ÜVEYS

qurd balası, canavar balası; igid, qəhrəman.
ÜVEYDƏ
ÜZDÖN
OBASTAN VİKİ
Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. == Həyatı == 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Üveys Paşa
Üveys Paşa (1512 – 1547, Səna) — I Səlimin oğlu və Osmanlı paşası. == Həyatı == Məşhur Osmanlı tarixçisi Gəlibolulu Mustafa Əliyə görə, şahzadəliyi dönəmində I Səlimin adı bilinməyən bir kənizdən olan oğludur. Səlimin taxta çıxdığı il dünyaya gəlmişdir. Mustafa Əlinin Künhü'l-ahbâr əsərində yazdıqlarına görə Şahzadə Üveysin anası evləndirilərək saraydan göndərilmiş ancaq daha sonradan kənizin hamilə olduğu anlaşılmışdır. Bundan sonra kəniz başqasıyla evli olduğundan şahzadə olaraq qəbul edilməmiş, buna baxmayaraq I Səlim Şahzadə Üveysin yetişdirilməsinə diqqət yetirmişdir. == Siyasi fəaliyyəti == Atası I Səlimin vəfatından sonra taxta çıxan qardaşı I Süleyman 1545-ci ildə Üveysi paşa ünvanıyla təltif edərək Yəmən Bəylərbəyi təyin etmişdir. Bundan sonrakı tarixi qaynaqlarda Üveys Paşa anılmaqdadır. Üveys Paşa 1547-ci ildə Yəməndə çıxan bir qiyam əsnasında öldürülmüşdür. Rəvayətə görə, Üveys Paşanın ölüm xəbəri Süleymana çatdırılanda "O mənim ata bir qardaşım idi" demişdir. Bundan başqa Üveys Paşanın Trablusqərb hakimlərindən Saqqızlı Mehmed Paşanın atası olduğu qeyd edilir.
Dəftərdar Üveys Paşa
Dəftərdar Üveys Paşa (ö. sentyabr 1591) — II Səlim və III Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Atası Aydının köklü ailələrindən olan Qazı Mehmed Əfəndidir. Bu səbəblə atasından aldığı dini təhsilin ardından Tirə qazısı olaraq dövlət xidmətinə başladı. Bu vəzifəsi əsnasında Şahzadə Muradla tanış oldu və onun xidmətinə alınaraq şahzadənin dəftərdarı oldu. Şahzadənin 1574-cü ildə taxta çıxmasıyla o da İstanbula gəldi və Sokollu Mehmed Paşa ilə rəqabət aparmasına baxmayaraq Sultan Murad tərəfindən baş dəftərdar təyin edildi. 1578-ci ildə edam edilən Budin bəylərbəyi Sokollu Mustafa Paşanın yerinə Budinə yollandı. 1579-cu ildə bölgəyə gələn Üveys Paşa o əsnada Avstriya ilə davam edən sülh müzakirələrində iştirak etdi. Bundan başqa əyalət gəlirlərini də artıran Üveys Paşa, düşmən basqını nəticəsində yaranan itkilərdən məsul tutuldu və 3 iyun 1580-ci ildə vəzifədən alındı.
Sultan Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. == Həyatı == 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Sultan Üveys xan
Sultan Üveys xan(Uyğurca: سلطان وایس خان‎‎); ?—1428) — Moğolustan hakimi, Şirəli Xıdırın oğlu. == Həyatı == Sultan Üveys xan Cığatay ulusundan, Tuğluqteymurlu sülaləsindən Şirəli Xıdırın oğludur. Doğum tarixi məlum deyil. Gənc yaşlarından Şirməhəmməd xana qarşı hakimiyyət mübarizəsinə başlamışdı. Onun qəfil ölüm səbəbilə, Əmir Xudadadın yardımı ilə xanlıq taxtına əyləşmişdi. Sultan Üveys xan İslama ürəkdən bağlanmışdı. Bütün moğollara müsəlmanlara qarşı talançı yürüşlərə yasaq qoymuşdu. Kalmaklara (oyratlara) qarşı qəzavat ilə məşğul idi. Məğlubiyyətə uğramış, iki dəfə əsir düşmüşdü. Tarixçi Mirzə Heydər Duqlatın şəhadətinə görə kalmaklara qarşı 61 yürüş etmişdi.
Tarix-i Şeyx Üveys
Tarix-i Şeyx Üveys — XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin ümumtarix əsəri Cəlairi sultanı Şeyx Üveysə (1356–1374) həsr olunmuşdur. Fars dilində yazılmış bu əsərin 1304–1359-cu illərdə baş vermiş hadisələrə həsr olunmuş qismi Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbədir. Əsərdə Elxanilər dövlətinin tənəzzülü və Cəlairilər dövlətinin təşəkkülü prosesi işlənilir.Əsərdə Qızıl Orda hökmdarı Canı bəyin yürüşlərindən, Azərbaycanı tutmasından, Çobani hakimiyyətindən, Çobanilər ilə Qızıl Orda arasındakı mübarizədən və nəhayət Cəlairi Üveysin dövründən söhbət açılır. Əsər Azərbaycanın tarixindən ayrılıqda bəhs etmir, lakin bir sıra mənbələrdə Azərbaycana xüsusi diqqət yetirilmiş, burada baş vermiş hadisələrin təsvirinə geniş yer verilmişdir. Bu cəhətdən Əbu Bəkr əl-Qütbi əl-Əhərinin "Tarixi Şeyx Üveys" əsəri müstəsna əhəmiyyət kəsb edir. == Nəşrləri == Əbu Bəkr əl-Qütbi əl-Əhəri. Tarix-e şeyx Üveys. Farscadan tərcümə M. D. Kazımov və V. Z. Piriyevdir. Bakı, 1984. == İstinadlar == == Ədəbiyyat == Xeyirbəy Qasımov.
Qulaməli Üveysi
Qulaməli Üveysi (fars. غلامعلی اویسی‎; 1918, Qum – 8 fevral 1984, Paris) — İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı. == Həyatı == Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Qulaməli Üveysi Tehranda hərbi məktəb bitirmişdi. Məhəmmədrza şah Pəhləvi ilə sinif yoldaşı idi. Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu. Qulaməli Üveysi 7 fevral 1984-cü ildə Parisdə terror edildi.
астрофи́зика атеи́стка бу́ки тра́ур убе́жище чуфы́ркать обгуля́ться расколыха́ться agenda ballot-rigging Bee big tree disjoin monotheism outline-map psychogenesis slub sturdily symbololatry Uzbekistan возврат злободневность поворчать рентгенизировать тиранический