ŞAD

xanın varisliyə hüququ olmayan qardaş və oğlanlarına verilən qədim türk titulu.
ŞABİDDİN
ŞADAĞA
OBASTAN VİKİ
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börü Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Tamqan şad
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi. Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi. == Ölümü == Tamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.
Tarduş şad
Tarduş şad — Tonq Yabqu xaqanın oğlu, Toxaristanın ilk yabqusu. == Hakimiyyəti == Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. Bütün Əfqanıstan torpaqlarını öz hakimiyyəti altına almışdı. 645-ci ildə oğlu İşbara Yabqunun sifarişi ilə öz xatunu tərəfindən öldürülmüşdür.
Yükük şad
Yükük İrbis Tulu xaqan (əsl adı Aşina Yükük 阿史那欲谷, taxt adı İrbis Tulu xaqan 乙毗咄陆可汗) — Tulular tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. == İlk illəri == Atası Şərqi Göytürk xaqanı İllig xaqan idi. Şad titulu almışdı. Atasının əmrinə uyğun olaraq 627-ci ildə Tyanşan ətrafında üsyanları yatızdırmaq istəsə də buna nail olmamışdı. Üç il sonra atasının dövləti dağılmışdı. == Xaqanlığa gəlişi == Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk xaqanlığı zəifləməyə başlamışdı. Nuşibilər və Tuluların münaqişəsi bitmək bilmirdi. Tulular və başçıları olan Tun Tudun xaqanlıq üçün Yükük şadı dəvət etdilər. Nuşibilər isə Xallıq İşbara Yabqu xaqanı taxta çağırdılar. İki xaqan arasındakı müharibədən sonra 638-ci ildə İli Çayı sülhü imzalandı.
Şad astrakanta
İl Külüg şad
İl Külüg şad — Göytürk xaqanlığında çox qısa dövrdə hakimiyyətdə olmuşdur. Tezliklə İrbis İşbara Yabqu xaqanla əvəz olunub.
Abbasqulu ağa Şadlinski
Abbasqulu bəy Şadlinski (tam adı: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski; 24 fevral 1886, Vedi – 1930, Vedi) — Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri. == Həyatı == Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir..İki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir. == "Qırmızı tabor" == 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi. O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.
Abbasqulu bəy Şadlinski
Abbasqulu bəy Şadlinski (tam adı: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski; 24 fevral 1886, Vedi – 1930, Vedi) — Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri. == Həyatı == Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir..İki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir. == "Qırmızı tabor" == 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi. O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.
Aslan sultan Şadlı
Aslan sultan Şadlı (Aslan sultan Binnətalı sultan oğlu Şadlı; d. ? - ö. ?) — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı. == Həyatı == Qraf Paskeviç şadlılar tayfasının rəhbəri, XX əsrin ikinci onilliyində Vedibasar mahalında erməni-daşnak işğalçılarına qarşı mübarizə aparmış xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ulu babası Aslan sultan Binnətalı sultan oğlu ilə görüşmək təşəbbüsündə bulunur. "O Vedibasarda məskunlaşan olduqca döyüşkən, əyilməz qarapapaqlar tayfası arasında Aslan sultanın böyük nüfuz sahibi olduğunu bilir, onun vasitəsilə qarapapaqları yola gətirmək istəyirdi". Aslan sultan 200 şadlı və 10 qarapapaq ağsaqqalı ilə Eçmiyədzində Paskeviçlə görüşüb rusların təbəəliyini qəbul edir. Paskeviçin yazdığına görə bu qarapapaqların üzlərindən ruslara itaətdən çox etibarsızlıq açıq oxunurdu. Aslan sultanın rus himayədarlığını qəbul etməsi müəyyən nəticələr verməyə başladı. V.Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı.
Aşağı Şadbad (Təbriz)
Aşağı Şadbad (fars. شادبادعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,884 nəfər yaşayır (508 ailə).
Aşağı Şadlı (Çaldıran)
Aşağı Şadlı (fars. شادلوي سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 374 nəfər yaşayır (77 ailə).
Cəfərqulu xan Şadlı
Cəfərqulu xan İbrahim bəy oğlu Şadlı (?-?) – Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. == Həyatı == Cəfərqulu bəy İbrahim bəy oğlu Xorasan əyalətinin Qoçan vilayətinin Şadlı elinin Yusifsultanlı obasında anadan olmuşdu. Atasından sonra elbəyi təyin edilmişdi. Nadirqulu xan Avşar Xorasanda birləşdirmə siyasəti aparanda Aşur bəy Papalı-Avşarla (Sara Aşurbəylinin ulu babası-Ə. Ç.) birləşib tabe olmaqdan imtina etdi. Nadirqulu xan Quzğana yaxınlaşan kimi təslim oldu. Bağışlandı. Nadir şah Avşar Cəfərqulu bəy xan ünvanı verib Qoçan şadlılarına vəkil təyin etdi. == Ailəsi == Cəfərqulu xanın Nəcəfəli xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şadlı eli, "Soy" dərgisi, 1 (33), 2010, səh. 51.
