NƏCİBƏ

adlı, sanlı, nəcabətli, alicənab, bağışlanılan.
NƏCİBƏ
NƏCİBƏDDİN
OBASTAN VİKİ
Nəcibə Behbudova
Nəcibə Məcid qızı Behbudova (6 yanvar 1914, Tiflis – 7 dekabr 1999, Bakı) — azərbaycanlı tanınmış teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1974). == Həyat və yaradıcılığı == Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub.Əslən qarabağlıdır.Məşhur müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb.Anası Firuzə Vəkilova isə müəllimə işləyib.Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib.Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı,Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub.Məktəbi 1930-cu ildə bitirib. 1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinyəlici kimi Bülbülün Konservatoriyadakı sinifinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib.Səsinin messo-soprano idi.Hətta konsertlərdə müğənni kimi çıxış edib.Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb.Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub.Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub.Bir müddət osmanlı türklərinin və azərbaycanlıların məskunlaşdıqları Gürcüstanın Adıgün rayonunda Kolxoz və Sovxoz Teatrında çalışıb. Aktrisa 1940-cı ildə yenidən Tiflis teatrına dəvət edilib.1941–1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıqedib, həm də bir sıra mədəni-maarif müəssisəslərində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərləri işlər görüb.Nəcibə Behbudova Tiflis teatrında repertuarındakı əsas və məcmunca sanballı tamaşalarda çıxış edib. Aktrisanın Tiflis Teatrında ifa etdiyi əsas rolları Sevil,Solmaz-("Sevil","Od gəlini",C.Cabbarlı) Dezdomona,Ofeliya-("Otello","Hamlet",U.Şekspir) Gülçöhrə,Leyli-("Arşın mal alan","Leyli və Məcnun",Ü.Hacıbəyov) Atlas-("Həyat",M.İbrahimov) Ziynət,Sənubər-("Toy","Xoşbəxtlər"S.Rəhman) Gülnar-("Vaqif",S.Vurğun) Nigar("Koroğlu",H.İsmayılov) Vəfa-("Vəfa",R.Rza) Səhərbənd-("Qız qalası",R.Şahvələd) Lalə-("Vətən oğlu",K.Simonov)Tiflisdə Azərbaycan mədəniyyətinə soyuq münasibət yaradıldığına,səhnə sənətimizin inkişafı üçün əngələr törədildiyinə görə 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb.Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib.Dram teatrlarının səhnələrində kifayət qədər sənət təcrübəsi toplamış aktrisa truppanın yaradıcı heyətinə tez və uğurlu daxil olub.1949-cu ildə Musiqili Komediya Teatrı bağlananda ansamblında (15 may 1952–25 iyun 1953) və musiqili qiraət ansamblında (3 may 1958 — 26 noyabr 1961) çalışıb.Daha çox teatra bağlı olan Nəcibə Behbudova 26 noyabr 1961-ci ildə yenidən Musiqili Teatrına qayıdıb və ömrünün sonuna kimi bu teatrda çalışıb. Tipik məşiət personajlarını xüsusi şövqlə oynayırdı.Bu baxımdan bədii-estetik səciyyələrinə,yumor təravətinə və ifa özəlliklərinə görə aktrisanın aşağıdakı rolları daha xarakterik təsir bağışlayır. Leyli,Sevgili və Gövhər ("Gözün aydın",Məhərrəm Əlizadə,Fikrət Əmirov),Nanaz,Səlbi ("Beşmanatlıq gəlin",Məmməd Səid Ordubadi,Səid Rüstəmov),Durna ("Durna",Süleyman Rüstəm,Səid Rüstəmov),Kətanə ("Hacı Kərimin Aya səyahəti",Qulamrza Cəmşidi və Əbülfəz Hüseyni, bəstəkar Azər Rzayev), Tükəz ("Hacı Qara",M.F.Axundzadə,Şəmsi Bədəlbəyli,Vasif Adıgözəlov),Xeyransa,Kübar qadın,Nailə,Matan ("Sevindik qız axtarır","Milyonçunun dilənçi oğlu","Özümüz bilərik","Olmadı belə oldu belə"Şıxəli Qurbanov,Süleyman Ələsgərov),Mərmər ("Səndən mənə yar olmaz",Məhərrəm Əlizadə,Əşrəf Abbasov), Tamaşa xala və Cəhrə arvad ("Altı qızın bir Pəri",Məhərrəm Əlizadə,Tofiq Bakıxanov və Nəriman Məmmədov), Mələk ("Ev bizim,sirr bizim",Novruz Gəncəli,Şəfiqə Axundova), Badamnisə ("Höcət eləmə",Qazı Məmmədov,Ağabacı Rzayevə və İsmayıl Quliyev), Rəfiqə ("Birzə bircə xal lazımdı",Qulamrza Cəmşidi,Bəşir Səfəroğlu,Telman Hacıyev), Cənnət xala,Mülayim ("Qaynan",Məcid Şamxalov,Zakir Bağırov),Səlmi ("Ləpələr",Əliağa Kürçaylı,Arif Məlikov), Məxmərcan ("Məmmədəli kurorta gedir",Atif Zeynallı,Tofiq Bakıxanov və Nəriman Məmmədov),Kabato ("Keto və Kote",Levon Cubabiriya,Vladmir Dolidze,Tələt Əyyubov), Mələkxanım ("Əlli yaşında cavan",Zülfüqar bəy Hacıbəyli), Həmişəxanım,Cahan ("Həmişəxanım","Gurultulu məhəbbət" Salam Qədirzadə), Yaqut ("Dağlar qoynunda",Ədil İsgəndərov,Əşrəf Abbasov),İnsaf ("Qız görüşə tələsir",Adil Babayev,Tofiq Bakıxanov və Nəriman Məmmədov), Zeynəb,Güllü ("Boşanaq evlənək","Nənəmin şahlıq quşu",Əliağa Kürçaylı,Vasif Adıgözəlov), Gülüstan ("Təzə gəlin",Seyfəddin Dağlı,Cahangir Cahangirov), Xadimə("Yertutanlar",Faiq Mustafayev,Adil Bəbirov), Gilas xala ("Naznaz xanım naz eləyir",Məhərrəm Əlizadə,Nazim Əliverdiyev),Güləndam ("Qonşumuzda bir oğlan var",Məhərrəm Əlizadə,Ramiz Mustafayev) Nəcibə Behbudova "Ulduz"(Tamam),"Araqarışdıranlar"(Sona xala),"Bəyin oğurlanması" (Bibixanım),"Fəryad" (erməni axçısı) filmlərində çəkilib.Teatr sənətdəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Nəcibə Hüseynova
