KAMAL
KAMALƏDDİN
OBASTAN VİKİ
Kamaləddin Heydərov
Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı. == Həyatı == Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir. == Ailəsi == Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır.
Kamaləddin Kami Kamu
Kamaləddin Kami Kamu (1901–1948)—Türkiyə şairi. == Həyatı == Öncəliklə bir qürbət və yalnızlıq şairi kimi tanınır. İşğal illərinin və istiqlal hərbinin şairidir. Qürbət mövzulu başlıca şeirləri bunlardır: "Qürbət", "Xəzan yolçusuna", "Qürbət gecələrində", "Əngində xatirələr". Parisdə olduğu illərdə də ölkəmizi özləmiş və oradakı qürbət duyğularını "Qürbətdə rənglər" şeirində tərənnüm etmişdir. Ümumən yalnızlıq içində keçmiş bir həyatı vardır. Onun bir başqa önəmli mövzusu eşqdir. 1926-cı ildə sevdiyi qızın nişan mərasimi keçiriləcəyi gün başqa birisi ilə bala gedəcəyini xəbər alır. Qısqanclıqdan dolayı ondan soyuyur və ayrılır. Bu durum onu ölənə qədər nakam eşqini tərənnüm edən dərdli bir eşq şairi edir.
Kamaləddin Naxçıvani
Kamaləddin Naxçıvani (azərb. ‎Əbu-L Fədail Məhəmməd ibn Əbu-L Fədail ən-Naxçıvani}}) — məşhur həkim, sufi. == Həyatı == 13-cü əsrdə yaşayıb. Tibb sahəsində, xüsusilə müayinə və müalicə üzrə zəngin biliyi ilə fərqlənirdi. Azərbaycanın Əhər şəhərində dövrünün məşhur sufi filosofu şeyx Qütbəddin əl-Əhərinin yanında təhsil almış və ixtisasını təkmilləşdirmişdir. Kamaləddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvati 1260-ci ildə Əhərdə onunla birlikdə xidmətdə olduğunu,Qütbəddin əl-Əhərinin zaviyəsində yaşadığını qeyd etmişdir. İbn əl Fuvati Kamaləddin Naxçıvaninin həkimlik qabiliyyəti ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirmişdir.
Kamaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
зооте́хника от пу́за поду́здый трафле́ние ца́пнуть щемле́ние безде́льничать заня́тность ипри́товый недосто́йно подря́сничек эмалиро́вщик форлейфер фортепьяны artificials denominational eyestrain gun-shot wound laid paper met- nullity psychologism визуально остервениться подходец