LENA

«Yelena»nın ixtisarı; günəşli, Günəş işığı; Lena çayı.
LAZİFƏ
LEONARA
OBASTAN VİKİ
Lena
Lena — qız adı. Əsasən Lena çayının adına görə qız uşaqlarına verilir. Bu adı olan tanınmış şəxslər.Lena Tolstova — Aktrisa. Lena Meyer-Landrut — alman müğənni.DigərLena çayı — Rusiyada çay.
Lena (kommuna)
Lena (fr. Lenax) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03142. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 45 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 67.9%, 1999-cu ildə 65.6%). Fəal olan 95 nəfərdən 90 nəfər (56 kişi və 34 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. Fəal olmayan 45 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 26 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lena Belkina
Lena Belkina (ukr. Олена Юріївна Бєлкіна; 27 noyabr 1987, Daşkənd) — Müğənni (mezzo-soprano).
Lena Qlaz
Lena Qlaz (ivr. ‏אילנה דוד‏‎; 23 may 1961, Bakı) — əvvəllər SSRİ-ni, 1979-cu ildən bu yana isə İsraili təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1982). == Həyatı == 1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. 1980-ci ildə qadınlar arasında İsrail çempionatının qalibi olub. 1987-ci ildə Jeleznovodskda keçirilmiş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmiş və yekunda çilili Covanna Arbuniç Kastro ilə 10–11-ci yerləri bölüşdürmüşdür.Lena Qlaz qadınlardan ibarət şahmat üzrə İsrail yığmasının heyətində 1980, 1982, 1988 və 2014-cü illərdə Şahmat Olimpiadasının iştirakçısı olub.Lena Qlaz Yerusəlim Yəhudi Universitetini və Yerusəlim Musiqi və Rəqs Akademiyasını bitirib. O, hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi işləyir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Lena Glaz. Chessgames.com (ing.) Lena Glaz. 365Chess.com (ing.) Vikianbarda Lena Qlaz ilə əlaqəli mediafayllar var.
Lena deltası
Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min.
Lena dirəkləri
Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir. Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.
Lena ulusu
Lena ulusu (saxa Лиэнскэй улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Lensk şəhəridir. == Coğrafiyası == Respublikanın cənub-qərbində, Prilenski yaylasının daxilində yerləşir. Rayonun ərazisi 77,0 min km²-dir. Ulus şimaldan respublikanın Mirnin, şimal-şərqdən Suntar, şərqdən Olyokmin ulusları, qərbdən və cənubdan İrkutsk vilayəti ilə həmsərhəddir. Böyük çayı: Lena çayı. Digər çayları: Vitim, Nuya, Peleduy. == Tarixi == Rayon 30 yanvar 1930-cu ildə yaranmışdır. == Əhalisi == UrbanizasiyaŞəhər şəraitində (Lensk şəhəri, Vitim və Lepeduy qəsəbələri) ulus əhalisinin 87,15 % -i yaşayır. == Yerli özünü idarəetmə == Lena ulusu ərazisinə 3 şəhər və 8 kənd inzibati vahidliyinə ümumilikdə 19 yaşayış məntəqəsi daxildir.
Lena çayı
Lena çayı (saxa Өлүөнэ, bur. Зγлхэ) — Rusiyanın şimal-şərqindən axan və Laptevlər dənizinin ən iri çayı. Dünyada uzunluğuna görə doqquzuncu çayıdır. Çay İrkutsk vilayəti və Saxa ərazisindən axır. Çaya daxil bəzi qollar Zabaykal diyarı, Krasnoyarsk diyarı, Xabarovsk diyarı, Buryatiya və Amur vilayəti ərazisindən keçir. Lena bütünlüklə Rusiyanın ərazisində formalaşan ən iri çayıdır. Donması tərs istiqamətdə baş verir. Belə ki, birinci mənsəbi donur. == Adı == Belə ehtimal vardır ki, Lena sözü Evenk dilində «Elyo-Ene» yəni «Böyük çay» anlamını verir. Əraziyə gələn ilk açılışcılardan olan Pyanda 1619-1623-ci illərdə bölgədə olarkən yerlilər tərəfindən çayın adını Elyoene olduğunu qeyd etmişdir.