Hüseyn xan Şadlinski
Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski — Çar ordusunun əsgəri. == Həyatı == Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb. == Mənbə == Mehparə Sultanova, Şadlinskilər, Mədəniyyət.- 2010.- 28 may.- S. 9. Ələkbərli, Əziz, Abbasquli bəy Şadlinski, Bakı, "Sabah", 1996. Əsgər Zeynalov, İrəvan ziyalıları,Bakı, 1999.səh.
Məzrayə-i Şadi (Vərziqan)
Məzrayə-i Şadi (fars. مزرعه شادي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (110 ailə).
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Vaqif Şadlinski
Vaqif Şadlinski (Şadlinski Vaqif Bilas oğlu; 24 yanvar 1940, Vedi rayonu) — əməkdar elm xadimi, Tibb e.d., Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor. ATU-da İnsan anatomiyası kafedrasının müdiri. == Həyatı == Vaqıf Bilas oğlu Şadlinski 1940-cı ilin yanvar ayının 24-də qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Vedi rayonunda ziyalı ailəsində anadan olub. 1948–50-ci illərdə çoxsaylı Azərbaycanlı ailələr erməni daşnakları tərəfindən dədə-baba yurdundan deportasiyaya uğradılan zaman V. B. Şadlinski ailə üzvləri ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşmışdır. Məşhur Şadlinskilər nəslinin görkəmli nümayəndəsidir. O, 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olmuş, bölmə komandiri vəzifəsində çalışmışdır. Ordudan tərxis olunduqdan sonra 1962–63-cü illərdə Şəmkir rayonunun Həzi Aslanov kolxozunda sürücü vəzifəsində çalışmışdır. V. B. Şadlinski 1963-cü ildə müvəffəqiyyətlə qəbul imtahanı verərək, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutiunun stomatologiya fakültəsinə daxıl olmuşdur. V. B. Şadlinski 1964-cü ildə ATİ — nun 3 saylı tələbə yataqxanası üzrə tələbə şurasının sədri, 1965-ci ildə fakültə tələbə həmkarlar şurasının sədri, 1966-cı ildə isə İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. V. B. Şadlinski 1967-ci ildə institut partiya komitəsi bürosunun və Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvü, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı İşçilərinin X qurultayına nümayəndə seçilmişdir.
Yarməhəmməd xan Şadlı
Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı (1827-1928) — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. == Həyatı == Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı Xorasan əyalətinin Bocnurd vilayətinin Şadlı elinin bir obasında anadan olmuşdu. Səhamüddövlə ləqəbini daşıyırdı. Atasından sonra elbəyi təyin edilmişdi. Yarməhəmməd xan Şadlı Nasirəddin şah Qacarın hakimiyyətinin ilk illərində Xorasanın valisi idi. Yarməhəmməd xan Şadlı 1883-1889-cu illərdə Rusiyanın Aşqabaddakı diplomatik agenti Yəhya bəy Tahirovla əlaqə saxlayırdı. Yəhya bəy bir neçə dəfə Bocnurdda olmuşdu. Ruslar Yarməhəmməd xan Şadlını 14 may 1896-cı ildə Moskvaya, II Nikolayın tacgüzarlığına dəvət etmək istəyirdilər. Dəvət etdilər də. Səhamüddövlə Sərdari-Müfəxxəm Moskvaya gəldi.
Yuxarı Şadlı (Çaldıran)
Yuxarı Şadlı (fars. شادلوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (40 ailə).
İbrahim xan Şadlı
İbrahim xan Şadlı (?-?) — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. == Həyatı == İbrahim xan Xorasan əyalətinin Qoçan vilayətinin Şadlı elinin Yusifsultanlı obasında anadan olmuşdu. Atasından sonra elbəyi təyin edilmişdi. İbrahim xan Fətəli şah Qacarın hakimiyyətinin ilk illərində Əsfərayinin valisi idi. == Mənbə == Ənvər Çingizoğlu, Şadlı eli, "Soy" dərgisi, 1 (33), 2010, səh. 51.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.
Şadara
Şadara - taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. == Quruluşu == Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. == İstifadə == Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.

Digər lüğətlərdə

всы́пка гро́здье зубча́тка конарме́йский куби́ст опре́ть с ча́су на ча́с хокке́й шипы́ широкоэкра́нный Алла́х до потрохо́в кольцева́ть сортово́й щеко́лда пукша -цепить Sawney Scots tendron thickener trifarious катаракта разоспаться спросонок