LEYLA

gecəyə aid olan, gecə; incə, zərif zanbaq.
LEONARA
LEYLAXANIM
OBASTAN VİKİ
Leyla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Leyla (Kavelius)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Tərcümə və nəşr == Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Leyla — Aleksandra Kavelius parlaqimzalar.az A.Nilgün Aktaş. "Leyla / Alexandra Cavelius" ( (türk.)). blog.milliyet.com.tr. 2010-05-2010.
Leyla (ad)
Leyla (Ləyla, Leyli) (ərəb. ليلى‎; ivr. ‏לילא‏‎) — bir çox xalqlarda qızlara verilən şəxsi ad. sami dillərində mənası "gecə" deməkdir və (L-Y-L لیل) kökündən irəli gəlir və zaman keçdikcə "qara saçlı gözəl" və ya "qaranlıq gözəli", "gecə anadan olmuş" deyiminə gətirib çıxarılıb. İvrit dilində ad "Lilit" kimi işlənir. == Bu adı olan tanınmış insanlar == Leyla Bədirbəyli: Azərbaycan SSR xalq artisti Leyla Şıxlinskaya: Azərbaycanlı aktrisa Leyla Əliyeva: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük qızı Leyla Səfərova: Azərbaycanlı rejissor, ssenari müəllifi. Leyla Vəkilova: İlk Azərbaycanlı balerina Leyla Murad: Misirli müğənni və aktrisa Leyla Yunus: Azərbaycanlı hüquq müdafiəçisi Leyla Bağırova:Azərbaycanlı müəllim Leyla Ceyd: İngilis modeli və pornoaktrisa. Leyla Quliyeva: Azərbaycanlı şərhçi Leyla Şahtaxtinskaya: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Məmmədbəyova: Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi. Leyla Abaşidze: Gürcü aktrisa Leyla Pəhləvi: Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik övladı Leyla Əli: Məhəmməd Əli – əfsanəvi Amerikalı boksçusunun qızı və Amerikalı qadın boksçusu Leyla Əli Abdulla: Maldivin birinci xanımı Leyla Foruhər: İranlı müğənni və aktrisa Leyla Allahverdiyeva: Leyla Xalid: Leyla Axundzadə: Leyla Neyzi: Leyla Qamsız Sarptürk: Leyla Şahgəldiyeva: Leyla Abdullayeva — Azərbaycanın Fransadakı səfiri (2022–h.h).
Leyla (roman)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Tərcümə və nəşr == Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Leyla — Aleksandra Kavelius parlaqimzalar.az A.Nilgün Aktaş. "Leyla / Alexandra Cavelius" ( (türk.)). blog.milliyet.com.tr. 2010-05-2010.
Leyla (şeir)
Leyla — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı şeir. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyovaya həsr edilmiş əsər. == Tarixi == Səməd Vurğun "Leyla" şeirini Leyla Məmmədbəyova həsr etmişdir. Məmmədbəyova Azərbaycanın ilk peşəkar qadın təyyarəçisi olub. O, 1930-cu ildən Bakı aeroklubunun üzvü olub. Leyla Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.Leyla Məmmədbəyovanın bu uğuru diqqətdən kənar qalmamış, ona bir sıra şeir və kinofilm həsr olunmuşdur. Qadın təyyarəçiyə həsr edilmiş şeirlər sırasında ən uğurlusu Səməd Vurğunun 1935-ci ildə yazıdığı "Leyla" şeiridir.
Leyla Abaşidze
Leyla Mixaylovna Abaşidze (gürc. ლეილა აბაშიძე; 1 avqust 1929, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 aprel 2018, Tbilisi) — Sovet və Gürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1965).
