ÇEŞMƏ

bulaq, qaynaq; gözəllik mənbəyi.
ÇERVON
ÇEŞMƏGÜL
OBASTAN VİKİ
Çeşmə
Çeşmə (İzmir)
Çeşmə (Xoy)
Çeşmə — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsində, Vələdyan kəndistanında, Xoy şəhərindən 15 km simal-şərqdədir.
Çeşmə (qəzet)
"Çeşmə" qəzeti — Azərbaycanda dərc olunmuş satirik qəzet. Qəzet 1991-ci il aprel ayının 1-də Lənkəran şəhərində yaradılmışdır. Şüarı "Dama-dama göl olar, yağa-yağa sel" idi. Təsisçi və baş redaktoru Sakin Məmmədzadə, redaktor: Ayaz Əhmədov idi. == Haqqında == "Çeşmə"nin ilk sayının dünyada "Gülüş günü" kimi qəbul edilən 1 apreldə çapdan çıxması mətbu orqanın satirik mahiyyəti ilə bağlı idi. Qəzet əvvəlcə qeyri-leqal şəkildə çap olunub. 1992-ci ildə qeydiyyatdan keçib və leqal şəkildə fəaliyyət göstərib. 1993-cü ildən sonra isə yenidən qeyri-leqal şəkildə nəşrini davam etdirib. 1995-cü ildə mətbu orqanın redaktoru, yayılmasıda və satışında kömək edən şəxslər həbs olunublar. Bununla da qəzetin fəaliyyəti birdəfəlik dayandırıldı.
Çeşmə (İzmir)
Çeşmə (türk. Çeşme) — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 90 km-dir. İlçənin şərqində Urla ilçəsi, şimalında, qərbində və cənubunda Egey dənizi yerləşir. İlçənin sahəsi 285 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 44,363 nəfərdir.
Çahar Çeşmə (Əsədabad)
Çahar Çeşmə (fars. چهارچشمه‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 58 nəfər yaşayır (17 ailə).
Çeşmə-i Qulaməli
Çeşmə-i Qulaməli (fars. چشمه غلامعلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 401 nəfər yaşayır (101 ailə).
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Dəniz Müharibəsi
Çeşmə Dəniz Müharibəsi,5-7 İyul 1770-ci il tarixləri arasında Rus donanması və Osmanlı Donanması arasında Çeşmə Körfəzində edilmişdir.1768-1774 Osmanlı-Rus Müharibəsinin bir parçası olan bu qarşıdurmanın nəticəsində Osmanlı Donanması Ruslar tərəfindən tamamilə yox edilmişdir. == Müharibə öncəsi == 1768-ci ildə Osmanlı-Rus Müharibəsi başladığında, Rusiyanın Qaradənizdə döyüş gəmisi olaraq sadəcə 6 xətt gəmisi var idi.Rus donanmasının böyük bir hissəsi Baltik Dənizində yerləşmişdir.1769-cu ilin noyabr ayında Rusiya Baltik Dənizindəki donanmasından iki donanma gəmisini dəyişik rotalarla Atlantik Okeanı və Cəbəllütariq boğazı yoluyla Aralıq dənizinə göndərdi.Rus donanmasının başçılığını Kont Aleksey Qriqoryeviç Orlov üstlənmişdi.Məqsəd Osmanlı Dövlətini zəiflətmək üçün Peleponnes Yarımadasındakı Yunanlar arasında bir üsyan çıxartmaq və Rusiya yanlısı bir Yunan dövlətinin qurulmasını təmin etməkdi.İki donanma gəmisi Aralıq dənizində birləşdi və Peleponnes Yarımadasına istiqamət götürdülər.50 rus əsgərinin köməyi ilə Mani bölgəsindəki Yunanlar arasında bir üsyan başlatmağı bacardı amma üsyan bütün yunanıstana yayılmadan Osmanlılar tərəfindən basdırıldı.Bu üsyana Orlov üsyanı (Yunanca: Ορλωφικά) deyilir.Yunanlar tərəfindən Yunan Müstəqillik Müharibəsinin nüvəsi olaraq qəbul edilir. Kaptan-ı dərya Mandalzadə Hüsaməddin Paşanın rəhbərliyindəki Osmanlı donanması ilk növbədə Yunan üsyanının basdırmaq üçün Peleponnes Yarımadasında Mora Yenişəhəri(hazırkı Nafplion) qabağında dayanırdı.Hüsaməddin Paşa Rus flotillasının uzun yolda təchizat və ərzaq təmin etməyəcəyini və bu səbəblə heç müharibə etmədən təslim olacağını düşünürdü.Buna görə Egey dənizinə yelkən açmağa qərar verdi.Egey dənizinə çatdıqdan sonra Xios adası və Qaraburun arasında Çeşmə limanına yaxın açıqlarda dəmir saldı. == Osmanlı donanması ilə Rus donanmasının qarşılaşması == Osmanlı donanmasının Ege Dənizinə doğru yelkən açdığını xəbər alan iki Rus filosu Aralıq dənizində Osmanlı donanmasını axtarmaya başladı.