LAMİYƏ

işıqlı, işartı, parıltı.
LAMİƏ
LAMİYYƏ
OBASTAN VİKİ
Lamiyə Səlimova
== Həyatı == Lamiyə Oleq qızı Səlimova (Lamiyə Ərən) 19 yanvar 1985-ci il tarixində Qax şəhərində anadan olub. 1991-ci ildə Siyəzən şəhərində Şirin İsmayılov adına 3 saylı orta məktəbin birinci sinfinə gedib. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində estrada aktyorluğu ixtisası üzrə təhsil alıb. 2008-2009-cu illərdə dünya şöhrətli kinossenarist Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Akademiyasında oxuyub. 2011-ci ildə Azərbaycan Dövlət Gənclər və İdman Nazirliyinin dəstəyi, millət vəkili Jalə Əliyevanın layihəsi ilə həyata keçirilən Milli Qəhrəman Mübariz İbrahimov adına I Ümumrespublika Teatr Festivalının "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin "Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturaya qəbul olub. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. Hazırda İTV-nin Müəlliflər və Redaktorlar Departamentində böyük redaktordur. == Filmoqrafiya == Aztv-nin 2002 - ci il bayram çəkilişlərində Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırovla və digər sənətkarlarla tərəf müqabili Simuzər (AZTV 2003, telefilm) aktrisa (Supərisi) Toy (AZTV 2004, tammetrajlı film-tamaşa) – aktrisa (gəlinin rəfiqəsi) Boyunbağı (AZTV 2005, tammetrajlı film-tamaşa) – aktrisa (qonaq) Qafqaz (2006, tammetrajlı bədii film) – aktrisa Balqabaq (İTV 2007, qısametrajlı bədii film) – aktrisa (yuxu mələyi) Qovğalı kəndinin gecələri (İTV, 2007, tammetrajlı bədii film) – aktrisa (Xasməmmədin gəlini) Prokuror (2008, tammetrajlı bədii film) – aktrisa (Mehmanın arvadı) Səbəb (2009, qısametrajlı bədii film) – aktrisa Sonuncu dərviş (2009, tammetrajlı film) aktrisa 220 №-li otaq (İTV 2010, qısametrajlı bədii film) - aktrisa Qərar anı (2010, qısametrajlı bədii film) – aktrisa Kor rəssam (2011, qısametrajlı bədii film) aktrisa Mat (2010, qısametrajlı bədii film) – aktrisa Həyat varsa (2012, "Nuranə və..." teleserial. baş rol ifaçısı) Həyat varsa (2012, "Oğurlanmış uşaq" teleserial.
Lamiyə Vəliyeva
Lamiyə Rövşən qızı Vəliyeva (5 aprel 2002) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara sahib olub. == Həyatı == Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2013-cü ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Tofiq Əliyev, yığmada məşqçisi isə Oleq Panyutindir. == Karyerası == Lamiyə Vəliyeva 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi oldu. 2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olan Lamiyə Vəliyeva, 2017-ci ildə isə Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə apardı. 2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi oldu, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazandı. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi oldu. 2019-cu ilin iyun ayında o, 200 və 400 metr məsafələrə qaçışda U-18 Azərbaycan Çempionatının qalibi oldu.
Lamiyə Hacı Bəşər
Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار‎; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. == Həyatı == Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir. Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir. Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.
встря́хиваться депресса́нт заиндевевший минима́льный нафантази́ровать шмакодя́вка эгре́тка агро... адапти́рованный белота́л градоби́тие лексико́н намежева́ть спектрометри́ческий Alsatian dog artifactitious choc-bar emerge kier knock-down-drag-out Leonard peace-monger swore алкоголизм шнурок