Leyla Abdullayeva
Leyla Yaşar qızı Abdullayeva (1981, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi (2018–2022), Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri (2022–h.h). == Həyatı və karyerası == Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.2002–ci ildən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, Azərbaycanın regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.Leyla Abdullayeva 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 4 oktyabr 2018-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinədək Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi vəzifəsini icra edib.Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edildi. == Ailəsi == Leyla Abdullayeva Hüseyn Hüseynov ilə evlidir və iki övladı var. Həyat yoldaşı Hüseyn Hüseynov hazırda Azərbaycanın Bolqarıstandakı səfiridir.
Leyla Acametova
Leyla İlyas qızı Acametova (ukr. Лейля Ільясівна Аджаметова; krımtat. Leylâ İlyas qızı Acametova, Лейля Ильяс къызы Аджаметова; 9 mart 1994, Özbəkistan) — Ukrayna yüngül atletika idmançısı. Yay Paralimpiya Oyunlarının çempionu və medalçısı. Ukrayna çempionu. Ukrayna idman ustası namizədi. Özbəkistanda anadan olmuşdur. 1999-cu ildə ailəsi ilə birlikdə Krıma köçdü. 11 yaşından bəri atletika ilə məşğul olur. Hazırda "İnvasport" adlı Xarkov regional əlillər bədən tərbiyəsi və idman mərkəzində məşq edir.
Leyla Allahverdiyeva
Leyla Allahverdiyeva - iqtisadiyyat elmlər doktoru, professor. Allahverdiyeva Leyla Mədəd qızı Bakı şəhərində Azərbaycan Xalq Təsərrüfatı inistitunun “ Əməyin iqtisadiyyati ” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsinin Planlaşdırma və Normativləşdirmə Elmi-Tədqiqat institutunun aspiranturasını əyani bitirmişdir. O, 1985-ci ildə Xalq təsərrüfatının iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsi ixtisası (şifr-08. 00. 05i) üzrə “ Əməkehtiyatlerı bol olan regiyonlarda sərbəst əmək resurslarının planlaşdırılması, idarə edilməsi ” mövzusunda namizədlik dissertasiyasıni müdafiə etmişdir. 2003-cü ildə Leyla Allahverdiyeva Daşkənd şəhərində Özbəkistan Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat institutunda Əhalinin sakinliyi və əmək iqtisadiyyatı ixtisasi (şifr-08. 00. 10) üzrə “Özbəkistanın demoqrafik xüsusiyyətini nəzərə almaqla sakinlərin sosial müdafiə sisteminin inkişafı və formalaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, və iqtisadiyyat elmlər doktoru elmi dərəcəsi almişdır. Bir müddət Özbəkistan elm ocaqlarında çalışmış, sonra isə elmi fəaliyyətini Qazaxıstanda davam etdirməyə başlamışdır.
Leyla Axundzadə
Leyla Axundzadə — «Əməkdar incəsənət xadimi» ,pedaqoq və sənətşünas. == Həyatı == Leyla Axundzadə 1953-cü il iyun ayının 21-də anadan olmuşdur. O, ali təhsilini Moskvada M.Lomonosov adına Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq şöbəsində almışdır. 1975-ci ildə bu ali məktəbi bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət Universitetinin təsviri incəsənət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlamış və elə buradaca sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Ümumiyyətlə, Leyla xanımın bu universitetdəki elmi fəaliyyəti Azərbaycanda sənətşünaslığın inkişafı ilə bağlı olmuşdur. Onun dərc etdirdiyi məqalələrdə milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması yolları araşdırılır, müasirlik ənənələrinə sədaqət nümunəsi əks olunurdu.Leyla xanım hələ 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdu. Bu, onun yaradıcılığında rəssamlıq sənətinin geniş yer alması ilə bağı idi. Milli rəssamlığın tədqiqi sahəsində Leyla xanımın elmi məqalələri olduqca əhəmiyyətlidir. Onun müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən 40-dan artıq elmi məqaləsi təkcə ölkəmizdə deyil, Türkiyədə, Almaniyada, İtaliyada və Rusiyada nəşr olunaraq geniş şəkildə yayılmışdır. 2000-ci ildə “Zamanın qanadları” adlı Yaradıcılıq Assosiasiyasının təsisçisi və direktoru olmuşdur.
