ŞƏFİQƏ

rəhmli, rəhmdil, şəfqətli, ürəyiyanan.
ŞƏFİQƏ
ŞƏFİULLA
OBASTAN VİKİ
Şəfiqə Axundova
Şəfiqə Qulam qızı Axundova (21 yanvar 1924, Nuxa – 26 iyul 2013, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunur. == Həyatı == Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943–1944-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.
Şəfiqə Ağayeva
Ağayeva Şəfiqə Əli qızı (1918, Ağdamkənd, Ağdam rayonu – 1983) – Azərbaycan jurnalisti, tərcüməçi, nəşriyyat işçisi, pedaqoq. == Həyatı == Yelizavetpol (Gəncə) quberniyası Cavanşir qəzasının Ağdam kəndində müəllim ailəsində doğulmuş. Kəndində orta, Ağdam pedaqoji texnikomunda və Azərbaycan Tibb İnstitutunda ali təhsil almışdır. == İctimai Fəaliyyəti == 1934–83-cü illərdə "Lenin yolu" qəzetində (Ağdam Şəhəri), " Qızıl əsgər", " Gənc işçi" qəzetlərinin," Azərbaycan qadını jurnalı"nın redaksiyalarında ədəbi işçi, şöbə müdiri, redaktor, Azərbaycan KP MK-da, respublika Baş Mətbuat idarəsində, "Uşaqgəncnəşr" və "Azərbaycan Pioneri" qəzeti redaksiyasında məsul vəzifələrdə işləmişdir. Əsasən rus ədəiyyatından tərcümələr etmişdir. Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.
Şəfiqə Eyvazova
Şəfiqə Alxas qızı Eyvazova (9 mart 1947, Bakı) — Azərbaycan kamançaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963–1976-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur. == Fəaliyyəti == 1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-də keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir. 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olmuşdur.
Şəfiqə Məmmədova
Şəfiqə Haşım qızı Məmmədova (30 mart 1945, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri (2012). == Həyatı == Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb. Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb. Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb. Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub (1995–2000). 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilmişdir. 2022-ci il dekabr ayında o, yekdilliklə yenidən İdarə Heyətinin sədri seçildi.
Şəfiqə Qaspiralı
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886-cı il, Bağçasaray, Rusiya imperiyası — 31 avqust 1975-ci il, İstanbul, Türkiyə) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Кadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. == Həyatı == 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Şəfiqə Qasprinskaya

