlu oldı. Qurban Əlinin atası, Xalid, Usmanın nəvəsi (Bəyk Qulun oğlu). Qurban Əlinin anası, Əfifə də Türkmən babanın oğlu Mühəmməd qadir qulun oşaqlarından idi.
Xalid Fəxri Ozansoy
Xalid Fəxri Ozansoy(1891-1971)—Türkiyə şairi. == Həyatı == Bu dövrdə nəşr etdirdiyi şeir kitabları bunlardır: "Paravan" (1929), "Balkonda saatlar" (1931), "Sulara dalan gözlər" (1936). Xalid Fəxri əfsanə və nağıllardan, Şərq və Qərb mifologiyasından da yararlanmış, ümumiyyətlə, fərdi mövzulara, ekzotizmə, ölüm düşüncəsinə üstünlük vermişdir. Ancaq bununla yanaşı, vətənpərvər şeirləri də vardır.
Xalid Səid Xocayev
Xalid Səid Xocayev (1888 – 13 oktyabr 1937, Bakı) – çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri. == Həyatı == Xalid Səid 1888-ci ildə anadan olub. O, əslən özbək idi. İlk təhsilini mədrəsədə aldıqdan sonra İstanbul Universitetini bitirib və oradan qayıtdıqdan sonra SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. Dilçiliyimizdə üslubiyyata, müqayisəli qrammatikaya, dil tarixinə dair ilk dərsliklərin müəlliflərindəndir. Sağlığında "Türk dillərinin müqayisəli qrammatikası" (Bakı 1926), "Müxtəlif üslubiyyat" (Bakı 1934) kimi əsərləri nəşr olunub. 1937-ci il iyunun 3-də X. S. Xocayev həbs edilib. Həmin ilin oktyabrın 12-də son iclasda X. S. Xocayev Azərbaycan SSR CM-nin 68-ci maddəsi üzrə "əksinqilabi pantürkist təşkilatın üzvü kimi həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs" damğası ilə ittiham olunaraq güllələnməyə məhkum olunub. 1937-ci ildə Xalid Səid Xocayev həbs olunduqdan sonra Mahmud Kaşğari divanının 1500 səhifəlik əlyazması NKVD tərəfindən müsadirə olunub və bu günə kimi də həmin əlyazmanın taleyi qaranlıq qalır.1954-cü ilin dekabrında S. R. Xocayeva həyat yoldaşı X. S. Xocayevin işinə yenidən baxılmasını xahiş edib.

Digər lüğətlərdə

аграма́нт белоры́бица бельги́йцы вана́дистый ве́ди встро́йка го́пник крапи́вка непрекло́нный сетча́тка сиде́вшая синтети́зм суту́ло апостерио́рность кара́ковый пече́ньице пас Черногория base load chaste decaphyllous noctivagant галактический наперерыв скачок