Leyla Babazadə
Leyla Abbasəli qızı Babazadə — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR xalq ictimai təminat komissarı (1938–1942), SSRİ Ali Sovetinin 1-ci çağırış deputatı. == Həyatı == Leyla Abbasəli qızı Babazadə 1905-ci ildə hazırkı Gəncədə yoxsul kustar ailəsində anadan olmuşdur. 1923-cü ildə, 18 yaşı olarkən ərini itirdikdən sonra o, Bakıya gəlmiş, qardaşı Ələkbərin təsiri ilə 1925-ci ildə Əli Bayramov adına Qadın Klubunun savad kursuna daxil olmuşdur. Bir qədər sonra klubun nəzdindəki fabrik-zavod şagirdliyi məktəbinə daxil olaraq iki il sonra buranı bitirmiş, tikiş fabrikinin işçisi olmuşdur.1930-cu ildə Leyla Babazadə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir. Bundan sonra o, altı aylıq həmkarlar kursunu bitərərək Azərbaycan tikiş sənayesi trestinin fabrik-zavod şagirdliyi məktəbində təlimatçı işləmiş, Xızı rayonunda qadınlar arasında kütləvi təlim-tərbiyə işlərinə rəhbərlik etməyə göndərilmişdir. O, burada Azərbaycan Kommunist Partiyası Xızı Rayon Komitəsinin qadınlar sektorunun müdiri vəzifəsində çalışmışdır. Xızı rayonundan Bakıya qayıdaraq Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbində oxumuş, Volodarski adına tikiş fabrikində həmkarlar işinə rəhbərlik etmiş, istehsalatda təlimatçı köməkçisi işləmişdir.1937-ci ilin oktyabr ayında tikiş sənayesi işçiləri ittifaqının Azərbaycan konfederasiyası Leyla Babazadəni Azərbaycan Tikişçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri seçmişdir. SSRİ-nin cənub rayonları tikişçiləri ittifaqlarının Xarkovdakı qurultayında Leyla Babazadə ittifaqın mərkəzi komitəsinin heyətinə seçilmişdir.Leyla Babazadə Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsi bürosunun və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. 1937-ci il dekabrın 12-də SSRİ Ali Sovetinin 1-ci çağırış deputatı seçilmişdir. Leyla Babazadə 1938-ci ildə Azərbaycan SSR xalq təminat komissarı təyin edilmiş, 1942-ci ilin yanvar ayınadək bu vəzifədə işləmişdir.
Leyla Bağırova
Leyla Bağırova (2 sentyabr 1949, Şıxbabalı, Ağdam rayonu) — "Baş müəllim" (1981), "Metodist müəllim" (1985), "İlin ən yaxşı müəllimi" (1991), "Ali kateqoriyalı müəllim" (1995), "Ən yaxşı müəllim" (2009), "Azərbaycan Respublikasının Əməkdar müəllimi" (2009). == Həyatı == Bağırova (Quliyeva) Leyla Hüseyn qızı 2 sentyabr 1949-cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Şıxbabalı kənd orta məktəbini medalla bitirmiş və ADU-nun fizika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirib öz arzusu ilə Ağdam rayonunun Şıxbabalı kənd orta məktəbində fizika müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1971–1993-cü illərdə doğma Şıxbabalı kənd orta məktəbində, Ağdam rayonunun işğalından sonra isə hal-hazıra qədər Bakı şəhərində fəaliyyət göstərən 32 saylı Ağdam şəhər orta məktəbində müəllim işləyir. Leyla müəllimənin peşəsinə olan sevgisi bu işdə ona böyük uğurlar qazandırmışdır. Belə ki, 1981-ci ildə "Baş müəllim", 1985-ci ildə "Metodist müəllim", 1995-ci ildə "Ali kateqoriyalı müəllim" kimi fəxri adlara layiq görülmüşdür. 1991-ci ildə Respublikada keçirilən "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak edib və mükafatla təltif olunmuşdur. 1985-ci ildə gənc nəslin təlim tərbiyəsi sahəsində əldə etdiyi ən böyük uğura görə SSRİ Maarif Nazirliyi tərəfindən N.K.Krupskaya adına diploma və pul mükafatına layiq görülüb. Ağdam RXTŞ-si tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuş, "Azərbaycan müəllimi" qəzetində, "Fizika, riyaziyyat və informatika" tədrisi jurnalında və "Kurrikulum" elmi metodik jurnalında dəfələrlə metodik məqalələrlə çıxış etmişdir.