Hüseynova Nəcibə İbrahim qızı (16 may 1952, Bakı) — Azərbaycanın səsləndirmə sənətçisi. Azərbaycan Respublikasının Əməkdar Artisti (2009). == Həyatı == Nəcibə Hüseynova 16 may 1952-ci ildə Bakıda anadan olub. İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1969–1973). Lənkəran Dövlət Dram Teatrında (1973–1981), Tədris Teatrında (1981–1982), "Azərbaycanfilm" kinostudiyasının kinoaktyor studiyasında (1982–1992), AzTV-də çalışıb. Vaxtilə ANS TV-də də çalışıb. Dublyaj sahəsində mütəxəssis aktrisadır. == Mükafatları == Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 02.04.1979. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Nəcibə Məlikova
Nəcibə Haşımbəy qızı Məlikova (25 oktyabr 1921, Buzovna, Bakı qəzası – 27 iyul 1992, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1974) == Həyatı == İlk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb. Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib. Nəcibə xanım kinoda uğurlu rollar yaradıb.
Nəcibə Əliyeva
Nəcibə Abbas qızı Əliyeva (22 fevral 1927, Gəncə – 2006, Bakı) — Azərbaycan virusoloqu, baytarlıq elmləri doktoru (1974), professor (1975), baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim. == Həyatı == Əliyeva Nəcibə Abbas qızı 22 fevral 1927-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ali təhsilini 1948-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində tamamladıqdan sonra 1949-cu ildə Tak-Muğal Zoobavtar məntəqəsində baytar həkimi vəzifəsində işləmiş, 1949- 1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalışmışdır. === Fəaliyyəti === 1956-cı ildə Az.ETBİ-da kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul olmuşdur. 1960-cı ilin may ayında ADAU-nun elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1960-cı ildə institutun “Mikrobiologiya və virusologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1962-ci ildə Keçmiş SSRİ Ali Attestasiya Komissiyasının qəranna əsasən ona “Baytarlıq mikrobiologiyası” ixtisası üzrə Baş elmi işçi diplomu verilmişdir. 1963-83-cü illərdə o, ‘'Ümumi virusologiya." 1983-1991-ci illərdə isə “Ümumi virusologiya və “Dabaq” laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən institutun Epizootologıva, mikrobiologiya, virusologiya, ımmunologiya və mikologıya" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə N.E.Bauman adma Kazan Dövlət Baytarlıq İnstitutunda “Azərbaycanda buzovların adenovirus infeksiyasınm öyrənilməsinə dair materiallar” mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Nəcibə Əhməd
Nəcibə Əhməd (kürd. نه‌جیبە ئه‌حمه‌د, Necîbe Ehmed) (1954, Kərkük) — İraq kürd yazıçısı, şairi və tərcüməçisi. == Həyatı == Nəcibə Əhməd 1954-cü ildə Kərkükün şimal hissəsində anadan olmuşdur. O, Süleymaniyyədə universitetdə kürd dili və ədəbiyyatı üzrə təhsil almışdır. Əhməd, şeir yazmağa başladığı dövrdə kürd ədəbiyyatının yeganə qadın müəllifi idi.O, Kacal Əhməd və Məhabad Qədragi da daxil olmaqla bir neçə qadın kürd şair və yazıçısı ilə birlikdə kürd ədəbiyyatının inkişafına mühüm töhfə verən müəllif kimi qiymətləndirilir.Nəcibə Əhməd qısa hekayələri və poeziyasının üç cildini nəşr etdirmişdir. Onun əsərləri "Müasir kürd ədəbiyyatının antologiyası" kimi antologiyalara da daxildir.
Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015)
Xalqın aktrisası. Nəcibə Məlikova — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Fətəli xan", "Bakının işıqları", "Ögey ana", "Aygün", "Leyli və Məcnun", "Əhməd haradadır?", "Arşın mal alan", "Qanun naminə", "Üzeyir ömrü" bədii filmlərinin, "Yollar görüşəndə...", "Topal Teymur" televiziya tamaşalarının, eləcə də "Büllür sarayda", "Vəziri — xani Lənkəran" teatr tamaşalarının kadrlarından istifadə edilmişdir.

Digər lüğətlərdə

выли́зываться выхола́щивание Екклесиа́ст ошинова́ть подво́рный пополоска́ть прожурча́ть воро́на в павлиньих перьях изобрази́тельные искусства облётывание подла́тываться стати́чный франк холсти́нковый чи́слить дерзкий cryptography ethnicism lamellate maim rhumb-line self-reproduction soft pedal sympatholytic полемичный