Şəfiqə Qaspıralı

Şəfiqə Qasımova
Şəfiqə Qasım qızı Qasımova (5 dekabr 1924, Bakı – 3 aprel 2008, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Şəfiqə Qasımova 5 dekabr 1924-cü ildə Bakı şəhərində dünyaya qəlmişdir. Kommunist rejiminin siyasəti nəticəsində imkansızlaşmış Qasımbəyovlar ailəsində anadan olmuşdur. Balaca yaşlarında valideynlərini itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. 14 yaşında, Maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlamışdır (1939-1940). Həm Azərbaycan, həm də rus bölməsində oxumuşdur. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət etmişdir. Cahangir Cahangirovun bədii rəhbəri olduğu Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləmişdir (1940-1942). İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunmuş və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilmişdir (1942-1949-cu illərdə xor truppasında işləmişdir). Opera səhnəsində (1953-1956-cı illərdə solist kimi) Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Asiya, "Koroğlu"da Xanəndə qız, Fikrət Əmirovun "Sevil"ində Gülüş və Tafta, bir çox rus operalarında bir cox partiyaları ifa etmiş, obrazlar yaratmışdır.
Şəfiqə Qutluər
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bu günki Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Şəfiqə Topçiyeva
Şəfiqə Ənvərovna Topçiyeva (1 aprel 1951) — AMEA Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki (Rusiya). == Həyatı == Topçiyeva Şəfiqə Ənvərovna 1 aprel 1951-ci ildə Tiflis şəhərində anadan olub. 1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1988-ci ildə “Erinitin, izosorbid dinitrat və izisorbid-5-mononitratın farmakokinetikası” mövzusunda namizədlik dissertasiyasını Moskva şəhərində Seçenov adına 1-ci Tibb İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdi. 2003-cu ildə “Zaqafqaziya gürzəsi (Vipera lebetina obtusa) zəhərinin biokimyəvi və farmakokinetik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının A.İ. Qarayev adına Fiziologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasında müdafiə etmışdir. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki (Rusiya), AMEA İnnovasiya və Kommersializasiya Texnologiyaları Mərkəzinin direktor müavini. Kommersializasiya texnologiyaları üzrə baş mütəxəssis. Ş.Ə.Topçiyeva 1993-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda elmi işçi vəzifəsində işləyib. O, 1994-1995-ci tədris illərində Azərbaycan Tibb Universitetinin klinik farmakologiya kafedrasında molekulyar farmakologiyadan dərs demişdir. 2005-ci ildən Zoologiya İnstitutunda baş elmi işçi fəzifəsində işləyib.
Şəfiqə Yusifbəyli
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886-cı il, Bağçasaray, Rusiya imperiyası — 31 avqust 1975-ci il, İstanbul, Türkiyə) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Кadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. == Həyatı == 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Şəfiqə Zeynalova
Zeynalova Şəfiqə Mikayıl qızı (26 iyun 1922, Bakı – 1 may 1979, Bakı) — Azərbaycan SSR əməkdar memarı (1976); Moskva Memarlıq İnstitutunu bitirmiş ilk azərbaycanlı qadın. == Həyatı == Şəfiqə Zeynalova 26 iyun 1922-ci ildə Bakıda anadan olub. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunu bitirmişdir. Şəfiqə Zeynalova 11 may 1979-cu ildə Bakıda vəfat edib. == Əsas işləri == 1942–1943-cü illərdə orta məktəbdə riyaziyyat müəllimi işləyən Şəfiqənin memar olmasını, M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmasını məhz o məsləhət görmüşdü. Şəfiqə Zeynalova ali məktəbi bitirəndən sonra əmək fəaliyyətinə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında memar kimi başladı. 1946–1948-ci illərdə tikilmiş Uşaq dəmir yolu ("Gənclik" metrosu rayonunda, Zooparkın yanında yerləşirdi, indi sökülüb) memarın sevdiyi işlərdən biri idi. Şəfiqə Zeynalova 1945–1949-cu illərdə "Azərdövlətlayihə" institutunda fəaliyyətini davam etdirdi. O, 1946-cı ildə SSRİ Memarlar İttifaqı üzvlüyünə qəbul edildi. Şəfiqə Zeynalova 1949–1952-ci illərdə Moskva Memarlıq İnstitutu Memarlıq təkmilləşdiilməsi fakültəsinin dinləyicisi oldu.
Şəfiqə İsmayılzadə
Şəfiqə İsa qızı İsmayılzadə (1918-2004) - Tibb elmləri doktoru == Həyatı == 1939-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1952-ci ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna qəbul olunmuşdur. 1958-1989-cu illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun gözün zədə şö’bəsinin müdiri vəzifəsində çalışırdı. O, müxtəlif zədələr nəticəsində baş verən görmə üzvünün dəyişiklikləri üzrə, sənaye və kənd təsərrüfatı şəraitində əmələ gələn gözün peşə patologiyası üzrə tədqiqatlara rəhbəri olmuşdur, bu mövzularda 70-dən artıq elmi əsər yaratmışdır, oftalmotravmatoloq kadrlarının hazırlanmasında iştirak etmişdir, onun rəhbərliyi ilə 2 namizədlik dissertasiya müdafiə olunmuşdur.
Şəfiqə Əfəndizadə
Şəfiqə Əfəndizadə (tam adı: Şəfiqə Məmmədəmin qızı Əfəndizadə; (Əsma Sultan Şeyxzadə); 1882, Azğur, Tiflis quberniyası – 1959, Bakı) — Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, maarif xadimi, yazıçı, publisist. == Həyatı == Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Axaltsixe rayonunun Azğur kəndində tanınmış pedaqoq Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur. İlk təhsilini evdə öz atasından almışdır. 1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımdan sonra qaçqın düşmüş Qubada, Azqurda, İstanbulda yaşamışdır. Şəfiqə Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Hələ 1896-cı ildə 14 yaşında ikən Şəfiqə Əfəndizadə Nuxa şəhərində şəxsi qadın məktəbində dərs demişdir. Qafqaz Müsəlmanları Ruhani İdarəsində və Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi almışdır. 1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlamışdır. Həmin məktəbdə 1910-cu ilə kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə o Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olmuşdur.

Digər lüğətlərdə

изно́с мандари́нский медву́з нажёвывать подгрунто́вываться подреше́тник руба́шечка взму́чивать выде́лываться зарисо́вываться миа́змы расчётливость трелёвщик agave Catholic disquisition down-to-earth jack-by-the-hedge psalteria starveling teleprinter undo бобриковый имажинизм устрашение