Leyla Bexti
Leyla Bexti(fr. Leïla Bekhti); doğ. 6 mart 1984, İssi-le-Mulino, Fransa) — Əlcəzair əsilli Fransa aktrisası. == Həyatı == Leyla Bexti 6 mart 1984-cü ildə Əlcəzairin İssi-le-Mulino şəhərində anadan olub. Monruj şəhərciyində teatr təmayüllü Jenevye Moris litseyini (fr. Lycée Maurice Genevoix) bitirəndən sonra altı ayda Stefan Jildanın (fr. Stéphane Gildas) teatr kurslarında iştirak edir. Daha sonra Berenjer Bastinin (fr. Bérengère Basty) art-studiyasında məşğul olur. 2005-ci ildə Şeytan filminin sınaq çəkilişlərindən uğurla çıxır.
Leyla Bədirbəyli
Leyla Ağalar qızı Bədirbəyli — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun babası Bədir ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Leyla Cavadova
Leyla Cavadova (19 fevral 1993; İrkutsk, Rusiya) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Leyla Cavadova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Cavadova 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə İsveç nümayəndəsi Anna Laurell ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (RSC).Daha sonra Leyla Cavadova 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Cavadova 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Ana Patrascuya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Almaniya təmsilçisi Sarah Şeuriça məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.Leyla Cavadova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Cavadova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Avstriya nümayəndəsi Kaye Scotta məğlub oldu (0:2) və mübarizəsini dayandırdı.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Leyla Cavadova, turnirin 1/8 final mərhələsindəcə Rusiya nümayəndəsi Yaroslava Yahuşinaya məğlub oldu (0:2) və mübarizəsini dayandırdı.Leyla Cavadova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Cavadova 1/4 final mərhələsində Xorvatiya nümayəndəsi Lucia Brhjacaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Türkiyə təmsilçisi Elif Güneriyə məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Leyla Cavanşirova
Leyla Ağalar qızı Bədirbəyli — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun babası Bədir ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Leyla Ceyd
Leyla Ceyd (ing. Layla Jade, 1 oktyabr 1980, Torki, Devon qraflığı) – Böyük Britaniya modeli və pornoaktrisasıdır. 1998–2005-ci illər ərzində Leyla Ceyd "IAFD" saytında məlumata görə 318 pornoqrafik xarakterl film və videoda iştirak etmişdir. == Həyatı == Leyla Ceyd 1 oktyabr 1980-ci il tarixində Böyük Britaniyanın Torki şəhərində doğulmuşdur. Pornoqrafik karyerasına başlamamışdan əvvəl hospitalda sanitar vəzifəsində işləmişdi. 18 yaşı tamam olanda "Ben Dover's Butt Bangers Bonanza" adlı pornoqrafik məzmunlu filmə çəkilir. 2000-ci ildə "Add N to X" qrupunun ifa etdiyi "Plug Me In" adlı erotik xarakterli klipdə iştirak edir. 2002-ci ildə "First Choice Models Inc" adlı model agentliyini yaradır. 2004-cü ildə "KSEX Radio"da "People’s Choice Awards" mükafatında iştirak edən hakimlərdən biri idi. 2005-ci ildən etibarən onun "www.laylajade.com" adlı rəsmi veb-saytı açılır.