İki filonun kapitanları Rus admiral Qriqori Spiridov və İngilis məsləhətçi Admiral Con Elfinston idi.Bu iki rus filosunda 21 ədəd gəmi var idi.Bunlardan 9 dənəsi 66-68 toplu gəmi,3 dənəsi 38-32 toplu freqat,1 dənəsi 12 havan daşıyan bomba,4 dənəsi atəş gəmisi,4 dənəsi də təxliyə gəmisiydi. Osmanlı donanmasının varlığı bütün detalları ilə bilinmir.Ancaq 14-16 böyük döyüş gəmisi olduğu və bunlardan Burc-u Zəfərin 84 toplu Rodosun 60 toplu və Kaptanpaşanın Kapudanə döyüş gəmisinin 100 toplu olduğu bilinir.Toplam top ədədi 1.300-ə yaxın idi. Osmanlı donanması üç sıra olaraq dəmir atmışdı.Birinci sırada 70-100 topla 10 döyüş gəmisi yerləşməkdə idi.Bunlardan şimaldan dördüncü gəmidə Osmanlı donanmasının komandiri,Kaptanpaşa Mandalzadə Hüsaməddin Paşa dayanırdı;şimaldan ilk gəmi Burc-u Zəfər olub kapitanı Cəzayirli Həsən Bəy idi və şimaldan yeddinci gəminin kapitanı Rodos sancaq bəyi Cəfər Bəy idi.Donanmada olan digər 2 gəmi bir əvvəlki axşam Midilliyə getmişdi. 5 İyul 1770-ci ildə Osmanlı donanmasını Karaburun yarımadası ilə Xios adası arasında Çeşmə Körfəzinin şimal sularında dəmir atdı.6 iyulda günorta radələrində Osmanlı donanması saat 11:45 də atəş açıb savaş a başladıvə Rus filoları da həmən dəqiqə cavab atəşi açdılar.Böyük Rus gəmiləri planlanan taktik sırasını qoruya bilmədilər. İyulun 6-dan 7-nə keçən gecə Rus filosu 00:30-da hərəkətə keçdi.İngilis admiralı Qriyeqinin rəhbərliyində ; döyüş gəmisi və 2 freqat və 1 qumbara gəmisi qaranlıqdan faydalanaraq Çeşmə Körfəzi ağzında növbə tutan 4 Osmanlı gəmisi üzərinə top atəşi açıb hücuma keçdilər.Bu müdafiə qarışıqlığı içində növbətçi Osmanlı döyüş gəmiləri körfəzə girişlərə nəzarət edə bilmirdi.Hücum edən Rus gəmiləri qumbara və yağlı bez ilə dolu top atəşiylə atəş gəmilərində yanğın başlatdılar.Əvvəlcə tək bir Osmanlı döyüş gəmisi yanmağa başladı.Ancaq gəmilər üst üstə və manevr edə bilməyəcək şəkildə dayandıqları üçün yanğın digər Osmanlı gəmilərinə də yayılmışdı.Saat 02:00-da Osmanlı gəmisi batmış,digərlərini isə atəş almışdı.Gecə saat 4-də Osmanlılar daha yanğın çıxmamış olan iki böyük üç-ambarlı döyüş gəmisini qurtarmaq üçün yardım dəstələri göndərdilər.Amma bu gəmilərdən biri sahilə çəkilməkdə ikən yanmağa başlayıb batdı.Səhərə qarşı, 08:00 radələrində müharibə sona çatdı. 11:00 radələrində Osmanlı dənizçisi ölmüşdü.Rusların itgiləri isə 700 nəfərə yaxın idi.Kaptan-ı Dərya Mandalzadə Hüsaməddin Paşa gəmisi ilə 7 iyulda Saqqız adasına qaçdı.Cəzayirli Həsən bəy və Rodos Sancaq bəyi Cəfər bəy xilas oldular.İzmirdə olan Cəzayirli Həsən bəy İstanbula çağrıldı. Hüsaməddin Paşa vəzifəsindən alındı.Yerinə Rodos bəyi Cəfər bəy təyin olundu.Cəzayirli Həsən Paşa Kaptanpaşa vəzifəsinə gətirildi.
Çeşmə Kazım (Bicar)
Çeşmə Kazım (fars. چشمه كاظم‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Kürə (Bicar)
Çeşmə Kürə (fars. چشمه كوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Mantaş (Bicar)
Çeşmə Mantaş (fars. چشمه منتش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,012 nəfər yaşayır (228 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Qulu (Bicar)
Çeşmə Qulu (fars. چشمه قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Rubah (Bicar)
Çeşmə Rubah (fars. چشمه روباه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Səngin (Bicar)
Çeşmə Səngin (fars. چشمه سنگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Xəlil (Bicar)
Çeşmə Xəlil (fars. چشمه خليل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (14 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Çeşmə Ədinə (Bicar)
Çeşmə Ədinə (fars. چشمه آدينه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (84 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Quşlu çeşmə üzərində qırxpillə
Quşlu çeşmə üzərində qırxpillə - Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16-18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə. == Tarixi == Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır.