Lena Meyer-Landrut
Lena Meyer-Landrut (23 may 1991) — alman müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "Satellite" mahnısı ilə təmsil etdi və bu mahnı ilə Almaniya qalib oldu. 2011 Avroviziya Mahnı Müsabiqəsində də o, Almaniyanı təmsil etdi.. == Həyatı == 1991-ci il mayın 23-də Hannoverdə doğulan Lena ailənin tək övladıdır. 5 yaşından rəqslə məşğul olub, müxtəlif teleseriallara çəkilib. Vokal təhsili yoxdur.
"Lena dirəkləri" təbii parkı
Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir. Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.
Ust-Lena Dövlət Təbiət Qoruğu
Ust-Lena Dövlət Təbiət Qoruğu — Lena çayı Deltasında və Xaraulax silsiləsinin şimal hissəsinin qərb yamacında, Saxa Respublikasının Bulun ulusunun ərazisində yerləşən təbiət qoruğu. 18 dekabr 1985-ci ildə təşkil edilmişdir. Qorunan ərazinin ümumi sahəsi 1.443.000 ha-dır (14.330 km²). Sahələrin sayı 2-dir. "Delta" (Arınskaya və Maçaa-Yuyose qolları arasındakı sahə) sahəsi 1300 min ha, "Sokol" (Xaraulax silsiləsinin şimal hissini tutur) sahəsi isə 133 min ha ərazini əhatə edir. Qoruğun ərazisinin çox hissəsi (13,000 km² və ya 91 %) Lena deltasının payına düşür və ümumi ərazisinin yalnız 9 % (1300 km²) Xaraulax dağlarının şimal qövslərini tutur. Tabeliyindəki ərazilər və mühafizə zonası: mühafizə zonasının sahəsi 1.050.000 ha-dir. == İqlimi == Qoruğun iqlimi dəniz qütblüdür, çox sərtdir. Qar örtüyünün qalma müddəti 250–270 gündür. Qoruğun şimalında orta şaxtasız dövr 40 gün, cənub hissəsində 45 gündür.
Capsella lenaensis
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Filipp Lenard
Filipp Lenard Eduard Anton (7 iyun 1862 - 20 may 1947) — Fizika üzrə Nobel mükafatı laureatı (1905) == Həyatı == Filipp Lenard Eduard Anton 1862-ci il iyunun 7-də Slovakiyanın Preysburq (indiki Bratislava) şəhərində anadan olmuşdur. Milliyyətcə slovak olan bu alman fiziki Hitler rejiminin qatı tərəfdarı olmuşdur. Katod şüalarının tədqiqinə görə 1905-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüşdür. Filipp Lenard Eduard Anton 20 may 1947-ci ildə Almaniyanın Messelhauzen şəhərində vəfat etmişdir. == Əsərləri == Lenard, Philipp (1906). Über Kathodenstrahlen (On Cathode Rays) (in German). Lenard, Philipp. Über Aether und Materie (On Aether and Matter) (in German). Lenard, Philipp (1914). Probleme komplexer Moleküle (Problems of complex molecules) (in German).
Ovis lenaensis
Qar qoyunu (lat. Ovis nivicola "qar olan sahələrdə yaşayan qoyun") — Boşbuynuzlular fəsiləsinə Qoyunlar cinsinə aid növ. Əsasən Şərqi Sibirdə yayılmışdır. Bəzi müəlliflər bu canlını müstəqil növ hesab etməyərək, onları Ovis canadensis növünün Ovis canadensis nivicola yarımnövü hesab edirlər. == Xarici görünüş == Orta ölçülərə malik qoyun yığcam bədən quruluşuna malikdir. Başı elədə böyük deyil. Qulaqları qısadır (11 sm). Boynu qısa və enlidir. Quyruğuda olduqca qısa və kökdür. Yetkin erkəklərin uzunluğu 140–188 sm, hündürlüyü 76–112 sm, çəkisi 56–150 kq təşkil edir.
внебиржево́й подсмоли́ть приотворя́ться свёрстывать сладостра́стность ту́т как ту́т хо́лдинговый эфэсбэ́шник выжима́ть доре́зывание извне́ кно́пка обна́шиваться по-вое́нному подыха́ть полде́ла поли... дира стрикус темный centra goggle-eye mopping-up no-go area room-fellow