Leyla Fazilova
Leyla Foruhər
Leyla Füruhər, İranlı bir müğənni və aktrisa ki, 1959-cü ilin 23 fevralda İsfahanda anadan olubdur. O,İran inqilabından sonra Los-Ancelesə köçmüşdür. 2009-cu ildə Bakı da konserti olubdur və bu ilkinci İranlı müğənilərinin konserti idi ki Azərbaycan Respublikasında keçirilib.
Leyla Füruhər

Leyla Hatəmi
Leyla Hatəmi — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == Bomba (1396) Domuz (1396) Crazy Doll (1395) Yuxu yatağı (1394) I (1394) Dünyada neçə saatdır?
Leyla Kərimli
Leyla Kərimli (1976, Salyan) — Fəlsəfə Elmləri doktoru, Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçmiş direktoru. O, xarici universitetlərdə professor kimi fəaliyyət göstərən azərbaycanlı akademiklərdən biridir. Los-Anceles, Kaliforniya Universitetinin Luskin İctimai işlər Məktəbinin Sosial Rifah üzrə assistent professorudur. == Həyatı və fəaliyyəti == Leyla Kərimli 1976-cı ildə Salyan şəhərində həkim ailəsində anadan olub. İlk təhsilini Salyan şəhər orta məktəbində rus dilində alıb. 1993-cü ildə o, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul olub. Leyla Kərimli Beynəlxalq Münasibətlər şöbəsinə qəbul olan üç qadından biri olmuşdur. 1997-ci ildən 2000-ci ilə qədər həmin universitetin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1999-cu ildə Bakı Dövlət Universiteti ilə Fransanın bir neçə ali məktəbi arasında açılmış TACIS-TEMPUS proqramı çərçivəsində Nis-Sofia Antipolis Universitetinə qəbul olmuşdur.1996-cı ildən etibarən təhsilini davam etdirməklə yanaşı, Qeyri-hökumət təşkilatında işləməyə başlamış və Fransadan qayıtdıqdan sonra Bakı Dövlət Universitetində yarım-ştat müəllim olaraq çalışmışdır. 2000-2002-ci illərdə Kərimli MUSKIE təqaüd proqramı ilə ABŞ-nin Kanzas Dövlət Universitetində Siyasi Elmlər üzrə ikinci magistr dərəcəsi almışdır.
Leyla Luik
Leyla Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Lili Luikdir. Leyla bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Leyla Mirzoyeva
Leyla Mirzoyeva (2 sentyabr 1976, Qazax) — Azərbaycan alimi, dermatoloq. == Həyatı == Leyla Mirzoyeva 2 sentyabr 1976-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1983-cü ildə Bakıda 271 nömrəli orta məktəbdə orta təhsilinə başlamış, 1993-cü ildə qızıl medal ilə məzun olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1999-2000-ci illərdə M. Topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunda cərrahiyyə üzrə internatura keçmişdir. 2001-ci ilin oktyabr ayında Türkiyədə STS imtahanı ilə tibb diplomunu təsdiqlətmişdir. 2002-2003-cü illərdə Hacettepe Universitetinin pediatriya kafedrasında, 2004-2010-cu illərdə isə İstanbul Universitetinin tibb fakültəsinin dermatologiya kafedrasında təhsil almışdır. 2004-cü ildə “Periorbital egzemalı 311 xəstənin etiolojik faktorlarının dəyərləndirilməsi” elmi işini müdafiə edərək Dermatologiya Uzmanı adına layiq görülmüşdür.Azərbaycan alimi, invaziv kardioloq Ülvi Mirzoyev ilə evlidir. 2 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Leyla Mirzoyeva 2001-ci ildə Türkiyədə Tibbdə Uzmanlıq Sınavından (TUS) keçərək Hacettepe Universitetinin Pediatriya kafedrasında çalışmağa başlayıb.
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 - 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. == İstinadlar == == Mənbə == ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. == Xarici keçidlər == Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد... Leyla Murad — IMDb səhifəsi.