Pənc Çeşmə körpüsü
Pənc Çeşmə köprüsü - Şərqi Azərbaycan ostanının Bünab şəhərində Sufiçay üzərində yerləşən Səfəvilər dövrünə aid tarixi abidə. == Haqqında == Yerli əhali tərəfindən Beşgözlü körpü də adlandırılan Pənc Çeşmə köprüsü Şərqi Azərbaycan ostanının Bünab şəhərinin şərqində dairəvi yolun 1 kilometr məsafəsində Sufiçay üzərində yerləşir. Bu hissədə çayın eni 60 metrdən artıqdır. Körpünün tikilmə tarixi barədə dəqiq məlumat olmasa da, tarixçilər güman edir ki, körpü Səfəvi dövrü abidəsidir. Buna baxmayaraq bəzi tarixçilər körpünün Sasanilər dövründə inşa edilib, Səfəvilər dövründə isə yenidən bərpa edildiyi fikrini irəli sürürlər. Abidənin kim tərəfindən inşa edildiyi barədə məlumat yoxdur. Körpü 5 paralel tağ üzərində inşa edilmişdir. Bu tağlar daşqınlar zamanı körpünü aşmaqdan və dağılmaqdan qoruyur.Ortada yerləşən tağ digərlərinə nisbətən daha böyükdür. Körpünün uzunluğu 50 metr eni isə 4,8 metrdir. Ən hündür nöqtəsi isə 5.8 metrdir.
III Əhməd çeşməsi
III Əhməd çeşməsi — İstanbulda Topqapı sarayının giriş qapısı ilə Ayasofya arasında Nevşəhərli Kürəkən İbrahim Paşanın təklifi ilə III Əhməd tərəfindən Perayton adlı bir Bizans çeşməsinin yerinə inşa etdirilən çeşmə Osmanlı memarlığının şah əsəridir. Türk rokoko üslubunun ən gözəl nümunələrindən biri olan çeşmə 1728-ci ildə inşa edilmişdir. Memar Əhməd Ağa tərəfindən inşa edilmişdir. Çeşmənin künclərində yumşadılmış kənarları düzbucaqlı plandadır. Künclərində fəvvarələr olan çeşmə taxta saçaqlı bir dam ilə örtülmüşdür. Kənardan görünə bilən qübbələr yalnız görünüş üçün hazırlanmışdır. Üstündə muqarnas kəmər və üstündə çini kəməri var. Bu çinilərə həm klassik motiflər, həm də lalə və akantus yarpaqları kimi Avropa motifləri daxildir. Vazadaki çiçək motivləri qərbləşmə ilə Osmanlı bəzəklərində görünməyə başladı. III Əhməd kitabxanasında da bu çeşmədə olanlara bənzər bəzək əşyaları var.
Sülh Çeşməsi əməliyyatı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. == Zəmin == Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu.ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı. Nəhayət, Türkiyə hökuməti eyni ilin oktyabr ayında "son tarix"in başa çatdığını elan etdi.Oktyabr ayında prezident Trampın ABŞ-ni sonu görünməyən müharibədən çıxarmaq qərarı Türkiyəyə Suriyaya qoşun göndərilməsi üçün yaşıl işıq verdi.
Yunus Əmrə Çeşməsi
Yunus Əmrə Çeşməsi — Bulaq kompleksi Yunus Əmrə şərəfinə inşa edilib. Vyananın Türkenschanzpark parkında yerləşir. 1991-ci ildə Türkiyə Cümhuriyyətinin Avstriyaya hədiyyəsidir.
Çeşməbar (Əbhər)
Çeşməbar — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Əbhər şəhristanının Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 39 km cənub-qərbdədir.
Çeşməbasar
Çeşməbasar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrin əvvəllərinə qədər kəndin ərazisi Güznüt kəndinin əkin sahəsi olmuşdur. Çeşməbasar "su basarı yer" deməkdir. Yerli sakinlər kəndin əsl adının Çeşməsara olduğunu söyləyirlər. Çeşmə (bulaq) və sara (xalis, saf) sözlərindən düzəlmiş bu coğrafi ad isə "saf su" kimi izah olunur və vaxtilə ətraf zonada karbonat bulaqların çox olması ilə əlaqələndirilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Arazboyu düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Fəttah Heydərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini. Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı. Elbrus Əliyev Naxçıvan Muxtar Respublikasında Sədərək döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Çeşməgöl (Üşnəviyyə)
Çeşməgöl (fars. چشمه گل‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (54 ailə).
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.

Digər lüğətlərdə

загради́ть надрема́ться налёжка недохва́тка просве́чивать раски́снуть хле́бница инкуби́роваться конце́ртный освирепе́вший остекля́ться переба́лтывать погостева́ть просветли́ться просто́е клопотать сковорода flowerpot idle-headed Niagara satisfied scanar subshell нереститься этюд