ŞADİYƏ

sevinc, xoşbəxtlik, şadlıq, səadət, nəşə.
ŞADİMAN
ŞADKAM
OBASTAN VİKİ
Şadiyə Sultan
Şadiyə Sultan (30 noyabr 1886, Konstantinopol – 20 noyabr 1977, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Şadiyə Sultan 30 noyabr 1886-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli yeddinci xanımı Əmsalinur xanımdır. Mükəmməl saray təhsiliylə yanaşı, piano dərsləri də alan Şadiyə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Nailə Sultan və atasıyla birlikdə iştirak edirdi. 31 mart 1909-cu ildə atasının istəyilə Səid Paşanın oğlu Əli Namiq bəylə nişanlansa da, 2 həftə sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Əmsalinur xanımla birlikdə atasının yanında yer alan Şadiyə Sultan bir il sonra atasının istəyilə bacıları Ayşə Sultan və Rəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. Ancaq Səid Paşanın atasına qarşı sərt tutumu səbəbilə, qayıtdıqdan sonra nişan pozuldu. Ardından əmisi Sultan Rəşad onu Ənvər Paşayla evləndirmək istəsə də, Şadiyə Sultan atasını devirən İttihadçılardan olması səbəbilə bu təklifi geri çevirdi. Nəhayət, Qalibpaşazadə Mustafa Fazil bəyin oğlu Fahir bəylə nişanlandı.
Şadiyə Müvəddət Qadınəfəndi
Şadiyə Müvəddət Qadınəfəndi (12 oktyabr 1893, Adapazarı[d], Osmanlı imperiyası – 1951) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin üçüncü xanımı. == Həyatı == Kiçik yaşlarında olan Müvəddət xanım Şahzadə Vahidəddinin xəzinədarı olan xalası Həbibə xanımın vasitəsilə Çəngəlköy sarayına alınmış, burada saray təhsili almışdır. Sarayda xidmət edərkən Şahzadə Vahidəddinin nəzərini cəlb etmiş, 24 aprel 1911 tarixində onun üçüncü xanımı olaraq evlənmişdir. Bir il sonra sultanın yeganə oğlu olan Şahzadə Mehmed Ərtoğrul Əfəndini dünyaya gətirmişdir. Sultan Vahidəddin taxta çıxdıqdan sonra isə Şadiyə Müvəddət xanım sultanın ikinci qadınəfəndisi elan edildi. 1922-ci ildə Sultan Vahidəddin taxtdan endirilərək sürgün edilmiş, Şadiyə xanım da onunla birlikdə İtaliyadakı San-Remo qəsəbəsinə getmişdir. Burada böyük bir köşkdə yaşayan Şadiyə xanım 1926-cı ildə ərinin vəfatının ardından İsgəndəriyyəyə köçdü və burada 2 may 1932-ci ildə Şakir bəy Əminpaşazadə ilə evləndi. Ancaq bu evlilik 28 fevral 1936 tarixinədək davam etdi. 1944-cü ildə oğlunun vəfatının ardından İstanbula qayıtmaq istədi və davam edən müzakirələrin ardından 1948-ci ildə vətənə qayıtmaq üçün xüsusi icazə aldı. Ancaq çox keçmədən 1951-ci ildə İstanbulun Çəngəlköy rayonunda vəfat etdi və burada dəfn olundu.

Digər lüğətlərdə

ва́зочка добавля́ть критикова́ться медноло́бый оправда́ть упи́хивать хриплова́тость анда́нте ао́ртный выню́хивать гинекомасти́я загляде́нье защёлкиваться обшива́ть ра́дужка сортиро́вочный крема погач background bonhomme caterpillar tractor firstly swashbuckler кинофицировать эскалатор