British Leyland
British Leyland — Motor Corporation (BLMC) 1968-ci ildə Leyland Motor Corporation və British Motor Holdingsin birləşməsi ilə yaradılmış Britaniya avtomobil şirkətidir.
Eşq-i-Leyla (film, 1957)
"Eşq-i-Leyla" filmi — Münşi Dilin rejissorluğu ilə çəkilmiş 1957 Pakistan filmi. == Film haqqında == Film görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərinin motivləri əsasında çəkilmişdir. == Məzmun == "Leyli və Məcnun (Nizami)" məqaləsindən götürülmüşdür. Atasının nəzirlərindən sonra nəhayət ki, Məcnun dünyaya gəlir. Onun adını Qeys qoyurlar və naz-nemət içərisində böyüdürlər. Daha sonra təhsil alması üçün Qeysi məktəbə verirlər. O, qəbilə qızları ilə birlikdə oxuyur. Bu qızlar içərisində Leyli adlı gözəl bir qız var, Qeys onu görür və sevir. Qız da onu sevir. Bu eşq dilə-dişə düşür.
Göylər sonsuz bir dənizdir. Birinci film. Leyla (film, 1995)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Mətni oxuyan: Nazim Rza İsrafiloğlu Məsləhətçi: Məzahir Abbasov Mahnının ifacısı: Flora Kərimova == İstinadlar == == Mənbə == Nazim Rza. “Üçüncü dalğanın meridianlarında”.
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Leyla Bədirbəylinin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Dəcəl dəstə", "Səbuhi", "Arşın mal alan", "Fətəli xan", "Görüş", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Koroğlu", "Dəli Kür", "İntizar", "Dərviş Parisi partladır" filmlərinin kadrlarından istifadə edilmişdir.
Harun və Leyla (opera)
Harun və Leyla — Üzeyir bəy Hacıbəyovun altıncı, sonuncu muğam operası. 1915-ci ildə bəstələnmiş, lakin tamaşaya qoyulmamışdır. Librettosunu eyniadlı ərəb dastanının motivləri əsasında Üzeyir bəy Hacıbəyov özü yazmışdır. 5 pərdəli idi. Beş pərdəli operanın klaviri tamamlanmış, fəqət premyera günü ərəfəsində deyilənə görə guya məhv edilmişdi. Görünür, operanın musiqisi müəllifi qane etməmiş və o, həmin əsəri «musiqili pyes» adlandırmışdır. Artıq bu vaxt muğam operasının imkanlarının tükəndiyi fikrinə gələn bəstəkar «Harun və Leyla» dan sonra muğam operası yazmamışdır. == Mənbə == Üzeyir Hacıbərov Ensiklopediyası - «Harun və Leyla» Sərdar Fərəcov - ... Əgər onlar da tamamlansaydı... "yaşasaydı"...
Leyla (Aleksandra Kavelius)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Tərcümə və nəşr == Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Leyla — Aleksandra Kavelius parlaqimzalar.az A.Nilgün Aktaş. "Leyla / Alexandra Cavelius" ( (türk.)). blog.milliyet.com.tr. 2010-05-2010.
Leyla Abdullayeva (diplomat)
Leyla Yaşar qızı Abdullayeva (1981, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi (2018–2022), Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri (2022–h.h). == Həyatı və karyerası == Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.2002–ci ildən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, Azərbaycanın regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.Leyla Abdullayeva 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 4 oktyabr 2018-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinədək Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi vəzifəsini icra edib.Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edildi. == Ailəsi == Leyla Abdullayeva Hüseyn Hüseynov ilə evlidir və iki övladı var. Həyat yoldaşı Hüseyn Hüseynov hazırda Azərbaycanın Bolqarıstandakı səfiridir.
косола́по отпечатлева́ть петушки́ реакцио́нность увя́знуть наи́вно найдёныш нетрудоспосо́бный расчека́нить стри́женый эмульсио́нный президент тевяк armlet aspartic bomblet borasque koto overlaid sand casting машинизированный множественность перемочь продержать фанатичность