ANJELA

“anqelos” sözündəndir və məlakə, xəbər verən mənasındadır.
ANİYYƏT
ANJELİKA
OBASTAN VİKİ
Anjela Bulatoviç
Anjela Bulatoviç (15 yanvar 1987, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Anjela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944[…], Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. == Fəaliyyəti == O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Anjela Doroqan
Anjela Doroqan (d. 2 noyabr 1989; Kişinyov, Moldova) — Azərbaycanı təmsil edən Moldova əsilli qadın güləşçi. Anjela Doroqan 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi və qızıl medal qazandı. == Həyatı == Anjela Doroqan 2 noyabr 1989-cu ildə Moldovanın paytaxtı Kişinyov şəhərində anadan olub. == Karyerası == Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı. Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı.
Anjela Volkova
Anjela Volkova (29 iyun 1974) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Anjela Volkova 1974-cü il iyunun 29-da anadan olub. == Karyerası == Anjela Volkova 1999-cu ildə Seul şəhərində (Cənubi Koreya), 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
зашпаклева́ться несмолка́ющий оппортунисти́чески палата́льность перешёптываться поиспра́виться прегражда́ться тормозно́й фитоцено́з фотокорреспонде́нция четверго́вый консолида́ция ничуть не бывало подка́пчиваться происходи́вшее сумбу́рно теплово́зник гутморген activation billycan Isle of Wight догадаться налив перепекать печение