TÖHFƏ

bəxşiş, sovqat, hədiyyə, pay.
TOYXANIM
TÖRƏ
OBASTAN VİKİ
Töhfə Ələsgərova
Töhfə Əzimova (6 fevral 1938, Bakı – 4 fevral 2003) – Azərbaycan-sovet kino aktrisası, pianoçu. == Həyatı == Töhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova 6 fevral 1938-ci ildə Bakıda doğulub. Əsl sənəti fortepiano müəlliməsi olub. Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə “Qızmar günəş altında” filminin çəkilişləri zamanı tanış olub. Cütlük 1958-ci ildə ailə həyatı qurub. Aktrisa kimi iki filmdə yaddaqalan obraz yaradıb: "Əhməd haradadır" filmində Leyla və "Qızmar günəş altında" Nərminə rolu. Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtoqəza keçirib və həlak olub. Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib. Töhfə Əzimova 4 fevral 2003-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilb.
Töhfə Əzimova

"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Medal haqqında == "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə; Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə; Sülhün və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə; Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə; Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə; Xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə."Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir. Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir. Yer kürəsinin təsvirinin üst tərəfində, sol və sağ tərəfdəki çələngin arasında aypara və ulduz təsvir edilmişdir.
Töhfət Yənəbi
Töhfət Yənəbi və ya Töhfətulla Kəlimulla oğlu Kəlimullin (başqırdca: Төхфәт Йәнәби və ya Төхфәтулла Кәлимулла улы Кәлимуллин, d.14 fevral 1894 — ö.10 iyul 1938) — başqırd yazıçısı, şairi və ictimai xadimi. == Həyatı == Töhfət Yənəbi 14 fevral 1894-cü ildə Başqırdıstanın Miyakinski rayonunun Yenebey-Ursaevo kəndində anadan olmuşdur. 1910–1912-ci illərdə — Sterlibaşevo mədrəsəsində təhsil almışdır. 1913–1915-ci illərdə qazax kəndlərində müəllimlik etmişdir. 1917–1919-cu illərdə Qırmızı Ordu sıralarında ximət etmişdir. 1920-ci ildə Belebeydə Başqırd briqadasının siyasi şöbəsinin kurslarını bitirmiş, Kipsak-Jetirovski rayon hərbi komissarlığının təşviqat və təbliğat şöbəsinin müdiri vəzifəsində işləmiş, Moskvada Sverdlov adına Kommunist Universitetində oxumuşdur. 1921-ci ildə — Partiyanın Usergan kantomunun partiya işinin təşkilatçısı, Başprofet Şurasında mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1922–1924-cü illərdə istintaq bölməsinin rəhbəri, Argayaş kantonunun kənd sovetinin sədri olmuşdur. 1924-cü ildən "Başqırdıstan" qəzetinin katibi, baş redaktoru vəzifəsində çalışmışdır. Eyni zamanda, Başqırdıstan MSSR Yazıçılar Birliyinin İdarə Heyətinin məsul katibi vəzifəsində çalışmışdır.

Digər lüğətlərdə

гиперболизи́ровать жи́дкое за́город инструмента́льная кочкоре́з крото́вый магнетизёр мотокро́сс пергидро́ль полеве́ние разбира́ть трапе́зник эмине́нция лито́вский по́днизь рента́бельный мудега чупак chop four o'clock magnetotail red zinc wunderkind опорочить широтный